Gün: Avqust 23, 2017

Su problemi olan sakinlərə ŞAD XƏBƏR – Prezident göstəriş verdi – SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. A24.Az-ın xəbərinə görə, sərəncamla 170 yaşayış məntəqəsinin içməli su ilə təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Həmin mətəqələr aşağıdakı linkdə göstərilib: http://azertag.az/store/files/news/Az%C9%99rsu-Siyah%C4%B1.pdf

Soçidə Qarabağ müzakirəsi: Rusiya təzyiqləri artırır

Fərhad Mehdiyev: “Soçi danışıqları pro-Ermənistan mövqeyi daşıyır” Rusiya prezidenti Vladimir Putin avqustun 23-də Soçidə Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.  Görüşdə Qarabağ münaqişəsinin nizamlanması yolları  müzakirə olunub. Bundan başqa, iki ölkə rəhbəri Rusiya-Ermənistan münasibətlərinin aktual məsələlərinin, o cümlədən Avrasiya İttifaqı və KTMT çərçivəsində tərəfdaşlıq perspektivlərinin, beynəlxalq və regional problemlər  ətarafında  danışıqlar […]

Kompüter qarşısında bu içkilərdən istifadə etməyin – Su, çay, qəhvə…

Yazının başlığı yəqin ki, bu vərdişdə olanları təəccübləndirəcək. Amma təəccüblənməyin, kompüter qarşısında bu içkilərdən istifadə sağlamlıq üçün təhlükəlidir. Turkustan.info Modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir. Mütəxəssislərin tövsiyə etdikləri qaydalara əməl etmədikdə kompüterin insan sağlamlığına vurduğu ziyan hamımıza məlumdur. Monitor qarşısında saatlarla əyləşənlərin fasiləsiz iş rejiminin sağlamlıq üçün yaratdığı problemlər […]

“Kırşəhirdən Qarabağa könül körpüsü” – Aydınların iştirakı ilə konfrans keçirildi – FOTOLAR

“Kırşəhirdən Qarabağa könül körpüsü: həqiqətlərimizin yayılmasında aydınların rolu” mövzusunda avqustun 23-də konfrans keçirildi. Konfrans  “Avrasiya  Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə, Türkiyədəngələnböyük heyətin, Azərbayvan Milli Məclisi üzvlərinin, QHT və KİV nümayəndələrinin, aydınların, gənclərin iştiakı ilə baş tutdu. Azərbaycan Respublikasının Cəbrayıl və Füzuli rayonlarının […]

Hərb tariximizin səlnaməçisi – Əflatun Amaşov Şəmistan Nəzirlinin yubileyinə yazdı

Əflatun Amaşov Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri   75 yaş. Az deyil. Çox hörmətli Şəmistan müəllim bu yaşa necə, nə zaman yetişdi, heç xəbərimiz olmadı. Əslində bunu düşünməyə vaxt tapmadıq. Özü imkan vermədi. Maşallah ömrünün 75-ci ilində də çox gümrahdır, həyat və yaradıcılıq doludur. El arasında deyildiyi kimi, cavan […]

Lerikdə ailə üzvlərini ödürərək evini yandıran şəxs tutuldu – RƏSMİ MƏLUMAT

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DIN)  Lerik rayonunda 3 nəfərin ölümü ilə nəticələnmiş hadisə barədə məlumat yayıb. Turkustan.info Modern.az-a istinadən xəbərinə görə, məlumatda bildirilir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonunda törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb. […]

Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ və RƏSMİLƏRİN SÜKUTU

“Bağçaya iki uşaq qoymuşam, ikisi də hörmətlə. Yalandan deyirlər ki, yer yoxdu, amma “hörmət” edən kimi yer tapılır”. “Oğlum 1 yaşından uşaq bağçasına gedib. Dedilər, yer yoxdu, pul verdik, yer “boşaldı”. Dövlət bağçası idi”. “Dünən getdim danışdım, 370 manat istədilər. Tanışlıqla-filan, güclə 300 manata endilər. Ayda da 20 manat verəcəyəm”. […]

