Gün: Sentyabr 7, 2017

Prezidentin hələ açılışını etmədiyi yol dağıldı… – FOTOLAR

Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi başa çatmadan dağılıb. Bu barədə Toplum.Tv-yə Lerik sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, Noda-Şingədulan-Xanagah yolunun Ağçay kəndinə qədər olan hissəsi tamamilə dağılıb. Vətəndaşlar bunu Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafəyə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən […]

Aşağı sürətlə maşın idarə edənlər cəzalandırıla bilər – VİDEO

Avtomobili aşağı sürətlə idarə edərək digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradanlar cəzalandırıla bilər. Belə ki, “Yol hərəkəti haqqında” qanunda bildirilir ki, avtomobili lazımsız yerə az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, ancaq “İnzibati Xətalar Məcəlləsi”ndə bununla bağlı cərimə nəzərdə tutulmayıb. […]

Xərçəngi müalicə edən vasitə illərdir niyə GİZLİ SAXLANILIR? – FOTO

Tibb sahəsinin hər bir sənayesi böyük pullar hesabına tikilib. Hər il bütün dünya alimlərinin iştirak etdiyi elmi konfrans və simpoziumlar keçirilir. Dövlətlər səhiyyəsinin inkişafı üçün milyonlarla dollar məbləğində vəsait ayırır. Ağır xərçəng xəstəliklərinin müalicəsi üçün yüzlərlə xeyriyyə təşkilatları da mövcuddur. Hər il yüzlərlə sınaqlardan keçən yeni tibb preparatlar satışa buraxılır. […]

Atom bombası üçün son tarix: ŞOK İDDİA

Şimali Koreya yeni raket sınağına hazırlaşır.Bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.Məlumata görə, artıq Sakit okean tərəfdən yeni raket sınağı keçirilməsi üçün hazırlıqlar başlayıb.Raket avadanlıqları əraziyə əsasən gecə saatlarında daşınır.Sınağın 9 sentyabrda keçirilməsi gözlənilir.Həmin gün Şimali Koreya Respublika gününü qeyd edəcək.Xatırladaq ki, bir neçə gün əvvəl Koreya növbəti sınağını keçirməklə […]

Azərbaycanlı kişi iki qız uşağını oğurluyaraq İŞİD-ə qoşulub – VİDEO

Azərbaycanlı qadının iki uşağı əri tərəfindən oğurlanaraq Rakkaya aparılıb.  Türkiyənin İstanbul şəhərində yaşayan Misirova Sevinc baku.ws-ə bildirib ki, 18 ay əvvəl yoldaşı Məmmədov Toğrul Məmmədzadə Azadə və Məmmədzadə Aişə adlı qızlarını qaçırıb. M.Sevincin sözlərinə görə, əri İŞİD-ə qoşulub. T.Məmmədzadə sonuncu dəfə dekabr ayında yoldaşı ilə əlaqə saxlayıb. O, bildirib ki, […]

Bakıda hissələrə ayrılmış meyitin başı tapıldı – FOTO

Növbəti rəsmi məlumat yayılıb. Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması ilə bağlı növbəti rəsmi məlumat yayılıb. Turkustan.info İstiPress-ə istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum […]

Nazirlikdən hava xəbərdarlığı: ağciyərləriniz təhlükədədir

Bu gün ölkə ərazisində havada tozun miqdarı normadan 30-40 faiz artıq olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin sentyabrın 7-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, […]

Ermənistanda Emin Ağalarovun telekanalına qadağa qoyuldu

Müğənni-bəstəkar Emin Ağalarovun rəhbəri olduğu “Jara TV”nin Ermənistanda yayımı dayandırılıb. Turkustan.info-nun Axşam.az-a istinadla məlumatına görə, bu barədə “Beat Group”un mətbuat xidməti xəbər yayıb. Sentyabrın 1-dən sözügedən kanal Ermənistanda qadağan edilib. Müxtəlif televiziyalarda göstərilən “Jara”dan Ermənistan narahatlıq keçirib. Ölkə rəsmiləri “Jara TV”nin Azərbaycanı təbliğ etdiyi üçün bloklandığını bildirib. Qeyd edək ki, […]

Azərbaycanlı milyarderin milyon dollarlıq saatı – FOTO

“LUKoyl” neft şirkətinin prezidenti, milyarder iş adamı Vahid Ələkbərov demək olar ki, hər zaman dünyanın ən bahalı və eleqant saatlarından biri hesab edilən Patek Philippe markasından istifadə edir. Turkustan.info Bizplus.az-a istinadən xəbər verir ki, Patek Philippe polşalı saatçı Antoni Pateklə fransız saatçı Adrien Philippe tərəfindən 1851-ci ildə yaradılıb. Həmin tarixdən etibarən […]

Bakıda ŞOK – Yollar bağlandı, 300 nəfər küçələrdə qaldı – FOTO+VİDEO

“Azadlıq prospekti” metrostansiyası ətrafında 300-dən çox sərnişin küçələrdə qalıb. Turkustan.info Ölkə.az-a istinadən xəbər verir ki, onlar Binəqədi qəsəbəsində yolların bağlı olması səbəbindən 1 saatdan çox müddət ərzində dayanacaqda avtobus gözləyib. Yolların qapalı və böyük tıxac üzündən avtobuslar lazımı ünvana çata bilməyib və dayanacaqda sıxlıq müşahidə olunub. Avtobusdan ümidini üzən insanlar mənzil […]

Avropa və Amerika heç bir ölkəyə xoşbəxtlik gətirməyib…

Aida Eyvazlı   Mənim ölkəmin, Vətənimin min illərdir ki, haqqını əlindən alıblar, 25 ildir ki, müstəqillik arzumuzun tam ürəyinin başında Xocalı boyda köz var…. yanır, közərir, tüstüsü öz gözlərimizi çıxarır… İllərdir ki, böyük güclərin əli ilə başımıza gətirilən oyunların burulğanında yanıb-qovruluruq. Mənim Vətənim 25 ildir ki, müstəqildir. Lakin nə zaman […]

QHT Şurasının əməkdaşı beynəlxalq forumda erməniləri susdurdu – FOTOLAR

Sentyabrın 5-də Polşanın Krıniça şəhərində işinə başlamış 27-ci Dünya İqtisadi Forumunda bu gün də fəaliyyətini davam etdirib. Bu gün İqtisadi Forumda gərgin debat baş verib. İclas Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna üçün Avropa Birliyinin irəli sürdüyü “Şərq Tərəfdaşlığı Platformasının” son 8 ildə əldə etdiyi nailiyyətlərə baxış adlanırdı. Debatda Azərbaycan […]

Azercell-dən növbəti uğur – FOTO

Azercell Telekom MMC növbəti dəfə keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2014 sertifikatını alıb. Bu sertifikat keyfiyyətli idarəetmə sisteminin Azercell-in öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb. Bu beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron […]

Azərbaycanda dizel yanacağı da bahalaşacaq

“Aİ 92 markalı benzinin yaxın müddətdə bahalaşması gözlənilmir. Lakin dizel yanacağında qiymət artımının olması ehtimalı böyükdür.” Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban son günlər Aİ 92 markalı benzinin və dizel yanacağının bahalaşacağı ilə bağlı yayılan xəbərlərə rəy bildirərkən deyib. “Aİ-98 super” markalı benzinin qiyməti 10 qəpik bahalaşaraq 1,30 AZN […]

Bu Azərbaycana qarşı təxribatın davamıdır

Bunu Turkustan.info-ya Türkdilli dövlәtlәrin siyasәtinә dәstәk fondunun prezidenti Nüsrәt Mәmmәdov OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış materialla bağlı açıqlamasında deyib. “Azərbaycanın uğurları, beynəlxalq aləmdəki möhkəmlənən yeri antiazərbaycan mərkəzlərini çox ciddi narahat edir. Buna görədə ortaya yalan, böhtan və təxribat atılır. Bunun arxasında əlbəttə ki, antiazərbaycan […]

“Quran”a görə adını dəyişən azərbaycanlı: “İndi işlərim daha yaxşıdı…” – FOTOLAR

“Həmişə deyirdilər, Qabil bəşəriyyət tarixində ilk insan qatilinin adıdır. Adımın mənfi enerjisini də özümdə hiss edirdim. 2007-2008-ci illər idi, bir məclisdə Türkiyədən bir din adamı ilə tanış oldum. Yaşlı, çox nurani insan idi. Soruşdu, adın nədi? Dedim, Qabil. Dedi, otur, yavrum. Oturdum. Quranı açdı, surəni göstərdi, başladı Adəmin oğulları – […]

Azərbaycanın 2 universiteti dünyanın ən yaxşıları siyahısında – REYTİNQ

ünya univesitetlərinin reytinqini hazırlayan ən məşhur 3 şirkətdən biri “QS World University Rankings” ən yaxşı ali məktəblərin siyahısını açıqlayıb. Turkustan.info  xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 1000 universiteti yer alıb. Buraya Azərbaycandan da 2 universitet daxil edilib. Belə ki, Xəzər Universiteti siyaıda 701-ci, Bakı Dövlət Universiteti isə 801-ci pillədə qərarlaşıb. […]

Rusiyada hərbi poliqonda partlayış: ölən və yaralananlar var

Rusiyanın Leninqrad vilayətində yerləşən poliqonda partlayış baş verib. Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qərb Hərbi Dairəsinin (QHD) Mətbuat xidmətindən bildiriblər. Hadisə tankdan planlaşdırılan atışlar zamanı baş verib. Mərmilərdən biri yerə toxunduqdan sonra istiqamətini dəyişib və mühəndis təminatı qrupunun altı hərbçisinin olduğu sığınacağın yaxınlığında partlayıb. Hadisə nəticəsində […]

Azərbaycan İsraildən avtomatik minaatan alıb

Azərbaycan İsrail istehsalı olan yeni nəsil avtomatik minaatanlarla maraqlanır. Turkustan.info AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “AzeriDefence”yə Polşada keçirilən MSPO-2017 sərgisində bildirilib. “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatanının ilk nümunələri Azərbaycana çatdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin (DSX) istifadəsindəki BTR-70 zirehli maşının üzərində qurulmuş həmin […]

Günəşdən son 12 ilin ən güclü təhlükəsi gəldi: 3 gün ehtiyatlı olun – XƏBƏRDARLIQ

Günəşdə son 12 ilin ən güclü alışması qeydə alınıb. Bu isə Avropa və Amerikada bir sıra fəsadlara yol açıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Günəşdəki bu alışmanın Yerə təsiri qaçılmaz olub. Rusiya Elmlər Akademiyasının alimi Sergey Qaydaş bildirib ki, alışmanın gücü maksimal həddə hesablanır. 6 sentyabrda baş verən alışma kosmik […]

Ermənistan günün sonunda hücuma keçə bilər – Qarabağda TƏXRİBAT HAZIRLIĞI

Bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilərin yaratdığı qondarma “DQR” rejiminin “prezidenti” Bako Saakyanın “andiçmə mərasimi” keçirilir. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, yeni “konstitusiyaya” görə qondarma rejimin “parlamenti” tərəfindən seçilən Bako Saakyan 2020-ci ilə qədər keçid dövrünün “prezidenti” olacaq. 2020-ci ildən sonra ümumi seçkilər keçiriləcək. Lakin Bako […]

Azərbaycanda qeyri-adi hadisə: Cinsi bilinməyən uşaq doğuldu – FOTOLAR

Azərbaycanda qeyri-adi cərrahi əməliyyat həyata keçirilib. Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu, uzman Fuad Hüseynovun Medicina.az-a verdiyi məlumata görə, əməliyyat rayonlardan birində doğulan və cinsiyyəti ayırd edilə bilməyən uşaq (adı gizli saxlanılır – red.) üzərində aparılıb. Onun sözlərinə görə, aparılan xromosom analizləri zamanı uşağın oğlan (46 XY) olduğu müəyyən […]

Qənirə Paşayeva Tovuzda yüksək bal toplamış tələbələrlə görüşüb – FOTOLAR

Tovuzda bu il yüksək balla ali məktəblərə qəbul olunmuş Tovuzlu tələbələrin ailəsini ziyarət edən və onlarla görüşən  millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil […]

ANS-in keçmiş aparıcısı restoranda çıxılmaz vəziyyətdə qaldı – Hesabı ödəyə bilmədi, əvəzində qab yudu – FOTO

Ulvira Qarayeva çay evində qab yuyaraq hesab ödəyib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, sosial mediadakı hesabında Ulvira Qarayeva bu haqda paylaşım edib. Qab yuduğu yerdən fotosunu paylaşan aparıcı bunları yazıb: “Şahmar hesabı ödəməyib, qaçanda, çay evində qab yuyaraq hesab ödəyirik”.

Bakıda ərəblərdən növbəti biabırçılıq – Turistlərin bu hərəkəti hər kəsi iyrəndirdi – VİDEO

Bakıya gələn və qeyri-adi hərəkətləri ilə gündəmdən düşməyən ərəb turistlər bu dəfə də diqqəti üzərilərinə çəkiblər. Turkustan.info baku.ws-ə istinadən xəbər verir ki, ərəblərin bu dəfəki videosu Bakı aeroportunda çəkilib. Belə ki, hava limanında ərəblər dondurma alıblar və həmin dondurmanın bir hissəsi yerə tökülüb. Buna baxmayaraq ərəblər keflərini pozmayıblar. Qaşıq götürüb […]

Müsəlmanların qətliamına fətva verən lider öldürüldü – FOTO 18+

Arakanda müsəlmanların kütləvi qətliamına fətva verən budist lideri Çeçən könülü dəstəsi tərəfindən infaz edildi. Dünən səhər saatlarında müsəlmanların ölümünə fətva verdiyi üçün könüllü dəstə tərəfindən cangüdənləri ilə birlikdə əsir götürülüb. Əsir götürülən budist lideri daha sonra bu qətliamı izləyən gözləri çıxarıldıqdan sonra öldürüldü.   Bakunews.az

Hazır olun!: Sabah elə bir hadisə baş verəcək ki…

Bu gün növbəti maqnit qasırğasının başlanğıcı proqnozlaşdırılır. Turkustan.info lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Yer Maqnetizmi, İonosfer və Radiodalğalar İnstitunun Kosmik Hava Məlumatı Mərkəzinin rəhbəri Sergey Qaydaş bildirib. Onun sözlərinə görə, maqnit qasırğası xroniki xəstəliklərdən əziyyət çəkən insanların əhvalının pisləşməsinə gətirib çıxaracaq. Qeyd edək ki, […]

Azərbaycanda görünməmiş hadisə – Pulsuza qəbul oldu, “YERLƏR DOLUB” dedilər – FOTO

Azərbaycanda kuryoz hadisə baş verib. Turkustan.info xəbər verir ki, Məmmədov Elçin Rizvan oğlu adlı abituriyent bu il Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Yol və nəqliyyat tikintisi ixtisasına dövlət sifarişli əsaslarla qəbul olsa da, qeydiyyatdan keçdikdən bir neçə gün sonra ona ödənişsiz yerlərin dolduğu, onun yalnız eyni ixtisasın ödənişlisinə keçirə […]

Niderlandın mərkəzi kitabxanasında Azərbaycan guşəsi açılacaq

Niderlandın Bildts mərkəzi kitabxanasında Azərbaycan Mədəniyyəti günü keçirilib. “Niderland-Azərbaycan Evi” təşkilatının sədri Elxan Mirhəşimli tərəfindən keçirilən tədbirdə Azərbaycan mətbəxi, brend məhsulları təqdim olunub və ölkəmizin turizm potensialından danışılıb. Tədbirə Niderland KİV nümayəndələri və bələdiyyə üzvləri də qatılıb. Mədəniyyəti günü çərçivəsində Bildts mərkəzi kitabxanasına Azərbaycanın tarixi, diasporu, mədəniyyəti haqqında, həmçinin Qarabağ […]

“Bu yaşımda durub vəzifə davası edəcəm?!” – Ayaz Mütəllibov “Rusiyanın adamıdır” iddiasına cavab verdi

“Bunların  hamısı cəfəngiyyatdır.  Mənim baş nazir olmaq iddiam yoxdur. Bu cür məsələləri niyə ortalığa atırlar ki?!. Hamımız öz yerimizdə nazirik. Amma bu yaşımda durub vəzifə davası edən deyiləm”. Turkustan.info bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov son günlər mətbuatda haqqında yazılanlara münasibət bildirərkən deyib. Eks-prezident “Rusiyanın adamı” olması […]

WhatsApp-da daha bir yenilik

WhatsApp” şirkət nümayəndələrinin messencerlə işini sadələşdirəcək biznes proqramı təqdim etməyi planlaşdırır. Turkustan.info Azərtac-a istinadən bildirir ki, yeni əlavəni kiçik və orta biznes üçün pulsuz təqdim edəcək “WhatsApp” iri şirkətlər üçün gəlir mənbəyi rolunu oynayacaq korporativ həll yaradacaq. “Bizim yanaşma sadədir: biz biliklərimizi insanlara bir-biri, iri və kiçik şirkətlərlə əlaqə qurmağa […]

Bu ərzaqların qiymətləri bahalaşıb

Cari ilin iyul ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,1 faiz ucuzlaşıb. Bakı Şəhər Statistika İdarəsi xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 1,2 faiz dəyər itirib. Qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, xidmətlər üzrə qiymətlər 0,4 faiz bahalaşıb. 2017-ci ilin iyul ayında iyun ayına nisbətən […]

Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı nə vəd edir?

Poitoloq İlqar Vəlizadə deyir ki, bu üç ölkə arasındakı əməkdaşlığı vacib layihələr təmin edir.  İlqar Vəlizadə: “Bu, əməkdaşlıq bundan sonra da davam etdiriləcək” Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı keçirilib. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əməkdaşlığı bir sıra vacib layihələr […]

“Oğul axtarıram ki, gəlib AĞZIMI TİKSİN” – Elza Seyidcahan

Turkustan.info Publika.az-a istinadən Elza Seyidcahanla müsahibəni təqdim edir.   – Elza xanım, bir bənd şeir yazıb aləmi bir-birinə qatmısınız, özünüz də Novxanıda oteldə istirahət edirsiniz… – Neyləmişəm ki? (gülür) “Nəsimi” filmində bir yer var, soruşur, günahım nədir, şahım? Aləmi bir-birinə qatmaq yox, əksinə, mən sülh yaratmaq istəmişəm. Həmişə odun üstünə […]

Saxta polisin qadına yazdığı əxlaqsız mesajlar ortaya çıxdı – VİDEO

Azərbaycanda özünü polis əməkdaşı kimi təqdim edərək, qadınlara əxlaqsız təkliflər edən şəxsin yazışmaları ortaya çıxıb. Turkustan.info Goldenews-a istinadən xəbər verir ki, sözügedən şəxs sosial media hesabında tanımadığı qadınlara mesajlar yazaraq, onlara özünü polis kimi təqdim edir. Sosial mediada yayılan mesajlardan məlum olub ki, qadının ona hədə-qorxu gəlməsindən sonra qorxuya düşən saxta polis […]

Bakıda parkda dəhşət: 22 yaşlı qız özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, gecə saat 02:20 radələrində Qaraçuxur qəsəbəsində yerləşən parkdakı turnikdən 1995-ci il təvəllüdlü Tağıyeva Günel Samir qızının iplə asılmış meyiti tapılıb. Gənc qızın hansı səbəbdən həyatına son qoyması məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bakıda gecələr görünən inanılmaz avtomobillər… – VİDEO

Azərbaycan əhalisi bahalı avtomobillərə maraq göstərən ölkələr sırasındadır. Turkustan.info Metbuat.az-aistinadən xəbər verir ki, ölkəmizdə müxtəlif cür xarici avtomobillər var. Hətta bəzi avtomobillər var ki, onların Bakıda olduğuna belə inanmaq mümkün deyil. Belə avtomobilləri adətən paytaxt küçələrində gecə saatlarında görmək olur. Həmin avtomobilləri təqdim edirik:

Azərbaycanlı gənc Rusiyada ermənilərin təxribatının qarşısını aldı – VİDEO

Rusiyada azərbaycanlı gənc ermənilərin bayraq təxribatının qarşısını təkbaşına alıb. Baku.ws xəbər verir ki, hadisənin videosu sosial şəbəkələrdə yayılıb. Belə ki, Tver şəhərində ermənilər avtomobil karvanında Qarabağda fəaliyyət göstərən separatçı rejimin bayrağını nümayiş etdiriblər. Bunu görən azərbaycanlı gənc Tural Yusifov dərhal reaksiya verib. O, nəqliyyat vasitələrinin sahiblərindən separatçı rejimin bayraqlarını çıxarmağı […]

Milyardların bədbəxtliyi hesabına xoşbəxt olan, bir işarəsi ilə hakimiyyətləri çevirən – Azərbaycana qənim kəsilən SOROS kimdir?

Bir neçə gün əvvəl Azərbaycan hakimiyyəti ilə bağlı Qərbin bir neçə nəşri iddia ortaya atdılar. Bu iddialara rəsmi şəkildə cavab gecikmədi. Az sonra Prezidentin köməkçisi bu proseslərin arxasında dayanan şəxsin kimliyini açıqladı. Bu ad çox şey deyir  – CORC SOROS 90-cı illərin dəmir pərdəsi qalxan zaman Qərbdən çoxsaylı beyin mərkəzlərinin, iqtisadi spekulyatorların nümayəndələri müxətlif […]

Azərbaycanlı qız xalqı barmağına doladı – NASA-nı “oyuncaq” etdi – ŞƏRH

Sosial şəbəkələrinin qəhrəmanına çevrilən Aytək Məmmədlinin NASA ilə bağlı yaydığı məlumat yalan çıxıb. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, özünü nanotexnologiya mühəndisi adlandıran Aytək Məmmədli ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi- NASA-nın təşkil etdiyi beynəlxalq konfransda iştirak ediyi haqqında sosial mediada paylaşım edib. Aytək elmi layihələrin idarə olunması və maliyyə […]

Müəllimlərin nəzərinə – 2 gün vaxtınız var…

Bu gündən Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayır. Turkustan.info xəbər verir ki, müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsində iştirak etməyən namizədlər 7-8 sentyabrda keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər. Xatırladaq ki, bu il əlavə yerləşdirmə mərhələsində 4000-dən çox vakansiya elan olunacaq.   Report.az

Bu gündən hava soyuyur – yağış, dolu, külək olacaq

Temperatur 7 dərəcə aşağı enir. Bu gündən ölkə ərazisində hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında […]

Erməniləri gözdən salan NATO qərarı

“Qərbin Ermənistanın qeyri-stabilliyi haqqında fikirləri artacaq” Ermənistanın NATO-nun Gürcüstanda keçirdiyi “Agile Spirit 2017” təlimlərində iştirakdan əvvəl söz verib, sonra imtina etməsi onun imicinə də mənfi təsirsiz ötüşməyəcək. Ermənistanın təlimlərdən imtinası səbəblərini və bunun təsirlərini BBC-də araşdırıb. Lester Universitetinin kəşfiyyata, təhlükəsizlik və strateji araşdımalar departamentinin elmi işçisi Eduard Abramyan da bu […]

Nəvəsi xəstəxanada ölən nənədən İDDİA — VİDEO

Sentyabrın 2-də Qazax rayon Yuxarı Salahlı kənd sakini 29 yaşlı Vüsalə Abdullayeva Qazax Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu ilə dünyaya oğlan uşağı gətirib. Xəstəxananın cərrahı Binyamin Abbasəliyevin etdiyi əməliyyatdan bir gün sonra körpənin halı pisləşib. Bundan sonra uşaq Gəncədəki uşaq xəstəxanalarının birinə aparılıb. Ancaq körpənin həyatını xilas etmək mümkün […]

Lütfi Zadə vəfat etdi

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib. Turkustan.info bildirir ki, bu barədə məlumatı AZƏRTAC-a Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki […]

Təcili!!! BAKININ MƏRKƏZİNDƏ ERMƏNİLƏR RESTORAN ACDI – Tarixçilər ÜSYAN etdi

“Sahil bağı” tərəfdə fəaliyyət göstərən “26” adlı restoranın köhnə “26-lar”a işarə verdiyi iddia olunur. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə tarixçi Elmar Həsənov sosial şəbəkədə yazıb. O, fikrini belə ifadə edib:“İndiki “Sahil bağı”, vaxtilə “26-lar” bağı adlanırdı. İndi isə həmin ərazidə “26” adlı restoran fəaliyyətə başlayıb. Niyə məhz […]

Uğur Işılakdan Türk dünyasına möhtəşəm ərməğan – “Dombra” – VİDEO

Qardaş Türkiyənin çox tanınmış və sevilən sənətçisi Uğur Işılak yeni klipini –  Türk dünyasının hər yerində sevilən “Domra” əsərinə çəkilən klipi təqdim edib. Turkustan.info xəbər verir ki, klip yayıldığı ilk gündə rekord sayda izlənilməyə başlanılıb və Türk dünyasının hər yerində böyük maraqla izlənilir və bəyənilir. Klipdə Türk millətinin tarixi, mədəniyyəti, […]

Prezident Cavid Qurbanovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq […]

Xaricdə təhsil alan tələbələr diplomlarını təsdiqlətmək üçün ölkədə yenidən imtahan verəcəklər – YENİ QAYDA – VİDEO

Xaricdə təhsil alan tələbələr diplomları ölkədə təsdiqolunması üçün xüsusi imtahan verməli olacaq. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyibu qaydanı bəzi xarici universitetlərə tədbiq edəcək. Qayda nazirliyin hazırladığı 500-dən artıq universiteti özündə cəmləyən siyahıda yer almayan xarici təhsil ocaqlarını bitirən tələbələrə aid olacaq. https://youtu.be/WaR1lzqBm3E