Gün: Sentyabr 10, 2017

İlham Əliyev Putin və Ruhani ilə Tehranda görüşəcək

Azərbaycan, İran və Rusiya prezidentlərinin növbəti zirvə görüşü Tehranda keçiriləcək. Turkustan.info xəbər verir ki, bu barədə Astanada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı İranın dövlət başçısı Həsən Ruhani məlumat verib. Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran Prezidenti bu baxımdan dəmir yolu layihəsini xüsusi vurğulayıb: “Bu dəmir yolu […]

“Qarabağ” futbolçuları İngiltərəyə yola düşdü

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ” klubunun heyəti İngiltərəyə yola düşüb. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, təmsilçimiz bu gün Bakı-London reysiylə görüşün keçiriləcəyi şəhərə yollanıb. Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. UEFA Gənclər Liqasında mübarizə […]

500-dən çox qadını öldürən, insan əti yeyib azadlıqda gəzən cinayətkarlar – FOTOLAR

Təəssüf ki, “cinayət heç vaxt cəzasız qalmır” məsəli bəzən həyatda özünü doğrultmur. Məsələ burasındadır ki, dünyanın ayrı-ayrı ölkələrində ağır cinayətlər törətmiş bəzi cinayətkar hazırda azadlıqdadır. Onlardan bəziləri sərbəst həyat yaşayır, bəziləri isə bu günə kimi tapılmayıb. Turkustan.info Publika.az-a istinadən dünyanın axtarışda olan qatı cinayətkarlarını təqdim edir: İssey Saqava yaponiyalı hannibaldır. […]

“Paltar sabunu” MİN DƏRDƏ ÇARƏ imiş – FAYDALARI

Əgər bu möcüzəvi vasitə sizdə yoxdursa, o zaman tezliklə onu əldə etməyinizi sizə də məsləhət görürük. 1. Əgər uzun və sıx saçlara sahib olmaq və yaxud kəpəkdən xilas olmaq istəyirsənsə, o zaman “paltar sabunu”ndan təsirli vasitə tapmaq qeyri-mümkündür. Əvvəlcə şampundan istifadə edin, daha sonra isə saçlarınıza sabun vur. Sabunu saçlarınızdan […]

DTX “şahinli” terrorçunu tutdu – FOTOLAR

Sosial şəbəkələrdə Azərbaycandan olan İŞİD terrorçusunun fotosu yayılmışdı. Həmin foto terrorçuluğu təbliğ edən və “NorthCaucasus” kimi tanınan bloqer tərəfindən internetdə yerləşdirilmişdi. Görüntüyə əsasən şahin İŞİD terrorçusunun əlindəki tapançanı çıxarmağa çalışır. Həmin İŞİD-çinin kimliyi məlum deyildi, ilkin versiyaya görə fotodakı şəxsin özbək olduğu təxmin edilirdi. Lakin daha sonra dəqiqləşmişdi ki, bu […]

İŞİD-ə qoşulan azərbaycanlı Suriyada insanları öldürüb videoya çəkdi – VİDEO

Uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş “Abu Cihad” ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Eldəniz Lazım oğlunun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb. O, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib. Turkustan.info bildirir ki, yayılan videokadrlardan görünür ki, E.Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın […]

Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib

Ötən ilin oktyabr ayında işğal altında olan Qarabağda döyüş mövqelərindən birində xidmət edən erməni əsgər Razmik Xudaverdyan hərbçi yoldaşı Vahaqn Virabyanı öldürüb. Xudaverdyan törətdiyi qətlə görə özünü günahlar hesab etdiyini deyib. AzVision.az xəbər verir ki, bu barədə Xudaverdyanın vəkili Aşot Apresyan bildirib. Məlumata görə, erməni əsgərlər arasında baş verən mübahisəyə […]

Qutulardan çıxan sərvət: Nəzir kimlərin cibinə axır?

