Gün: Sentyabr 15, 2017

Nazir Yavər Camalovun oğlu vəfat etdi – SON DƏQİQƏ

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib. Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib. Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib. […]

Əri görüntülü zəng etdi – Arvadının xəyanətini canlı izlədi – VİDEO

Çində həyat yoldaşının evdə olmadığından istifadə edən xanım, sevgilisini evinə dəvət edib. Həmin vaxt ailə başçısı görüntülü arvadına zəng edib. Görüntülü bağlantıdan xəbərsiz olan xanımın sevgilisi otağa daxil olub. Nəticədə qadının həyat yoldaşı evdə başqa kişinin olduğundan agah olub. O həyat yoldaşına “evdə kim var?” deyə sual verib. Xanım isə […]

Əflatun Amaşov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru ilə görüşüb – FOTO

Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov sentyabrın 15-da Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimizin qanunverici orqanları, eləcə də xalqlarımız arasında dostluq əlaqələrinin, iqtisadi, mədəni, turizm, elm və təhsil sahələrində əməkdaşlığın inkişaf […]

Tələbələrə ŞAD XƏBƏR: Təhsil kreditləri faizsiz oldu

“Maarifçi” Tələbə Kredit Fondunun aztəminatlı ailələrdən olan tələbələrə verdiyi təhsil haqqı üzrə kreditlər faizsiz olub. Fonddan verilən məlumata görə, belə kredit almaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanılıb. Krediti almaq istəyənlər oktyabrın 13-dək müraciət edə bilərlər. Bu sayca 4-cü elan sessiyası olacaq. Budəfəki elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2017-2018-ci tədris […]

Azərbaycanda nazir oğlu dünyasını dəyişdi

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib. Turkustan.info-nun xəbərinə görə, bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib. Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib. Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.

İraqın kürd prezidenti devrilir-İMPİÇMENT

İraq prezidenti Fuad Məsum yaxın saatlarda istefaya göndərilə bilər.  Cebhe.info-nun məlumatına görə, prezident barəsində impiçment qərarı çıxartmaq məqsədilə İraq parlamentinin deputatları arasında imza toplanılmasına başlanılıb. Bu barədə “Anadolu” agentliyinə açıqlama verən deputat Muhəmməd Sayhud sözügedən təşəbbüsün İraqın bütövlüyünü və Konstitusiya quruluşunu qorumaq məqsədilə irəli sürüldüyünü deyib. Xatırladaq ki, Fuad Məsum […]

Bərzani son nöqtəni qoydu: “Heç kəsi dinləməyin, gedirik”

Daha əvvəl bir çox vədlər verildi, ancaq heç biri yerinə yetirilmədi. Heç kəsin sözünü dinləməyin, referenduma gedirik. Turkustan.info xəbər verir ki, bu sözləri İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani bildirib. Bərzani ABŞ-ın referendumu təxirə salınması üçün edilən təklifə münasibət bildirərkən qeyd edib ki, yalnız Kürdüstan xalqı referenduma legitimlik qazandıracaq, […]

“Qarabağ”ın oyununa bilet alanlara güzəşt

AFFA ilə “Qarabağ”ın birgə layihə keçirir. Bakı Olimpiya Stadionunda senytabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” və oktyabrın 5-də dünya çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” Futbol Klubu birgə layihə həyata keçirəcək. Turkustan.info verir ki, layihəyə əsasən, “Qarabağ”ın Çempionlar […]

Bilik günü Aqrar Universitetdə çox saylı yeniliklə yadda qaldı

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik gününün Kənd Təsərrüfatı Naziri və qurumun rəhbər işçiləri ilə birgə keçirilməsi artıq ənənəyə çevrilib. Bu dəfəki bayram təntənəsində isə Türkiyə, Çin, Hindistan və digər ölkələrin səfirləri, konsulları da iştirak edib. ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimlinin KİV-ə açıqlamasında bildirilib ki, Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun […]

Pakistanda sevgili cütlüyü valideynləri edam etdi

Pakistanın Karaçi şəhərində birlikdə qaçaraq evlənməyə hazırlaşan gənc qız və oğlan öldürülüb. Turkustan.info-nun Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə  The Independent nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Hadisə ilə bağlı hər iki ailənin üzvlərindən saxlanılanlar var. Qeyd edilir ki, gənclərin qohumları əvvəlcə 15 yaşlı Bakxt Canı, bir gün sonra isə […]

“Unudulmuş İsmayıl bəy” – Çəmənzəminlinin qələmindən

BÖYÜK  ŞƏXSİYYƏTLƏRİMİZİ UNUTMAYAQ!   (“Neyçün, əcəba, bir bu qədər vəfasızlıq?” Y.V.Çəmənzəminli)   12 SENTYABR şanlı türk oğlu, böyük azərbaycanşünas alim, görkəmli yazıçı YUSİF  VƏZİR  ÇƏMƏNZƏMİNLİnin ad günü idi. Bütün həyatını millətinin səadətinə həsr edən bu fədakar şəxsiyyətin 130 İLLİK YUBİLEYİni  ona dəyər verən və sevən xalqı unutmayıb. İnşallah, yubileylərini doğma […]

Nuri Paşanın adına park salındı – FOTOLAR

 Turkustan.info xəbər verir ki, İstanbulda Nuri paşanın adına salınmış parkın açılışı olub. Bakının işğaldan azad edilməsinin 99-cu ilində Qafqaz islam ordusu komandanı Nuri paşanın şərəfinə İstanbulda onun adını daşıyan park açılıb. Qeyd edək ki, Nuri paşa (Nuri Killigil) Türkiyə silah sənayesinin iki qurucusundan biri sayılır. Nuri  Killigil parkı da Bakını […]

İldə 1 milyon 340 min insan bu virusdan ölür – Şok hesabat

İldə 1 milyon 340 min insan hepatit virusundan ölür. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, bu barədə məlumat “Lancet” tibb jurnalında dərc olunan bir qrup alimin hesabatında əks olunub. İnsan həyatı üçün təhlükəli viruslarla bağlı hesabatda qeyd olunur ki, ən öldürücü virus hepatitdir. Alimlərin fikrincə, onların ölümünə təkcə xəstəliyin özü deyil, […]

Bakının azadlığına aparan uzun yol – Araz Aslanlı yazır

Araz Aslanlı   15 sentyabr – Bakının düşmən işğalından azad edildiyi gündür! 99 il öncə qəhrəmanlarımızın reallaşdırdığı bu tarixi hadisəni, bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biri kimi qiymətləndirmək mümkündür. Bu günkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti və ölkəmizin həyatı ilə bağlı digər məsələlər Bakı ilə, […]

“Müəllimlərin maaşı 500 manatdır, artırılmalıdır” – İlham Əliyev

“Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fonduverib. ‘Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəb tikildi”. APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin […]

Diş çürüyünü müalicə edəcək 40 qəpiklik üsul – Yeni kəşf

İllərdir ağrıkəsici olaraq bilinən aspirinin yeni faydası ortaya çıxıb.  Turkustan.info xəbər verir ki, Şimali İrlandiyalı araşdırmaçılar aspirinin yeni faydasını ortaya çıxarıb. Kuins Universitetində aparılan araşdırmada aspirinin diş kökündəki hüceyrələri xəbərdar edərək yenilədiyi məlum olub. Ən çox rast gəlinən diş xəstəliyi olan çürük, diş sinirinin iltihablanmasına və diş ağrısına səbəb olur. Öz […]

Bakı Atatürk Liseyi yeni tədris ilini belə qarşıladı – FOTOLAR

Azərbaycandakı digər təhsil müəssisələri kimi, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində də yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirə Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu Turan Yazqanın, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad […]

