Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti olaraq Qazaxıstana səfərə gedir

Milli Məclisin deputatı, Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Səfər çərçivəsində  deputatımız  “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.

Turkustan.info Milli Məclisin saytına istinadla bildirir ki, Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə  ATƏT PA-nın həyata keçirdiyi işlər  haqqında konfrans iştirakçılarına məlumat verəcək və bu istiqamətdə digər beynəlxalq qurumlarla gələcək əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək.

Səfər çərçivəsində Azay Quliyevin Qazaxıstan Respublikasının Parlament Senatının sədri Kasımjomart Tokaev və digər rəsmilərlə görüşləri də nəzərdə tutulmuşdur.

Səfər avqustun 30-da başa çatacaq.