TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Qubadlıya gedirəm! 24 ildir…
30 Avqust 2017 11:15
    baş manşet
Qubadlıya gedirəm! 24 ildir…













Fadil Paşayev

Hər ayın 31-i Qubadlının səsi gəlir. Məni haylayır. Onsuz da hər gün ordayam.
Doğma kəndim Dondarlının sirli-sehirli, macəralı yollarında. Hər daşının, qayasının, dərəsinin qulağıma pıçıldadığı nağıllarında yolçuyam hələ də. Sarıyamac, Mirzalı dərəsi, Şaban məhəlləsi, Günbəz… Bu toponimlərlə sayaqlayıram …
Yay tətili başlayar-başlamaz atamın izni ilə kəndə gedərdim. İlin 9 ayı kəndimə qovuşmaq üçün yaşayırdım. Sakit kənd həyatını toyuq-cücə səsi pozardı, quşların cəh-cəhlə yarışması, ara-sıra itlərin hürməsi, kənd camaatının uzaqdan bir-birini haylaması uşaq ruhumu qidalandırırdı. Əsl kənd həyatını düz üç ay yaşayardım. Dan yeri yenicə ağarırdı ki, nənəmdən tutmuş əmimə qədər hamı oyanırdı. Evin qız-gəlinləri həyətə səpələşərdi. Sübh cağdan qoyun-quzular mələşirdi, odun doğranırdı, nobata gedənin hay-küyü bütün kəndi başına götürərdi.

Pah, birdən şıdırğı yağış yağardı. Möhkəm şümşək çaxardı. Nənəm hey çağırardı: “A bala, o tayanın üstün örtün, quzular yazıqdı, onları salın tövləyə”. “Yaxşı ay nənə, indicə edərik”. “Bala, bala ayaqqabıları eyvandan at içəri”, – nənəm iş buyurmaqdan heç yorulmazdı. Amma üzü elə gülürdü ki! Yağış bağımızda əkilən hər bitkini suvarırdı. Əlavə zəhmətə heç ehtiyac qalmırdı. Kim idi arxlarda kürəyində bel suyun başında duran… Hə, yağış elə yağırdı ki, tut ucundan lap göyə qalx. Balacalar da sevinər, yağışın altında çimişərdilər. Qışqıra-qışqıra, gülə-gülə. Bütün islanardılar. Birdən görürdün ki, yağış dayandı, gün çıxdı. Göyün üzünü sevdiyimiz rəngli qurşaq bürüdü. “Qırmızı mənim, yaşıl mənim, yox-yox göy mənim”…

Rəngləri seçərdik. Elə ki, axşam düşürdü, boşalan ev dolurdu, kimisi tütündən gələrdi, kimisi bağdan, kimisi də butonnikdən. Axşam hamı süfrə başına toplaşardı. Xörəyi həmişə nənəm çəkərdi… Həyətimizdə qocaman tut ağacı var idi. Barlı-bərəkətli kənd torpağının yetişdirdiyi gövdəli bir ağac. Sevirdim TUTU. O da bizi sevirdi, qocaldıqca kölgələnirdi. Həyətimizdə daha 5 ağac əkmişdik. Nənəmlə baxırdım onlara sevə-sevə. Bax beləcə, ilin üç ayı ömrümün ən şirin, ən kövrək anlarına şahid olan Dondarlım.

Ağlaya bilmirəm, amma içim elə yanır ki!!! Məhəmmədəlinin, Şirzadın ruhunun dolaşdığı bir kənddən 24 il ayrı qaldığıma elə təəccüblənirəm. Lap mat-məəttələm. Bir igidin ömrüdür 24 il. O kəndi itirdiyimdə orta məktəbi yenicə qurtarırdım.

Nə biləydim ki, kəndə bir daha getməyəcəyəm. Amma Gilənar nənəm bir dəfə demişdi ki, bala mən mütləq kəndə qayıdacağam. Bəli, kəndimizə o, öz rühü ilə qayıdacaqdı və atamla, əmimlə qayıtdı da. Deməli, biz də qayıdacağıq!!! Necə olursa olsun!

Yuxarı Geri Başlağıc