Prezident “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq etdi

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

“Süni mayalanma kimi vacib məsələləri əks etdirən qanunu qəbul etməliyik” – Qənirə Paşayeva

Millət vəkili Q.Paşayeva MM Səhiyyə Komitəsinin iclasında bir sıra xəstəliklərin artmaması üçün əhali arasında geniş tibbi maarifləndirilmə işlərinin aparılmasına böyük ehtiyac olduğunu və “Reproduktiv sağlamlıq haqqında” qanunun təcili qəbul olunmasına böyük ehtiyac olduğunu deyib. Əhalinin geniş tibbi maarifləndirilməsinə böyük ehtiyac var və bu vacib məsələlərdən biri olmalıdır. Bu fikirləri millət vəkili Qənirə Paşayeva MM-in […]

Azərbaycan məscidlərində axund vəzifəsi niyə ləğv olundu? – Açıqlama

Sentyabrın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının keçirdiyi iclasda Azərbaycan məscidlərində axund vəzifəsinin ləğvi ilə bağlı qərar qəbul edilib. Turkustan.info “A24.az”-a istinadən bildirir ki, qərara əsasən məscidlərdə vahid idarəçilik sisteminə keçilir və bütün məscidləri idarəe dənlər imam statusu alacaqlar. Verilən qərarın nədən qaynaqlandığını və hazırda məscidlərdə axund vəzifəsini icra […]

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi – VİDEO

Məktəbin təşkilatçı müəllimi “Bilik Günü” tədbiri üçün rəqs nümünəsi hazırlayıb və ona yardımçı olan sinif rəhbərlərindən biri rəqs üçün “Youtube”da Fikrət Əmirovun “Qarabağ inciləri” adı ilə verilmiş musiqidən istifadə edib. Turkustan.info xəbər verir ki, bu sözləri “Teleqraf.com”a açıqlamasında Masazır qəsəbəsi 3 saylı tam orta məktəbin Uşaq birliyinin rəhbəri Elnarə İsmayılova bildirib. […]

Son yüz ilin ən soyuq qışı gəlir: FƏLAKƏT bizi gözləyir

2017-2018-ci illərdə Avropada son 100 ilin ən soyuq qışı olacaq. Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə meteoroloqlar xəbərdarlıq edir. Belə ki, Sakit okeanda escort bursa temperaturun qəfil yüksəlməsi, arktik hava kütlələrinin axınına səbəb olacaq. Avropa meteoroloqları xəbərdarlıq edirlər ki, qış üçün ən isti geyimi hazırlamaq lazımdır. Çünki bu […]

Azərbaycanda vəzifəli şəxsin oğlu həbs edildi

Onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu həbs edilib. İstiPess xəbər verir ki, bu barədə APA-ya Səbail Rayon Məhkəməsindən bildirilib. Məlumata görə, sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə […]

“Azercell”in 4G sürəti indi Gəncədə

Lider mobil operator Azərbaycanın ikinci ən böyük şəhərinin 99% ərazisini 4G şəbəkəsi ilə təmin etdi. Yalnız paytaxt Bakını deyil, ölkənin bütün bölgələrini yüksək sürətli mobil internet xidmətləri ilə təmin etməyi vəd etmiş Azercell Telekom artıq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə 4G xidmətini abunəçilərinin ixtiyarına verib.  Şəhərdə tam olaraq […]

Problemli kreditlər: Düyümü kim çözəcək?

İnsanların banklara kredit borcları azalmaq əvəzinə gün-gündən artır. Mərkəzi Bankın açıqladığı mütəmadi hesabatlardan da görünür ki, kredit borcu pik həddə çatıb. Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında hazırda Azərbaycanda insanların banklara olan kredit borcunun 1,8 milyard manata yaxınlaşdığını deyib. Halbuki bir il […]

Türkiyə Suriyaya girir – 25 min hərbçi ilə

Türkiyə hərbçilərinin mülki şəxsləri qorumaq üçün Suriyanın İdlib şəhərində hansı ərazilərə yerləşəcəyi Astanada keçirilən görüşdə dəqiqləşib. Trend-in məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya böhranı üzrə görüşlərin 6-cı turunda İdlib şəhərinin aqibəti ilə bağlı önəmli qərar qəbul edilib. Türkiyə mətbuatı bursa escort yazır ki, ABŞ-ın “əl-Qaidə”yə qarşı mübarizə” adı […]

“WhatsApp”dan möhtəşəm yenilik

Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi “WhatsApp” mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir. Turkustan.info “Axşam.az”a istinadən xəbər verir ki, “WhatsApp” səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir. “WhatsApp”-ın ilk əvvəl tətbiq etdiyi “göndərilən mesajı ləğv etmə” xüsusiyyəti səhvən göndərilmiş mesajın […]

Azərbaycanda biznesmen arvadı ölməmək üçün falçıya 20 min verib

İş adamı Barat Abdullayevin məhkəməyə verdiyi arvadı Təyminə Abdullayevaya qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb. Turkustan.info musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Vəlican Rəcəbov ifadəsində […]

“Erməni” mahnısı səsləndirilən məktəbin direktoru danışdı: “Həmin mahnı Fikrət Əmirovun “Qarabağ inciləri”dir”- VİDEO

Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub. Oxu.az övladı 1-ci sinifə gedən valideyinlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar. […]

Kürdlər üçün Kərkük paytaxtdırsa, türklər üçün nədir?

İraq Kürd Muxtar vilayəti Vaşinqton, Tehran və Ankaranın təkidinə baxmayaraq, referendum qərarından əl çəkmir. ABŞ- ın, İranın, Türkiyənin qəbul etmədiyi referendumu tək dəstəkləyən İsraildir. Hətta o qədər ki, israilli nazir Müstəqil Kürd Dövlətinin yaranmasının İsrailin maraqlarına uyğun olduğunu açıqlayıb. İraq Mərkəzi Hökuməti də referendumu qəbul etmədiklərini bildirərək PKK tərəfdarı və […]

“Azadlıq” qəzetinin direktoru həbsdən azad edildi

AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə Faiq Əmirli azadlığa buraxılıb. Məhkəmə Faiq Əmirlinin apelyasiya şikayətini qismən təmin edib. Onun barəsində 3 il sınaq müddəti olmaqla şərti […]

Kişi doğulub qadın kimi yaşayan 10 MƏŞHUR – FOTO+VİDEO

Dünyada cinsiyyətini dəyişdirən insanların sayı hər il artır. İnsanlar doğulduqları kimi deyil, arzu etdikləri kimi yaşamaq istəyirlər. Cinsiyyətini dəyişən insanların ortaya qoyduqları arqumentlər hər nə qədər qəbul olunmaz olsa da, bu gün elmi və tibbi cəhətdən bu prosedurlar heç də mümkünsüz hesab olunmur. Turkustan.info Publika.az-a istinadən sizə kişi olaraq doğulub qadın […]

Azərbaycanda nazir futbol klubu yaratdı: Premyer Liqaya gətirir

Yeni yaradılan “Vətən” bu mövsüm I Divizionda mübarizə aparacaq. Klubun himayədarı Mikayıl Cabbarovdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013) olduğu illərdə “Fortuna”nı yaradan, daha sonra “Zirə”nin təsis olunması fikrini irəli sürən indiki təhsil naziri “Vətən”ə artıq yeni sponsorlar tapıb. Ona görə də klubun adının […]

London metrosunda partlayış – Xəsarət alanlar var

Londonda metroda partlayış baş verib. APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. “Sun” qəzetinin yazdığına görə isə partlayış qatarlardan birində baş verib. Bir neçə nəfərin yanıq xəsarəti aldığı bildirilir. Polis hadisəni təsdiqləsə də, təfərrüatlar açıqlanmır. “Biz metronun “Parsons-Qrin” stansiyasında insident olması barədə məlumatlıyıq. Əməkdaşlarımız hadisə yerindədirlər”, – deyə, polisdən […]

Masazırda orta məktəbdə ERMƏNİ HAVASI – Şagirdlər “Artsax” kompozisiyasına oynadıldı

Bu gün Azərbaycanda yeni təhsil ilinə start verilib. Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub. Övladı 1-ci sinifə gedən valideyinlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış […]

İmkansız ailələrin nəzərinə – Övladınız universitetə pulsuz hazırlaşa bilər – ŞƏRTLƏR

Azərbaycanlı gənc imkansız ailənin övladının universitetdə təhsil alması üçün hazırlıq pulunu öz öhdəsinə götürüb. İmkansız ailələrə yardım etməyin insanlıq borcu olduğunu deyən Elvin Rəcəbli bu barədə social şəbəkələrdə paylaşım edib. “Bu il də davamlı olaraq imkansız ailənin bir uşağını (qız və ya oğlan) 10-cu sinif şagirdini öz öhdəmizə götürüb 2 […]

Prezident kreditlərlə bağlı fərman verdi

Kredit Zəmanət Fondu yaradılır Prezident İlham Əliyev sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Manatın sabitləşməsi, inflyasiyanın nəzarətə götürülməsi və strateji valyuta ehtiyatlarının artması eyni zamanda sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasını, real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunmasını, bankların dayanıqlığının və […]

“Ağrı dağını Ermənistana qaytaracağıq” – Jirinovski

Rusiya Liberal Demokrat Partiyası Ağrı dağının Ermənistanın tərkibinə qayıtması üçün liderliyi öz əlinə alacaq. Bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Moskvada erməni malları yarmarkasının açılışı zamanı söyləyib. Onun sözlərinə görə, Liberal Demokrat Partiyası Rusiya və Ermənistan arasında dəmiryolu xəttinin bərpa etmək niyyətində olduğunu bildirib: “Çinlilər İpək Yolunu bərpa […]

“Ermənilər Avropada Azərbaycan adı ilə yaşayır” – Zoqrabyan

Azərbaycan və Gürcüstandan fərqli olaraq Avropaya daha çox sayda erməni vətəndaşı gedir. Bunu Ermənistan mətbuatına açıqlamasında erməni deputat Naira Zoqrabyan söyləyib. Onun sözlərinə görə, ermənilər qaçqın statusu almaq üçün ölkəni tərk edirlər: “Biz mütləq vətəndaşlarımızın Avropada Əli Həsənov və digər Azərbaycan adları altında yaşamasına imkan yaradan xidmətləri yoxlamalıyıq. Bu bizim […]

Qurbanov “Çelsi”dən 6 qol buraxan qapıçını cəzalandırdı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib. Futbol11.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb. Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib. Qeyd […]

Təhsil nazirindən Bilik günü TƏBRİKİ

Təhsil naziri Mikayıl Cabbarov “Bilik günü” münasibəti ilə təhsil işçilərini təbrik edib. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, təbrikdə deyilir: “Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər! Sizi yeni təhsil ili münasibətilə təbrik edirəm! “Bilik günü” – bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına […]

Yeni raket atıldı, əhali sığınacaqlara çağırıldı

Şimali Koreya dünyanı yenə qorxuya saldı. Yeni sanksiyaların hədəfində olan Şimali Koreya daha bir ballistik raketin sınağını keçirib. İstiPress-in məlumatına görə, bir neçə gün öncə hidrogen bombasını sınaqdan çıxararaq dünyanı ayağa qaladıran rəsmi Pxenyan tipi ilk olaraq müəyyən edilməyən raketi Sunan bölgəsindən qərbə atıb. Hokkaydo və Tohoku bölsəindəki yapoanlara sığınacaqlara […]

Azərbaycanda Bilik Günü qeyd olunur

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Turkustan.info bildirir ki, bu il Azərbaycanda 165 min uşaq 1-ci sinifə qəbul edilib. Ümumilikdə, 2017-2018-ci tədris ilində Azərbaycan məktəblərində 1 milyon 450 minə yaxın şagird təhsil alacaq, 150 minə yaxın müəllim onların tədrisi ilə məşğul olacaq. Son illərdə ölkədə müşahidə edilən müsbət demoqrafik artım təhsil sahəsinə […]

ABŞ-dan “kürd dövləti” haqda növbəti açıqlama

İraq Kürd Muxtar Vilayətində müstəqillik referendumunun keçirilməsi olduqca risklidir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bred Makqark deyib. O bildirib ki, Kürdüstan lideri Məsud Bərzani ilə görüşüb və ABŞ hökumətinin məsələ ilə bağlı təkliflərini ona çatdırıb: “BMT-nin İraq üzrə nümayəndəsi Jan Kubis və İngiltərə […]

XANIMLARIN DİQQƏTİNƏ: Sevdiyiniz şəxs sizi aldadırmı? – 10 ƏLAMƏT

İnsanlar arasında münasibətlər mürəkkəb və zərifdir. Xüsusi ilə ailəli şəxslər arasında. Və illər əvvəl tanış olduqları zamanın münasibətlərini saxlamaq heç də həmişə mümkün olmur. Hisslər keçdikcə heç də hamının nöqtə qoymaq cəsarəti çatır, insanlar yalan danışmağa başlayırlar. 10. Telefonuna toxunduqda hirslənir Hər kəs onun şəxsi əşyasına toxunduqda dözümlü yanaşa bilmir. […]

Övladlığa uşaq götürmək arzusunda olanlara — ŞAD XƏBƏR

Bakı şəhərində yaşayan Babayevlər ailəsinin 10 ildən çoxdur övladları olmur. Ailə başçısı 45 yaşlı Cavid Babayev və 38 yaşlı həyat yoldaşı tibbin bütün imkanlarından istifadə etsələr də, təbii yolla uşaq sahibi ola bilməyiblər. Bu səbəbdən də, ailə uşaq övladlığa götürmək istəyir. Lakin bu zaman ailə üzvlərinin qarısına müəyyən problemlər çıxıb. […]

Rusiya qələbənin vaxtını açıqladı

Suriyada İŞİD terror qruplaşması üzərində qələbə ən yaxın aylarda təmin ediləcək. Bu haqda Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib. Onun sözlərinə görə, Rusiya ümid edir ki, Suriya müxalifətində sağlam düşüncə qalib gələcək və mövcud problemlərin dinc yolla həllinin axtarışı üzrə mövqe tutacaq. Rusiya Müdafiə Nazirliyinin […]

Mediamızın babası… Vətəndir, torpaqdır Rey – 50

  Azər Sarıoğlu   İnsanların ən yaxşıları daimi yaşayır. Öz insanlığı, müdikliyi ilə zaman-zaman yaddaşlarda, qəlblərdə qalır. Məsələn, hər kəndin, məhəllənin xatırlanan kişiləri, ağbirçəkləri olur. Onların adları, əməlləri zaman-zaman nəsildən-nəsilə ötürülür, anılır. Bir də görürsən ki, hansısa gənc görmədiyi, sadəcə, adını eşitdiyi və 100 il əvvəl kəndində yaşamış bir kişinin […]

Qozun bağırsaqlara faydası sizi heyrətə gətirəcək

Araşdırmalar nəticəsində məlum olub ki, qoz bağıraqlardakı bakteriyaları məhv edib həzm sistemini yaxşılaşdırır. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma Louiziana Universitetinin Fiziologiya fakültəsinin kafedra müdiri Lauri Byerley tərəfindən aparılıb. O, açıqlamasında bildirib ki, araşdırma siçanlar üzərində aparılıb. Onlar iki hissəyə ayrılıb və onlardan yalnız bir qrupuna qoz verilib. […]