“Xalqın ürəyidir, məzarım mənim” – Bayram Kürdəxanlı dəfn olundu – VİDEO

Bu gecə Bayram Kürdəxanlı faciəvi şəkildə dünyasını dəyişib. Turkustan.info Yeniçağ.az-a istinadən xəbər verir ki, Bayramın ölüm xəbərini eşidən kənd camaatı, dostları onun evinə baş çəkib. Saat 14:00-da yerdən götürülən mərhum Kürdəxanı kənd qəbiristanlığında dəfn olundu. Dəfndə iştirak edən sənət dostları Bayram haqqında xoş sözlər danışıb, ruhuna fatihə verdilər. Meyxanaçı Namiq Məna isə […]

Bakıda qadın ərini bu üsulla aldadırmış – “WhatsApp” yazışmaları üzə çıxdı

“”WhatsApp”da bu gün” layihəsi maraqlı “WhatsApp” yazışmalarını təqdim etməkdə davam edir. Bu dəfə sizinlə sosial şəbəkədə yayılan, izləyicilərin olduqca marağına səbəb olan iki rəfiqə arasındakı “WhatsApp” yazışmasını bölüşəcəyik. Turkustan.info Metbuat.az-a istinadən sözügedən mesajlaşmanı təqdim edir:

“Möcüzəli Naftalan”dan biabırçı görüntülər – FOTO

Yerli və xarici turistlərin Naftalanda fəaliyyət göstərən sanatoriya, istirahət mərkəzlərinə marağı hələ sovet dövründən olub. Bu, sözügedən şəhərin tarixən sanatoriya-kurort şəhəri kimi məşhurlaşması ilə bağlıdır. Neft erası bitər-bitməz, gözlərin qeyri-neft sektorunun inkişafına, xüsusən də Naftalandakı müalicəvi istirahət və sağlamlıq mərkəzlərinə dikildiyi bir vaxtda oradan gələn xəbərlər bu sahədə uğur qazanacağımızı […]

Zavodda qısqanc sevgili kütləvi qətl törətdi – VİDEO

3 nəfəri öldürdü, ikisini yaraladı Rusiyada Nijni-Novqorodda yerləşən avtomobil zavodunda naməlum şəxs 3 nəfəri öldürüb. İstiPress-in rus mətbuatına istinadən verdiyi məlumata görə, daha 2 nəfər yaralanıb. Hadisə tökmə sexində baş verib. Cinayəti törədən şəxsin qısqanclıq zəminində buna əl atması ehtimal olunur. Onun öldürdüyü şəxslər – sevgilisi laborant, müdir və digər həmkarıdır.

QHT-lərin fəaliyyətinin mediada işıqlandırılması durumu necədir? – Monitorinqin nəticələri

“Gəncəfilm” Kino Yaradıcılığının İnkişafına Təkan İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “QHT-media əlaqələrinin inkişaf etdirilməsinə dəstək” layihəsi çərçivəsində bu mövzuda ölkə mediasında monitorinq keçirib. Monitorinq həm media resurslarını, həmçinin ictimai sektor təmsilçilərini əhatə edib. Araşdırmalar göstərir ki, ölkəmizdə dövlət qeydiyyatından keçən QHT-lərin sayı […]

Putin bu gün qəti Qarabağ qərarı verəcək

Ermənistan müstəqilliyini birdəfəlik itirə bilər. Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəcək. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, görüşün konkret predmeti iki tərəfli münasibətlərin vəziyyəti ilə bağlı olsa da, Rusiya prezidentinin Qarabağla bağlı konkret qərarına da ciddi təsir edəcək. Məsələ bundadır ki, görüş çərçivəsində Ermənistanla […]

Dollar bu həddədək ucuzlaşdı

Avqust ayının 22-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,04% ucuzlaşaraq 1.6985 manat olub. Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6992 manat məzənnəsi ilə yekunlaşmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında […]

Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır, 16 minə yaxın mənzil plana düşdü

