Gün: Sentyabr 29, 2017

Sərhədləri təhvil verməyəcəyik – Kürdüstan

Sərhəd-keçid məntəqələrinin təhvil verilməsi üçün hökumətdən təlimat almamışıq. Axar.az xəbər verir ki, bu barədə İraq Kürdüstan Muxtar vilayətinin Daxili İşlər Nazirliyinin bəyanatında deyilib. “Məntəqələrin təhvil-təslim prosesi ilə bağlı hökumətdən heç bir təlimat gəlməyib və bununla bağlı hər hansı təklif irəli sürülməyib”, – açıqlamada bildirilib. Qeyd edək ki, bir az öncə […]

“Orta məktəb və dövlət xəstəxanalarının ödənişli olması mümkün deyil” – VACİB AÇIQLAMALAR

Bakı şəhərində səhiyyə və təhsil xidmətləri pullu ola bilər. Səhiyyə və təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələlərilə bağlı məlumatlar yayılandan sonra belə bir fikir formalaşıb. Bu fikirlər Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi yeni dəyişikliyə əsasən formalaşmağa başlayıb. Dəyişikliklərdən […]

İbn Sinanın hər dərdə dəva olacaq ÇOX VACİB MƏSLƏHƏTLƏRİ – MÜTLƏQ OXUYUN!

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sinanın min il əvvəl qələmə aldığı “Kiçik Tibb Qanunu” kitabında yazılan reseptlər bu gün də bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, məşhur alimin min il əvvəl ərəbcə qələmə aldığı kitabı Bahçeşehir Universiteti Nəşriyyatı tərəfindən türk dilinə tərcümə […]

İlana “çevrilən” qız – Fotolar

Hindistanda nadir xəstəlikdən əziyyət çəkən qız görənləri dəhşətə gətirir. Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 16 yaşlı Shalini Yadav Shalini “eritroderma” xəstəliyinin ən ağır formasından əziyyət çəkir. Belə ki, xəstəlik nəticəsində onun dərisi quruyaraq ilan qabığını xatırladır. Bu səbəbdən ona, “ilan qız” adı verilib. Məktəbə belə gedə bilməyən Yadavın bu […]

“Səba” istehlakçıları belə aldadır – VİDEO

Azərbaycanın məşhur broyler şirkətlərindən biri olan “Səba” istehlakçıları aldadır. Turkustan.info xəbər verir ki, bunu paytaxt sakinləri bildirir. Sosial şəbəkədə yayılmış görüntülərdən məlum olur ki, Bakı sakinlərindən biri marketdən “Səba” şirkətinə məxsus toyuq alıb. Evə gətirəndə isə görüb ki, həmin toyuğun içi buz parçaları ilə doludur. Şikayətçi iddia edir ki, şirkət bu yolla […]

Əsgər öz yoldaşlarını güllələdi – 3 ölü

Hadisə Rusiyanın Amur vilayətində baş verib. Rusiyanın Amur vilayətində bir əsgər zabit və iki əsgər yoldaşını güllələyib.İstiPress-in RİA agentliyinə istinadən məlumatına görə, daha iki əsgərin yaralandığı bildirilir. Hadisə gecə atışlarının keçirildiyi ərazidə olub. Əsgər hadisədən sonra qaçaraq gizlənib. Faktla bağlı araşdırma gedir, onun tapılması və cinayət məsuliyyətinə cəlb olunması üçün […]

SON DƏQİQƏ: Antalyada güclü zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə yeraltı təkanlar Antalya şəhərində qeydə alınıb. Zəlzələ 4.6 bal gücündə olub. Məlumata görə, Kandilli Rəsədxanasının Zəlzələlərin Araşdırılması antalya escort İnstitutu yeraltı təkanın episentrinin Kəpəz rayonunun Kirişçilər məhəlləsi, dərinliyinin isə 84.4 kilometr olduğunu açıqlayıb. Zəlzələ ətraf rayonlarda da hiss edilib.

Vətəndaşlarımızı yeni bəla təhdid edir — Həyəcan təbili

“İcra strukturlarının belə bir qaydanı tətbiq etməyə ixtiyarı yoxdur, problem qanunvericilik səviyyəsində həll edilməlidir” “Spirtli və enerji içkiləri isti havalarda çox təhlükəlidir, infarkt riskini artırır”. Bunu Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimov bildirib. “Hazırda siqaretlə yanaşı, insan orqanizmi yeni bir bəla ilə […]

İrəvan Kürdüstanı mal əti ilə təmin edir – Erməni KİV

Ermənistanda mal ətinin qiymətləri bu ilki quraqlıq və yemliyin olmaması ilə əlaqədar bahalaşmayıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Qraparak” qəzeti yayıb. “Bahalaşma deputat Samvel Aleksanyanın şirkətinin mal ətini İraq Kürd Muxtariyyətinə ixrac etməsi ilə bağlıdır. Aleksanyanın Kürdüstanla əlaqələri çoxdan bəlli idi. Üstəlik, kürdlərin böyük hissəsi Ermənistanda […]

İraqda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni DƏHŞƏTLİ VİDEO yayıldı

Bu günlərdə Bağdadda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni video yayılıb. Yeni kadrda balaca Abdulla baş verənləri anladır. — Siz bombanı hardan gətirdiniz? — Gətirmədik e, anamda idi. Anam onu çəkdi, yerə qoydu, bunlar da (əli ilə hərbçini göstərir — red.) partlatdı. Qan idi anam. Kafirlər atdı. Düşdü, çıxdı, yandı, əlim […]

Azərbaycan 4 türk müxbir, yazar və siyasətçinin həbsi üçün qərar verdi

Azərbaycan rəhbərliyi Ufuk Uras, Sait Çetinoğlu, Ali Bayramoğlu və Erol Katırcıoğlu haqqında “Azərbaycan dövlətinin icazəsi olmadan Ermənistan üzərindən Dağlıq Qarabağa getdikləri üçün” araşdırmaya başlayıb. Azərbaycan məhkəmə orqanları 4 şəxs haqqında həbs qərarının çıxdığını da bildirib. “A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Azərbaycan Baş Prokurorluğundan verilən açıqlamada Ufuk Uras, Sait […]

Manata “qırmızı xətt” çəkildi: Mərkəzi Bankı rahatladan 7.5 milyard manat

Dünya maliyyə sistemində baş verən dəyişikliklər Azərbaycanda hiss olunmur. İqtisadi qanunlara istinad etsək, bu mümkünsüzdür. Manatın dollar qarşısında sabit qalması, başqa sözlə desək, Azərbaycan Mərkəzi Bankının məzənnəni bu cür tənzimləməsi doğru qəbul olunmur. Maraqlıdır, manat-dollar münasibətləri bundan sonra necə tənzimlənəcək? Kəskin ucuzlaşma mümkündürmü? İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində məzənnənin […]

Sahibsiz qalmış Kərkük: Türkmənlər bizdən kömək gözləyir

İraqda yaşayan türkmənlər Kürd Regional Muxtariyyətinin müstəqlliyini elan etməsinə etiraz edir. Buna səbəb türkmənlərin kürd separatçıları tərəfindən sıxışdırılmasıdır. Kürdlər türkmənləri sıxışdırır, onların yaşadıqları ərazilərə iddia edir. Ona görə də sentyabrın 25-də müstəqil kürd dövlətinin yaradılması məqsədilə keçirilən referendumda türkmənlər iştirak etməkdən imtina edib. İraq Türkmən Cəbhəsi referendumun nəticələrinin qanunsuz olduğunu […]

Aparıcı xəbər buraxılışı zamanı efirdə doğdu

Buna baxmayaraq, o, verilişi sona çatdıra bilib. Amerikan teleaparıcı Natali Paskarella News 4 kanalının efirində xəbər buraxılışı vaxtı doğmağa başlayıb. İstiPress rus mətbuatına istinadən xəbər verir ki, aparıcıdan su çəkilməyə başlayıb, buna baxmayaraq o verilişi sona çatdıra bilib.Efirdən sonra onu xəstəxanaya çatdırıblar. Aparıcı oğlan uşağı dünyaya gətirib.

İnternetin sürəti günbəgün niyə zəifləyir? – Provayderlərin pul ehtirası, yoxsa?

Ölkə ərazisində internetin sürətində problemlər var. Son günlər internet istifadəçiləri internet sürətinin ciddi zəifləməsi və keyfiyyətinin pisləşməsindən şikayət edirlər. Problemlə təkcə bir provayderdən internet alan istifadəçilər qarşılaşmayıb. Yəni problem günün müxtəlif saatlarında ayri-ayrı provayderlərin göstərdiyi xidmətlərdə qeydə alınır. Bəs görəsən nə baş verir? Turkustan.info xəbər verir ki, Azərbaycan İnternet Forumun […]

Baş Prokurorluq Cinayət Məcəlləsinə bu dəyişikliyin əleyhinədir

Baş Prokurorluq Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən narkotik vasitələrdən istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinədir. Bunu Respublika Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Milli Məclisdə keçirilən ictimai dinləmələrdə deyib. O bildirib ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və […]

Kərkük bu gün – Kürd və türkmən icmaları arasında uçurum dərinləşir

Sentybarın 29-dan etibarən Türkiyə İraq Kürdüstanı ilə sərhəd xəttini bağlayacağını, İraq rəsmiləri regiona qoşun yeridəcəyini ealan ediblər. BMT-nin Ərbildəki ofisi isə təcili şəkildə öz əməkdaşlarını bölgədən evakuasiya edir.   İraq kürdlərinin müstəqilliklə bağlı keçirdiyi referendum mübahisəli Kərkük vilayətində peşmərgələr və hökumət qoşunları arasında toqquşmalara gətirib çıxara bilər.   İraq Kürdüstanı […]

Ali məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi

Xüsusi ittihamçısının nümayəndəsi isə kassasiya şikayətinin təmin olunmamasını istəyib. Bu gün Ali Məhkəmədə blogger Mehman Hüseynov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb. Turkustan.info  APA-ya istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda Mehman Hüseynovun vəkilləri çıxış ediblər. Onlar M. Hüseynov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər. Xüsusi […]

Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİASI

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumu üçün hazırlanan seçki büllüteni Ərbilin Türkiyə, İran və Suriya torpaqlarına da göz dikdiyini ortaya qoydu. Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, seçki bülletenlərində vətəndaşlardan “Kürdüstan bölgəsi və bölgə xaricindəki kürd ərazilərinin müstəqil bir dövlət olmasını istəyirsinizmi” sualına cavab verilməsi istənilib. […]

Sabah 3-cü devalvasiya olacaq? – EKSPERT RƏYİ

Məlum olduğu kimi bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub. Turkustan.info Fins.az-a istinadən xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir: “Milli Ödəniş Sisteminin İştirakçılarına: Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini […]

Kondisionerli tabut hazırlandı, içərisində səsli Quran da oxunur – VİDEO

Türkiyədə kondisionerli tabut hazırlayıblar. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki,  tabutda həm də səsli olaraq Quran da oxudula bilər. Bu üsulla cənazə həm mühafizə ediləcək,  həm də imamın olmadığı yerlərdə avtomotik olaraq dua oxudula bilər. Hətta ölü canlanarsa siqnal da verə biləcək.

Azərbaycanın xüsusi qrupundan ERMƏNİSTANA BÖYÜK ZƏRBƏ – FOTO

Ermənistana haker hücumları ilə ciddi zərbələr vuran “Anti-armenian Team” adlı xüsusi qrup Dağlıq Qarabağa aid yeni xəritələr ələ keçirib. Turkustan.info xəbər verir ki, haker qrupumuz sosial şəbəkə hesabında Azərbaycan SSR-də Dağlıq Qarabağın xəritələrini paylaşıb. Qrup bu xəritələri haradan əldə etdiyi haqda heç bir məlumat verməsə də, onların Ermənistanın sisteminə müdaxilə etdiyi […]

Lənkəranskinin güllələndiyi avtomobil Bakıya gətirildi – FOTOLAR

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır. Canıyevin Beşiktaşda qətlə yetirildiyi “Range Rover” markalı, Aze 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib. Əldə etdiyimiz məlumata görə, avtomobil “qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır. Xatırladaq ki, Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev(“Rövşən […]

Dəhşətli soyuqlar gəlir – Ən uzun, soyuq və amansız…

Dünyanın 20-dən artıq elmi təşkilat və akademiyası dəhşətli iqlim dəyişikliyi ilə bağlı birgə məlumat yayıb. Turkustan.info Bakıpost.az-a istinadən xəbər verir ki, bu məlumatda 2017-ci ilin bəşəriyyətin məhvinin başlanğıcı tarixi olacağı bildirilir. Beynəlxalq Metroloji akademiyalar, Kanada institutu, Çin akademiyası, Dünya Klimat Proqram sistemi kimi nüfuzlu elmi mərkəzlər son bir ilin iqlim, okean, […]

Türkiyə səfirliyindən Qarabağa qanunsuz səfər edən türklərlə bağlı AÇIQLAMA

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin bir qrup vətəndaşının Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfər etməsinə münasibət bildirib. Səfirlikdən bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər Türkiyənin müxalifət partiyasını təmsil edən keçmiş millət vəkilləri və müxalif jurnalistlərdir. “Həmin qrup şəxsi təşəbbüsləri və Türkiyənin rəsmi qurumlarını xəbərdar etmədən bu […]

Dövlət qulluğuna qəbul üzrə elektron sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək. DİM-dən Modern.az-a verilən məlumata görə, “Elektron sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat” 29 sentyabr saat 10:00-dan 3 oktyabr saat 18:00-dək davam edəcək. Elektron sınaq imtahanı […]

Evdə Quran saxlamaq qadağan edildi – XƏBƏRDARLIQ

Çin rəsmiləri müsəlmanları hədələdi. Çində “Qurani-Kərim” qadağan edildi. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İslamafobiya ölkədə geniş vüsət almağa başlayıb. Ölkənin cənub-şərqindəki Xinjiang vilayətindəki rəsmilər müsəlmanlardan evlərindəki müqəddəs kitabları və ibadətdə istifadə etdikləri əşyaları polisə vermələrini tələb edib. Bunu etməyənlər isə ağır şəkildə cəzalandırılacaqlar. Dünya Uygur Konqresinin sözcüsü Dilxat açıqlamasında bu barədə məlumat verib. […]

Bərzaninin xəritəsi 20 il öncə hazırlanıb – Türkiyəni bölmə planı əslində nədən ibarət olub?

İraq və Suriyanı ABŞ və İsrailin göstəriş ilə  parçalamağı qarşısına məqsəd qoyan Bərzani-PKK ittifaqının növbəti hədəfi Anadoludur. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, sözdə “müstəqil”, əslində isə İsrail-ABŞ İttifaqından asılı olan Kürdüstan üçün sentyabrın 25-də referendum təşkil edən Bərzani “Bəli” kampaniyasını Türkiyəni bölünmüş göstərən xəritələr əsasında həyata keçirib. Bərzani mitinq və […]

Şəhid polkovnikin xanımı məktəbə direktor təyin olundu – FOTO

Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub. Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub. N.Axundova həmçinin, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır. Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki […]

Nazir Məhəmməd peyğəmbərin karikaturasını yaydı – FOTO

Avropada müsəlmanları hiddətləndirən yeni bir insidentin əsası qoyulur. Turkustan.info İstiPress-ə istinadən məlumatına görə, buna səbəb Danimarkanın miqrasiya nazirinin addımıdır. Belə ki, İnqer Stoyber adlı xanım nazir öz “iPad”nın “sreen shot” edərək ekran görüntünü sosial şəbəkəyə yerləşdirib. “iPad”ın ekran şəkli isə Məhəmməd Peyğəmbər (s.ə.s) karikaturası olub. Məhz bu karikatura təqribən 10 […]

16 yaşlı qız gizli doğduğu uşağı pəncərədən atdı

Yeniyetmə 9 ay hamiləliyini gizlədə bilib. Türkiyədə qorxunc hadisə baş verib. İstiPress-in məlumatına görə, sevgilisindən hamilə qalaraq körpə dünyaya gətirən yeniyetmə onu öldürüb. Hadisə Uşaq şəhərində olub. Liseyi tərk edən 16 yaşlı qız nişanlısından hamilə qalıb. O, hamiləliyini 9 ay boyunca ailsindən və yaxınlarından gizlədə bilib. Lakin ötən gün doğuş […]

Azərbaycanda dəhşətli hadisə: Sürücü özünü və qaçırdığı qızı yandırdı — VİDEO (18+)

https://youtu.be/b0drgPIZqx0 Turkustan.info Criminal.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 14:50 radələrində baş verib. Yol polisi əməkdaşının sözlərinə görə, Mənsur adlı şəxs qaçırdığı qızla özünün üstünə benzin tökərək yandırıb. Hərəkətdə olan avtomobil alovlanıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, onun qaçırdığı qız isə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. […]

Mafiyanın qanlı hesablaşması: Azərbaycanlılar həbs olundu

İstanbulun Sultanqazi rayonunda narkotik satışı ilə məşğul olan iki mafiya qrupu arasında atışma baş verib.   Turkustan.info-nun yenicag.az xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Maraqlıdır ki, yaralanan şəxs azərbaycanlı Arif Məmmədovdur. Məsələ burasındadır ki, sözügedən hadisənin izinə düşən polis Silivridə yerləşən bağ evində […]

Lütfi Zadənin cənazəsi Bakıya gətirildi – FOTO

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi ABŞ-ın San Fransisko şəhərindən Bakıya gətirilib. Turkustan.info xəbər veri ki, sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək. Sonra Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq və cənazə namazı qılınacaq. Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın […]

“Gənclərimizə düşmənə güllə atmağın günah olduğunu təbliğ edirlər” – Azay Quliyev

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda konfrans keçirilib. QHT.az xəbər verir ki, konfransda çıxış edən Şura sədri, deputat Azay Quliyev cənab prezident İlham […]

Rusiyadan Bərzaniyə tərs sillə: Qazprom geri çəkildi

Rusiya neft şirkəti Qazprom-un Orta Şərq Direktoru Sergey Petrov coğrafi çətinliklər ucbatından İraq Kürd Regional Muxtariyyətinin (IKBY) Haləpçə neft quyusunun işlənməsindən imtina etdiklərini açıqlayıb. Turkustan.info xəbər verir ki, Petrov regiondakı münaqişələr səbəbindən bu qərara gəldiklərini bildirib. Regiondakı geosiyasi risklərin azaldılması üçün əhəmiyyətli məbləğdə investisiyaya ehtiyac olduğuna işarə edən Petrov, “Ancaq […]

Millət vəkili Türk dünyasına çağırış etdi: “Bir-birimizə hər zaman böyük dəstək olmalıyıq” – VİDEO

Millət vəkili Qənirə Paşayeva Türkiyədə minlərlə insanın iştirak etdiyi tədbirdə Türk dünyasına Qarabağ, Kərkük,Ahıska, Bayırbucak çağırışı edib.  Türkiyədə Türk dünyası mədəniyyəti və ədəbiyyatı ilə bağlı keçirilən tədbirin bağlanış mərasimində çıxış edən millət vəkili Q.Paşayeva minlərlə insan qarşısında çıxış edərək Türk dünyasına Qarabağ, Kərkük, Ahıska, Bayırbucak çağırışı edib. Q. Paşayeva Azərbaycan […]

Zəngilan rayon 33 saylı məktəbdə qalmaqal – Valideynlər uşaqlarını məktəbə buraxmadı – FOTOLAR

Bu gün səhər Abşeron rayonunun Masazır qəsəbəsindəki Zəngilan 33 saylı məktəbin 3-cü sinif şagirdləri dərsə girməkdən imtina edib. Buna səbəb Təhsil Nazirliyinin məktəbə göndərdiyi ibtidai sinif müəllimi ilə bağlı yaranan narazılıqlardır. Turkustan.info Koordinat.az-a istinadən xəbər verir ki, valideynlər heç bir səbəb göstərilmədən 3-b sinfinin 10 ildir bu məktəbdə çalışan İlahə […]