Gün: Sentyabr 23, 2017

Bakıda bəylə gəlin toya buraxılmadı – Deputatdan şok addım

Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov övladına toy edib. Rafiq Məmmədhəsənov Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, həmkarı Cavanşir Feyziyevlə quda olan millət vəkilinin dəvətnamə göndərdiyi şəxslər arasında Milli Məclisin spikeri Oktay Əsədov da olub. Lakin, işlərinin çoxluğundan spiker məclisə ənənəvi saatda yox, 20:30-da gəlib çatıb. İşin qəribə tərəfi də ondan […]

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr Şimali Koreya sahillərinin şərqində uçuşlar həyata keçiriblər. Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilir. Məlumata görə, uçuşlar ABŞ-ın hərbi potensialının nümayiş etdirilməsi məqsədilə keçirilib. Uçuşlar beynəlxalq hava məkanında həyata keçirilib.

Türkiyə ordusu ilə bağlı mühüm qərar

Türkiyə Silahlı Qüvvələri daha bir il ölkə xaricində əməliyyatlar aparacaq. Turkustan.info xəbər verir ki, bununla bağlı Türkiyə parlamenti qərar qəbul edib. CHP, MHP daxil olmaqla məclisdən səs alan AKP (Ddalət və İnkişaf Partiyası) höküməti türk qoşunlarını Suriya və İraqa əməliyyatlara göndərəcək. Qeyd edək ki, qanun layihəsinin əleyhinə yalnız HDP çıxıb.   […]

Azərbaycanda hicab qadağası ilə bağlı – AÇIQLAMA

“Onların geyim məsələsində ortaya qoyduğu niyyət yalnız tövsiyə xarakteri daşıya bilər” “Mingəçevir Dövlət Universitetinin hicaba qadağa qoyması doğru deyil”. Turkustan.info-nun xəbərinə görə, bunu “Report”un Şirvan bürosuna hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Mingəçevir Dövlət Universitetində […]

Müharibəyə doğru – Baş nazirdən növbəti SƏRT XƏBƏRDARLIQ

Ankara sentyabrın 25-də müstəqillik referendumu keçirməyi planlaşdıran Şimali İraq kürd muxtariyyətinə növbəti dəfə xəbərdarlıq edib. Türkiyə KİV-i xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım referendumun kürd muxtariyyəti üçün bir əvəzinin olacağını deyib. Baş nazir referendumun keçiriləcəyi halda Şimali İraqa hərbi müdaxilənin də masada olduğunu bildirib. Son məlumatlara görə, Türkiyə […]

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü başlayıb. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb. O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilir.

Erməni deputatlar Bakıda Qız qalasına getdilər – FOTO

Azərbaycanda səfərdə olan Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakı şəhərinin mərkəzi küçələrini gəziblər.Turkustan.info xəbər verir ki, erməni deputatlar Qız qalasında olublar. Həmçinin paytaxtda yerləşən erməni kilsəsinə də baş çəkiblər. Daha sonra restoranların birində nahar ediblər. Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici […]

Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi – ŞOK İDDİA

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna prezidenti Leonid Kuçmanı öldürməyə hazırlaşırdı. “Obozrevatel” nəşri xəbər verir ki, bunu Ali Radada prezidentin sabiq nümayəndəsi Roman Bezsmertnıy “Espresso.TV”nin efirində bildirib. “İlk dəfə 1997-ci ildə Ukrayna kəşfiyyatı prezidentin xarici səfər zamanı məhv edilməsi planı üzrə sənədləri ələ keçirib”, – Bezsmertnıy deyib. Onun sözlərinə görə, həmin […]

“Facebook” istifadəçiləri, DİQQƏT!: Erməni kəşfiyyatçıları hərbi sirləri öyrənmək üçün sizdən belə istifadə edir – HİYLƏ

“Son günlər düşmən daha bir hiyləyə əl atıb. Bu hiylə bir çox hərbçilərin qəlbində ana adlı məxluqa yaxın olduğu üçün daha tez tora düşürlər”. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, bu barədə hərbçi ekspert Abuzər Abilov məlumat verib. O bildirib ki, ermənilər saxta profillər vasitəsilə öz mənfur niyyətlərini həyata keçirməyə çalırlar. “Saxta […]

Fəsillərin dəyişməsi kimlər üçün təhlükəlidir?

