Gün: Avqust 24, 2017

Bakıya ilk “Roma” gələcək — DƏQİQ TARİXLƏR AÇIQLANDI

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib. Turkustan.info xəbər verir ki, Ağdam təmsilçisi ilk olaraq Bakıda “Çelsi” ilə qarşılaşacaq. Oyun 12 sentyabrda baş tutacaq. “Qarabağ”ın oyun cədvəlini təqdim edirik:  Oxu.Az 12 sentyabr “Qarabağ” – “Çelsi” 26-27 sentyabr “Roma” – “Qarabağ” 17-18 oktyabr “Atletiko Madrid” – “Qarabağ” 1 noyabr “Qarabağ” – […]

Prezident SƏRƏNCAM imzaladı: Artur Rasi-zadə…

Turkustan.info-nun  “Ölkə.Az”-a istinadən məlumatına görə, sərəncamla Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibinə daxildirlər: “Komissiyanın sədri Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri Komissiya sədrinin müavini Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Komissiyanın üzvləri: Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Ramin Quluzadə – Azərbaycan […]

Azərbaycanın xarici dövlət borcu nə qədərdir?

Maliyyə Nazirliyi açıqlama verdi Azərbaycanın xarici dövlət borcu açıqlanıb. Maliyyə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, 1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 172,6 mln. ABŞ dolları (12 mlrd. 208,5 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18,9% təşkil edib. Borca hökumətin […]

“Turan” agentliyinin rəhbəri saxlanıldı – Mehman Əliyevlə bağlı həbs qərarı – YENİLƏNİB

 “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Yasamal Rayon Polis İdarəsinin təcridxanasına çatdırılıb. Bu barədə məlumatlı Agentliyin əməkdaşları sosial şəbəkələrdə yayıblar. Məlumata görə, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə. *** 17:33 Turan İnformasiya Agentliyinin direktoru Mehman […]

Tarixçidən qalmaqallı müsahibə: “Şah İsmayıl daha çox şiələri qırıb”

Tarix elmləri doktoru, Azərbaycan Milli Araşdırmalar Assosiasiyasının rəhbəri Əkbər Nəcəfin AzNews.az-a müsahibəsi: – Əkbər bəy, nədən ən çox tarixi mövzular içərisində Şah İsmayıl Xətai və Səfəvilər dövrü müzakirə olunur? – Məncə, tam əksinədir. Mənə görə heç müzakirə belə olunmur? İnternet saytlarında və qəzetlərdə Şah İsmayıl haqqında yayımlanan ciddi məqalələrin sayı […]

Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti olaraq Qazaxıstana səfərə gedir

Milli Məclisin deputatı, Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Səfər çərçivəsində  deputatımız  “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək. Turkustan.info Milli Məclisin saytına istinadla bildirir ki, Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə  ATƏT PA-nın həyata […]

Mehman Əliyev saxlanıldı? – SON DƏQİQƏ

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bir az öncə saxlanılıb”. Turkustan.info xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Zöhrab İsmayıl Facebook səhifəsində yazıb. Jurnalist bildirir ki, Mehman Əliyev bu gün günortadan sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə ifadə verməyə çağırılmışdı.

Yol polisi “avtoş”u Yasamaldan Lökbatana qədər belə qovdu – VİDEO

Daxili İşlər Nazirliyi daha bir axtoxuliqanın həbsi ilə bağlı məlumat yayıb. DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan daha bir sürücünü […]

Ziya Məmmədova həbs təhlükəsi: ADDIM-ADDIM

Sabiq nazirə milyonluq korrupsiya ittihamı. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun başı üzərindən “qara bulud”lar keçmək bilmir. Nəqliyyat Nazirliyinin ləğvindən sonra bir sıra korrupsiya, yeyinti faktlarında adı hallanan sabiq nazir mətbuatın diqqətindən kənarda qalmışdı. Lakin o, bu günlərdə yenidən korrupsiya ittihamı ilə gündəmə gəlib. Belə ki, İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir […]

Azərbaycan təhsili üçün test: Qəbul imtahanlarının formatı niyə dəyişdirilir? – PROBLEM

Ölkənin ali məktəblərinə qəbul imtahanlarının yeni formatda keçiriləcəyinə dair məlumat cəmiyyətdə ciddi çaşqınlıq yaradıb. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində ali məktəblərə qəbul imtahanlarının formasının dəyişdiriləcəyini anons edib. DİM rəhbərinin sözlərinə görə, qəbul imtahanlarında yenilik artıq 2018-ci ildən […]

