Gün: Sentyabr 24, 2017

İraqdan Bərzaniyə Səddam Hüseyn xatırlatması

İraq Kürd Muxtariyyətində keçirilən referendumun nəticələrini tanımayacağıq. T.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri İraqın Baş naziri Heydər Abadi deyib. “İraq etnik və məzhəb baxımından bölünməklə üz-üzə qalıb. İraqda irqçi dövlətin qurulmasına qarşıyıq və buna imkan verməyəcəyik. Zorla siyasət yürütmək olmaz. Onlar Səddam Hüseyn rejimi kimi məğlubiyyətə düçar olacaqlar”, – […]

Xəstəliyə yoluxmuş meyvələri Azərbaycandan Rusiyaya keçirmək istədilər

Rusiya-Azərbaycan sərhədində Azərbaycandan idxal edilən 120 kq alma, 83 kq armud və 78 kq ərik saxlanılıb. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsi məlumat yayıb. Alma, armud və ərikdə zərərli “Şərq güvəsi” aşkarlanıb və onların Rusiyaya idxalının qarşısı alınıb. Yük sahibləri inzibati məsuliyyətə cəlb olunub. (APA)

Ərdoğan iranlı həmkarı ilə regiondakı durumu müzakirə etdi

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ikitərəfli əlaqələrlə yanaşı, İraq Kürd Regional Rəhbərliyinin referendum qərarı daxil olmaqla bölgədəki son hadisələri müzakirə ediblər. Tərəflər referendumun ləğv edilməməsinin regionda xaosa səbəb olacağını bildiriblər. Hər iki lider […]

“Kim milyonçu olmaq istəyir” yarışmasında 1 milyonluq sual – VİDEO

“Kim milyonçu olmaq istəyir” oyununda iştirakçı 1 milyon lirəlik sualın qarşısında çətin anlar yaşayıb. Türkiyə mediasından əldə olunan məlumata görə, intellektual oyunda iştirak edən Çağdaş İrfan Yıldırım adlı gənc 250 min lirəni qazandıqdan sonra 1 milyonluq sualla üz-üzə qalıb. 1 milyon lirə qazandıran sual isə bu olub: “Qurani-Kərimdə nəyə and […]

Bir həftədə 5 kilo arıqlayacaqsınız — SADƏ RESEPT

Pəhriz saxlamaq üçün uzun və ağır bir pəhriz siyahısına əməl etməyinizə ehtiyac qalmayacaq. Turkustan.info ailem.az-a istinadən təqdim etdiyi reseptdən istifadə edərək artıq kilolarınızla vidalaşacaqsınız. Yulaf protein baxımından olduqca ləzzətli və qidalandırıcı bir qidadır. Yulafın tərkibində olan protein və müxtəlif minerallar bədəninizin gündəlik zülal ehtiyacını qarşılamağa bəs edəcək. Qatıq isə yağ […]

Xərçəngdən qorunmağın – 10 YOLU

1 – Sağlam çəkidə olun və belinizin ölçüsünü nəzarətdə saxlayın. Bədəndə artıq yağların toplanması xərçəng riskini artırır. Qarın nahiyyəsində piylənmə ürəkdə narahatlığı və diabet riskini artırır. Odur ki, qadınlarda belin ölçüsü 80 sm, kişilərdə 94 sm olmalı və bu ölçüdən kənara çıxmamaq üçün çalışmaq lazımdır. 2 – Fiziki cəhətdən hərəkətdə […]

AAAF rəhbərindən sensasiya dolu açıqlama – “30 min sakini ayağa qaldırmaq istəyirlər”

“AAAF Holdinq” MMC-nin təsisçisi, tanınmış iş adamı Tofiq Heydərov həm öz adı, həm də rəhbərlik etdiyi şirkətlər ətrafında gəzən söz-söhbətlər, şayiələrə aydınlıq gətirib. Sputnik.az xəbər verir ki, Tofiq Heydərov öz facebook səhifəsində və başçılıq etdiyi şirkətin saytında videomüraciət yayaraq yayılan məlumatlara aydınlıq gətirib, sensasiya hesab olunacaq faktlar açıqlayıb. Tofiq Heydərov […]

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ…

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin toplantısında uçot dərəcəsi 0,1-1,25 faiz səviyyəsində saxlanılıb.   Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də  uçot dərəcəsini 0,75-1 faizdən  1-1,25 faizədək artırıb.   Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizədək artırıb. 2016-ci ilin […]

Mədət Quliyevdən casus hərbçilərlə bağlı açıqlama

“Dövlətə xəyanətdə ittiham olunan hərbçilərlə bağlı istintaq tədbirləri aparılır”. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib. M. Quliyev deyib ki, istintaq məxfidir, çünki burda istintaq sirləri var: “Bu da təbiidir. Ona görə ki, hər bir dövlətdə digər dövlətlərin yırtıcı […]

Həftənin ilk gününün HAVASI

Sentyabrın 25-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Turkustan.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 25-30° isti, Bakıda […]

Şimali Koreya ABŞ gəmisini “vurdu” – VİDEO

Şimali Koreya hökuməti ABŞ Hərbi Dəniz Qüvvələrinə aid təyyarədaşıyan gəminin “vurulması” kadrlarını nümayiş etdirib. Bu barədə Cənubi Koreyanın “Yonhap” agentiyi məlumat yayıb. Videoda Şimali Koreyaya aid sualtı qayığın raket zərbəsi ilə ABŞ-ın “USS Carl Vinson” təyyarədaşıyan gəmisini “məhv etdiyi” nümayiş olunur. Bundan başqa Pxenyanın videoda Şimali Koreya hava məkanını pozan […]

Bazarlıq adı ilə evdən çıxan 22 yaşlı qız yoxa çıxdı

Bakıda 22 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.  Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayon sakini müraciətində bildirib ki, qızı 1995-ci il təvəllüdlü Abdullayeva Sevil Talıb qızı (ad şərtidir) sentyabrın 6-da Xan Şuşinski küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb. Qızın atası qeyd edib […]

Yaponların uşaqlarınızı dahiyə çevirəcək – 10 QIZIL QAYDASI

Nəzakətli və ağıllı yaponlar əldə etdiyi uğurlara və kəşflərinə görə, bütün dünyada örnək göstərilir. Bəs yaponların bu qədər uğur qazanmasının sirri nədir? Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, aparılan bir çox araşdırmalar göstərir ki, bu xalqın uğurları onların təhsil sistemindən asılıdır. 4-cü sinfə qədər imtahan yoxdur Yaponiyada 4-ci sinfə qədər şagirdlər […]

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin “Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Turkustan.info bildirir ki, Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik sünni-şiə mübahisəsini alovlandıra bilər: “Sünnilərdə axund adı işlədildiyi halda, bu, şiələrdə imamdır. Bu səbəbdən […]

Azərbaycanda bu universitetə hicablı və saqqallı tələbələr buraxılmayacaq – SƏBƏB

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib. Turkustan.info “Oxu.Az”a istinadən xəbər verir ki, məsələ ilə bağlı universitetinin mətbuat xidməti rəsmi açıqlama verib. Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: […]

İlahiyyatçı: “Şalvar geyinən, qaşlarını aldıran və universitetə gedən qadınlar cəhənnəmlikdir” – VİDEO

Türkiyədə ilahiyyatçı İhsan Şenocak qadınların həyat və geyim tərzləri ilə bağlı cinsi ayrı-seçkilik ehtiva edən fətvalar verib. İlahiyyatçı qadınların şalvar geyinib qaşlarını aldırdığı və universitetə getdiyi üçün cəhənnəmə girəcəklərini söyləyib. “A24.az”ın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, qadınların şalvar geyindikləri üçün cəhənnəmdə yanacaqlarını söyləyən İhsan Şenocak atalara qızlarını qorumaları üçün […]

Bərzani tarana gedir: Sabah kürd dövləti elan ediləcəkmi…

Bağdad mərkəzi hökumətinin, Türkiyənin, ABŞ-ı n və İranın sərt şəkildə qarşı çıxmasına baxmayaraq sabah İraqın şimalındakı kürd administrasiyası bölgənin müstəqilliyinə dair referendum keçirəcək. Kürd administrasiyasının lideri Məsud Bərzani bütün diplomatik təzyiqlərə, o cümlədən Türkiyənin hərbi müdaxilə barədə getdikcə güclənən təhdidlərinə baxmayaraq referendumu ləğv etməyib. Beləliklə, sabah kürdlər müstəqilliyə səs verəcəklər […]

Bakıda bacısı ilə yazışan oğlanı görüşə çağırdı, doğradı – 10 il həbs tələb olunur

Bakıda adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynov barəsində olan hökmdən dövlət ittihamçısı apelyasiya protesti verib. Prokurorun protesti Bakı Apelyasiya Məhkəməsinə daxil olub. Şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası sentyabrın 28-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirismayıl Hüseynov 5 il müddətinə azadlıqdan […]

Azərbaycanda sürücülər hansı hallarda təhlükəsizlik kəməri taxmaya bilər

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 40 manat cərimə olunur. Amma bunu bütün sürücülərə aid etmək olmaz. Turkustan.info xəbər verir ki, hüquqşunas Asif Abdullayev metbuat.az-a açıqlamasında bildirir ki, hamilə qadınlara təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir: “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 6-cı hissəsində göztərilir ki, hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilər. Amma […]

Bakıda yeni fırıldaq – Bələdiyyə avtobusu – VİDEO

Üzərində heç bir marşrut nömrəsi olmayan mikroavtobus sərnişindaşımada istifadə olunur. Avtobusların trafaretlərinə isə bələdiyyə avtobusları yazılıb. Avtobuslar Sulutəpə-Binəqədi qəsəbələri arasında sərnişinlərin daşınmasına xidmət edir. Sürücülər deyirlər ki, mikroavtobuslar Binəqədi qəsəbə bələdiyyəsinə məxsusdur və buna görə də avtobusların üzərində bu sözlər yazılıb. Sürücülər onu da bildirir ki, bu qəsəbələr arasında ictimai […]

MÜHARİBƏ ASTANASINDA: Rus ordusunun ən zəif yeri AÇIQLANIB

Amerika ordusu rus ordusunun hibrid müharibəsi və ona qarşı effektiv mübarizə yollarına dair tədris vəsaiti buraxıb.  Cebhe.info xəbər verir ki, xüsusilə Rusiya ordusunun Ukrayna və Krımda apardığı hərbi əməliyyatlara diqqət çəkilib . Materialda həmçinin rus ordusunun zəif nöqtələri, hərbi gücü barədə də ətraflı məlumat yer alıb. Bu məlumat Amerika ordusuna ruslarla […]

Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar

Bakıya istirahətə gəlmiş iranlı turist polisə müraciət edib. İran İslam Respublikasının vətəndaşı Seyyid Ehsan Yunisi bildirib ki, Rəşid Behbudov küçəsi 10 ünvanındakı gecə klubunda ona vermədiyi sifarişlərə görə gələn hesabı zorla ödətdiriblər. Şikayətçi ərizəsində qeyd edib ki, gecə saatlarında kluba gedib. Az sonra iki yüngül əxlaqlı qadın onun masasına yanaşaraq […]

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlanıb. Turkustan.info-nun məlumatına görə, Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev APA-a açıqlamasında bildirib ki, Lütfi Zadənin nəşinin sentyabrın 29-u Bakıya gətirilməsi gözlənilir. “Daşınma şirkətindən əldə etdiyimiz məlumata görə, alim Lütfi Zadənin nəşi sentyabrın 26-da San Fransiskodan yola salınacaq. Ayın 29-da Bakıya çatması gözlənilir”- deyə, o […]

Bakıda məşhur restoranda ölüm hadisəsi baş verdi

Bakıda restoranda müştəri qəfil ürəktutmasından ölüb. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, “Tbilisi” restoranında Gürcüstan vətəndaşı, 1955-ci il təvəllüdlü Novruzov Telxan Novruz oğlu yeyib-içən zaman qəfil yerə yıxılıb. Və dünyasını dəyişib. Onum meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Müayinə […]

44 yaşlı kişi 9 yaşlı qızı zorladı – Bakıda dəhşətli hadisə

Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Əhliman Əhmədov Tovuz rayonunda anadan olsa da, yetkinlik yaşına çatandan sonra Bakı şəhərinə köçüb.   Paytaxtda tikinti obyeklərində fəhləlik […]

Dünyanın ən qəddar mafiyası – FOTOLAR

Həm də MS-13 kimi tanınan Mara Salvatruça dünyanın ən qəddar və təhlükəli kriminal qruplaşmalarından sayılır. Digər cinayətkar sindikatlar qədər böyük gəlirləri olmasa da, MS-13-ün şöhrəti bütün amerikan qitəsinə yayılıb. Turkustan.info-nun Oxu.Az-a istinadən məlumatına görə, hazırda bu qruplaşma ABŞ-ın 42 ştatında və Latın Amerikasının bir neçə dövlətində fəaliyyət göstərir. Müxtəlif məlumatlara […]

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatdı

Çərşənbə axşamı Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb. Turkustan.info  “Report”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl respublikanın mülki müdafiə qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente 293 nəfərin öldüyünü xəbər vermişdi. O, qeyd etmişdi ki, təbii hadisə zamanı 155 […]

695 bal toplayan abituriyent müəllimliyi seçdi – VİDEO

695 bal toplayan abituriyent seçdiyi ixtisası ilə bir çoxlarını təəccübləndirib. Turkustan.info  “Xəzər xəbər”ə istinadən xəbər verir ki, paytaxtın Hovsan qəsəbə sakini Səidə İsmayılova bu il respublika üzrə ən yüksək bal toplayan abituriyentlərdəndir. Yüksək bal toplamasına baxmayaraq o, xəyalındakı peşəni başqa ixtisaslara dəyişməyib. Hazırda o, təhsilini Bakı Dövlət Univeristetinin Filologiya fakultəsində […]