Gün: Sentyabr 18, 2017

“Qızım səni alıram, həyat yoldaşım ol” – Tələbəsi ilə evlənən Şeyx Əbdül

“Toyumda da özümüz çalıb, özümüz oynamışıq” ARB TV-nin “Ömrün fəsilləri” verilişinin qonağı əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) olub. İncəsənət xadimi ilk olaraq evliliyindən danışıb “Mən gec evlənmişəm. 33 yaşımda. Ailə qurmağımın da günahkarı rəhmətlik Ədil müəllim olub. Ədil müəllim sənət adamlarının əxlaqi tərəfinə diqqət yetirirdi. Qonaq qarşısına çıxarılası şəxsiyyət […]

Nəhayət! – Edvard Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi

Bu gün Ermənistan XİN başçısı Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasion bəyanatla çıxış edib. “aysor.am” erməni hökumətyönümlü saytı bildirir ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb. “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də […]

Məşhur aparıcımız Ceyran illər sonra TANINMAZ HALDA – FOTO

Aparıcı Ceyran Rəhimovanın ad günüdür. Turkustan.info big.az -a istinadən xəbər verir ki, aparıcını xalq artisti Nəzakət Teymurova təbrik edib. O, Ceyranın fotolarını paylaşaraq ona arzularını ifadə edib. Qeyd edək ki, AzTV-də çalışan C.Rəhimova efirlərdən uzaqlaşıb. Efirlərdən uzaq düşən aparıcı yeni fotolarda artıq çəki alması ilə diqqət çəkib.

“Həqiqətləri söyləsəm, heç kəs ona salam verməz” – Şeyxin qudasından deputat haqqında şok sözlər

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə millət vəkili Çingiz Qənizadənin onun haqqında söylədiyi fikirlərə cavab verib. Turkustan.info bildirir ki, Q.Salahzadə ölkə.az-a açıqlamasında deyib ki, Çingiz Qənizadə dəfələrlə siyasi əqidəsini dəyişmiş, “satılmış” adamdır: “Çingiz Qənizadənin mənim əleyhimə danışmağı gözlənilən idi. Onun indi belə […]

Müəllimlərin əməkhaqqları artırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 14-də “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1.Naxçıvan Muxtar Respublikasının dövlət […]

Azercell “Gəncə Marafonu – 2017″nin eksklüziv tərəfdaşıdır

Ölkəmizdə hər zaman idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin carçısı olmuş Azercell Telekom sentyabrın 17-də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşəbbüsü və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan “Gəncə Marafonu – 2017” layihəsinin eksklüziv tərəfdaşı qismində çıxış etdi. Azərbaycanın qədim mədəniyyət incisi Gəncə “Tarixlə […]

“Nuri Paşaya vəfa borcumuz var”

Qüdrət Həsənquliyev və Fazil Mustafa Niri Paşanın abidəsinə yer ayrılması üçün Baş nazir Artur Rasi-zadəyə müraciət etdilər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Qafqaz İslam Ordusunun komandanı Nuri Paşaya Bakı şəhərində abidə ücaldılması məqsədi ilə […]

Şah İsmayil Komissiyası yeni konfransa hazırlaşır

15 sentyabr 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyi Şah İsmayıl Komissiyasının sədri, fil.ü.f.d. dos. Şəmil Sadiq və görkəmli türkiyəli tarixçi alim, professor Tufan Gündüz arasında görüş keçirilmişdir. Görüşdən məmnunluğunu bildirən türkiyəli alim, AYB Şah İsmayıl Komissiyasının fəaliyyətini yaxından izlədiyini qeyd etmişdir. Həmçinin Şəmil Sadiq türkiyəli tarixçi alimin Şah İsmayılla bağlı araşdırmalarını […]