Paytaxtın müxtəlif yerlərində, o cümlədən də məscidlərdə nəzir qutuları var. Bu nəzir qutularının nə məqsədlə işlədilməsi heç kəsə bəlli deyil. Maraqlıdır, burdan yığılan pullar hara axır? Dinşünas alim Hacı Vaqif Cəliloğlu Cebhe.info-ya açıqlamasında deyib ki,  digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu proses şəffaf həyata keçirilmir: “Ya nəzir qutuları yığışdırılmalı, ya da […]

Elman Rüstəmov da girovsuz kredit götürübmüş

Beynəlxalq Bankı və ölkənin başqa əsas banklarını dağıtmış kredit oliqarxları ilə bağlı məsələ hələ öz həllini tapmayıb. Xatırladaq ki, “böyük neft pulu illəri”ndə bir çox banklar maliyyə-kredit sisteminə məsuliyyətsiz münasibət nəticəsində talanıb və boşaldılıb. Virtualaz.org indiyədək bank sektorunun problemlərinə, əsas emissiya, maliyyə-kredit institutu və bankların fəaliyyətinin nizama salınması səlahiyyəti verilmiş […]

“Məscidlərimizi dağıdan Ermənistan müsəlmanların dostu ola bilməz” – Prezident

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində keçirilən “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda sessiya çıxış edib. APA-nın məlumatına görə, dövlət başçısı İƏT-in elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsini yüksək qiymətləndirib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan […]

Qulu Məhərrəmli Hacıbala Abutalıbova etiraz etdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan “26” kafesi ilə bağlı məsələ ətrafında yaranmış müzakirələr səngimir. Turkustan.info “Report”-a istinadən xəbər verir ki, bir sıra ictimai xadimlər, ziyalılar kafenin bağlanmasına etirazlarını ifadə edirlər. Onlar arasında Bakı Dövlət Universitetinin professoru, tanınmış aparıcı Qulu Məhərrəmli də var. Q.Məhərrəmli […]

Toya hazırlaşan ailədə FACİƏ: Nişanlı qiz özünü asdı

Saatlı rayonunun Musalı kəndində 17 yaşlı qız intihar edib. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, intihar edən Minarə Səmədova nişanlı olub. Ailə üzvləri bildiriblər ki, qız öz istəyi ilə, heç bir kənar təsir olmadan nişanlanıbmış və bu yaxınlarda toyun keçirilməsi nəzərdə tutulubmuş. Bildirilir ki, ailədə maddi baxımdan da ciddi problem olmayıb. […]

İntihar etmək üçün dörd əsas səbəb – Professor açıqladı

Ətrafdakı insanların davranışına diqqətli olmaq lazımdır. Həyatımız yalnız xoş və sakit günlərdən ibarət deyil. İnsan həyatı boyunca müxtəlif çətinliklər və problemlərlə üzləşir. Əksəriyyəti özünü ələ alıb problemlərinin həllinə çalışır. Lakin çətinliklər qarşısında özünü itirən, geri çəkilənlər də olur. Təəssüf ki, problem qarşısında çıxış yolu tapmayanlar intihara əl atırlar. Bu sözləri […]

Bakıdan İstanbula gedən təyyarədə gözlənilməz olay – VİDEO

Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib. Turkustan.info “baku.ws”ə istinadən xəbər verir ki, Atatürk Havalimanına enən təyyarə havada çətin anlar yaşanıb. Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər. Bu […]

Məşhur onkoloq xərçəngin 5 səbəbini açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı xərçənglə bağlı qorxunc proqnozlar açıqlayıb. Təşkilatın mütəxəssisləri proqnozlaşdırır ki, 2025-ci ildən başlayaraq hər il 19 mln., 2035-ci ildən başlayaraq isə hər il 35 mln. insan xərçəngə tutulacaq. Hal hazırda hər il dünyada 14 mln. belə diaqnoz qoyulur. Məşhur Hollandiyalı onkoloq, dünyada xərçəngin ən qabaqcıl tədqiqatçlardan biri olan […]

Meksikada yenidən zəlzələ oldu

Meksika sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. ABŞ-ın geoloji xidmətinin yaydığı məlumata görə, zəlzələnin episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə, ocağı 53 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilmir. Xatırladaq ki, sentyabrın 8-də Meksikada baş verən 8 bal gücündə zəlzələ nəticəsində 60-dan çox insan həlak olub. […]

Azərbaycanlı bəylə gəlin toya helikopterlə gəldi – VİDEO

Rusiyada azərbaycanlı cütlüyün toy mərasimi baş tutub. Turkustan.info baku.ws-ə istinadən xəbər verir ki, Sankt-Peterburqda keçirilən mərasimə Azərbaycandan da qonaqlar qatılıb. Müğənni Murad Arif sosial şəbəkədə paylaşdığı videoda Nihat və Aynur adlı cütlüyü təqdim edib. Helikopterlə toy məkanına gələn bəy və gəlin qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Həmin görüntüləri təqdim edirik:  

Azərbaycanda həbsxanada SİLAHLI İNSİDENT- Yaralanan var

Salyanda silahlı insident qeydə alınıb. Məlumata görə, hadisə rayonun Yenikənd kəndindəki 5 saylı cəzaçəkmə müəssisəsində baş verib. Həmin müəssisədə xidmət edən Ağstafa sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu odlu silahdan açılan atəş nəticəsində güllə yarası alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu […]

“Uşaqlara de, hamıya de…” – Son günlər WhatsApp-da yayılan səsin sahibi – VİDEO

Ötən gün WhatsApp istifadəçilərinin telefonuna şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxduğu və qanını qəsdən “Coca-Cola”lara axıtdığı səsi yayılıb. Səsdə deyilir ki, şirkət bütün mağazalardan “Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır. Turkustan.info Teleqraf.com-a istinadən həmin səsin sahibinin maraqlı videogörüntüsünü sizə təqdim edir:

Azərbaycanda 2 min dollara qədər kreditlər silinəcək? – DİQQƏT!

Dollar kreditləri ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bu dəfə yayılan xəbərlərə görə, 2 min dollara qədər krediti olan şəxslərin borcları silinəcək. İqtisadçı Qadir İbrahimli belə bir addımın atılmasına inanmadığını bildirdi: “Dollar kreditləri ilə ilə bağlı banklar güzəştli varinatlar təklif edə bilərlər. Tutaq ki, 2 min dollara qədər kredit öhdəliyi […]

Dünyanın ən sirli bazası görüntüləndi – İçində yadplanetlilərə məxsus sübutlar var – VİDEO

ABŞ-ın Nevada əyalətində yerləşən, dünyanın ən sirli bazası kimi tanınan 51-ci bölgə ilk dəfə tam olaraq görüntülənib. Bu bazada UNO və yadplanetlilərə məxsus sübutların saxlandığı iddia edilir. Görüntüləri yayan “UNO Spiker” adlı yutub kanalının sahibləri bazanı görüntüyə almaq üçün 2438 metr yüksəkliyə çıxıb. İnsanların girişinə qətiyyən icazə verilməyən bu baza […]

Bu sualın cavabını tapana milyon dollar veriləcək – FOTO

Elm adamları “Kvins Pazl” (Queens Puzzle) adlı klassik şahmat oyunu ilə bağlı qarışıq suala cavab tapan şəxsə 1 milyon dollar hədiyyə veriləcəyini açıqlayıblar. Ilk dəfə 1848-ci ildə qurulan “Kvins Pazl”la bağlı qarışıq sualı sizə təqdim edir. 8 pilləli bir şahmat taxtasında 8 ədəd vəzir necə yerləşdirilməlidir ki, 2 vəzirdən biri […]

ABŞ şokda : Hökumət xəbərdarlıq etdi – “Kimsə həyatda qalmayacaq, qaçın canınızı qurtarın” – Prezident Trampın lüks malikanəsi də təcili boşaldıldı (Foto)

ABŞ-ın Florida ştatında  gözlənilən İrma qasırğası səbəbilə 5 milyon 600 min insanın evakuasiya edilməsinə qərar verilib.  Turkustan.info xəbər verir ki, bir yarım milyon insan ştatdan qaçmağa çalışır. Prezident Trampın Palm Beach adlı lüks malikanəsinin boşaldıldığı bildirilir. İnsanların ştatdan təxliyyə edilməsi üçün hərbi təyyarələr göndərilib. Florida ştatının qubernatoru  5 min 600 insanın […]