Paytaxtın bir neçə rayonunda abadlıq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, keçən ilin fevral ayında Nazirlər Kabineti 86 saylı qərar qəbul edib. Qərara görə, 5 il müddətində paytaxtın 9 rayonunda köhnə binalar […]

“Qarabağ” udsa, tanınmışlar nələr edəcək? – SİYAHI

“Qarabağ” bu gün Bakı vaxtı ilə 22:45-də “Kopenhagen” komandası ilə Çempionlar Liqasının “pley-off” mərhələsi çərçivəsində cavab görüşünə çıxacaq. Azərbaycan futbol tarixinin bəlkə də ən önəmli oyunu hesab edilən görüş hazırda çox ciddi müzakirə olunur. Qonağı Bakıdan məğlub şəkildə yola salan “Qarabağ”ın azarkeşləri də komandaya dəstək üçün “vəd vermə” yarışına çıxıblar. […]

Yeni Ermənistan – Türkiyə birliyi təhlükəsi

Ermənistan Ərdoğanın Bakı səfərini diqqətlə izləyir Avrasiya İttifaqının Türkiyəyə azad ticarət barədə saziş təklif etməsi Ermənistanda ciddi maraq doğurub. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, belə bir təklifin olması və bunun Avrasiya İttifaqının iqtisadi kollegiyasının rəhbəri Tiqran Sarkisyan tərəfindən edilməsi erməniləri o qədər maraqlandırıb ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın senyabrın […]

” O boyda “türmədə” ölməyəsən, gəlib bir maşının altında qalasan” – Ağamirzə

Tanınmış meyxana ustası Bayram Kürdəxanlını avtomobillə vuran adamın tanınmış meyxanaçı Ağamirzənin qohumu olduğu deyilir. Turkustan.info xəbər verir ki, Yenicag.az-a açıqlama verən Ağamirzə xəbəri təsdiqləyib: “Bayramı vuran Emin mənim uzaqdan-uzağa qohumumdur. Kim istəyərdi ki belə hadisə olsun?! Emin danışır ki, hadisə baş verən zaman maşını yüksək sürətlə idarə etməyibmiş. Bayram qəfildən […]

“Veysəloğlu” 700 bal toplayanları mükafatlandırdı – FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu ali təhsil müəssisələrinə qəbul imtahanından 700 bal toplamış abituriyentlərlə görüş keçirib.   Şirkətdən  Turkustan.info-ya verilən məlumata görə, ən yüksək bal toplayan abituriyentlərlə görüş elə şirkətin ofisində baş tutub. Tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri İlqar Nuri gəncləri təbrik edərək onlara tələbəlik həyatında müvəffəqiyyətlər arzulayıb. İ.Nuri təmsil […]

Bakıdakı qatı toz dumanının səbəbi açıqlandı

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib. Turkustan.info bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin avqustun 23-də  səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən […]

700 milyonu necə udmaq olar – Cekpotu azərbaycanlı da apara bilər!

TheLotter.com ABŞ-dakı lotereya oyununa on-line qatılmağın və qalib olmağın yolunu izah edir ABŞ-dakı Powerball lotereyasında cekpotun həcmi 700 milyon dollara çatıb. Tiraj növbəti çərşənbə, avqustun 23-də, Şimali Amerika şərq vaxtı ilə saat 23:00-da baş tutacaq. Maraqlıdır ki, Azərbaycan vətəndaşları da ABŞ vətəndaşları kimi bu tirajda iştirak edə bilərlər. Necə? Öncə onu qeyd edək […]

Soçi görüşündə nə baş verəcək? – Qərbdə yar axtaran Ermənistanı hansı faciələr gözləyir?

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşü baş tutacaq. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, görüşdə iki ölkə liderlərinin Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etmələri nəzərdə tutulub. Liderlər həmçinin ən vacib beynəlxalq, regional mövzular […]

“WhatsApp” messencerində statuslar rəngli olacaq

Hələ ki, yeni imkan bəzi istifadəçilərdə mövcuddur “WhatsApp” messencerində statuslar rəngli olacaq. İstifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı, həm də istinadlar əlavə edə biləcəklər. Hələ ki, yeni imkan bəzi istifadəçilərdə mövcuddur. Amma tezliklə hamı üçün əlçatan olacaq. İstiPress xəbər verir ki, “Facebook” ötən ilin sonunda rəngli statusları yoxlamağa […]

“Deyir ki, Putinin şəxsi görücüsüyəm, buna görə adamın başını kəsərlər” – Astroloqdan SƏRT AÇIQLAMALAR

Bir zamanlar efirlərdə baxıcılar az qala tüğyan edirdi.  Gələcəklə bağlı müxtəlif proqnozlar verir, insanların dərdlərini dinləyib fikir irəli sürür və bəzilərinin inamını qazana bilirdilər. Maraqlıdır, həmin baxıcılar hazırda nə işlə məşğuldurlar?  Məşhurluq əldə edib öz qınlarına çəkildilər yoxsa cəmiyyətin qınaq obyektinə tuş gəlməkdən qorxurlar? Hələ də noxudla fala baxanlara inanlar […]

Ani diqqətsizlik insanlara çətin anlar yaşada bilər – VİDEO

Bakıda kanalizasiya quyuları açıq vəziyyətdə qalıb. Bu isə səkilərdə hərəkət edən vətəndaşlar üçün təhlükə yaradır. Xəzər TV-ninməlumatına görə, söhbət Heydər Əliyev prospektinin Nizami rayonu ərazisindən keçən hissəsindən gedir. Səkinin bir hissəsində əmələ gələn çökəklik də insanlar üçün təhlükə mənbəyidir. Ərazi üzrə cavabdeh olan Nizami rayonu 67 saylı Mənzil-İstismar sahəsinin rəisi […]

Nəyə görə kişilər xanımlarının yanında başqa qadınlara baxır? – VİDEOSORĞU

Bəzi kişilər xanımlarının yanında başqa qadınlara baxır. Hətta bu xanımlarının diqqətindən qaçmasa belə… Bəs görəsən, onlar öz xanımları ola -ola başqasına nəyə görə baxır? Bu sualla müraciət etdiyimiz  şəhər əhalisi kişi psixologiyasını analiz etdi. Turkustan.info A24.Az-a istinadən sizə şəhər əhalisi ilə olan videosorğunu təqdim edir:  

Bu gün “Qarabağ” tarix yazacaq

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi oyuna çıxacaq.  Turkustan.info-nun Report-a istinadən məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Danimarka “Kopenhagen”i ilə “pley-off” mərhələsinin cavab matçında üz-üzə gələcək. Tarixində ilk dəfə ÇL-in “pley-off”una yüksələn, ardıcıl 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən ölkə çempionu […]

Sürücüyə silah çəkən şəxs budur – “Xəcalətimdən o videoya baxmadım” – VİDEO

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs saxlanılıb. Hadisə avqustun 18-də axşam vaxtı paytaxtın Binəqədi rayonu ərazisində baş vermişdi. 85 saylı avtobusun sürücüsü Gülağa Xudaverdiyev ərazi üzrə 7-ci polis bölməsinə məlumat verib ki, avtobusa minən şəxlərdən biri onu və sərnişinləri silahla hədələyib. Hadisənin baş verməsinə səbəb kimi isə o, dayanacaqdan kənarda […]

Bayram Kürdəxanı faciəvi şəkildə öldü

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb. APA-nın xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan “Peugeot” markalı avtomobil onu vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün […]

Aygün Kazımovadan Elçibəyə: “Bircə tilsimin var, sevgi tilsimi…”

Xalq artisti Aygün Kazımova eks prezident Əbülfəz Elçibəy barədə mahnı oxuyub.  Turkustan.info xəbər verir ki, sözləri Ramiz Rövşənə məxsus olan bu mahnını məhz indi təqdim etməyimizin səbəbi son günlər mərhum Elçibəylə bağlı gedən müzakirələrdir. Buyurun dinləyin.