Prezidentdən Fəzail Ağamalı haqda SƏRƏNCAM

Prezident İlham Əliyev F.R.Ağamalının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qaynarinfo” xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Rəhim oğlu Ağamalı “Şöhrət” ordeni ilə təltif edilsin.