1939-cu ildən açılmayan mənzili açdılar – VALEHEDİCİ TƏFƏRRÜAT – FOTOLAR

Uzaq 1939-cu ildə, almanların Parisi tutacaqları qorxusundan 23 yaşlı gənc qadın tələsik öz mənzilini tərk edib. O, daha təhlükəsiz yerə – cənub istiqamətində yola düşüb. Bütün bu illər ərzində qadın kommunal ödənişləri ödəyirdi, amma geri mənzilinə qayıtmırdı. Yalnız 2010-cu ildə, onun ölümündən sonra varislər mənzil haqqında xəbər tutdular. Parisdə mənzili […]

Arakan müsəlmanları yurdlarından belə qaçır – FOTOLAR

Myanma qüvvələrinin zülmündən təngə gələrək, Baqladeşə üz tutan müsəlmanların sayı 125 minə çatıb. Qətliam zamanı mindən çox müsəlman vəhşicəsinə öldürülüb. “Mehr” agentliyi Arakan müsəlmanlarının yurdlarını tərk edərək, kütləvi halda Myanmadan qaçmasını əks etdirək görüntüləri yayımlayıb. Həmin görüntüləri təqdim edirik:  

Sürücüləri belə aldadırlar – VİDEO

Orijinal ehtiyat hissəsi adı ilə aldı, avtomobilinə qoydurduqdan qısa müddət sonra eyni xərci bir də çəkməli oldu. Çünki qoyulan detallar tezliklə sıradan çıxıb. Maşın ustası sürücüdən pulu alaraq özü ona orijinal ehtiyat hissələri alacağına söz verib. Amma qısa müddətdən sonra detalların sıradan çıxması onların orijinal olmadığını üzə çıxarıb. BakuPost.az “Xəzər xəbər”ə […]

Ümumrusiya Azərbaycanlılar Konqresinin Saxalin vilayəti üzrə Regional bölməsinin rəhbəri şəhidləri ziyarət edib – FOTOLAR

 Bu gün Ümumrusiya Azərbaycanlılar Konqresinin Saxalin vilayəti üzrə Regional bölməsinin rəhbəri, Qubernatorun millətlərarası məsələlər üzrə məsləhətçisi Nazir Hətəmov 2-ci Fəxri Xiyabanda döyüşlərdə şərəflə canından keçən şəhidlərin məzarını ziyarət edib. Ziyarət zamanı şəhidlərin məzarı önünə qərənfillər qoyulub və onların ruhuna dualar oxunub. “Bu günümüz üçün müqəddəs Şəhidlərimizə borcluyuq!” Nazir Hətəmov bildirib […]

Sabir Rüstəmxanlı Elçibəyin Kələki kəndindəki evini ziyarət etdi – FOTOLAR

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı Ordubadın Kələki kəndində olub. Turkustan.info xəbər verir ki, Sabir Rüstəmxanlı Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin prezidentlikdən sonra məcburən 4 il 4 ay yaşadığı evi ziyarət edib. Bu haqda Sabir bəy Facebook səhifəsində yazıb: “Bu gün Kələkidə rəhmətlik Elçibəyin evini ziyarət etdim, […]

O, ulu şaman Kırac Atanın özü deyilmi?! – Rüstəm Behrudinin 60 illiyinə

 “Azadlıq bu şirin sözdə nələr var, Azadlıq yoxdursa, viranələr var…”   Məhəmməd İsrafiloğlu (Ataalp)   Əzizim Rüstəm Bəy! Gərək ki,“Salam dar ağacı” kitabının ön sözündə Müəllifdən başlığıyla:”Mənə sözlərim qədər əziz olan oxucuma…” deyə xitab etmişdiniz.Bu sətirlərin həyəcanı yamanca sarmışdı məni o zaman hələ 17 yaşımda.Və 28 il sonra uzaq Ukraynada […]