Gün: Sentyabr 25, 2017

Bakıda tələbə kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

Bakıda universitet tələbəsi müəmmalı şəkildə dünyasını dəyişib. Turkustan.info Report-a istinadən xəbər verir ki, Xaçmaz rayon Susayqışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Minarə Bakıda kirayə qaldığı evdə dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, qızın ürəktutmasından ölməsi ehtimal olunur. Minarə Məmmədova Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin 3-cü kurs tələbəsi […]

Şimali Koreya: “ABŞ müharibə elan etdi” — SON DƏQİQƏ

“ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı müharibə elan edib”. Turkustan.info “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya xarici işlər naziri Lu Yon Xo bildirib. O, keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr Şimali Koreya sahillərində uçaraq ölkəmizin təhlükəsizliyini təhdid altında qoyublar. “Amerika bombardmançı təyyarələri […]

Azərbaycanda qorxunc xəbər dolaşır – İlk rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqlar arasında “Koksaki” virusunun yayıldığı barədə məlumatlar gəzir. Turkustan.info-nun məlumatına görə, valideynlər xəstə övladlarının şəkillərini paylaşaraq, digər valideynləri diqqəti olmağa çağırırlar. Onların iddiasına görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılara yoluxaraq gəlib. Hətta, Rusiyada bu xəstəliyə yoluxan 36 uşağın vəziyyətinin ağır olduğu bildirilir.Pediatr Günay İmanovanın açıqlamasına görə, […]

Bakıda gecə klubunun sahibəsi tanışı tərəfindən zorlandı

Bakının mərkəzindəki gecə klubunun sahibəsi polisə ərizə yazaraq tanışının onu zorladığını və ondan hədə-qorxu yolu ilə pul aldığını bildirib. Turkustan.info xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər. Paytaxtın Manafov küçəsində yerləşən müəssisənin 1989-cu il təvəllüdlü sahibəsi S.O. Nizami rayon Polis İdarəsinin 22-ci bölməsinə ərizə ilə müraciət […]

TƏHLÜKƏ: Daha bir asteroid Yerə yaxınlaşır

Sabah diametri 680 metr olan Apollon sinfinə aid asteroidin böyük sürətlə Yerə yaxın məsafədən keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, asteroidin sürətinin saatda 50,2 min kilometr olması ehtimal edilir. Qeyd edək ki, bundan öncə sentyabrın 14-də Apollon sinfinin başqa bir asteroidi Yerə təhlükəli yarada biləcək qədər yaxın məsafədən keçmişdir. Məlumata görə, […]

İraq Kürdüstanında səsvermə başa çatıb

İraq Kürdüstanında müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb. Turkustan.info APA-ya istinadən xəbər verir ki, səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib İraq Kürdüstanın baş naziri Nəçirvan Bərzani muxtariyyət rəhbərliyinin referendumdan dərhal sonra müstəqillik elan etmək niyyətində olmadığını bildirib. […]

Kərkükdə döyüş: Qasım Süleymani şəhərə gəldi – Qanlı səhər gözlənilir

Şimali İraq Kürd Muxtariyyətinin bu gün keçirilən referendumuna türkmanların tarixi torpağı olan Kərkük də daxil edilib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, türkmanlar buna etiraz olaraq referendumu boykot edib. Lakin son məlumatlar şəhərdə hər an qarşıdurmanın başlaya biləcəyini göstərir. Məlumata görə, 1700 PKK terrorçusu Kərkükdə qərarlaşıb. Güman ki, onlar çıxa […]

“Məhəmməd Əsədovla birlikdə Xankəndini təcili tərk etmək göstərişini aldıq” – KONOVALOVUN ETİRAFLARI

Vasili Konovalov 1983-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) ikinci katibi vəzifəsində işləyib. O dövrdə Azərbaycan KP MK-nın ikinci katibləri böyük səlahiyyətlərə malik olublar. Onlar Kremlin nomenklaturası sayılaraq birbaşa Moskvaya tabe olub və respublika haqqında mərkəzi məlumatlandırıb, oradan da göstərişlər alıblar. Ancaq buna baxmayaraq, Konovalov Xankəndi şəhərində ezamiyyətdə […]

İraq Kərkükə qoşun yeridəcək

İraq parlamenti Kərkükə hərbi qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edib.   Turkustan.info “Report”a istinadla xəbər verir ki, bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili sentyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib.   “Parlament Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətin nəzarətinə verilməsi və “referendum”da səs verən dövlət məmurlarının işdən kənarlaşdırılması […]

Ağdərədə daha iki erməni hərbçisi yaralandı, vəziyyətləri ağırdır

Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın Ağdərə rayonu ərazisindəki Matagiz polkunda xidmət edən iki hərbçisi yaralanıb. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri yazırlar. Belə ki, “Laura “adlı Facebook istifadəçisinin qohumunun ağır yaralanması barədə xəbəri paylaşıb. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek […]

Fərasət Qurbanov: Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə, Samux, Gədəbəy, Göygöl, Qazax, Ağstafa və Tovuzun QHT və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib. Konfransda “QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” […]

Dollar üzərindən qarşıdurma: Gözlənilməz proseslər baş verə bilər

Tramp administrasiyası dolların ucuzlaşmasında maraqlı görünür, FED isə mövcud status-kvonun saxlanılmasında maraqlıdır.  “2017-ci ildə dünyanın aparıcı mərkəzi banklarının, o cümlədən ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasəti əvvəlki illərdən tamamilə xeyli fərqlənir”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, əvvəlki dövrlərdə, xüsusən də Avropada monetar ekspansiyanın genişlənməsini […]

Bir Bərzaninin qızı, digər Bərzaninin arvadı: Bu görüntülərdən çox danışılacaq – FOTOLAR

Xəbər verdiyimiz kimi, İraqın şimalında kürdlər seperatçı “müstəqillik” referendumu keçirir. Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, səs vermək üçün Ərbildə seçki məntəqəsinə gələn Şimali İraq Kürd Muxtariyyatının baş naziri Neçirvan Bərzani ailəsi ilə birlikdə görüntülənib. Baş nazirin həyat yoldaşı Nebila Bərzaninin geyimindəki dəyişiklik diqqətdən yayınmayıb. Bölgədə şeyx və mühafizəkar ailə […]

Azərbaycanlı girovlarla bağlı XƏBƏR

Kürdoğlu Əsgərov: ATƏT-in sammitində diqqəti Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə cəlb edə bildik. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsinin rəhbəri Əlövsət Ağalarov və Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriblər. Turkustan.info xəbər verir ki, Əlövsət Ağalarov Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarının müdafiə […]

Namiq Mənaya vəzifə verildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçkisi keçirilib. Turkustan.info xeberle.com-a istinadla xəbər verir ki, yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə bədihə ustası Namiq Məna təsdiq olunub. O, ədəbi ictimaiyyətə təqdim olunub. Təyinatı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi təsdiqləyib. Katib bölmə sədrinə yeni vəzifəsində uğurlar diləyib. Qeyd […]

ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına başladı

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikahlarlara qarşı maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinin icrasına başlamışdır. ADTGT ictimai əlaqələr və informasiya departamentindən bildirilib ki, geniş maarifləndirmə, sosial reklam və PR xarakterli aksiyalarla həyata keçiriləcək layihə Ucar, Bərdə, Şamaxı və Salyan […]

Sirr çözüldü – Sən demə piramidaları… – FOTOLAR

Əsrarəngiz Misir piramidalarının necə tikilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, alimlər nəhayət ki, bu suala cavab tapıblar. Misirdəki ən böyük piramida olan Xeops ehramının inşasında istifadə olunmuş 2 tonluq daşların Nil çayı vasitəsilə daşındığı üzə çıxıb. Piramidaların inşasını həyata keçirən Merer adlı misirlinin gündəliklərini oxuyan alimlər ümumilikdə 170 tonluq […]

İki erməni əsgər güllələnib

Hər dəfə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müəyyən konsensusun əldə edilməsi gündəmə gələndə işğalçı dövlət müxtəlif hadisələr törətməklə ölkə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Bu dəfə də belə oldu. İşğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi […]

Azərbaycan Qarabağda güzəştə gedir?

Erməni şərhçinin sensasion açıqlaması Elman Məmmədyarovla Edvard  Nalbandayanın Nyu-Yorkda görüşündən sonra bəzi erməni şərhçilər Azərbaycanın Qarabağ üzrə danışıqların davam etdirilməsi üçün müəyyən güzəştlərə hazır olduğunu iddia ediblər. Turkustan.info-nun məlumatına görə, məsələyə “Lragir”də məqalə həsr edən erməni şərhçi Naira Ayrumyan güzəştlərin qoşunların təmas xəttinə atəşkəsin pozulmasını araşdıran xüsusi mexanizmlərinin yerləşdirilməsinə Azərbaycanın razılıq verməsi […]

“Vaqif Səmədoğlunu yaxşı tanıyıram, o, şərəfin nə olduğunu bilmirdi” – İlqar Əlfioğlu

Turkustan.info Publika.az-a istinadən İlqar Əlfioğlu ilə müsahibəni təqdim edir: – İlqar müəllim, atanız Əlfi Qasımov da yaradıcı bir insan olub. Maraqlıdır, onunla necə yola gedirdiniz? – Çox yaxşı. Çünki eyni yola çıxmırdıq. Hərəmizin öz yolu vardı. Mən həmişə atamla özümü başqa-başqa müstəvilərdə hiss eləmişəm. Ata ilə oğulun o zaman problemi […]

Ömürlük məhbuslar üçün ŞAD XƏBƏR – Güzəştlər olacaq

Azərbaycanda ömürlük azadlqıdan məhrum etmə cəzası alanlarla bağlı güzəştlər tətbiq edilməsi təklif edilir. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə (CM) 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunur. Yeni bəndə görə, ömürlük azadlıqdan məhrum etmə […]

İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT

Rusiya İstintaq Komitəsi Krasnodar diyarında insan əti yeyən və insan ətindən konserv hazırlayan ər və arvadı yaxalayıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Krasnodardakı aviasiya texnikumunun yayında qadın qalıqları aşkar edildikdən sonra başlayan istintaq hərəkətləri zamanı 35 yaşlı kişi və onun arvadı həbs olunub. Onların evindən insan ətindən düzəldilən […]

6 yaşlı Ruslan Rusiyanı heyrətləndirdi – VİDEO

“Rusiya 1” kanalının “İnanılmaz insanlar” layihəsinin budəfəki əsas qəhrəmanı 6 yaşlı azərbaycanlı Ruslan Səfərov olub. Turkustan.info xəbər verir ki, R. Səfərov riyazi bilikləri ilə hər kəsi heyrətləndirib. O, verilişə çıxaraq aparıcıların suallarını cavablandırıb. Səfərovun cavabı isə münsif və zalda oturan tamaşaçıları təəccübləndirib. Qusar rayonundan proqrama qatılan Ruslan özünü “Kalkulyator insan” adlandırıb. […]

“İrəli” gəncləri Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə – FOTO

“İrəli” gənclərinin də iştirak etdiyi  azərbaycanlı gənclərdən ibarət komanda  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə ölkəmizi təmsil edir.“İncəsənətlə birləşən gənclər” (Connecting Youth Through Art: EU-EaP Summer Camp 2017) layihəsi Gürcüstan Respublikasının  Gənclər və İdman Nazirliyi tərəfindən həyata  keçirilir.  Layihədə müxtəlif ölkələrin incəsənət növləri, mədəniyyətlərindən  bəhs olunur. Hər ölkə öz mədəniyyət […]

Azərbaycanlı professorun “Erməni faşizmi” kitabı Türkiyədə təqdim edildi

Türkiyənin Kayseri şəhərindəki “Yoğun Burc” Kültür- sənət mərkəzində  Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri, Türkiyənin Ərciyəs universitetinin professoru Qafar Çaxmaqlı “Erməni- türk ilişkilərinin mövcud durumu” adlı konfrans verib. Türküstan.info xəbər verir ki, konfransda, həmçinin professorun  hazırladığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstək verdiyi  “Erməni faşizmi”  kitabının da […]

Kürdəmir-Karrar mənzilində 8,7 km dəmir yolu əsaslı təmir olunur – FOTO

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Kürdəmir-Karrar mənzilində 8,7 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi […]

Qənirə Paşayeva Kırşehir Kitab Fuarında gənclərə çağırış edib – FOTOLAR

Türkiyənin Kıhşehir vilayətində keçirilən Beynəlxalq Kitab Fuarında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva tədbrin açılışındakı çıxışında Türk dünyası siyasətçiləri, aydınları, yazar, şair, araşdırmacı və jurnalistlərinə üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb. Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bugünki və […]

“Yadplanetli” uşaq öldü – VİDEO

Hindistanın Uttar-Pradeş əyalətində dünyaya gələn qeyri-adi uşaq ölüb. Turkustan.info xəbər verir ki, 2 gün əvvəl burunsuz, qulaqsız dünyaya gələn və yerli sakinlər tərəfindən “yadplanetli” adlandırılan körpə dünyasını dəyişib. Qeyri-adi görünüşə malik uşaq cəmi 2 gün yaşayıb. Anası deyir ki, nəfəs almaqda çətinlik çəksə də, özünü yaxşı hiss edirdi: “Gecə rahat […]

“Kürd dövləti”nin hədəfləri: regional-etnik müharibəyə doğru – TƏHLİL

Təxirə düşəcək gözləntiləri boşa çıxdı və bu gün Şimali İraq Kürd Muxtariyyətində referendum keçirilir. Nəticə böyük ehtimalla bəllidir: qutularda “bəli” cavabı çıxacaq. Çünki nə Ərbil, nə də Bərzaninin arxasında dayananlar “yox” cavabının olacağı referenduma getməzdilər. Bölgədə demoqrafik vəziyyət də Ərbilin referendumdan istədiyini alacağını göstərir. Hər hansı fors-major situasiya baş verməsə, […]

Mənsimovun sonu?

Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun biznesi ciddi böhran yaşayır. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, milyarder vaxtilə ona sürətlə varlanmağa imkan yaradan “yağlı tikədən”-Rusiya neftinin daşınmasından məhrum edilib. Və ehtimal edilir ki, bu, şəxsən prezident Vladimir Putinin göstərişi ilə baş verib. Xatırladaq ki, bu günlərdə Mənsimovun Türkiyədə […]

Erməni deputatlar Bakını tərk etdilər

Turkustan.info bildirir ki, Milli Məclisdən Modern.az-a verilən məlumata görə, Avrones PA-nın Bakıda keçirilən konfransında iştirak edən  Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyanın  Azərbaycana rəsmi səfəri başa çatıb. Onlar artıq Bakını tərk ediblər. Qeyd edək ki, sentyabrın 21-də Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və […]

13 yaşlı qıza erotik mesajlar yazan “ağsaqqal”ı döyüb kameraya çəkdilər – VİDEO

66 yaşlı kişi sosial şəbəkədə tapdığı 13 yaşlı qıza erotik mesajlar göndərib, ona əxlaqsızlıq təklif edib. Milli.Az “Milliyet”ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Sakarya şəhərində baş verib. 66 yaşlı “ağsaqqal”dan erotik mesajlar alan qız qohumlarına xəbər verib. Bunu öyrənən qohum qızın adından kişi ilə görüş təyin edib. Görüşə qızı […]

Türkiyədən ilk “kürd həmləsi”: Sərhəd bağlandı

İraq Kürdüstanında müstəqillik referendumu keçirildiyi bu gün Türkiyə ilk həmləsini edib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, ilk olaraq Habur sərhəd qapısı təktərəfli olaraq bağlanıb. Bununla da İraqdan Türkiyəyə giriş qadağan edilib. Ancaq məntəqədən TIR-lar İraqa gedir. İraq Kürdüstanına edilən bütün müraciətlərə baxmayaraq, səsvermənin təxirə salınmaması barədə Bərzaninin qərarı Türkiyəni belə […]

Enerji içkilərinin satışına qadağa qoyula bilər – Məsələyə hökumət qarışdı

Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq kəskin artıb. Ölkədə insan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanılması bu içkilərə marağı, xüsusilə yeniyetmələrin və […]

Bərzani dünyaya meydan oxudu: Kürdlərin referendum başlayıb

İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referenduma start verilib. Axar.az xəbər verir ki, “Röyter” bölgədəki bütün seçki məntəqələrinin açıldığını yazıb. Seçici siyahısında 3 milyon seçicinin adı var. Onların səs verməsi üçün 6846 seçki məntəqəsi yaradılıb. Qeyd edək ki, İsrail istisna olmaqla, bütün dövlətlər referenduma qarşıdır.

Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib gəlib. APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniya MSK-nın məlumatında bildirilir. Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat  (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%. Beş faizlik […]

Uğurlu insan olmaq istəyənlər üçün 5 VACİB PSİXOLOJİ ŞƏRT

Amerikanın Standford Universitetində araşdırmaçı kimi fəaliyyət göstərən Emma Seppala uğur qazanmaq mövzusunda adı çəkilənlərin başında gəlir. O, məqalələrinin birində “Yüksək uğurların qazanıldığı çevrələrdə apardığım nəticələr məni belə bir qənaətə gətirdi ki, bir çox insan canı bahasına da olsa, uğur qazanmağın arxasınca düşür. Bu məqsəd uğrunda xoşbəxt olmağı təxirə salan insanlar […]

Ermənistanın Kürdüstan planları açıqlandı

“Kərkükdə asılan Kürdüstan bayrağının aşağı salınması qərarı bizi sevindirsə də, region rəhbərliyinin qeyri-qanuni davranışından narahatıq”. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bu fikirlər İraq türklərinin Mədəniyyət və Həmrəylik Dərnəyi və Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi toplantıda səsləndirilib. Hər iki təşkilat adından danışan Həmrəylik dərnəyinin  direktoru Timur Taş deyir: “Kərkükdə problem yaşandığında, […]

Qərbi Azərbaycanda hərbi təlimlər başladı

Təlimlərin “Məhərrəm” kod adlı əsas hissəsi İranın İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətindəki Oşnevie şəhəri ərazisində başlayıb İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bazar günü sentyabrın 25-də müstəqilliyə dair referendumun keçiriləcəyi İraqın Kürdüstan Muxtariyyəti ilə sərhəddə geniş hərbi təlimlərə başlayıb. “Report” xəbər verir ki, bu barədə “Sepahnews” nəşrinin məlumatında bildirilir. […]