Gün: Sentyabr 5, 2017

TƏCİLİ! Azərbaycan bu xəbərlə SARSILDI: Federasiya prezidentimiz DÜNYASINI DƏYİŞDİ – FOTOLAR

Bu gün səhər saatlarında Azərbaycan idmanına ağır itki üz verib. Turkustan.info-nun BiG.AZ-a istinadən məlumatına görə, Milli Güləş Federasiyasının prezidenti Nəriman Baba oğlu Cəbrayılov 67 yaşında Mərkəzi Neftçilər xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib. Mərhum Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, mərhumun anım mərasimi 6 sentyabr saat 14:00-da Heydər Məscidində […]

ÇAK(MA) THE GUARDIAN

Prof. Dr. Aygün Attar  The Guardian, Guardian Media Group bünyesindeki bir İngiliz gazetesidir. 1821’de ilk kez kurulan gazetenin adı 1959 yılına kadar The Manchester Guardian idi. Dünyanın tanınan ana akım medya kuruluşlarından birisi olma gerçeği  Guardian gazetesinin tarafsız olduğu anlamını taşımaz, nitekim bu gazete Azerbaycan ve Türkiye’ye yönelik daha önce […]

Zidan göz yaşlarını saxlaya bilmədi – VİDEO

“Real”ın baş məşqçisi Zinəddin Zidan Fransa mətbuatına müsahibə verib. Müsahibə zamanı jurnalistlərin ona hazırladığı kadrlar qarşısında təəccübünü gizlədə bilməyən futbolçu göz yaşlarına hakim ola bilməyib. Atasını görən Zidan onu çox sevdiyini və 2006-cı il Dünya Kubokunda ani əsəblə Materazziye atdığı baş zərbəsi ilə öyünmədiyini deyib. (publika.az) https://youtu.be/CLQJTKRZktA

Daha bir erməni hərbi qulluqçusu öldü

Ermənistan Silahlı Qüvvələrində daha bir müəmmalı ölüm hadisəsi baş verib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 2-də Azərbaycanın işğal olunmuş Xocəvənd rayonunda yerləşən Ermənistan ordusunun bölmələrindən birində müəmmalı şəraitdə ağır yaralanan, Kanakerdən olan hərbi qulluqçu Qvidov Petrosyan hərbi tibb məntəqəsinə gecikdirildiyindən dünyasını dəyişib. Bu barədə ölən hərbi qulluqçunun […]

Tarif Şurasından benzinin bahalaşması ilə bağlı AÇIQLAMA

“Aİ-98 super” markalı benzinin qiymətlərindəki artım iqtisadiyyatın heç bir sahəsinə təsir göstərməyəcək. Bunu Trend-ə Tarif (Qiymət) Şurasından deyiblər. Şura bildirir ki, Azərbaycanda bu növ benzinin istehlakı minimal səviyyədədir: “Bu benzin bəzi “lüks” klass avtomobillərdə istifadə edilir. Ona görə də, “Aİ-98″ benzininin bahalaşmasının qiymətlərə təsiri barədə danışmaq qeyri-ciddidir”. Tarif (Qiymət) Şurası […]

Müharibə olmayacaq – Beş SƏBƏB

Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən həyata keçirilən son sınaqlar və təhlükələrə baxmayaraq, ABŞ KXDR-ə qarşı hərbi əməliyyatlara başlamayacaq. Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Mayami Universitetinin politologiya departamentinin professoru Cun Teufel Dreyer bildirib. Professor fikrini əsaslandırmaq üçün beş səbəb göstərib. 1. Dreyerin fikrincə, Amerika ordusunun KXDR ilə müharibəsiz […]

