TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Avropa və Amerika heç bir ölkəyə xoşbəxtlik gətirməyib…
7 Sentyabr 2017 18:37
    Xəbər xətti
Avropa və Amerika heç bir ölkəyə xoşbəxtlik gətirməyib…













Aida Eyvazlı

 

Mənim ölkəmin, Vətənimin min illərdir ki, haqqını əlindən alıblar, 25 ildir ki, müstəqillik arzumuzun tam ürəyinin başında Xocalı boyda köz var…. yanır, közərir, tüstüsü öz gözlərimizi çıxarır… İllərdir ki, böyük güclərin əli ilə başımıza gətirilən oyunların burulğanında yanıb-qovruluruq.
Mənim Vətənim 25 ildir ki, müstəqildir. Lakin nə zaman imperializmin zəncirlırini qırmaq istədik, qanımızı su yerinə axıtdılar.
Sovetlər birliyi dağılandan sonra, kiçik ölkələrdə inkişaf olmasın deyə süni müharibə ocaqları yaradıldı. Qafqazda bu ocaqlarda münaqişənin alovlanması üçün hər zaman olduğu kimi yenə erməni kartından istifadə olundu. Ermənilərin rusun, ingilisin, amerikalının əlində alət olması təzə məsələ deyil. Vay o günə ki, sənin öz vətəndaşın, bu torpağın suyunu içib, havasını udan bəndəndən alət qayıralar…
Demokratiya “paylayan”, “yayan” Amerikalı, İngiltərəli, Avropalı təşkilatlar artıq dünyanın hər yerində ifşa olunmağa başlayıblar. Haraya ayaqlarını basdılarsa, orada bir işğtişaş, bir bədnamlıq, dağıdıcılıq əmələ gəldi… Ötən əsrin 70-ci illərinə qədər ki, Əfqanıstanın bugünkü gününə baxanda, insanları səfil günündə görürsən. 2000-ci ildən sonra İraqdakı gül kimi hökuməti dağıdıb, yerində xarabalıqlar yaratdılar, Kaddafi kimi bir prezidenti devirib, ölkəsini viran qoydular… Ukraynada ikitirəlik, Gürcüstanda hakimiyyət savaşları…. bunların hamısı bu ölkələrə demokratiya gətirmək istəyənlərin ucbatından baş verdi, özü də ki, bu xarabatlarl, dağıntılar, insanları səfil günə qoymaları elə -belə başa gəlmədi, bu oyunlarda milyonlarla dollar xərclənildi.
100 ildir ki, Türkiyəni “erməni soyqırımı” törətməkdə suçlamaq istəyən güclər, indi ölkəni terrorlarla əldən salmaq istəyirlər, insanları sivillikdən ayırıb, Türkiyədə mollaxanaların sayını artırmaq istəyir həmin güclər. Çünki müsəlman və türk qövmünü sivil, savadlı görməyə qorxur. Çünki türklər birləşərsə, Avropa onun qarşısında duruş gətirə bilməyəcək.
Ancaq, buna baxmayaraq milyardlarla dollarları öz təbliğatları üçün xərcləmədədirlər…
Yaxşı bəs elədirsə, niyə Azərbaycan öz haqq səsini dünyaya yaymaq üçün pul xərcləyəndə, Qarabağ həqiqətlərini, erməni vəhşiliyinin əl işi olan Xocalı faciəsini görməzdən gələnlərin gözünə soxmağa çalışanda Qərb, Avropa hoqqabazlıq eləməyə başlayır. Sorosun “dünyanı dəyişmək istəyirəm” iddiası altında “demokratiya mərəzi” ağırlaşmış forma alır? Bəs nədən Amerika rejisurası altında Avropa məzhəkəsi həqiqət kimi insanların beyninə yeridilməyə başlanılır? AXI KİM ONLARA BU HAQQI VERİB Kİ, DÜNYANI ÖZ ARŞINLARI ALTINDA TƏFTİŞ ELƏSİNLƏR?
Axı biz də Xocalı soyqırımını, 20 faiz işğal altında olan torpaqlarımızı, evindən-eşiyindən qaçqın düşən binəva insanlarımızın səsini yaymaq üçün, onlara ədalət istəmək üçün təbliğat aparmalıyıq. Amerikanın 20-dən çox şatatında Xocalı, Avropada, Amerikada, Asiyada… Xocalı soyqırımını tanıtmaq erməni havadarlarının “ən ilgink kompramat” açıqlaması ilə müşahidə olunmalıdır.
Axı sizin hər biriniz bizim torpaqlarımızı zəbt eləyən erməninin təbliğatına özünüz milyardlar xərclədiyiniz halda, bizim öz təbliğatımıza xərclədiyimiz gözünüzə girir?
Dünyanın fərlqi ölkılərində Azərbaycan xalçalarının, muğamlarının, mədəniyyətinin təbliği sorosları niyə məyus edir?
Niyə Amerikanın Washington Post qəzeti ,mənim öz doğma yurd-yuvasında ermənilərə girov düşən Şahbaz Quliev və Dilqəm Əsgərov barədə Barak Obamaya ünvanladığım məktubumu dərc etmir? Budurmu amerikasayağı demokratiya?!
Ən acınacaqlısı isə odur ki, Sorosun pullarına, Avropanın havasına çalıb oynayan kökü özündən olan baltalarımızdır… Atalar doğru deyib, zatını danan haramzadadır… Və bir də atamın bir sözü vara idi:”Şərü şeytan, quru böhtan, məkrü zənən…”
Bir daha xatırladıram ki, Avropa və Amerika heç bir ölkəyə xoşbəxtlik gətirməyib…. Suriya, Liviya, İraq, Əfqanıstan… Amerikada oturduğunuz kirayə evlərin pəncərəsindən bir o ölkələrə baxın… Biz istəmirik ki, Azərbaycanda qan su yerinə axsın. Bizim sabitliyimizə toxunmayın! Onsuz da bizim Qarabağ, Xocalı boyda sağalmayan, hər gün qanayan yaramız var.

Yuxarı Geri Başlağıc