Azərbaycanda yaz və payız fəsilləri tədricən sıradan çıxır. Qışdan yay fəslinə, yaydan isə qış fəslinə keçid olur. Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. O bildirib ki, bu, buzlaşma dövrü ilə əlaqədardır: “Bu il ölkəmizdə qış fəsli sərt keçib, yaz isə soyuq və yağışlı olub. İyun ayının […]

Limon qabığının MÖCÜZƏVİ TƏSİRİ – Qaynadıb suyunu içsəniz…

Heç limon qabığının çayını dəmləmisiniz? Turkustan.info  xəbər verir ki, limon qabığından hazırlanan çay həm ləzzətli, həm də şəfaverici xüsusiyyətlərə malikdir. Turş dada malik limon qabığı çayı bir çox ölkələrdə müalicəvi məqsədlərlə istifadə edilir. Limon qabığı çayı qaz problemini aradan qaldırır. Odur ki, ağır yemək yedikdən sonra qaz yaranıbsa, bu çaydan […]

Azərbaycanda 4 min manata iş təklifi: EVLİ OLMAYANLAR… – FOTO

Azərbaycanda mühafizəçi işləmək üçün şirkətlərdən biri tərəfindən iş elanı paylaşılıb. Turkustan.info “İnterAz”a istinadən xəbər verir ki, elanda tələb olunan şərtlərə namizədlərin yaşının 28-dən, boyunun 180-dən yuxarı olması daxil edilib. Bundan başqa Azərbaycan, rus və ingilis dillərində bilmək də verilən tələblər arasındadır. Bakı şəhərində qeydiyyat tələb olunan iş üçün 2-4 min […]

Bərzani: “Bu yolun sonunda ölüm də olsa, hazırıq”

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-nə təyin olunan referendumun təxirə salınması barədə beynəlxalq ictimaiyyətin tələblərinə münasibət bildirib. Turkustan.info-nun Cebhe.info-ya istinadən xəbərinə görə, M. Bərzani “Amerikanın səsi”nə müsahibəsində geri addım atmayacaqlarını deyib: “Müstəqillik istəməklə hansı günaha yol veririk? ABŞ-ın mövqeyini dəyişdirmək üçün çox cəhd göstərdik. Onlara “gəlin, bu məqsədə […]

Ölkəni aksiyalar bürüdü: Ruspərəst prezident istefaya göndərilir

Moldova paytaxtında başlayan kütləvi etiraz aksiyaları ölkənin digər bölgələrini də əhatə edib. Sentyabrın 23-də başlanmış mitinq və yürüşlərin ayın 25-ə qədər Moldovanın bütün ərazisində keçiriləcəyi gözlənilir.  Hüquq-mühafizə orqanları ilə nümayişçiləri arasında  baş verən toqquşmalarda xəsarət alanlar var. Siyasi aksiyaların sentyabrın 24-ü və 25-də kütləvi itaətsizliklə əvəz olunması planlaşdırılır. Ölkədə siyasi […]

Azərbaycanda hərbçini güllələyib su kanalına atdılar

Onun müddətdən artıq xidmət edən hərbi qulluqçu olduğu bildirilir Yevlax rayonunda 33 yaşlı kişini ov tüfəngi ilə yaralayaraq su kanalına atıblar. Turkustan.info bildirir ki, hadisə sentyabrın 22-dən 23-nə keçən gecə Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Bəkir Şubay oğlu Bəkirov ov tüfəngi ilə vurulub […]

İraq çalxalanır – Qarşıdurma

İraq qarşıdurma ilə çalxalanır. A24.Az xarici mediaya istinadən xəbər verir ki, İraqın Mosul şəhərinin Sincar qəsəbəsində İranın dəstəklədiyi Həşdi Şəbi təşkilatı ilə Amerikanın dəstəklədiyi PKK terror təşkilatı arasında baş verən vuruşmada 3 nəfər ölüb 7 nəfər yaralanıb. Qarşıdurmanın səbəbi kimi Həşdi Şəbinin ağır silahlarla Bab Şilo bölgəsindən PKK-ya aid Sincar bölgəsinin […]

Azərbaycanlının dünya çempionunu öldürdüyü anın yeni görüntüləri yayıldı – VİDEO

Rusiyanın Xabarovsk şəhərində azərbacyanlı Anar Allahverənovun ağırlıqqaldırma üzrə Rusiya və dünya çempionu Andrey Draçevi döyərək öldürməsinin yeni görüntüləri yayılıb. Turkustan.info baku.ws-ə istinadən xəbər verir ki, yeni yayılan videoda davadan əvvəlki və sonrakı hadisələri görmük ölür. Bu il avqustun 20-də kiqboksinq idman növü ilə məşğul olan azərbaycanlı Xabarovskdakı kafelərdən birinin qarşısında […]

İraq kürdlərinin müstəqillik referendumunda online səsvermə başlayıb

İraqın şimalındakı kürd muxtariyyətinin sentyabrın 25-nə təyin etdiyi müstəqillik referendumunda online səsvermə başlayıb. APA-nın “Hürriyet”ə istinadən yaydığı xəbərə görə, artıq ilk səs verilib. Kürdüstan bölgəsi Ali Seçki və Referendum Şurasının rəsmi nümayəndəsi Karvan Cəlal saat fərqi ilə əlaqədar Çindəki iraqlı kürdlər arasında elektron səsvermənin başladığını açıqlayıb: “Referendumda ilk səs Çində […]

Dünyaya yeni növ insan gəlir – Alimlərdən yeni ixtira

Uğurla aparılan elmi tədqiqatlar belə deməyə əsas verir ki, tezliklə elm yumurta hüceyrələrinin iştirakı olmadan dünyaya uşaq gətirməyə imkan verəcək. Bu yolla artıq sağlam siçanların doğulmasına nail olunub. Spermatozoidləri normal yumurta hüceyrələrini mayalandırmağa “inandırmaqla” buna nail olmaq mümkün olub. Beləliklə, gələcəkdə qadınların iştirakı olmadan sintetik yumurta hüceyrələri ilə döl yaratmaq […]

Sarkisyana “Qarabağ hədəsi”: İrəvanda qarşıdurma yeni mərhələdə

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyan xarici işlər naziri Edvard Nalbandyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz edib. “Rusarminfo.ru”nun verdiyi məlumata görə, M. Akopyan bildirib ki, işğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Erməni hərbçinin sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün […]

Din xadimi: Qadınlar axmaqdırlar, ona görə də…

“Alış-verişdə beyinləri daha da kiçirlir” Səudiyyə Ərəbistanına din adamına moizə oxumaq qadağan edilib. İstiPress-in məlumatına görə, buna səbəb onun qadınlar haqqında dedikləri olub. Şeyx Saad əl -Hajari adlı din xadimi moizəsində qadınların axmaq olduğunu, bunun üçün də onların sükan arxasında oturmasına imkan verilməməli olduğunu qeyd edib. O, qadınların beyninin gücünün […]

Çinli alverçilər Azərbaycandan hara yoxa çıxdılar…

Hazırda əksər vətəndaşlarımız “hara baxıramsa, ərəblər var” fikrini səsləndirib şikayət edir. Bir zamanlar ərəbləri çinlilər əvəz edirdi. Onların gəliş məqsədi eyni deyildi, kəmiyyət etibarilə isə çox idilər. Adətən kiçik ticarətlə məşğul olan çinliləri demək olar ki, Bakının hər yerində görə bilirdik. Onlar Çin mallarının səyyar satışı ilə məşğul idilər. Həmin […]

Əfsanə geri dönür – “Kurtlar Vadisi” başlayır – TARİX – VİDEO

Dünyada özünə milyonlarla tamaşaçı qazanan Necati Şaşmaz Türkiyənin Habertürk kanalında Veyis Ateşin aparıcılığı ilə  “Veyis Ateş ile Akılda Kalan” verilişində qonaq olub. O “Kurtlar Vadisi” ilə əlaqədar bir çox qaranlıq məqamlara aydınlıq gətirib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki,  Polat Alemdar adı ilə tanınan aktyor müsahibəsində   “Kurtlar vadisi”nin 29 sentyabrda […]

İraq Baş Qərargah rəisi təcili Türkiyəyə gəldi – Son dəqiqə

İraqın Baş Qərargah rəisi Osman Qənimi Türkiyəyə gəlib. Turkustan.info xəbər verir ki, Qəniminin Ankarada Türkiyə Baş Qərargah rəisi Hulusi Akarla görüşəcəyini bildirib. Görüşdə əsas müzakirə mövzusu sentyabrın 25-də İraq Kürd Muxtariyyətində keçirilməsi nəzərdə tutulan müstəqillik referendumu olacaq.  Axar.az

Acı bibərin İNANILMAZ FAYDALARI

Badımcançiçəklilər fəsiləsinə məxsus bibərin vətəni Cənubi Amerikadır. İlk dəfə ispanlar tərəfindən Avropaya gətirilmiş bibərlər qısa müddət ərzində tropik və subtropik ölkələrdə yayılmışdır. Xüsusilə C vitamini ilə zəngin bibərlərin acı, şirin növləri və rəngbərəg çeşidləri var. Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Acı dadı onun tərkibindəki kapsaisin […]

Ərdoğan İrana gedir

Onun Bakıya da səfəri planlaşdırılmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana gedir. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ötən gün Nyu Yorkdan Türkiyəyə qayıdan dövlət başçısının səfəri gələn aya planlaşdırılıb. Səfər oktyabr ayının 4-də gerçəkləşdiriləcək. Qeyd edək ki, Ərdoğanın Azərbaycana da səfəri planlaşdırılır. Daha əvvəl Türkiyə prezidentinin Azərbaycana sentyabrın […]

Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb? – FOTO

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobilin ötən gecə cərimə meydançasına aparılması ilə bağlı məlumat yayılıb. Turkustan.info xəbər verir ki, H. Hacıyev məsələ ilə bağlı Qafqazinfo-ya açıqlama verib. O qeyd edib ki, onun Fatimə Hacıyeva adlı qızı yoxdur: “Bunlar mənə qarşı şər kampaniyasının tərkib hissəsidir. Qızımın heç avtomobili də yoxdur. Kimsə […]

Döyülən avtobus sürücüsünün oğlu: Atam onu bağışlasa, onun kimi atadan imtina edəcəyəm – VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində […]

Nalbandyan “torpaqların qaytarılması” bəyanatına “aydınlıq” gətirib

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, onun bir neçə gün əvvəl Dağlıq Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılmasına dair Ümumerməni forumunda verdiyi bəyanat kontekstdən çıxarılıb. Xatırladırıq ki, Rusiyanın İnterfax agentliyinin yaydığı xəbərə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 18-də demişdi ki, Ermənistan […]

Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılacaq

Seçki Məcəlləsinə dəyişikliklər edilir. Milli Məclisdən Modern.az-a verilən məlumata görə,  “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanundan irəli gələrək Seçki Məcəlləsinə dəyişikliklər edilir. Hazırda bununla bağlı işçi qrup səviyyəsində işlər aparılır. Seçki Məcəlləsinə dəyişiklik yaxın günlərdə müzakirəyə çıxarılacaq.  

Təhsil İdarəsi AÇIQLADI: Bu gündən bütün məktəb direktorları üçün yeni…

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə layihəsi olan “Mənim məktəbim” layihəsinə start verilir. İdarədən verilən məlumata görə, layihənin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin, […]

Qızmar yay günləri bitdi – Azərbaycana payız gəldi

Artıq Azərbaycanda payız fəsli başlayıb. Turkustan.info xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə bildirdiyinə görə, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü, yəni bu gün Bakı vaxtı ilə saat 00:02-də baş verib. Bu gün artıq yay […]

İlqar Məmmədov azadlığa çıxıb?

Bir neçə saat əvvəl eyni vaxtda bir neçə mənbədən “REAL” hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad olunması haqda xəbər yayılıb. Bu barədə Virtualaz.org-un redaksiyasına hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfərova və Dilarə Əliyeva məlumat veriblər. Ancaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil və İlqar […]

Azərbaycan – Ermənistan müharibəsinin yeni cəbhəsi

Bakı yeni raket sistemləri ilə müdafiəyə qərar verib. Azərbaycan Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin müdafiəsi üçün İsrail istehsalı “Dəmir Qübbə” raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə başlayb. İstiPress-in məlumatına görə, bu barədə Gürcüstanın “Rezonansi” nəşri yazıb. Xəbəri öz mənbələrindən aldığını iddia edən nəşr İsrail silahlarının Bakı və Gəncədə yerləşdiriləcəyini vurğulayıb. “Bunun əsas səbəbi Ermənistanın […]

Bu gündən yağış, dolu başlayır – XƏBƏRDARLIQ

Qeyri-sabit hava 3 gün davam edəcək. Payızın ilk günündə ölkə ərazisində hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sentyabrın 23-də Abşeron yarımadasında temperaturun bir qədər yüksək olması fonunda rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaratsa da, sentyabrın 24-də mülayim xəzri küləyinin əsməsi müsbət […]

Efirdə dava düşdü, Elgiz verilişdən uzaqlaşdırıldı

Bu gün ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində qalmaqal yaşanıb. Turkustan.info yazır ki, aparıcı Elgiz Əkbərlə verilişə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb. Söz davası zamanı Elgiz qarşı tərəfin ünvanına xoşagəlməz ifadə işlədib. Vasif Akifli aparıcının cavabını verib və studiyanı […]