Azərbaycana gələn iranlı turist: Arvadımı velosipedə dəyişdim – VİDEO

63 yaşlı Həmid Qazi İranın Tehran şəhərindədir. O, 10 ilə yaxındır ki, nəqliyyat vasitəsi kimi yalnız velosipeddən istifadə edir. Velosipedlə İranı, Türkiyəni, Gürcüstanı gəzib. Onun növbəti səfəri Azərbaycanadır. Həmid Qazinin məqsədi dünyanı velosipedlə kəşf etməkdir. Turkustan.info xəbər verir ki,  xəbərinə görə, AzVision.az-ın əməkdaşı ilə həmsöhbət olan Həmid Qazi ölkəmizi sevdiyini […]

Azərbaycan torpağında qlobal güclər toqquşacaq: Aylar sonra başlanacaq TAMMİQYASLI MÜHARİBƏ

“Dağlıq Qarabağda tammiqyaslı müharibə başlanacaq”. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu proqnozla “McGill International Review” elmi nəşrin əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin inkişafını şərh edərkən çıxış edib. Ekspertlər əmindirlər ki, Qarabağ regionunda tammiqyaslı müharibənin başlanmasına az vaxt qalıb. Proqnoza görə, müharibə bu ilin sonunda alovlana bilər. “Mümkündür ki, 2017-ci ilin sonunda […]

İzn verildi – Türkiyə 1000 ton yardımla Myanmara gedir – SON DƏQİQƏ

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın Myanmar prezidenti ilə danışıqları müsbət nəticə verdi. Turkustan.info xəbər verir ki, Prezident Erdoğanın sözçüsü İbrahim Kalın “Prezidentin danışıqlarından sonra Myanmar TİKA-nın 1000 tonluq yardımının ölkədə ağır durumda olan müsəlmanlara çatdırılmasına izn verdi” deyib. Türkiyə eyni zamanda Banqladeşə keçən myamnarlı müsəlmanların həyati ehtiyaclarının ödənilməsi üçün də […]

Kəlbəcərdən olan məcburi köçkünün köməyə ehtiyacı var – FOTOLAR

Kəlbəcərdən olan məcburi köçkün Xədicə Məmmədəliyeva üzləşdiyi problemlə bağlı kömək istəyir.  Şikayətçi Modern.az-a açıqlamasında deyib ki, məskunlaşdıqları ev qəzalı vəziyyətdə olduqlarından yaşamaq qeyri-mümkündür. “Kəlbəcərdən olan məcburi köçkünük. Hazırda Tərtər rayonu Bəyimsərov kəndində yaşayırıq. Yaşadığımız ev bizim deyil. Evin sahibi xaricdə yaşayır. Evini təmir etdirmək istəyir. Ev qəzalı vəziyyətdədir.  Ailə vəziyyətimiz 3 […]

Türkiyəli nazir Azərbaycanda səfərdədir

Onun İlham Əliyevlə də görüşü gözlənilir. Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. Turkustan.info  xəbər verir ki, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək. Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir. Mixeil […]

Çin Ermənistana 1.5 milyon dollar hərbi yardım göstərəcək

Ermənistan Müdafiə naziri Viqen Sarkisyan Çin Xalq Respublikasına səfəri zamanı çinli həmkarı Çan Vantsyuanla görüşüb. “A24.Az” erməni mətbuatına istinadən xəbər verir ki, sentyabrın 4-də Ermənistanın müdafiə naziri Çinli həmkarı ilə görüşdən sonra tərəflər rəsmi danışıqlarda razılığa gəliblər. Danışıqlara əsasən Çin Ermənistana 1.5 milyon dollar hərbi yardım göstərəcək.

Dünya Putinin Trampla bağlı İLGİNC CAVABından danışır: “O ki, mənim arvadım…”

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla bağlı suala olduqca maraqlı cavab verib. Turkustan.info xəbər verir ki, Trampla bağlı xəyal qırılığı yaşayıb-yaşamadığı barədə suala Putin  “Bu sual çox sadəövhdür. O (Donald Tramp-red) ki, mənim arvadım, mən də onun arvadı, əri deyiləm, biz dövlət işləriyl məşğuluq”,– cavabını verib. Putin həmçinin Trampın […]

Gülağa Tənha 7 saytı məhkəməyə verdi – Yarım milyon tələb olunur

Azərbaycanlı xeyriyyəçi milyoner, şair Gülağa Qəmbərov (Tənha) ölkənin bir neçə media qurumuna qarşı məhkəmə iddiası qaldırıb. Turkustan.info-nun “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, şair Tənha onun adı keçən məqalələrə görə sayt baş redaktorlarının cəzalandırılmasını istəyib. G.Qəmbərov iddia ərizəsində Bakipost.az saytının baş redaktoru Elçin Zahiroğlu, Qafqazinfo.az saytının baş redaktoru Elnur Məmmədli, Azpolitika.az […]

Jurnalist təşkilatı Göyçayda İslam sivilizasiyasını təbliğ edib

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Göyçay rayon İcra Hakiminin dəstəyilə Göyçayşəhərində “İslam sivilizasiyasının təbliğində media ilə dini icmaların birgə əməkdaşlığının artırılmasına yardım” mövzusunda tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bu cür tədbirlərin gənc nəslin İslam sivilizasiyasını daha dərindən dərk etməsinə təkan verdiyini bildirib. “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai […]

“Əvvəlki dövrdə də Azərbaycana, ölkə Prezidentinə və onun ailə üzvlərinə qarşı bu kimi qərəzli iddialar irəli sürülmüşdü” – Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı AZƏRTAC-a açıqlama verib. Açıqlamada deyilir: – Hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini ciddi narahat edir. “The Organized Crime […]

Son dəqiqə: Azərbaycanda benzinin qiyməti bahalaşdı – 1,3 manata… – FOTO

Azərbaycanda “A-98 Super” markalı benzinin qiyməti bahalaşıb. Turkustan.info-nun Lent.az-a istinadən məlumatına görə, “A-98 Super” benzinin qiyməti 10 qəpik bahalaşaraq, 1,2 manatdan 1,3 manata yüksəlib. Qeyd edək ki, ötən aylarda Azərbaycanda A-92 markalı benzin də 20 qəpik bahalaşaraq, 90 qəpik olmuşdu.

Putin Səddam Hüseynin öldürülməsindən danışdı

Şimali Koreyaya qarşı sanksiyalar onun nüvə proqramından əl çəkməsinə yardım etməyəcək. Turkustan.info “Din.az”a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin söyləyib. Putin Şimali Koreya probleminin həlli məsələsində İraq Prezidenti Səddam Hüseynin taleyini misal kimi göstərib: “İraq dağılıb, Səddam Hüseyn asılıb. Bunu hər kəs bilir və xatırlayır. Şimali Koreyada da […]

Azərbaycanlı aparıcıdan biabırçı səhv – “Krasnoselsk”-ə “KrasnaSEKS” dedi – VİDEO

Yerli telekanallardan birində efir zamanı kobud səhvə yol verilib. Turkustan.info xəbər verir ki, “Lider” TV-də yayımlanan “Səda” informasiya proqramının efirində aparıcı rayonlardan birinin adını səsləndirərkən səhvə yol verib. “Krasnoselsk” adlı rayonu “Krasnaseks” kimi səsləndirib. Həmin anları əks etdirən videomaterialı təqdim edirik:    https://youtu.be/tH9Himex424 A24.Az

“Həmin məqalənin müəllifi ermənidir” – Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı Azərtac-a açıqlama verib.  Turkustan.info həmin açıqlamanı təqdim edir: “Hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistan və erməni lobbisini ciddi narahat edir. […]

Azərbaycan ulduzları Hacıbala Abutalıbovu ƏLƏ SALDI: “Bala, bala, Hacıbala” – VİDEO

”Planet Parni iz Baku” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yeni mahnı həsr olunub. Turkustan.info xəbər verir ki, Azərbaycan şou-biznesinin tanınmış nümayəndələrinin ifa etdiyi mahnıda Bakı meri ələ salınıb. Çingiz Mustafayev, Murad Arif , Sevda Yəhyayeva, Xəyyam Nisanov, Elçin Cəfərov, Günay İbrahimli, Nadir Qafarzadə, Manana, “Faytonçu” Nazim kimi məşhurların […]

“Lotu Quli” “Pıza”nin ÖLÜM HÖKMÜNÜ verdi — Lənkəranskiyə yaxın ”kriminal generallar” birləşdi

Abxaziyada “oğrular”ın güllələnməsində sonra yeni qanlı hadisələr başlaya bilər. Turkustan.info criminal.az-a istinadən xəbər verir ki, ”Lotu Quli” ləqəbli ”qanuni oğru” Nadir Səlifov Abxaziyada onun adamlarını güllələyən ”oğru” Raul Bartsbadan intiqam almaq niyyətindədir. Nadir Səlifov “Pıza” ləqəbi ilə tanınan Abxaz “vor zakon” Raul Bartsbanı “cəzalandırmağı” vəd edib. Quli Abxaziyanın Qudauta şəhərində […]

Hərbi əməliyyatlar başlayır – Rusiya və İranda qoşulur

Ərazi əvvəlcə havadan bombalanacaq, sonra … Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyata başlayacaq. Bu iddialar artıq beynəlxalq beyin mərkəzlərinin gündəmindən düşmür.  Bu iddialardan biri də Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat Qalxanı” hərbi əməliyyatının ikinci mərhələsinin başlaması ilə bağlıdır. İstiPress-in məlumatına görə, bu barədə mərkəzi Rusiyada yerləşən Strateji Mədəniyyət […]

Ermənilərin bayrağı Azərbaycanınki ilə əvəz edildi

NATO təliminin loqotipində dəyişiklik. NATO-nun Gürcüstanda keçirilən təlimində iştirakdan imtina edən Ermənistanın bayrağı silindi. Turkustan.info-nun məlumatına görə, “Agile Spirit 2017″nin loqosunda dəyişiklik edilib. Loqotipin üzərindəki erməni bayrağı silinib, o Azərbaycanın bayrağı ilə əvəz edilib. Məlumata görə, təlimlərdə Ermənistanın iştirakı öncədən planlaşdırlmışdı, Azərbaycanın iştirakı isə yox. Lakin ermənilər əvvəlcədən planlaşdırılan təlimlərdə […]

Sarkisyanın Qarabağa görə ödədiyi haqq

“Apreldə Azərbaycan qoşunlarının hücumunu Putin dayandırdı” Müstəqilliyinin ilk illərində Rusiyaya ən barışmaz düşmənçiliyi ilə seçilən Ermənistan düz 20 il qabaq Moskva ilə təslimçi strateji əməkdaşlıq sazişi imzalmağa məcbur oldu. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, postsovet məkanının əksər ekspertləri bu fikirdədirlər ki, məhz 1997-ci il  avqustun 29-da bağlanmış saziş Ermənistanın müstəqilliyinin pillə-pillə itirilməsinə […]

Xuruşşovun oğlundan daha bir sürpriz AÇIQLAMA: “Atam Krımı Ukraynaya ona görə verdi ki…”

Sovet İttifaqı Kommunist Partiyasının keçmiş baş katibi Nikita Xuruşşovun oğlu Sergey Xuruşşov atasının Krım siyasəti ilə bağlı açıqlama verib. Turkustan.info-nun məlumatına görə, ABŞ-ın Braun Universitetinin professoru olan Sergey Xuruşşov 1954-cü ildə Krım yarımadasının Ukraynanın tabeliyinə verilməsi ilə bağlı qərarın siyasi məqsəd daşımadığını deyib. Sergey Xuruşşov iddia edir ki, Krım yarımadası […]

“Dəli oğlan” sonunu yaxınlaşdırır: 9 sentyabr həlledici ola bilər

Şimali Koreya yeni raket sınağına hazırlaşır.  Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb. Məlumata görə, artıq Sakit okean tərəfdən yeni raket sınağı keçirilməsi üçün hazırlıqlar başlayıb. Raket avadanlıqları əraziyə əsasən gecə saatlarında daşınır. Sınağın 9 sentyabrda keçirilməsi gözlənilir. Həmin gün Şimali Koreya Respublika gününü qeyd […]

Bakıda dəhşət – Doğranmış insan meyiti tapıldı

Bu gün Bakı şəhərinin Hövsan qəsəbəsində insan meyiti tapılıb. Turkustan.info xəbər verir ki, qəsəbə ərazisindən keçən kanaldan bədəninin bir çox əzaları kəsilmiş meyit tapılıb. Hadisə yerinə əməliyyat qrupu və hüquq-mühafizə orqanlarının digər nümayəndələri cəlb edilib. Öldürülən şəxsin kimliyi və əsas əlamətləri hələlik məlum deyil.  /Lent.az/ Araşdırma aparılır.

Yenicag.az 10 ilini qeyd edir – Yubiley

bu gün Yenicag.az saytının fəaliyyətə başlamasının 10 ili tamam olur. Turkustan.info bildirir ki, 1 fevral 2006-cı-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi olan Yenicag.az 2007-ci il sentyabrın 5-də yayıma başlayıb. Yenicag.az Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də operativ qaydada oxuculara […]

DİQQƏT: “Whatsapp”da əhaliyə kütləvi mesaj göndərildi: “Mobil telefonlarınızı söndürün!”

Azərbaycanda gecə saatlarında əhaliyə kütləvi şəkildə göndərilən “whatsapp” mesajı insanlarda çaşqınlıq yaradıb. Demək olar ki, hər kəs bu mesajı öz yaxınına göndərərək xəbərdarlıq edib. GoldNews.az xəbər verir ki, bu mesaj insanları ciddi narahat edib, onun nə dərəcədə real olması isə hər kəsdə sual doğurub. “Rusiya Federasiyasının prezidenti Vladimir Putin əhaliyə bu gün 00:30-dan […]

Cinsi aktivlik üçün kişiyə keçi xayaları köçürülüb… – Ağılalmaz 10 müalicə üsulu

Tibb tarixi qəribə dərmanlar və qəribə müalicə vasitələri ilə doludur. Dəfələrlə tibb tarixində yer almış qeyri-adi, bu gün çox qorxunc belə görünən müalicə üsulları barədə də məlumatlar təqdim etmişik. Turkustan.info-nun Moderator.az-a istinadən təqdim etdiyi bu yazıda da indiki zəmanədə həm heyrətli görünən, həm də gülüş doğuran müalicə və dərman vasitələri […]

Yeniyetmə güləşçimiz erməni rəqibinin kürəyini yerə vurdu – VİDEO

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı başlayıb. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçisi Zaur Əliyev finala çıxıb. O, iki ardıcıl qələbədən sonra yarımfinalda Ermənistan təmsilçisini də məğlub edib. Zaur Əliyev rəqibi Hayk Asatryana 10:2 hesabı ilə qalib gəlib. Həlledici görüşdə idmançımızın rəqibi […]

“Bir fikir də var ki, Mehman Əliyev tezliklə azadlığa çıxıb seçkidə Milli Şuranın namizədi olacaq”

Mehman Əliyevin həbsini və müdafiəsini təşkil edənlər iqtidar nümayəndələri olduğu üçün cəmiyyətin bir hissəsi qəti əmindir ki, Turan İnformasiya Agentliyinin direktoru məmur intiriqalarının qurbanıdır.    Turkustan.info xəbər verir ki, “Xalq Cəbhəsi” qəzetinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı sorğusunu cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, […]

Vahid Ələkbərov “Lukoyl”un təxminən 1 milyardlıq səhmini aldı

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib. Turkustan.info Virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Vedomosti” şirkətə istinadən məlumat yayıb. Beləliklə, V.Ələkbərovun “Lukoyl”da payı 2,429%-dən 2,464%-dək artıb. Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur. V.Ələkbərov neft-qaz […]

Son 10 gündə öldürülən arakanlı müsəlmanların sayı 1000-i ötüb

Avqustun 25-dən etibarən Myanmada zorakılıq nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb. Turkustan.info -nunAPA-ya istinadən xəbərinə görə, bu barədə “The Hindu” nəşrinə BMT-nin xüsusi məruzəçisi Yanhi Li bildirib. “Myanmada 1000-dən çox insan ölkədə baş verən toqquşmaların qurbanı olub. Hazırda doğma evlərindən qovulan azı 20 min müsəlman-rohinca Myanma-Banqladeş sərhədinə toplaşıb”, deyə Y.Li qeyd edib. Avqustun […]

MTRŞ-dan seriallara etiraz

Azərbaycanda çəkilən milli teleserialların keyfiyyəti hələ ki, istənilən səviyyədə deyil. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, xarici ölkələrdə seriallar bir növ maarifləndirici xarakter daşıyır: “Mən bir neçə dəfə demişəm, xarici seriallarda avtomobilə minəndə ilk növbədə təhlükəsizlik kəmərini bağlayırlar, siqaret çəkmirlər, sükan […]

Dünyanın ən gözəl ölkəsi

Göllər, qəsrlər, vəhşi çimərliklər insanları heyran edir Şotlandiya dünyanın ən gözəl ölkəsi elan edilib. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu nəticəyə səyahətçilərin ən çox istifadə etdiyi bələdçilik saytı “Rough Guide”nin yaradıcıları gəliblər. Bunu müəyyən etmək üçün internet istifadəçiləri arasında sorğu keçiirlib. Rəyi soruşulanlar xüsusi ilə vəhşi çimərliklər, göl və qalalara […]

Azərbaycanda bu tələbələr maaş ala biləcəklər – YENİLİK

Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir. Azərbaycanda yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi də nəzərdə tutulub. Trend-in məlumatına görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi və monitorinq şöbəsinin müdiri Amil Əlili […]

Hamının gözləri qarşısında ölən xanımı diriltdi – Bu keşiş insanları dəhşətə gətirir – VİDEO

Nigeriyada lentə alınan videogörüntülər internet istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Turkustan.info-nun Metbuat.az-a istinadən məlumatına görə, keşişin ölən xanımı diriltdiyi iddia edilir. Müxtəlif hərəkətlərdən sonra qadının gözlərini açaraq ayağa qalxması ətrafdakı insanlar tərəfindən sevinclə qarşılanıb.

Atatürk şalvarlarının paçasını niyə geniş tikdirirdi? – Ağılagəlməz SƏBƏB – Fotolar

“Mədəni və beynəlmiləl paltar bizim üçün, millətimiz üçün layiqli bir paltardır. Onu geyinəcəyik” deyən Mustafa Kamal Atatürk xalqının qarşısında daim qüsursuz gözəlliyi ilə çıxmış və inkaredilməz bir dəb sahibi olması xalqına möhtəşəm örnək olub.Atatürkün füsünkar zərafətiylə üzərində daşıdığı paltarlarına və stilinə nəzər salmağa çalışacağıq:1. Zamanın xaricində bir liderə zamansız bir […]

İranda sakinləri qorxuya salan dəhşətli səslərin sirri məlum oldu – VİDEO

Bir-neçə gün öncə İranın Azərbaycanla sərhəd Astara şəhərinin sakinləri “qeybdən gələn” dəhşətli uğultu səsindən təşvişə düşüblər. Bu səslərin haradan gəlməsi ilə bağlı bir çox ehtimallar var, hətta yad planetlilərin dünyaya gəldiyini iddia edənlər də oldu. Amma əsl həqiqət isə tamam başqa imiş. “Demədi Demə” yutub kanalı bu barədə çox maraqlı […]