Gün: Avqust 31, 2017

Eşidəndə şok keçirəcəyiniz cütlüklər – Ata qızla, oğul anayla… – İNSEST AİLƏLƏR – FOTOLAR

İnsest ailələr, yəni qan bağlılığı olan şəxslərlə evlilik demək olar ki, əksər ölkələrdə qadağan olunub. Bununla yanaşı biz mediada zamanla bu tip ailələrin mövcudluğuilə bağlı xəbərlər eşidirik. Turkustan.info A24.Az-a istinadən bu tip ailələrin bir neçəsi haqqında tükürpədici faktlar təqdim edir. Colt ailəsi Colt ailəsi Avstraliyada yaşayır. 48 yaşlı ananın – Beti […]

1 saata Bakıdan Qazaxa gedib-qayıda bilərsiniz – 100 ilin ən böyük uğuru – VİDEO

“Hyperloop” vakuum qatarı layihəsinin gerçəkləşməsinə az qalıb. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, layihənin rəhbəri Elon Mask qatarın prototipini nümayiş etdirib. Futuristik layihə icra olunacağı təqdirdə insanları bir məntəqədən digərinə saatda 804 kilometr sürətlə çatdırmaq mümkün olacaq. Bu, Bakıdan Qazaxa, təxminən, 1 saata gedib-qayıtmaq deməkdir. Layihə yerüstü nəqliyyat sahəsində […]

Azərbaycanın vitse-prezidentləri nə vaxt təyin ediləcək?

Azərbaycanda bu ilin əvvəlindən hakimiyyətin yuxarı pilləsində ciddi struktur islahatlarına start verilib. 2017-ci ilin fevralında Prezident Administrasiyasında edilən dəyişiklik nəticəsində I vitse-prezident institutu formalaşdırıldı. Nəticədə birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olundu. Daha sonra bu il iyununda Prezident Administrasiyasında dövlət başçısına yeni köməkçilər təyin edildi, eyni zamanda […]

Misir Mərdanov testin ləğvindən DANIŞDI

Turkustan.info sivil.az-a istinadən sabiq təhsil naziri Misir Mərdanovun test üsulunun ləğv olunması məsələsi ətrafında baş verənlərlə bağlı modern.az-a müsahibəsini təqdim edir: – Misir müəllim, bir neçə gün bundan əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 2 ildən sonra test üsulunun ləğv olunacağı anonsunu verdi. Keçmiş təhsil naziri olaraq sizcə, […]

Rusiya nazir Mikayıl Cabbarovun əmrindən vəcdə gəlib

“Azərbaycanın həm paytaxtında, həm də regionlarında uşaqların rus dili təliminin davam etdirilməsinə və təhsilin intensivləşdirilməsinə dair qərarın verilməsi çox yaxşı xəbərdir. Belə qərarı qiymətləndirməmək mümkün deyil. O, Rusiyaya etibarın göstəricisidir və bizim ölkələrimiz arasında münasibətlərin gələcəkdə də möhkəm olacağını əks etdirir. Və o, sözsüz, azərbaycanlılar kimi rusiyalılara da böyük xeyir […]

Braziliyalı futbolçu “Qarabağ”ın heyətində

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirib. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrikeni heyətinə qatıb. Klublar arasında uzun müddətdir aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 […]

ATƏT-in İrəvandakı ofisi fəaliyyətini dayandırdı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İrəvan ofisi fəaliyyətini rəsmən dayandırıb. Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidmətindən bildirilib. Vurğulanıb ki, ATƏT-in Daimi Şurası Ermənistanda təşkilatın nümayəndəliyinin mandatının uzadılması məsələsində konsensus əldə edə bilməyib.