UEFA liginde şimdilik 2 Türk takımımız var, darısı Traxtor ‘un başına…

Prof. Dr. Aygün Attar   Dün Azerbaycan ‘ın Garabağ takımı  kazandığı zafer sonucunda UEFA şampiyonlar liginde oynamaya hak kazandı.Garabağ’ın Danimarka’da Kopenhag ile oynadığı maç dünyanın dört tarafında yaşayan Türkler tarafından heyecanla izlendi, bu ülkedeki büyükelçilik mensuplarımızın katıldığı kalabalık seyirci grupu 90+2 dakika boyunca hop oturup hop kalktı tıpkı maçı bizler […]

Kırşehirdə Qarabağ parkı açılacaq

Millət vəkili Q.Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan 22 nəfərlik Kırşehir bələdiyyə məclis üzvləri Kırşehirdə Qarabağ parkının salınacağını bildiriblər.  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan qardaş Türkyənin Kırşehir vilayətinin 22 nəfərlik bələdiyyə məclis üzvləri və bu bölgədən gəlmiş bir qrup aydın millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq […]

“Qarabağ”ın qələbəsinə azərbaycanlı jurnalistdən tərbiyəsiz şərh — FOTO

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i məğlub edərək futbol tariximizdə ilk dəfə olaraq qitənin ən nüfuzlu futbol turnirinə vəsiqə qazanması sosial şəbəkələrdə Azərbaycansevərlərin müxtəlif paylaşımları ilə diqqət çəkib. Lakin “Qarabağ”ın uğuruna fərqli yanaşanlar da tapılıb. Turkustan.info “Ölkə.Az”-a istinadən xəbər verir ki, Meydan TV-nin jurnalisti, hazırda Norveçdə yaşayan və o […]

Bakıda “polis bandası” yaxalandı

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı “polisi” saxlayıblar. Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, operativ-axtarış tədbirlərinin nəticəsi belə olub. Dörd nəfərdən ibarət olan dəstə vətəndaşları hədələmək yolu ilə onlardan pul alırmış. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim edirmişlər. Yalançı “polislər” qurbanlarını, onları həbs etmək və barələrində cinayət […]

Prezidentdən “Qarabağ” klubuna müdhiş JEST – SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncamda “Qarabağ” futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolunun tarixi qələbəsi olduğu vurğulanır. Klubun Azərbaycanı layiqincə təmsil etdiyi, ölkəmizdə […]

Kəlbəcər və 5 rayon Azərbaycana qaytarılır

Putinin Sarkisyanla görüşündən ilk məlumat Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşündəndərhal sonra ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland münaqişənin əsas nizamlanma bəndlərini açıqlayıb. İstiPress-in məlumatına görə, “Amerikanın səsi” radiosunun saytında “təcili” üstbaşlığı ilə verilmiş bəndlərdə qeyd edilir ki, Dağlıq Qarabağ ətrafında Ermənistan tərəfindən tutulmuş rayonlar Azərbaycanın […]

“Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır” – ABŞ-dan İrəvana ŞOK

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətində dərc edib. Sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılır. Sənəddə bildirilir ki, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı anlaşma və nəticələri […]

Dondurulmuş limon Xərçəngin 12 növünü məhv edir – Hazırlanma qaydası

Dünyanın ən böyük dərman şirkətlərindən birinin araşdırmasına görə, 1970-ci ildən etibarən aparılan laboratoriya testlərinə əsasən, limondan istifadə 12 xərçəng növünə faydalıdır. Biz mətbəxdə limondan istifadə edirik. Daha çox onun suyundan istifadə edirik. Lakin limon qabığının xüsusilə xərçəngdən qorunmada təsirli olduğunu bilmək də vacibdir. Dondurulmuş limonun inanılmaz faydaları barədə sizə məlumat […]

“Qarabağ”ın qələbəsi Elçibəyin ruhunu şad etdi: Türkiyəli aparıcı – VİDEO

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” səfərdə “Kopenhagen” 1:2 hesabı ilə məğlub olub. Lakin ilk matçda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. Turkustan.info xəbər verir ki, “Qarabağ”ın tarixi uğuru Türkiyənin “Tivibu Spor” kanalında efirə gedən “Çempionlar Ekranı” verilişində müzakirə edilib. Verilişin aparıcıları olan […]

ABŞ səfirliyi “Qarabağ”ı təbrik etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, bu barədə səfirliyin “facebook” səhifəsində yer alan açıqlamada deyilir. “Bu, böyük nailiyyətdir! ABŞ səfirliyi “Qarabağ”a gələcək oyunlarda uğurlar arzulayır”, – deyə açıqlamada bildirilir. Xatırladaq ki, “Qarabağ” ötən gün Danimarkanın “Kopenhagen” komandası […]

Xalq artistini Türkiyədə təcili əməliyyat etdilər – SON DƏQİQƏ

Bir necə saat öncə xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub. Diktor bu dəqiqələrdə əməliyyatdan çıxıb. Yenicag.az-a açıqlama verən xalq artisti norkozdan indi ayıldığını deyib: “Bu gün bir əməliyyat keçirtdim. Narkozdan indi ayılmışam, heç bilmirəm necəyəm. Həkimlərin dediyinə görə, əməliyyat ağır olmayib. Bağırsağımda hansı proseslərin getdiyini dəqiqləşdiriblər. Sabah […]

Leyla Əliyeva “Qarabağ”ı belə təbrik etdi – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” səhifəsində “Qarabağ” klubunu təbrik edib. Leyla Əliyeva klubun gerbini paylaşaraq qeyd edib: “Təbriklər, “Qarabağ”! İrəli!”. Xatırladaq ki, “Qarabağ” FK ötən gün Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.  Modern.az

“Qarabağ”ın qələbəsi türk aparıcını coşdurdu: “Azərbaycansız Türkiyə düşünmürük” – VİDEO

Türkiyənin “24” kanalında yayımlanan “24 spor gecesi” verilişinin aparıcısı efirə çıxar-çıxmaz “Qarabağ” FK-nun qazandığı qələbəni tamaşaçılarla paylaşıb. Turkustan.info “A24.az”-a istinadən xəbər verir ki, “İki dövlət, bir millət” sözləri ilə verilişə başlayan aparıcı Haluk Yürekli canlı efirdən bütün Azərbaycan xalqını, “Qarabağ” FK-nu təbrik edib və bunun onlar üçün inanılmaz bir qələbə olduğunu […]

Heyvanların insanların gözü qarşısında kəsilməsi qadağandır – Qəssablara XƏBƏRDARLIQ

Bəzən heyvanların insanların gözü önündə kəsilməsinin şahidi oluruq. Bu anti-sanitariya səbəb olduğu kimi, əsəbi zəif olan insanlara, xüsusilə uşaqlara çox təsir edə bilər. Bəs görəsən belə hallarla mübarizə aparılırmı? Turkustan.info bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə bildirib ki, […]

Bakıdakı evini 3 manata, doğma qızını 30 manata satmış qadın – FOTO

1957-ci il təvəllüdlü Suriya Səlimova qızına qarşı aliment iddiası qaldırıb. Tək istəyi dolanmasına köməklik göstərilməsidir. Suriya Səlimova “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalır. Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin əməkdaşları tərəfindən sığınacağa gətirilənə qədər küçələrdə gecələyib, zibillikdə tullantılarla qidalanıb. Turkustan.info virtualaz.org-a istinadən 60 yaşlı qadının həyat hekayəsini təqdim edir. S.Səlimova […]

Azərbaycan, yoxsa Az Ər Bay Tayqan – Yaxud, “azəri” sözü doğrudanmı Stalinin uydurmasıdır?!

Hikmət BABAOĞLU Daşlarda nə yazılıb yaxud azəri sözü doğrudanmı Stalinin uydurmasıdır?! Azərbaycan, yoxsa Az Ər Bay Tayqan…?! Azərbaycan sözünün etimalogiyasının izahında yeni elmi versiya ….. Son günlər sevdiyimiz və hörmət etdiyimiz türkiyəli tarixçi İlber Ortaylının azəri sözü Stalinin uydurmasıdır fikri sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə olunur. Bu barədə dilçilərimiz, […]

Məşhur rus şərhçi Azərbaycanı təhqir etdi: “Klubu qonşu ölkədən olan…”

Rusiyanın ən populyar futbol şərhçilərindən biri Vasili Utkin Dağlıq Qarabağı Ermənistan ərazisi sayaraq Azərbaycanı faktiki olaraq təhqir edib. Turkustan.info milli.az-a istinadən bildirir ki, o, “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxmasından sonra Tvitter-dəki profilində yazıb: “Ümumiyyətlə, Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq təki xoş ənənələr var. Qarabağ, Ararat…” […]

Qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəm deyən Naz: “Dino gəlsə….” – FOTO

Türkiyədəki evlilik verilişinə qatıldıqdan sonra fotoları və replikaları ilə gündəm olan azərbaycanlı gəlin namizəd Naz Mila ( Müşginaz) ötəngünkü “Kopenhagen” – “Qarabağ” qarşılaşması ilə bağlı vəd vermişdi. O bildirmişdi ki, “Qarabağ” qalib gələrsə, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcək. “Onu 3 gün ən bahalı maşın və otellə təmin edəcəm”. Turkustan.info bildirir ki, oyundan […]

5000-ə yaxın müəllimin əməkhaqqı artacaq – RƏSMİ

“Bu il müsabiqə yolu ilə müəllimlik adını qazanan namizədlərin maaşları artımla veriləcək”. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a açıqlamasında deyib. E. Bağırov deyib ki, bu təklif Təhsil Nazirliyi tərəfindən verilib: “Məlumdur ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq respublika müəllimlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi […]

“İlk dəfə idi ki, məğlubiyyətə sevinirdim” – Qurban Qurbanovdan AÇIQLAMA

“Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı. Hər kəsi tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Deyiləcək çox söz yoxdur. Bu uğurun ölkəmizdə futbolun inkişafına bir qədər də təkan verəcəyini düşünürəm”. Bunu Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi “Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan […]

Türkiyə “Qarabağ”ın sevincinə belə şərik oldu – Tvitterdən seçmələr – FOTOLAR

“Qarabağ”ın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanması Tvitter sosial şəbəkəsində böyük coşqu ilə qarşılanıb. Türkiyə gündəmində “Qarabağ”ın tarixi uğuru ilə bağlı bir neçə həştağ açılıb. “Çempionlar Liqasında”, “Təbriklər, “Qarabağ””, “Qarabağ” həştağları Türkiyə gündəminin ön sıralarında yer alıb. Türk soydaşlarımız minlərlə tvit yazaraq bu tarixi uğura görə Azərbaycanı və “Qarabağ”ı təbrik […]

Astan Şahverdiyev: “Qarabağ FK”ın qələbəsi məni maraqlandırmır” – AÇIQLAMA

Millət vəkili Astan Şahverdiyev “Qarabağ FK”-nın qələbəsi ilə bağlı münasibət bildirib. A24.az-ın əməkdaşıyla söhbətində millət vəkili “Qarabağ FK” ilə maraqlanmadığını deyib: “Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, Qarabağ Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu bütöv Azərbaycanın qələbəsidir. Lakin […]

“Qarabağ” Bakıda İZDİHAMLA qarşılandı – VİDEO

Danimarkada “Kopenhagen”lə təkrar “pley-off” matçındakı sərfəli nəticə sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” komandası Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanı çoxlu sayda azarkeş qarşılayıb. Fanatlar önünə ilk çıxan klubun vitse-prezidenti Tahir Gözəl təbrikləri qəbul etdikdən sonra onları qarşılamağa gələnlərə təşəkkürünü bildirib. Daha sonra tərəfdarlar baş məşqçi Qurban […]

“Bakıda “Qarabağ” sevinci – Qələbəmiz bu cür qeyd olundu – FOTOSESSİYA

Dünən axşam keçirilən oyundan sonra “Qarabağ” klubu Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Danimarka təmsilçinin xeyrinə başa çatıb. Beləliklə, 2 oyunun cəmi və səfər qolunun […]

Şəhər meri: “Allahu Əkbər” deyənlər güllələnəcək

“Biz terrorizmə qalib gəlməliyik” İtaliyanın Venesiya şəhərində “Allahu Əkbər deyənlərə atəş açılacaq. İstiPress rus mətbuatına istinadən xəbər verir ki, bunu şəhər meri Luici Brunyaro deyib. “Biz İtaliyada terrorizmə qalib gəlməliyik. Müdafiə güclü olmalıdır. Kim San-marko meydanı ilə qaçaraq “Allahu Əkbər” qışqırsa, ona sorğu-sualsız atəş açılacaq”. – Mer belə deyib.

Azərbaycan futbolunda tarixi hadisə!!! Qarabağ Çempionlar Liqasının qrup mərhələsində

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Turkustan.info  məlumatına görə, turnirdəki təmsilçimiz “Qarabağ” da həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağıdır. Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimalhesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək. Bu, […]

Zabit Səmədovdan növbəti qələbə – VİDEO

Çeçenistan Respublikasının paytaxtı Qroznıda azərbaycanlı kikboksçu Zabit Səmədovla hollandiyalı Errol Tsimmerman arasında revanş görüşü keçirilib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, Çeçenistanın birinci prezidenti Axmat Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində baş tutan döyüş Z.Səmədovun qələbəsi ilə yekunlaşıb. 2008-ci ildə Avropa Qran-prisinin finalında hakimlər qələbəni Hollandiya idmançısına vermişdi. https://youtu.be/eTGYch3DJSc