Gün: Sentyabr 19, 2017

Azərbaycanlı ata öz qızlarını erməni sevgilisinə verdi – VİDEO

Rusiyada yaşayan azərbaycanlı kişi iki qızını erməni qadının himayəsinə verib. Turkustan.info bildirir ki, bu barədə Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində məlumat verilib. Aydın adlı azərbaycanlı 15,17 yaşlı qızlarını erməni qadına etibar edib. Verilişə şikayətçi qismində qatılan qadın kürəkəninin iki qız övladını birlikdə yaşadığı erməni qadına əmanət etdiyini bildirib. Nənə […]

Biləsuvarda şok qəza: bir avtobus xəstəxana işçisi ölüm ayağında – FOTO

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. BakuPost.az-a daxil olan məlumata görə, hadisə Nəsimikənd kəndi ərazisində baş verib. Belə ki, rayonun Mərkəzi Xəstəxanasının və poliklinikanın xadimələrinin içərisində olduğu “Mercedes” markalı mikroavtobus kanala aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan bütün xadiməçilər xəsarət alıb. Onlar təcili rayon xəstəxanasına çatdırılıb. 22 nəfərin vəziyyətinin ağır […]

“ANS yenidən fəaliyyətə başlayacaq” – Vahid Mustafayev

ANS telekanalının bağlanmasından bir ildən çox vaxt keçib. ANS-in bağlanması ilə bağlı Ali Məhkəmə də yekun qərarını açıqlayıb. Lakin kanal rəhbərliyi hələ də ANS-in fəaliyyətinin bərpa olunacağına ümidlərini itirməyib. Turkustan.info bildirir ki, bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev “Ölkə.Az”a verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, bir gün müəmma […]

Azərbaycanda sulu qəlyan tam qadağan oluna bilər

Milli Məclisin deputatı ölkədə narkotik vasitə kimi sulu qəlyanın qadağan edilməsini tələb edib. APA-nın məlumatına görə, MM-in Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Araz Əlizadə sulu qəlyanın tam qadağan edilməməsinin səbəbini araşdırmağı tələb edib, bunun arxasında kimlərinsə olduğunu iddia edib. O qeyd edib ki, ötən sessiya […]

Manatla bağlı mühüm qərar verilə bilər

AMB rəsmisi məlumatlara aydınlıq gətirib AMB rəsmisi Azərbaycanda manat qıtlığının olması ilə bağlı məlumatlara aydınlıq gətirib. “Ola bilsin yüksək nominallı əsginasın buraxılmasına ehtiyac olsun. Amma bu, gələcəyin işidir”. Turkustan.info xəbər verir ki, bunu banker.az-a Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib. Quliyevin sözlərinə görə, 500 manatlıq əsginasın buraxılması ilə […]

Azercell-in növbəti fəxri təqaüdçüsü adını sən də qazan!

Şirkət öz ənənəsinə sadiq qalaraq, bu il də ən istedadlı tələbələrə yeni imkanlar təqdim etməkdə davam edir. Yeni tədris ilinin başlanması ilə ölkənin lider mobil operatoru Azercell Telekom sentyabrın 15-dən bütün tələbələr üçün növbəti Təqaüdü Proqramına start verir. Bu əhəmiyyətli proqramı həyata keçirməklə Azercell şirkəti təhsilində müvəffəqiyyət əldə edən yüksək […]

Azərbaycanlı jurnalist Astanada çağırış etdi – FOTO

Astanadakı Milli Akademik Kitabxanada Beynəlxalq  Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən “Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi” adlı III beynəlxalq ekspedisiyasının nəticələri barədə elmi konfrans keçirilib. Forumda diplomatlar, Qazaxıstan Parlament Məclisinin deputatları, Qazaxıstanın, Azərbaycanın, Qırğızıstanın, Özbəkistan, Rusiya və Türkiyənin, Monqolustanın   məşhur türkçü alimləri, arxeoloqları və  Akademiyanın həyata keçirdiyi III […]

Qarabağ uğrunda islam müharibəsi

Məsələ İslam Əməkdaşlığı Təşkilatının gündəminə gəlib. BMT Baş Assambeyasının 72-ci sessiyasının kuluarlarında İslam Əməkdaşlığı Təşkilatının (İƏT) iclasının gündəliyinə çıxarılması Ermənistanda ciddi müzakirələrə səbəb olub. İstiPress-in məlumatına görə,  Rusiyanın ermənipərəst “Sputnik” radiosunun İrəvan ofisi bununla bağlı hətta “Niyə Qarabağı İslam Əməkdaşlıq Təşkilatının gündəliyinə çıxarıblar” başlıqlı məqalə də həsr edib. Radioya müsaşibə verən ərəbşünas […]

Qənirə Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Q.Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb və hər zaman ədalətin yanında daha da çox olacağınızı gözləyirik deyib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Azərbaycandda keçirilən 2-ci İndoneziya Mədəniyyət Günləri çərçivəsində İndoneziyadan gəlmiş nümayəndə heyəti ilə görüşüb. İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy […]

Türk ulduzları Moskva səmasını havalandırdı – Putin heyran qaldı – VİDEO

Türk Hava Qüvvələrinin akrobatika dəstəsi Moskva səmasını fəth edib. Şəxsi dəvətlə “Armiya-2017” (Ordu-2017) sərgisinə qatılan “Türk ulduzları” Rusiyanın paytaxtı Moskvada nümayiş uçuşu həyata keçirib. 8 supersonik (səsdən sürətli uçan) döyüş təyyarəsi ilə nümayiş keçirən dünyanın tək akrobatika dəstəsi Türk ulduzları məharətləri ilə Putini və rusları heyran qoyublar. Nümayiş uçuşu 45 […]

QHT-lərin layihələrinin icrası: Reallıqlar və təkliflər

Nigar Ağakişiyeva Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  Katibliyinin aparıcı məsləhətçisi   Bildiyimiz kimi demokratik cəmiyyət quruculuğu prosesində vətəndaş cəmiyyəti institutları mühüm rola malikdir.   Bu baxımdan Azərbaycan dövləti adıçəkilən təsisatların formalaşması və inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, […]

Ermənistan əhalini silahlandırır: Müharibə hazırlığı?

“Bizə ordunu, polisi, təhlükəsizlik sistemini və dövlətin digər qurumlarını ərzaq, geyim və digər zəruri mallarla təmin edə biləcək, 100 faiz məşğulluğu olan, sosial cəhətdən tam təmin olunmuş əhali lazımdır”. “Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sərhədyanı bölgələrini və Qarabağın işğal altındakı ərazilərini zəmanətli təhlükəsizlik zonalarına […]

“Atamı ermənilər oğurlayıb” – Dilqəmin oğlu ATƏT-in sammitində

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçirilən sammitində çıxış edib. K.Əsgərov çıxışı zamanı atasının Kəlbəcərdə ermənilər tərəfindən oğurlandığını, hazırda səhhətinin ağır olduğunu deyib. “Artıq 7 aydır atamdan heç bir xəbər yoxdur. Sonuncu dəfə mart ayında atamdan məktub almışıq. Səhhətində ciddi problemlər var, ürəyində, başında […]

Devalvasiya əsas məqsədinə çatır

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi niyə azalıb?  Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi illik 30% azalaraq cari ilin yanvar-iyul ayları ərzində 3 789 524 min ABŞ dolları təşkil edib. Bu barədə, ötən günlərdə Dövlət Gömrük Komitəsindən açıqlama verilmişdi. Bu müddətdə ixrac illik 31% azalaraq 2 839 402 min dollar, idxal 29% azalaraq […]

“İlqar Məmmədov bilir ki, Milli Şuraya gəlsə, hörmətini itirər”

Azərbaycanda klassik müxalifət və islahatçı müxalifət arasında ciddi bir uçurum var. Əksər məsələlərdə onların fikri üst-üstə düşmür. Müxalifətin birliyini təmin etmək üçün 2013-cü ildə Milli Şura da yaradıldı. Amma bu da müxalifəti bir araya gətirə bilmədi. Problemin əsas səbəblərindən biri də lider problemidir. Bundan başqa  Respublikaçı Alternativ Hərəkatının (REAL) hazırda […]

Baş Prokurorluq “Turan” Agentliyi barədə: ” İstintaq davam edir, məlumat veriləcək”

“Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir. Turkustan.info bildirir ki, Baş Prokurorluğunun Mətbuat xidmətinin Modern.az-a verdiyi məlumatda belə deyilir. “Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək. “Turan” İnformasiya Agentliyi […]

Gözəlliyi ilə diktatorların AĞLINI BAŞINDAN ALAN XANIMLAR – Maraqlı faktlar (FOTO)

“Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan”, – qadını Anton Çexov kimi dəyərləndirmək hər kəsin işi deyil. Amma buna cəhd edənlər olub: “Dünyanı yaşayış üçün yararlı hala salan qadınlardır”, – İohann Kristof Fridrix Şiller yazırdı. Məlumdur ki, müasir […]

Hamilə arvadını döydü, yandırdı, zorla qeyri-təbii yolla əlaqəyə girdi və… – Bakıdakı DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI

Bakıda qadına təcavüz etməkdə təqisirli bilinən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, 2015-ci ildə Sabunçu rayonu Zabrat qəsəbəsində Rüfət Mehdiyev arvadı Samirə Baxışovanı (cinayət işində zərərçəkmiş və onun ailə üzvlərinin adları və soyadları şərti verilib – red.) hamilə olarkən döyüb, ütü ilə […]

Bakıda söküləcək binalar barədə RƏSMİ AÇIQLAMA

 “Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakının 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır”. Turkustan.info-nun İstiPress-ə istinadən xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib. O bildirib ki, dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb. A. Şərifovun sözlərinə görə, müvafiq işlər özəl şirkətlər və Fövqəladə Hallar Nazirliyi tərəfindən icra olunacaq: “Bunun üçün vəsait, […]

Cavanşir Məmmədov: “Azərbaycanlı müğənnilərin çoxu “mamaroza”dır”

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov həmkarları haqda sərt fikirlər səsləndirib. Müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib: “Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır. Şou-biznesdə olan “mamaroza” və “paparoza”lar heç bir sahədə yoxdur. İnsan alveri və […]

Daha bir söküntü qalmaqalı – “Fedek” MMC sakinlərlə anlaşa bilmir

Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 80 nömrəli binanın bir qrup sakini (E. Kərimov, F Bəkirova, F.Bədirxanov, S.Bədirxanova, E.Hacızadə, X.Ağayeva, H.Mirzəyeva, T.Tağıyeva, E.Sultanova) yaşadıqları binanın qəzalı vəziyyətdə olmamasına baxmayaraq “Fedek” MMC tərəfindən sökülməsindən narahatdırlar. Turkustan.info bildirir ki, Moderator.az-ın redaksiyasına müraciət edən bina sakinləri iddia edirlər ki, artıq üç aydır […]

Erməni ordusu üçün inkubator əsgərləri

Sarkisyan 20 ilə 4 milyon olacaqlarını bildirib Ermənistanın əhalisi 2040-cı ildə 4 milyona qədər artmalıdır.  Ölkə prezidenti Serj Sarkisyan əhali qarşısında belə bir vəzifə qoyub. Amma bunu necə etməyi açıqlamayıb. Çünki ac qarına uşaq istehsalı ilə məşğul olmaq elə də arzuolunan deyil. Buna görə doğum səviyyəsi aşağı düşür. Erməni rayonlarında […]

Ziya Məmmədov evini satır – 750 minə

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb.  Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, o “Nizami” metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxa tərəfində yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satır. Z.Məmmədovun evini hansı səbəbdən satdığı açıqlanmır. Qeyd edək ki, sabiq nazir hazırda Şüvəlanda bağ evində yaşayır.

Ermənistan hansı torpaqları qaytarır?

İrəvandan başladığı addımı davam etməsi tələb olunur Beynəlxalq ekspertlərin fikrincə, İrəvanın işğal edilmiş torpaqları Azərbaycana qaytarmağa hazır olması barədə bəyanatı Ermənistanın Qarabağ münaqişəsində mövqeyinin yumşalmasının siqnalıdır. Ermənistan Xarici İşlər Nazirliyinin başçısı işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını mümkün sayıb. Nalbandyan bunu Azərbaycandan olan həmikarı Məmmədyarovla Nyu-Yorkda görüşü öncəsi bildirib. […]

On minlərlə avro tualetə atıldı və …

Bank və restoranların kanalizasiyaları tutulub İsveçrədə hər kəsi heyrətə salan hadisə baş verib. On minlərlə avro dəyərindəki pul kanalizasiyaya atılıb. Turkustan.info İstiPress-ə istinadən məlumatına görə, indi ölkə prokurorluğu naməlum şəxslərin nə üçün kiçik sərvət dəyərindəki bu pulları tualetə ataraq, üzərindən su çəkdiyini araşdırır. Qəribə hadisə maliyyə holdinqi olan UBS Group […]

Türkiyə Kərkükü qaytara bilər – ANKARA SAZİŞİ + Tam mətn

İraq Kürd Muxtar Vilayətində müstəqillik referendumunun keçirilməsinin planlaşdırılması 1926-cı ildə imzalanan Ankara anlaşmasının gündəmə gəlməsinə səbəb olub. Bu anlaşmaya əsasən, İraqın Mosul və Kərkük şəhərləri Türkiyənin “Misaki-milli” sərhədləri elan edilib, onun tabeliyinin İraqdan başqa üçüncü dövlətə verilməsi qadağan olunub. Şimali İraqda müstəqil kürd dövlətinin yaradılması cəhdi isə Ankaranın yenidən bu […]

“Turan”a qarşı vergi sanksiyası bərpa edildi

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti “Turan” İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib. Turkustan.info xəbər verir ki, bu barədə agentlik özü məlumat yayıb. Belə ki, bununla bağlı agentliyin elektron poçtuna Vergilər Nazirliyindən məktub daxil olub. Məktubda bildirilib ki, agentliyin 27 min 253 manat və daha 9 294 […]

Telman İsmayılov axtarışa verilir: 10-dan çox cəsəd, bazarın qəsdən yandırılması, daha nələr…

Rusiya hüquq-mühafizə orqanları tezliklə azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki,bu xəbəri “Rosbalt” agentliyinin Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyində mənbələri olan əməkdaşı Yuri Verşov yayıb. Məlumatda deyilir ki, Telman İsmayılovın adı sifarişli qətllər, özgə əmlakına qəsdən zərər vurulması da daxil olmaqla […]

Tbilisidə azərbaycanlı “vorzakon”ların savaşı HAQDA: “Gürcüstanda bir oğru var, o da baş nazirdir”

Bir neçə gün bundan əvvəl Tbilisidə  qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi barədə məlumat verilmişdi. Məlumata görə, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur. Həmçinin,  Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb. Güllələnən Məmmədov 2015-ci ildən Rusiyada axtarışda imiş. Yayılan xəbərə görə, Elçin Məmmədov kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir […]

Gədəbəyin Novo – İvanovka kəndindən qorxunc görüntülər – VİDEO

Gədəbəyin Novoivanovka kəndinə yağan güclü leysan yağışları ciddi fəsadlar törədib. A24.Az-ın əldə etdiyi məlumata görə, 16-17 sentyabrın tarixində yağan güclü yağış Gədəbəyin Novoivanovka kəndində daşqınlara səbəb olub. Kəndin yolunu iflic edən sel suları avtomobillərin hərəkətini də iflic vəziyyətə salıb. Kənd sakinləri təbii fəlakəti videogörüntüləyən zaman gözlənilmədən kəndə şiddətli dolu yağmağa […]

Mətanət İsgəndərlinin qızının dəbdəbəli xına mərasimi – VİDEO + FOTO

Dünən Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin xına mərasimi olub. Turkustan.info-nun Axşam.az-a istinadla məlumatına görə, rəqqasə Fatimə Fətəliyevanın idarə etdiyi məclisə şou-biznes nümayəndələri də qatılıb. Mərasim mediaya qapalı keçirilib. Ülkər Engin adlı Türkiyə vətəndaşına ərə gedir. Məclisdə bəy də iştirak edib. Qeyd edək ki, cütlüyün Bakıdakı toyu sentyabrın 20-də olacaq. Oktyabrda isə Antalyada […]

Millət vəkili İraq Türkman təşkilatları tərəfindən Xidmət Ödülünə və mükafata layiq görülüb

Millət vəkili Türk dünyasına və İraq türkmən Mədəniyyəti, sənəti və davası xidmətlərindən dolayı İraq Türkman təşkilatları tərəfindən Xidmət Ödülünə və mükafata layiq görülüb. Ödülü və Mükafatı millət vəkili Q. Paşayevaya Türkməneli Kültür Mərkəzi başqanı Dr.Mustafa Ziya ve Beynəlxalq Kərkük Kültür Dərnəyinin rəhbəri,Dünya İletişimciler Dərnəyinin rəsmisi Dr. Şemsettin Küzeci təqdim edib. […]

Bakıda qadın taksi sürücüsü – “Bu, özümə də ləzzət elədi” – VİDEO

Bakıda Günel adlı sürücü 4 ildir ki, taksi sürdüyünü və başına maraqlı hadisələrin gəldiyini deyir. Yeni Avaz xəbər verir ki, Zaqataladan olan sürücü Günel deyir ki, 16 ildir avtomobil idarə edir. “Amma 4 ildir taksi sürücüsü kimi işləyirəm. Ailəmdə icazə vermirdilər, amma taksi sürməyə başladım. Çünki bu sənətə böyük həvəsim […]

Bakıda yol polisi qızının ölüm xəbərini alan qadın sürücüyə yardım etdi – VİDEO

Hadisə Nəsimi rayonunda, metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib. Ziya Bünyadov prospekti ilə hərəkətdə olan “10-VE-337” dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobilin qadın sürücüsü yolun ortasında qəfil əyləci basaraq avtomobili saxlayıb və maşından düşərək digər sürücülərdən onun avtomobilini idarə etmək üçün kömək istəyib. Onun bu davranışına qızının oxuduğu kollecdə […]

Moskvada güllələnən azərbaycanlı iş adamının kimliyi məlum olub

Moskvanın cənub-qərbində güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub. Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qətlə yetirilən şəxs 49 yaşlı iş adamı Rəhman Əliyevdir. Faktla əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi əsasında iş açılıb. O, qara və əlvan metalların alışı və satışı ilə məşğul olurmuş. 

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İtaliyanın “Roma” klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib. Müraciətdə deyilir: “Əziz azarkeşlər! Bu gündən etibarən, “Qarabağ” – “Roma” matçına vauçerinizi biletə dəyişə bilərsiniz. iTicketAZ – ın çatdırılma xidmətini sifariş edən azarkeşlərimizlə tezliklə əlaqə saxlanılıb çatdırılmanı həyata keçirəcəklər. Çatdırılma […]

Azərbaycanda “Facebook”dan istifadə edənlərin sayı azalıb

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 25,8 faiz azalıb. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bu barədə “GlobalStats” statistika mərkəzi məlumat yayıb. Hesabatda qeyd olunur ki, sentyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycan sosial media bazarında “Facebook”un payı 65,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə […]

Bakıda avtobus sürücüsü vəhşicəsinə döyüldü – VİDEO

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb. Turkustan.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı […]