Gün: Sentyabr 26, 2017

Ankarada inşaat çökdü – ölən və xəsarət alanlar var

Türkiyənin paytaxtı Ankarada yeni tikilən binada çökmə olub. Mamak rayonunda binanın ikinci mərtəbəsinin betonu tökülərkən uçqun baş verib. Nəticədə iki fəhlə dağıntılar altında qalıb, xilasedicilər onları xilas edib. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda bu il qış sərt keçəcək – Xəbərdarlıq

Bu il Azərbaycanda qış əvvəlki illərlə müqayisədə sərt keçəcək. Turkustan.info bildirir ki, bu barədə Az Vision.az-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. T.Zeynalov qış mövsümündə havaların şaxtalı olacağını deyib: “İndidən sərt qışa hazır olmalıyıq. Ötən il oktyabrın 20-dən sonra paltoya keçmişdik. Bu il qış geyimlərinə daha tez keçiləcək. […]

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 60,51 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 1,39 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. “Azeri Light”ın qiyməti sonuncu dəfə 2015-ci il iyulun 13-də 60 dolları ötmüşdü. FOB […]

Kişilər qadınlarda nəyə aşiq olur? – Bürclərə görə XARAKTERİSTİKA

Kişinin aşiq olması üçün qadının xarici görünüşü nə dərəcədə rol oynayır? Ümumiyyətlə, kişilər qadınları hansı xüsusiyyətlərinə görə sevir? Turkustan.info lent.az-a istinadən bürclərə görə kişilərin qadınlarda bəyəndiyi xüsusiyyətlər barədə danışacaq. Qoç Qoç ilk və ən yaxşı olmaq üçün yaşayır. O, həmişə yanında prestijini artıracaq və insanlar tərəfindən təqdir ediləcək birini istəyir. […]

Azərbaycan səhiyyəsində ilkə imza atan həkim danışdı – VİDEO

Azərbaycan səhiyyəsində daha bir ilkə imza atılıb. Qan dövranı dayandırılmaqla ağciyər damarlarında əməliyyat həyata keçirilib. Risk dərəcəsi böyük olan əməliyyat zamanı həkimin cəmi 20 dəqiqə vaxtı olub. Ürəyi dayandırıb əməliyyat etdilər. Belə bir əməliyyat Azərbaycanda ilk dəfə həyata keçirilib. Əvvəlcə, bədənin temperaturu müsbət 18-ə endirilib. Bədən istiliyi 36-dan 18-ə enən […]

ATV-də işdən qovulan aparıcı Azər Zahid ölkəni tərk etdi

ATV telekanalında baş verən proseslərdən sonra aparıcı Azər Zahid də işdən çıxarılıb.  Turkustan.info xəbər verir ki, telekanalın yeni prezidenti APA-ya açıqlamasında “Yoxlama” verilişinin fəaliyyətinin dayandırıldığını və Azər Zahidin xidmətlərinə heç bir ehtiyacı olmadığını bildirib. Məsələ ilə bağlı aparıcı ilə əlaqə saxladıq. Lakin o təyyarədə olduğunu və bu haqda danışa bilməyəcəyini bildirdi.

Laçının icra başçısı Bərzanini dəstəkləyən şöbə müdirini cəzalandıracaq – AÇIQLAMA

Ərazisi işğal olunmuş Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşması, rəsmən kürdlərin lideri Məsud Bərzaninin tərəfini saxlaması ictimiayyət tərəfindən böyük narazılıqla qarşılanıb. Rəsmi qurumda çalışan məmurun separatçı rejimə dəstək verən paylaşımları bir anda bütün izləyicilər tərəfindən […]

Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini “Port Baku Residence” və Port Baku Mall”a qədər genişləndirib. Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin əhatə dairəsinin “Dədə Qorqud” və “Nərimanov” parklarınadək genişləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər […]

QARABAĞ GÜNDƏMİ: Ermənistan sülhə məcbur edilir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.BMT Baş Assambeyasının 72 sessiyası çərçivəsində baş tutan görüşdə Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi müzakirə olunub.Görüşdə hansısa anlaşma əldə olunmasa da danışıqların prezidentlər səviyyəsində davam etdirilməsinin razılaşdırıldığı bildirilir. Azərbaycan və Ermənistan prezidentləri […]

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

Əgər Ərbil üç gün ərzində hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməsə, Bağdad kürd muxtariyyəti ilə avia əlaqələri kəsəcək. Trend-in məlumatına görə, bu barədə ölkənin nazirlər kabinetinin bəyanatında deyilir. Bundan əvvəl İraqın nazirlər kabineti kürd muxtariyyətinin səlahiyyətlilərindən bölgənin bütün sərhəd məntəqələrinə, hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməyi, xarici ölkələrdən […]

Üçqütblü dünyada sülhün yeni açarı – Türk Birliyi

Gökhan Türkeş Öngel İş adamı/ Türkiyə Soyuq müharibə dövründə Amerika və Sovet İttifaqının iki qütblü dünya düzəni nisbi də olsa öz aralarında balans saxlaya bilirdi. Sovetlərin dağılması ilə Avropa İttifaqı, Amerika və Rusiya-Çin olmaq üzrə üç ayrı blok, üç ayrı qütb formalaşıb, və artıq dünya düzəni bu üç ayaqlı stulda oturmuşdur. […]

“Əgər məni işdən çıxarsalar pasportumu yandıraram” – Bölücü referendumu dəstəkləyən İH məmurundan açıqlama

“Kürdlər referendum keçirdilər. Bunun nəyi pisdir? Xalq “hə” desəydi də, “Yox” desəydi də, münasibətim elə olacaqdı. Çünki bu silah gücünə olmadı. Demokratik sivil yolla olan hər bir seçkini dəstəkləyirəm. Bunu alqışlamaq lazımdır”. Bu fikirləri Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib. O bildirib ki, hansısa fikirlərinə ona […]

Azərbaycanlı tələbəni yeyən ər-arvadın evindən görüntülər – VİDEO

Rusiyanın Krasnodar diyarında adamları qətlə yetirərək yeyən ərlə arvadın yaşadığı evin görüntüləri yayımlanıb. Turkustan.info apa.tv-yə istinadən xəbər verir ki, səliqəsiz vəziyyətdə olan mənzildə ilk gözə dəyən döşəməyə səpələnmiş müxtəlif kitablar, qutular və digər əşyalar olub. Xatırladaq ki, bir neçə gün əvvəl Krasnodarda qətldə şübhəli bilinən yerli sakin – Dmitri Bakşeyev saxlanılıb. […]

Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu – SİRLƏR AÇILIR

Şimali İraq Kürd Muxtariyyəti dünən keçirilən referendumla “müstəqillik” əldə etdi. Kürdlərin “müstəqil sərhədləri”nə Kərkükün daxil edilməsi isə bu türk torpağının işğalının tamamlanması deməkdir. Türkiyə Ankara sazişinin ona verdiyi imkana rəğmən, Kərkükə girmədi. Bundan sonra da hərbi müdaxilənin olub-olmayacağı dəqiq deyil. Kərkükün kürdlər tərəfindən işğalı Türkiyənin mərhum prezidenti Turqut Özalın Kərkük-Mosul […]

İranda İraq Kürdüstanına dəstək mitinqi keçirilib

İraqda kürdlərin muxtariyyət referendumu İranda dəstəklənib. Turkustan.info “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, minlərlə kürd küçələrə axın edərək referendumu dəstəkləyib. Bildirilir ki, kütləvi aksiyalar Bane, Sananday, Sekkez şəhərində baş tutub. İran dövlət televiziyası xəbər verib ki, ölkə referendum əleyhinə olduğu üçün bu aksiyalar gözlənilməz olub.

ATV-nin 32 əməkdaşı işdən azad olundu

Bu gün rəhbərliyi dəyişən ATV kanalının 32 əməkdaşı işdən çıxarılıb. Teleqraf.com xəbər verir ki, onların içində ATV dizayn qrupunun rəhbəri , rejissor Rauf Ocaqverdiyev də var. Həmçinin ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, “Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova […]

MTRŞ-dan Qaradağlının qovulmasına münasibət

Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti rəhbərliyinin dəyişdirilməsi məsələsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətində olan məsələ deyil. Bunu Report-a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib. O bildirib ki, “Televiziya və radio yayımı” haqqında qanunun 2-ci maddəsinə əsasən telekanal rəhbərliyinin dəyişdiriliməsi TV-nin təsisçilərinin səlahiyyətindədir: “Təsisçilərin qərarı ilə televiziya rəhbəri olmuş […]

ATV-nin yeni prezidenti kimdir? – Dosye + FOTOLAR

Bu gün Azad Azərbaycan Telekanalının rəhbəri təyin olunan Azər Xəlilov kimdir? Əvvəllər harda işləyib? Hansı fəaliyyətləri var? Tanınmış jurnalistin tərcümeyi-halını təqdim edirik. Azər Nəriman oğlu Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib. 2001-ci ildə […]

Koreya və türk xalqlarının bağları – Şəmil Sadiqin Seul konfransında çıxışı

f.ü.f.d., dos. Şəmil Sadiqin Koreyada Altay Xalqları festifalı çərçivəsində keçirilən Beynəlxalq konfransdakı çıxışını təqdim edirik   Biz, adətən, dünyamıza yerdən baxmağa çalışırıq və bu zaman Yer gözümüzün görə bilmədiyi qədər böyük görünür.  Amma quş baxışı ilə yeri seyr edəndə o qədər də böyük olmadığının, yerdə yaşayanların hamısının vahid vətəni olduğu […]

Şimali İraqın parçalanmasında maraq güdənlər kimlərdir? – TƏHLİL + VİDEO

Bildiyimiz kimi Şimali İraqın kürd xalqı çətin bir qərarla qarşı-qarşıya qoyulub. Turkustan.info-nun “A24.az”-a istinadən verdiyi məlumata görə, Amerika ilə İsrailin planı olduğunu deyən Ardan Zentürk ABŞ-ın Ərbildə dünyadakı ən böyük ikinci səfirliyinin binasını inşa etdiyinə böyük diqqət çəkib. Zentürk qalmaqallı referendumun əvvəlcədən planlaşdırıldığını ifadə edib: “Vaşinqton bəlkə də bu gün […]

“Dağlıq Qarabağ probleminin həllində qarşı tərəfdən cəsarət tələb olunur” – AZAY QULIYEV

“Dağlıq Qarabağ kimi mürəkkəb problemin həllində bütün bu realist yanaşma ilə yanaşı, bir az da cəsarət tələb olunur. Müəyyən məsələləri öz adı ilə çağırmaq və daha çox təşəbbüs irəli sürmək zəruridir”. Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi […]

Bütün proqnozları gerçək olan YAPONLARDAN SENSASİYALI 2018 XƏBƏRDARLIĞI: ABŞ yox olur və…

Tokio Universitetinin nəzdində seysmoloji hadisələr üzrə institutun (ERI – Daigaku Jishin Kenkyu–jo,Earthquake Research Institute, University of Tokyo) – əməkdaşları BMT və böyük dövlətlərin hökumətləri üçün qapalı tədqiqat və tövsiyələr hazırlayıb. Turkustan.info Publika.az-a istinadən bildirir ki, mətbuata sızan məruzədə 2017-ci il üçün bir sıra xəbərdarlıqlar yer alıb. Təəssüf ki, onların çox hissəsi təsdiqlənib: “Hindistan – 4 yanvarda gücü 6.7 bal olan zəlzələ oldu – […]

Yeni dijital pul vahidi istifadəyə veriləcək

Yaponiya dünyaya yeni valyuta təqdim edəcək. Turkustan.info xəbər verir ki, yeni pul vəsaiti dünyanın ən böyük banklarından biri olan Yaponiyanın “JP Morgan” şəbəkəsi tərəfindən bazara çıxarılacaq. Bankın rəsmi nümayəndəsi Cemi Dimon “J Coin” adlı yeni valyutanın dijital pul sektoruna yenilik gətirəcəyini bildirilib. Yapon bankları dijital pul vahidini 2020 Tokio Olimpiya Oyunlarına […]

ATV prezidenti telekanaldan uzaqlaşdırıldı – YENİ TƏYİNAT

Turkustan.info bildirir ki, Bizimyol.info-ya daxil olan məlumata görə ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Onun işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi olub. Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb. Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində fəaliyyət göstərib.

Kürd referendumunu dəstəkləyən məmurdan AÇIQLAMA

Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması və haqqında araşdırma başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.  Turkustan.info bildirir ki, F. Tanrıverdiyev “Qafqazinfo”ya açıqlamasında fotoları paylaşması, referendumu dəstəkləməsinin səbəbi haqqında heç nə deməyib: “Mən lazım olsa, bu barədə danışa […]

Turan ATV-ni kritik duruma saldı – MTRŞ sədri gəldi

Xəbər verdiyimiz kimi, ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalındadır. TV-də xüsusi iclas keçirilir. Kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara […]

Azərbaycanlı jurnalist beynəlxalq simpoziumda məruzə etdi

Türkiyənin Nevşəhər vilayət mərkəzindəki Hacı Bektaş Vəli Universitetində keçirilmiş Birinci Beynəlxalq İpəkyolu Akademik Araşdırmalar Simpozyumunun iştirakçıları sırasında  “Xalq qəzeti”nin əməkdaşı, Bakı Dövlət Unversitetinin doktorantı, əməkdar jurnalist  Namiq Əhmədov da olmuşdur. Bakıdan getmiş tədqiqatçının “Azərbaycan mətbuatı: 15 iyul FETO hadisələrindən bir gün sonra” mövzusunda məruzəsini  iştirakçılar böyük marala qarşılamışlar.  Təşkilat Komitəsi […]

Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf – KONFRANS

Türkiyənin Dənizli vilayətində 20-24 sentyabr tarixlərində II Beynəlxalq Termal Sağlık Turizm Zirvəsi keçirilib. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi səfər proqramı zənginliyi ilə diqqət çəkib. Zirvə görüşünə 52 ölkənin səhiyyə nazirliyi nümayəndələri, həkimlər, fizioterapevt və reabilitasiya mütəxəssisləri, turizm agentlikləri və sığorta firmalarından olmaqla 300-ə yaxın iştirakçı qatılıb. Tədbirə həmçinin Türkiyənin […]

Deputat şeyxin qudasını məhkəməyə verdi

Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş həmkarı Qalib Salahzadəni məhkəməyə verib. Turkustan.info xəbər verir ki, bu barədə Report-a Ç.Qənizadənin vəkili Raqif Mustafayev bildirib. Onun sözlərinə görə, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib. R.Mustafayev qeyd edib ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət […]

Akif Əli cəzalandırılacaqmı? – Abid Şərifovdan açıqlama

“Akif Əlinin cəzalandırılmasına mən baxmıram. Bir də təkrar edirəm, ağlıma batmır ki, Akif belə bir söz danışsın”. Turkustan.info-nun APA-ya istinadən xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib. “Onun cəzalandırılması mənlik deyil, mən belə işlərlə məşğul olmuram”, – deyə baş nazirin müavini qeyd edib. Qeyd edək ki, Nazirlər Kabinetinin […]

Bərzaninin gizli toplantısında nələrdən danışılıb? – PKK ilə ortaq…

Kürd Regional Hökumətinin keçirdiyi referendumdan əvvəl baş tutan gizli toplantının bəzi detalları üzə çıxıb. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, sentyabrın 22-sində keçirilən görüş Məsud Bərzaninin məsləhətçisi Xoşyar Zebarinin evində olub. Toplantıda “İsrailin dostu” kimi tanınan, ABŞ-ın İraqdakı keçmiş səfiri Zalmay Xəlilzadla birgə ABŞ işğalından sonra hazırlanan 2005-ci il […]

Saxlanılan “gey”lərin 16 nəfərində QİÇS və siflis aşkarlanıb – RƏSMİ

Bakıda paytaxt sakinlərinin çoxsaylı müraciətləri əsasında polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan cinsi azlıq nümayəndələri məcburi həkim müayinəsinə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, müayinələr tam başa çatmasa da, ilkin nəticələr ciddi narahatlığın olduğunu göstərir. Tibbi müayinə zamanı cinsi azlığın […]

Elməddin Behbud: Kontraktın şərtləri Azərbaycan üçün daha əlverişlidir

“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ölkə ictimaiyyəti, ziyalılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud vaxtı 2050-ci ilədək uzadılan bu mühüm kontrakt barədə fikirlərini “Xalq” qəzeti ilə bölüşüb. Turkustan.info həmin müsahibəni təqdim edir: –  Əvvəla onu qeyd […]

Laçın İH-nin şöbə müdirindən Kürdüstanın müstəqilliyinə dəstək – FOTOLAR

Ötən gün İraq Kürdüstanında keçirilən müstəqillik səsverməsinə Azərbaycan rəsmi mövqe açıqlamasa da bəzi vəzifəli şəxslər fərdi şəkildə bu məsələyə dəstəyini ifadə edir. Azərbaycan 24 xəbər verir ki, sosial şəbəkədə Laçın Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Fizuli Tanrıverdiyevin “Facebook” hesabında Kürdüstan referendumunu bayram etməsinə dair fotofaktlar yayılıb. Həmin fotolardan bəzilərini […]

“Universitetlərdə idmançıların təhsili üçün plan yeri ayrılsın” – TƏKLİF

“Azərbaycanda cəmi 32 faiz tələbə dövlət sifarişilə təhsil alır. Amma mənə elə gəlir ki, burada bir natarazlıq var. Dövlət sifarişli təhsil almaq istəyən şəxslər üçün müəyyən qədər plan yeri olur və dolduqdan sonra digər tələbələr ödənişli təhsil almalı olurlar.  Elə tələbələr var ki, 1 bal az topladığına görə ödənişli təhsil […]

Milli Məclisin komitə sədrindən açıqlama: “Tələbələrlə bağlı bu məsələ bizi çox narahat edir”

“Təhsil sistemində aparılan islahatlar hər kəsə məlumdur. Gənclərimizin təhsilhaqqqını ödəməklə bağlı müəyyən problemi var. Bu məsələ bizi çox narahat edir”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib. Mİllət vəkili bildirib ki, bu barədə Təhsil Nazirliyi ilə müəyyən danışıqlar aparılıb. […]

Binalı Yıldırım Qənirə Paşayevaya Kırşehirin Fəxri Vətəndaşlığını təqdim etdi

Türkiyənin baş naziri B.Yıldırım Kırşehirdə millət vəkili Q.Paşayevaya Kırşehirin Fəxri Vətəndaşlığını təqdim edib.   Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Q.Paşayevaya Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib. Millət vəkilinə Fəxri Vətəndaşlıq Kırşehir bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib. Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci bildirib […]

Rusiyada 30-dan çox adamı öldürən ər-arvad azərbaycanlı tələbəni də yeyibmiş – TƏFƏRRÜAT

Rusiyanın Krasnodar dairəsinin Kuban şəhərində 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailə saxlanılıb. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya KİV-lərində yayılan məlumatlara görə, ailənin oğurladıqları insanlar öldürülərək yeyildikləri məlum olub. Qətlə yetirilərək yeyilənlər sırasında isə bir azərbaycanlı gəncin də olduğu ehtimal edilir. Bir çox ehtimallara görə, bu azərbaycanlı […]

Ölkədə “WhatsApp” messenceri bağlandı

“WhatsApp” “Facebook”un bu ölkədə istifadəsi mümkün olan sonuncu məhsulu idi. Çin hakimiyyəti “Facebook”a məxsus olan “WhatsApp” messencerini bağlayıb. “Report” “The New York Times”a istinadən xəbər verir ki, “WhatsApp” “Facebook”un bu ölkədə istifadəsi mümkün olan sonuncu məhsulu idi. Sosial şəbəkənin özü Çində 2009-cu ildə qadağan olunub, “Instagram” da bu ölkədə bağlıdır.

Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi – FOTO

Şimali İraqda keçirilən referendumun nəticələri açıqlanmamış Ərbil əhalisi küçələrə axışaraq bayram keçirib. Turkustan.info xəbər verir ki, nümayişlərdə İsrail bayraqları ilə yanaşı, ABŞ bayraqları da dalğalanıb. İraqın şimalındakı Kürd muxtariyyətinin müstəqillik əldə etməsi üçün təşkil edilən referenduma dəstək verən ilk ölkə İsrail olmuşdu. ABŞ cəbhəsi isə bütün gücü İŞİD-ə yönəltməyi tövsiyə etmiş […]

Əfv sərəncamı gözləyənlərə şad xəbər: Tarix açıqlandı

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalana bilər. Turkustan.info xəbər verir ki, bu barədə modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Ə.Nuriyev bildirib ki, Komissiyasının Katibliyinə hər gün müraciətlər daxil olmaqdadır: “Müraciətlər həm məhkumlar, həm vəkilləri, həm nümayəndələri, həm ailə üzvləri, […]

Yetkinlik yaşına çatmayanlara verilən cəzalar yüngülləşdiriləcək

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilir. Turkustan.info-nun məlumatına görə, Məcəlləyə yeni, 90-1 maddəsinin (Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi) əlavə olunması təklif edilir. Qanun layihəsində böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən […]

Natiq Cəfərli: “Kürdüstanda yaşananlar Azərbaycanı çətin seçimlər qarşısında qoyacaq!”

“Real” Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli Kürdüstanda keçirilən referendum seçkilərinin siyasi məqamlarını 10 bənddə sıralayıb. Sosial səhifəsində baş verənləri dəyərləndirən Natiq Cəfərli bütün bu hadisələrin Azərbaycana da təsir edəcəyini, ölkəni çətin seçimlər qarşısında qoyacağını vurğulayıb. Turkustan.info həmin şərhi təqdim edir: 1 – İraq parlamenti bir az öncə qərar verdi ki, […]

“Reket jurnalist”lərin yeni həbs dalğası başlaya bilər – Açıqlamalar

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev Azərbaycanda son 5-6 il ərzində “reket jurnalistika” ilə məşğul olan insanların sayının çoxaldığını bildirib. DTX rəisi qeyd edib ki, “reket jurnalistika” ilə məşğul olanların sayı və nə işlərlə məşğul olduğunu hamı bilir: “Son 5-6 ildə bu kimi insanların sayı çoxalıb. Təbii ki, vaxtaşırı şəkildə […]

Kürd referendumunun nəticələri bəlli oldu — SON DƏQİQƏ

Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumunun nəticələri məlum olub. Turkustan.info xəbər verir ki, referendumdan sonra səsvermənin nəticələri hesablanıb. Hesablanmadan sonra səsvermənin ilkin nəticələri açıqlanıb. Hesablamalara görə, səsvermənin ilkin nəticələrində muxtariyyatın müstəqilliyi qəbul edilib. Səsvermədə 97.8 faiz seçici müstəqilliyin lehinə səs verib. Səsvermənin nəticələrinin hesablanması davam edir. İlkin nəticələrdən sonra yekun nəticələrin […]

Türkiyə ilə İraqdan ortaq əməliyyat : Bərzaniyə gözdağı

Şimali İraqda “Küdüstan” referendumunun həyata keçirildiyi saatlarda Türk Silahlı Qüvvələri (TSK) cənub-şərqdə hərbi təlimlərin üçüncü mərhələsinə start verib. Yenicag.az xəbər verir ki, yeni mərhələ barədə TSK-nın rəsmi internet səhifəsində məlumat verilib. Paylaşılan fotolarda İraq ordusuna məxsus xüsusi qoşunların birgə təlimlər üçün Türkiyəyə gəlməsi əks olunub. Türk Silahlı Qüvvələri məsələ ilə bağlı […]