Həyatımı dəyişən kitab – Şəmil Sadiq

Adətən, insnların həyatını oxuduqları kitab dəyişdirir, mənimsə bəxtimə yazdığım kitab düşdü. Nizami adına Ədəbiyyat İnstitutunda aspirant idim. Həm 20 nömrəli məktəbdə, həm kurslarda dərs deyir, repetitorluqla məşğul olurdum. Yeni dərsliklər nəşr edildiyindən o vaxt şagirdlərin istifadə etdiyi akademik Möhsün Nağısoylunun Ədəbiyyat vəsaiti artıq fünksiyasını itirmişdi. Dərslikləri özündə əks etdirən yeni […]

“Kedicik”lərin yuvasında bir gün – Səbuhi Məmmədli Harun Yəhya ilə görüşdü

Dəbdəbəli bir villadır, İstanbulun Asiya hissəsində. Hava limanında bizi qarşılayan Uğur bəy deyir ki, əslində bura onun İstanbuldakı bir neçə məkanından biridir. İçəridə xudmani hovuz var. Suyu da dumduru. Evin sahibi bizi 15.30-da qəbul edəcəkdi, amma biz bir qədər tez gəlmişdik deyə, həyət-bacanı da gəzməyə vaxt tapdıq. Çoxlu kiçik heykəllər, […]

BAKI: Satıcı 16 yaşlı qızın qohumları tərəfindən döyüldü – VİDEO 18+

Azərbaycanda meyvə dükanlarının birində dəhşətli hadisə yaşanıb.  Turkustan.info xəbər verir ki, dükanın satıcısı naməlum şəxslər tərəfindən döyülüb. Məlumata əsasən, satıcı marketə gələn 16 yaşlı qıza sataşıb. Hadisədən xəbər tutan qızın qohumları satıcını döyüblər.   /Metbuat.az/ Həmin görüntüləri təqdim edirik:  

“Qarabağ” – “Roma” matçının 42 min bileti satılıb

““Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. Artıq bu qarşılaşmaya satılan biletlərin sayı 42 000-ə çatıb”. Turkustan.info bunu Modern.az-a açıqlamasında “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. “Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. […]

“Qızıl Xaç” Dilqəmlə Şahbazın vəziyyətini diqqətdə saxlayır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera ilə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müzakirə aparıb. Ombudsman […]

Şeyxin “vurulması”nın PƏRDƏARXASI – “Varis planı” Paşazadəni kimlərlə üz-üzə gətirdi?

Son günlər Bütün Qafqazın Şeyxi hədəfdədir. Öncə Çexiyada biznesinə dair sənədlər (nə qədər dəqiq olduğu bilinmir) paylaşıldı, ardınca, oğlunun birdəfəlik ölkəni tərk etdiyi qeyd edildi. Prosesin bundan sonra da davam edəcəyi gözlənilir. Əvvəlcə, Məhəmməd Paşazadənin ölkəni tərk etməsindən başlayaq. Söhbət hansısa müxalifətçidən və ya sıravi vətəndaşdan deyil, Şeyxin övladından gedir. […]

Azərbaycan əsilli nazir İrəvanda: «soyqırımı abidəsi»nə baş əydi – FOTO

Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək, qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əyib. Turkustan.info publika.az-a istinadən xəbər verir ki, R.Moridi “soyqırımı abidəsi”ni ziyarət edərkən, bundan böyük zövq aldığını dilə gətirib. “23 avqustda Ermənistanda “erməni soyqırımı muzeyi”ni ziyarət etdim. Bir əsr öncə erməni xalqının “faciəvi itkisi”ni anmaqdan böyük qürur duydum. […]

“Şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar” – Allahşükür Paşazadə ətrafında baş verənlərə REAKSİYA

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə bağlı xəbərlərin ard-arda mediaya sızdırılmasına  münasibət bildirib. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, o, baş verənlərin təsadüf olmadığı qənaətindəddir: “Allahşükür Paşazadənin ətrafında baş verənlər nəsə təsadüfə bənzəmir. Əvvəlcə şeyxin və qardaşının Çexiyada mülkləri və oradakı […]

Valideynlər diqqətli olsun – Bu ərzaqlara bufetdə qadağa qoyuldu

Artıq yeni tədris ili başlayıb. Həmişə olduğu kimi, yenə də məktəb bufetlərinin vəziyyəti aktuallığını saxlayır. Ötən dərs ilindəki müşahidələr göstərdi ki, bəzi məktəb bufetlərində saqqızdan tutmuş müxtəlif qazlı içkilərə qədər hər şeyə rast gəlmək mümkündür. Maraqlıdır, məktəb bufetlərin hansı ərzaqların satılması qadağan edilib? Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi […]

Bakıda cinsi azlıqlara qarşı şok əməliyyat – 100 nəfər saxlanılan var

Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib. Mili-mənəvi dəyərlərin qorunması istiqmətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndələri saxlanılıb. Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də […]

İraq Ali məhkəməsi Kürdüstanın müstəqillik referendumu ilə əlaqədar qərar verib

Qərar bu səsvermənin konstitutsional olub-olmamasını yoxlamaq məqsədi ilə verilib. İraq Ali məhkəməsi sentyabrın 25-də keçirilməsi planlaşdırılan İraq Kürdüstanının müstəqillik referendumunun dayandırılması ilə bağlı qərar verib. İnterAz “AFP”ə istinadən xəbər verir ki, qərar bu səsvermənin konstitutsional olub-olmamasını yoxlamaq məqsədi ilə verilib. Məhkəmə referendumun dayandırılması ilə bağlı tələbləri yenidən nəzərdən keçirdikdən sonra […]

Təhsil Nazirliyi oğurlanıb zorlanan müəllimə iş vermədi – ŞİKAYƏT

Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində oğurlanan və cinsi təcavüzə məruz qalan 23 yaşlı müəllim Sara Vəliyeva (ad şərtidir) yeni tədris ilinin başlamasına baxmayaraq öz ixtisası üzrə işlə təmin edilməyib. Lent.az xəbər verir ki, bu ilin aprel ayında Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama verərək cinsi zorakılığa məruz qaldığı üçün […]

Putindən Bərzaniyə gözlənilməz kömək – 1 milyard dollar…

Rusiyanın neft şirkəti “Rosneft”  Kürd Muxtar Vilayəti ilə İraqdaki təbii qaz boru xəttinə qoyulacaq sərmayə məsələsində razılaşıb.  A24.Az xarici mediaya istinadən xəbər verir ki, “Rosneft”lə İraq Kürd Muxtar vilayətinin razılaşmasına görə, Rusiya İraqda təbii qaz boru xəttini maliyələşdirərək  1 milyard dollar məbləğdə sərmayə qoyacaq. Rusiyanın bu sahədəki sərmayələri gələcəkdə daha da […]

“Turan”ın bank hesabları açıldı

Nazirlik “Turan”ın bank hesablarını açıb.  Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Turan” İnformasiya Agentliyinin özü məlumat yayıb. Qeyd edək ki, Vergilər Nazirliyi “Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar […]

Qafqaz Müsəlmanları İdarəsi Şeyxin oğlu ilə bağlı bəyənat yaydı

“Sədrin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil”  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti bəyanat yayıb. QMİ-dən Sputnik Azərbaycan-a daxil olan bəyanatda deyilir: “Son günlər İdarənin sədri ilə bağlı yayılan məlumatlar iftira xarakterli olub, sədrin şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdən təxribatlardır. İdarənin […]

Şeyxin qudası Hacı Qalibin oğlu həbs edildi

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib. “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Məsələni dəqiqləşdirmək üçün Qalib Salahzadə ilə əlaqə […]

Manat üçün kritik 20 sentyabr: Dollar bahalaşa bilər

ABŞ-da inflyasiyanın avqust göstəricisinin 0,3 faiz artacağı proqnozlaşdırılsa da, faktiki qiymət artımı 0,4 faiz olub.  Bununla da illik inflyasiya avqustda 1,9 faizə yüksəlib. Halbuki avqustda illik inflyasiyanın 1,8 faiz olacağı proqnozlaşdırılırdı. Nəticədə Federal Ehtiyat Sisteminin (FES) 2017-ci ilin sonuna qədər uçot dərəcəsini artırma ehtimalı 44 faizə yüksəlib. Bu göstərici sentyabrın […]

Daha bir varlı oğlu “Lexus”u ilə yolu keçən piyadanı vurub, öldürdü – QANLI təfərrüat

Bakıda Nərimanov rayonunda yolu keçmək istəyən 30 yaşlı kişini vurub öldürən “Lexus” markalı, 90 SD 908 dövlət nömrə nişanlı avtomobilin sahibi bəlli olub. Turkustan.info Report-a istinadən xəbər verir ki, sürücü  Mehdizadə Toğrul Nizami oğludur. Hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə […]

Kürd kartının arxasındakı “qulaq” göründü – FOTO

Kürd referendumunu dəstəkləyən tək dövlət İsraildir. A24.Az xarici mediaya istinadən xəbər verir ki, İraq Kürd Muxtar vilayəti 25 sentyabrda keçirəcəyi müstəqillik referendumunun hazırlıqlarını tamamlayıb. Kürdlərin meydanlarda keçirdikləri mitinqlərdə İsrail bayrağı da dalğalandırılıb. Məsud Bərzaninin də qatıldığı mitinqdə İsrail bayrağı dalğalandıranların kürd yəhudiləri olduğu deyilir. Referendum çərçivəsində təşkil edilən təşviqat kampaniyasında da […]

Türkiyə, yoxsa Almaniya ordusu güclüdür?

Türkiyə ordusu Almaniya ordusundan güclüdür. A24.Az xarici mediaya istinadən xəbər verir ki, 50-dən artıq kriteriyanın qarşılaşdırılaraq ölkələri hərbi güclərinə əsasən sıralayan Global FirePower saytının xəbərinə görə, Türkiyə ordusu bütün dünya ölkələrinin orduları içərisində 8-ci yerdədir. Güclü ordusu ilə seçilən Almaniya bu il bir pillə geriləyərək Türkiyədən aşağı pilləyə düşüb.  Mina gəmisi Türkiyə […]

Polis bu sürücülərə qarşı REYDLƏRƏ başladı

Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən, kobud qayda pozuntularına yol verən, avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücülərin müəyyən edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir. Turkustan.info bildirir ki,  Daxili İşlər Nazirliyindən Publika.az-a verilən […]

AST Telman həbs edilə bilər — Bazar yanğınları və qətl

Rusiyada yaşayan azərbaycanlı iş adamı AST Telman axtarışa verilə bilər. Turkustan.info xəbər verir ki, İsmayılov Rusiya cinayət məcəlləsinin 5 maddəsi üzrə istintaqa cəlb ediləcək. Çerkizov bazarının sabiq sahibi Telmana yaxın günlərdə cinayət qruplaşması yaratmaq və bir sıra qətllərə görə cinayət işi açılacaq. Bu cinayətlər arasında Lianozovsk bazarının yandırılması da var. […]

Məktəb direktorundan şəhid xanımına hörmətsizlik: “Qapıları gəzməklə heç nə əldə etməyəcəksən”

Cəmiyyətimizin həssas təbəqəsi olan şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzində dayanıb. Bu təbəqədən olan insanların sosial rifahının yaxşılaşdırılması, onlara xüsusi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyi tərəfindən istər rəsmi sərəncamlarda, istərsə də müəyyən cıxışlar, görüşlər, tədbirlər zamanı da öz əksini tapıb. Ancaq təəssüflər olsun ki, bəzən şəhid ailələrinə göstərilən […]

Peşəkar futbolçu kabel oğurluğuna görə tutuldu – AZƏRBAYCANDA

“Sumqayıt” klubunun futbolçusu Nicat Muxtarov saxlanılıb. Turkustan.info-nun Report-a istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb. Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə N.Muxtarovdur. Dəstə üzvləri ötən gün səhər […]

Azərbaycan və Türkiyə hava qüvvələri təlimlərə başladı

Bu gün ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimləri başlayıb. Turkustan.info bildirir ki, bu barədə BakuPost.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri […]

Amaliya Pənahova: O filmdəki sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim

“Bizim tamaşaçılarımız hələ açıq-saçıq səhnələrə alışmayıb və bunu birdən-birə həzm etdirmək olmaz. Digər tərəfdən, bizdə bu səhnələri professional səviyyədə çatdıra bilmirlər”. Turkustan.info bildirir ki, bunu kulis.az-a müsahibəsində Xalq artisti Amaliya Pənahova deyib. “Təhminə” filmindən söz açan aktrisa bunları bildirib: “Mən “Təhminə”də açıq heç nə görmürəm. Tamaşasını Fuad Poladovla mən ifa […]

Zabit Səmədov Gəncədə – Möhtəşəm izdiham – FOTOLAR

Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu – 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. İştirakçılar arasında hökumət nümayəndələri, millət vəkilləri, […]

Bu içkilərə öküz sperması qatılır – Daha bir xəbərdarlıq

Bir neçə il əvvəl bir çox Avropa ölkələrində qadağan olunan energetik içki brendləri təəssüf ki, qısa müddətdə Azərbaycana və bütün postsovet ölkələrinə sürətlə yayılıb. Bu içkilərin zərərləri, hətta ölümə səbəb olması barədə yayılan məlumatlar, tələbatı azaltmaq əvəzinə, artırır. Turkustan.info Reportyor.tv-yə istinadən xəbər verir ki, qida mütəxəssisi və dietoloq Leyla Zülfüqarova […]

Qadın Bakı metrosunda dəhşət yaşadı – Maşinisti təhqir etdi, üzünə tüpürdü

Dünən saat 14:30 radələrində Bakı metrosunda insident baş verib. Belə ki, metronun “28 May” stansiyasında gənc xanımın bir qolu metroya daxil olarkən, vaqonun qapıları arasında qalıb. Maşinist hadisədən xəbərsiz olduğu üçün qatarı işə salıb. Vaqonda olan digər sərnişinlər dərhal qadının imdadına çataraq, onu xilas ediblər. Bundan bərk qəzəblənən gənc xanım […]

Azərbaycanda banklara ödənməyən 12 milyarddan çox kredit borcu var

Azərbaycanda 2017-ci il avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 860,8 milyon manat təşkil edib. Turkustan.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, kredit portfelinin 10 milyard 336,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,1 […]

“Kürd referendumu”na daha bir reaksiya: İcazə verməyəcəyik

İraqın şimalında ikinci bir İsrailə icazə verməyəcəyik. Axar.az “Sabah”a istinadən xəbər verir ki, bu sözləri İraq liderinin köməkçisi Nuri əl-Maliki 25 sentyabrda planlaşdırılan referendumla bağlı çıxışında bildirib. Qeyd edilir ki, Maliki ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman ilə görüşündə İraq Kürd Regional Rəhbərliyinin keçirəcəyi referendumu müzakirə edib.

Azərbaycanda avtomobillər bahalaşdı – Maşın bazarındakı son durum – VİDEO

Benzinin qiymətinin qalxmasından sonra bu yanacaq ilə işləyən avtomobillərin dizelə nisbətən ucuzlaşacağını gözləsək də, əksinə oldu. İndi benzinlə işləyən avtomobillər 1500-2000 manat arası, dizellə işləyənlər isə 3 min manata qədər bahalaşıb. Elə buna görə də maşın bazarında bir neçə aydır ki, satıcılar alıcı azlığından, alıcılar isə qiymətlərdən narazıdır. Turkustan.info bildirir ki, […]