“Borcu olan insanlar qurban kəsməsin” – Hacı Fuad

Müsəlman dünyası Qurban bayramını qeyd etməyə hazırlaşır. APA TV-nin məlumatına görə, artıq hər yerdə qurban hazırlıqlarına başlanıb, qurbanlıq qoyunlar bazara çıxarılıb. Lakin bu bayramın mahiyyəti, sadəcə, Allah yolunda qurban kəsmək deyil. Əsas mahiyyət ehtiyacı olan insanlarla paylaşmaq, onları sevindirməkdir. Bəs Qurban kəsmək kimlər üçün vacibdir? “O adamlar ki, qurban kəsməyə […]

Qurbanlıq bazarında qiymətlər – VİDEO

Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan sayılır. Müsəlmanların sevərək qeyd etdiyi Qurban bayramına ölkəmizdə də böyük maraq var. Bayramla əlaqədar Bakı şəhərində və şəhərətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış məntəqələri fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün Bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq. Turkustan.info xəbər verir ki, AzVision.az-ın […]

İşsizlərə ŞAD XƏBƏR

22 rayon və şəhərdə əmək yarmarkaları keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması üçün keçirilən əmək yarmarkalarının cari ilin sentyabr ayında respublikamızın 22 rayon və şəhərində davam etdirilməsi nəzərdə tutulur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İstiPress”ə verilən məlumata […]

Nazarbayev İlham Əliyevi təbrik etdi

Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Turkustan.info-nun məlumatına görə, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Sizi təbrik edirəm. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, əsrin dörddəbir […]

Mariya Zaxarova Hoqlandın Qarabağ bəyanatı haqda

“Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər”. Turkustan.info-nun Virtualaz.org-a istinadən məlumatına görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “ABŞ-ın yeni həmsədr təyin […]

Daha bir qadın özünü qatarın altına atdı – Şəmkirdə

Şəmkir sakini intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbəsində qeydə 1993-cü il təvəllüdlü Pərvanə İsmayılova özünü hərəkətdə olan qatarın altına atıb. Ağır bədən xəsarətləri alana qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır-orta ağır olduğu bildirilir. Məlumata görə, P. İsmayılovanın intihara cəhd etməsinin səbəbi həyat yoldaşından boşanması […]

Bakıda evi fahişəxanaya çevirən kişi tutuldu

Bakıda əxlaqsızlıq yuvası təşkil edən şəxs tutulub. Lent.az bildirir ki, Bakı şəhərinin Xətai rayonu ərazisindəki evlərdən birində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Seyidağa Cəfərov İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.

Marsda şəhər tapıldı – VİDEO

Mars planetinə endirilən “Curiosity” marsoxodunun çəkdiyi şəkillər əsasında kosmik tədqiqatçılar planetdə bir vaxtlar şəhərin mövcud olduğunu iddia edirlər. Publika.az “Daily Mail”-ə istinadən xəbər verir ki, NASA mütəxəssislərinin qeyri-dəqiq şəkildə informasiya yayması, əldə edilən informasiyaları fərqli şəkildə Yer sakinlərinə çatdırması müəmmalıdır. Skeptiklər burada mövcud olan “qədim Mars şəhəri” və qayalıqlardan başqa qəribə […]

Elzadan onu tənqid edənlərə söyüş kimi “ŞEİR” – “Tikim sizin ağzınızı”

ARB telekanalında yayımlanacaq “Xalqın şairi” verilişinin münsif kürsüsündə əməkdar artist Elza Seyidcahanın yer alması birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri tez-tez şeirləri ilə gündəmə gələn sənətçinin münsif olması ilə razılaşmayıb. E.Seyidcahan onun münsif olması ilə barışmayan izləyicilərinə isə şeir həsr etməklə cavab verib. Turkustan.info Metbuat.az-a istinadən sözügedən “şeir”i təqdim edir: “Tikim, Tikim […]

Bakıda mağazada oğurluq kameraya düşdü – bütün kassanı boşaltdı – VİDEO

Bakının Badamdar qəsəbəsində mağazada oğurluq hadisəsi baş verib. Hadisə 24.07.2017-ci il tarixində qeydə alınıb. Mağazanın kassasından günün günorta vaxtı işçi heyətinin başının qarışıq olduğundan istifadə edib xeyli pul oğurlanıb. Mağaza sahibi Daxili İşlər Nazirliyinin 102 qaynar xətti vasitəsi ilə müraciət edib. Lazım olan video və fotoşəkillər hüquq mühafizə orqanlarına təqdim […]

Millət vəkili: “Ermənistan Qarabağın müstəqilliyini tanısa geosiyasi vəziyət dəyişəcək”

Elman Nəsirov: “Qərbin dəstəyi ancaq sözdə, bəyanatlardadır” “Bu gün Azərbaycanın maraqlarının beynəlxalq aləmdə müdafiəsi çox düzgün qurulub”. Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov deyib. “Bu balanslı, çox vektorlu, tarazlaşdırılmış siyasətdir. Biz bu gün yeridilən siyasətin nəticəsində beynəlxalq aləmdə fəal oyunçu kimi davranırıq. Bu siyasətin konkret nəticələri də var. […]

“Buna necə cəsarət edirlər…” – Sabir Rüstəmxanlı Elzadan danışdı

Xalq şairi Sabir Rüstəmxanlı ARB telekanalında yayımlanacaq “Xalqın şairi” verilişinə, həmçinin münsif kürsüsündə həmişə yazdığı şeirlərlə qalmaqala səbəb olan Elza Seyidcahanın iştirakına münasibət bildirib. Turkustan.info bildirir ki, o, qafqazinfo-ya açıqlamasında qeyd edib ki, neçə illərdir ki, Azərbaycan ziyalısını gözdən salmaq kampaniyası gedir: “Şeir, sənətkar adına meyxanaçılar təqdim olunur. Bundan əlavə, yerindən duran Azərbaycanın […]

Enerji içkilərindən üç nəfər ÖLÜMCÜL vəziyyətə düşüb, belə getsə…

Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimovun Report.az-a müsahibəsini təqdim edirik: – Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı mövcud vəziyyət necədir? – Ötən il ərzində Azərbaycanda müxtəlif səbəblərdən 53 min insan həyatını itirib. Bunlardan 32 mini ürək-damar xəstəliklərindən baş verib. Bu, çox dəhşətli rəqəmdir. […]

Sentyabrda manatın məzənnəsi dəyişəcək

“Sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişiklik gözlənilir”. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. Parlament üzvü deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasətdən və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qəbul edəcəyi qərardan asılı olacaq: “Hazırda bank sektorunda vəziyyət pisləşməkdə davam edir. […]

Qadının qadına, kişinin kişiyə aşiq olmasının SİRRİ

Uzun müddətdir ki, homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatının diaqnozları arasında xəstəlik siyahısından çıxarılıb. 1973-cü ildən “homoseksualizm” və “homoseksuallıq” sözləri psixiatrik xəstəliklər sırasında görünmədi. Bu sözlərin işlədilməsi cinsi ayrı-seçkilik elan edildi. Hazırda da həmin insanların haqları müdafiə edilir. Bəlkə də bu səbəbdən son zamanlar bu tip insanların sayında artım müşahidə edilir. Maraqlıdır, […]

Dilqəm Əsgərovun oğlu “Qızıl Xaç”ın yalanını çıxardı: “Düşünürlər uşağam, mənimlə çiling-ağac oynayırlar”

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Onlardan ailələrinə çatdırılması üçün məlumatlar alınıb və ailələrindən məlumatlar verilib. Turkustan.info […]

ABŞ-ın Qarabağ şərti – “Tramp Bakını seçdi”

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin dəyişməsi həmin postu tərk edən Riçard Hoqlandın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri barədə ətraflı çıxışı ilə müşahidə olundu. Riçard Hoqland Dağlıq Qarabağ ətrafında bütün işğal edilmiş rayonların (müvəqqəti status əldə etmiş) Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu və həmin ərazilərdə Azərbaycanın suverenliyinin bərqarar edilməsinin vacibliyini […]

Cəmiyyətdə daim qınağa çevrilən məsələ – BOŞANMIŞ QADININ 2-Cİ DƏFƏ AİLƏ QURMASI

“Filan qadın ərindən boşanıb, ikinci dəfə ərə getdi. Görürsünüz də, digər qadınlara necə pis nümunədir?!” Bu cür düşünənlərin təbirincə, boşanmış qadınlar cəmiyyətdə daş-qalaq olunmalıdır. Bu səbəbdən də  Azərbaycan cəmiyyətində ailə qurmaq haqqında təsəvvürlər bir-birinə qarışıb. Maraqlıdır, müasir zəmanədə boşanmış qadınların ikinci dəfə ailə qurması niyə ikrah hissi doğurur? Məsələnin sosioloji […]

İlahiyyatçı: “Qurani-Kərimdə qurban sözü heyvan kəsmək mənasında işlədilmir”

Elşad Miri: “İslam dinindəki bayramlar sosial yardımlaşmanı təbliğ edirlər. Qurban bayramı İslamın Ramazan bayramı ilə bərabər iki ən böyük bayramından biridir. Ancaq Qurban bayramının mahiyyətini və önəmini heç də hər kəs doğru anlamır. İlahiyyatçı Elşad Miri Sputnik Azərbaycan-a deyir ki, insanlarımız qurbanın nə demək olduğunu anlamalıdırlar: “Qurani-Kərimdə “qurban” sözü bizim bildiyimiz […]

Tapılan altı yaşlı uşağın atası danışdı – VİDEO

Üç gündür itkin düşən altı yaşlı uşaq tapılıb. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivində tapılan 6 yaşlı Natiq, Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Üç gün idi ki, meşədə itkin düşmüşdü. Mərasim keçirilən yerdən 4-5 km aralıdan tapılıb. Yarğanın […]

1 milyon dollarlıq silahı oğurlayıb “eBay”da satdılar

ABŞ-ın Kentukki ştatında “Fort-Kempbell” hərbi bazasının anbarlarından 1 milyon dollar məbləğində silah-sursat oğurlanıb. “A24.az”ın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, oğurlanan silah-sursatın bir qismi “qara bazarda”, qalanı isə “eBay” vasitəsi ilə satılıb. Məlumata əsasən, müxtəlif silah və avadanlıqlar Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada sahibini tapıb. Anbarlardan oğurlananlar arasında pulemyot […]

24 il Qubadlısız

Torpaqlarımızın qorunması uğrunda 238 nəfər Qubadlı sakini şəhid olub. Bu gün Ermənistanın Azərbaycanın Qubadlı rayonunu işğal etməsindən 24 il ötür. Ümumi sahəsi 80250 hektar olan rayon 1993-cü ilin avqustun 31-də erməni işğalçıları tərəfindən işğal edilib. 1993-cü il avqustun 31-də ermənilər Qubadlını işğal etməklə Azərbaycan iqtisadiyyatına milyonlarla manat ziyan vurdular. Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi […]

Azərbaycanlı idmançı Livanda faciəvi şəkildə öldü – Meyidi verilmir

Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər. İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib: “Xəzərin meyiti 3 […]

Azərbaycan və Ermənistan dünyanın ən güclü ordularının reytinqində

Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yeri tutub. Turkustan.info xəbər verir ki, bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib. Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 93-ci pillədə qərarlaşıb. İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir. Global Firepower Index […]

Ət bazarında bahalaşma – VİDEO

Qurban bayramına 2 gün qalmasına baxmayaraq, artıq Dövlət baytarlıq nəzarəti xidməti tərəfindən müəyyən olunmuş heyvanların kəsim məntəqələrində canlanma müşahidə olunur. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, paytaxta fəaliyyət göstərən kəsim məntəqələrinə indidən qurbanlıq heyvanların gətirilməsinə başlanılıb. Nərimanov rayonu ərazisində, Keşlə bazarında olan məntəqədə bayram gününə ciddi hazırlaşırlar. Məntəqədə olan Baytarlıq […]

Azərbaycanda Babək haqqında fantastik film çəkilir – VİDEO

“Babək 2020” filminin ilk tizeri ictimaiyyətə tədim edilib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədovdur (LİMAF). Rejissor Zaur Tahirsoy açıqlamasında bu filmin müasir standartlara cavab verəcəyini bildirib: “Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir […]