Gün: Sentyabr 30, 2017

Hüseyin Büyükfırat TÜİB-in yeni sədri seçilib

bu gün Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) növbəti “Ümumi Yığıncağı” baş tutub. Yenicag.az-ın məlumatına görə, hesabatdan sonra səsvermə yolu ilə TÜİB-in yeni rəhbəri seçilib. Səsvermənin nəticələrinə görə, TÜİB-in yeni prezidenti “Büyükfırat Group”un sədri Hüseyn Büyükfırat olub. Savaş Uzan (Azərsun Holding), Birol Malkoç (Lider (Logistik)), Serhat […]

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri sentyabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş […]

Qurban kəsilən xəstəlik: Azərbaycanda əvvəl yox olub… Sonra yenidən peyda oldu

Məktəblər açılıb, uşaqlar arasında xəstəliklərin kütləvi yayılması üçün münbit şərait yaranıb. Qızılca, suçiçəyi, qrip və hava-damçı yolu ilə keçən digər xəstəliklərlə bağlı valideynlərdə narahatlıqlar yaranmağa başlayıb. “The Telegraph” yazır ki, Britaniya ilk dəfə olaraq qızılca xəstəliyini ləğv edib. Bunun dəqiq təsdiqlənməsi üçün növbəti 36 ayda yeni xəstəlik halları qeydə alınmamalıdır.Məqalədə […]

Azərbaycan-Türkiyə dostluğu: İslam həmrəyliyinə xidmət edən strateji faktor

 Hikmət BABAOĞLU İstanbulda keçirilən “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” beynəlxalq konfransı İslam həmrəyliyinin hazırkı mürəkkəb tarixi mərhələdə nə qədər mühüm və aktual olduğunu göstərdi Müasir beynəlxalq münasibətlər sisteminin səciyyəvi xüsusiyyətlərindən biri müxtəlif coğrafi məkanlarda – ayrı-ayrı regionlarda və ölkələrdə dini, etnik zəmində qarşıdurmaların baş verməsidir. Başqa sözlə, bu gün dünyanın […]

5 min ülküçü Kərkükə getməyə hazırdır: Əllərində “Kalaşnikov” – FOTO

Türkiyənin Ülkü Ocaqları İstanbul təşkilatının fotosu müzakirələrə səbəb olub. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, müzakirlərə  təşkilatın başqan köməkçisi Deniz Güzelayın paylaşdığı foto təkan verib. Belə ki, o, əlində “Kalaşnikov” avtomatı tutduğu yerdə çəkilən fotosunu paylaşaraq  “5000 ülkücü Kərkükə getmək üçün hazırdır” sözlərini yazıb.Fotoda Kağıthane Ülkü Ocaqları başqanı Engin Kayacık da […]

Vardanyanın PLANI: Sarkisyanı raketlə vurmaq, Dağlıq Qarabağı Ermənistanla birləşdirmək…

Ermənistanda prezident Serj Sarkisyana sui-qəsd həyata keçirməyə və hakimiyyəti silahlı yolla ələ almağa cəhd edən qrupun lideri Artur Vardanyanın işi üzrə yeni şahid ifadəsi yayılıb.   Virtualaz.org xəbər verir ki, Vardanyanın işi üzrə məhkəmədə sonuncu şahid-İşxan Kişmiryan dindirilb. O, bildirib ki, Vardanyan hakimiyyəti ələ alandan sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə […]

Sabah qiyamət qopacaq: Avropanın məhvi başlanır – VİDEO

İspaniyanın Kataloniya muxtar vilayəti sabah müstəqillik referendumu keçirəcək. Sabahkı referendumda İspaniyada böyük qarşıdurma gözlənilir. Artıq İspaniyanın mərkəzi hökuməti polisə seçki məntəqələrini bağlamağı əmr edib, Kataloniya rəhbərliyi isə referendumu təxirə salmayacaqlarını bildirib. Mərkəzi hökumət Kataloniyanın paytaxtı Barselonanın hava sahəsini 2 oktyabra qədər bağlayacağını elan edib. Kataloniya hökumətinin sözçüsü Jordi Turull 5,3 […]

Hindular 3 yaşlı qızı Allah elan etdilər – AĞLASIĞMAZ ƏNƏNƏ – VİDEO

Katmandu şəhərində 3 yaşlı qız hindu ilahəsi Taledju (Kumari) kimi elan edilib. Trişna Şakya adlı qızcığaz qədim Durbar meydanında yerləşən sarayda yaşayacaq və validenylərini yalnız ildə 13 gün görə biləcək. Balaca uşağı evdən apararkən, bütün ailəsi kimi, onun əkiz qardaşı da hönkür-hönkür ağlayırdı. Bu barədə The Sun məlumat yayıb. “Mənim […]

Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilə bilər

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral işğal altında olan Dağlıq Qarabağ bölgəsinsə qanunsuz səfər edən bir qrup Türkiyə vətəndaşının Azərbaycana təhvil verilib-verilməyəcəyi barədə məsələyə aydınlıq gətirib.   Səfir Qarabağa edilən səfərlə bağlı Türkiyə XİN və Ədliyyə Nazirliyinin müvafiq bəyənatla çıxış etdiyni bildirib. “Bu səfəri bir qrup Türkiyə vətəndaşı rəsmi qurumları xəbərdar […]

Ermənistanda ciddi müharibə hazırlığı gedir

İrəvan hərbi büdcəni kəskin artırıb. Gələn il üçün qəbul edilmiş büdcə layihəsi Ermənistanın heç bir sülh danışığı barədə düşünmədiyini və ciddi-cəhdlə müharibəyə hazırlaşdığını göstərir. İstiPress-in məlumatına görə, Ermənistan parlamenti tərəfindən sentyabrın 28-də 2018-ci il üçün qəbul edilmiş büdcə layihəsində bu ölkənin hərbi xərcləri 2017-ci illə müqayisədə 17,6% artırılaraq 518 milyon […]

Telman İsmayılov barəsində tezliklə axtarış elan edilə bilər

Telman İsmayılov bazarı ələ keçirmək üçün çoxsaylı qətllər sifariş verib. Azərbaycanlı oliqarx – keçmiş milyarder Telman İsmayılov və qardaşı ilə bağlı cinayət işində yeni qurbanların adları üzə çıxıb. Biznesmen “Lyuberetsk” mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin sifarişli qətlində şübhəli bilinir. “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bu haqda yazıb. Məlumata görə, əməliyyatçılar İsmayılovların […]

Hatayda, Yayladağı və Kırıkhanda Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Türkiyənin Antakya bölgəsində konfrans verən millət vəkili Qənirə Paşayeva Yayladağı bələdiyyə başçısı Hacı Mehmet Kalkan, Kırıkhan bələdiyyə başqanı Ayhan Yavuz, Yayladağı kaymakamı ilə görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Yayladağı və Kırıkhanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək […]

Azərbaycanlı milyarderin kölgəsində qalan erməni

Forbes jurnalı Rusiyada ən nəhəng 200 özəl şirkətin reytinqini açıqlayıb. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, siyahıya azərbaycanlı milyarder Vahid Ələkbərovun prezidenti olduğu “LUKoil” neft-qaz şirkəti liderlik edib. Reytinq cədvəlində ikinci sırada “Maqnit” şirkəti qərarlaşıb. İlk üçlüyü “X5 Retail Group” bağlayıb. Ötən il sözügedən siyahıda ikinci sırada qərarlaşan “Surqutnefteqaz” isə bu […]

Səhlab Bağırovdan Aşura XƏBƏRDARLIĞI

“Sabah Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək”. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib. S. Bağırov qeyd edib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar […]

Ali məktəblərə qəbullla bağlı yenilik edildi – Bilməli olduğunuz 7 əsas nüans – TