Uğur Işılakdan Türk dünyasına möhtəşəm ərməğan – “Dombra” – VİDEO

Qardaş Türkiyənin çox tanınmış və sevilən sənətçisi Uğur Işılak yeni klipini –  Türk dünyasının hər yerində sevilən “Domra” əsərinə çəkilən klipi təqdim edib.

Turkustan.info xəbər verir ki, klip yayıldığı ilk gündə rekord sayda izlənilməyə başlanılıb və Türk dünyasının hər yerində böyük maraqla izlənilir və bəyənilir.

Klipdə Türk millətinin tarixi, mədəniyyəti, ruhu öz əksini tapır. Bir sözlə Türk millətinin ruhuna təsir edən bir əsər və klipdir.

Azərbaycanda da böyük maraqla izlənilən bu əsəri və klipi təqdim edən Uğur Işılakı buradan təbrik edirik və ümid edirik ki yaxın günlərdə Azərbaycanda da bir konsert verəcək və “Domra” nı burada canlı izləmək imkanını da qazanacağıq.

Qeyd edək ki Uğur Işıla buna qədər də Türk tarixi və mədəniyyətini əks etdirən əsərlər və albomlar hazırlayıb. Bunların arasında mehmet Akif Ersoyun, Sultan Selim, Sultan Süleyman və Sultan Fatehin şeirlərinə bəstlənmiş əsərləri, Nəcib Fazıl albomunu və. s göstərmək olar.

Beləliklə orujinal variantda möhtəşəm “Domra”nı izləməyə dəvət edirik və bir daha vurğulayaq ki bu klip televiziyamızda tez-tez nümayiş etdirilir.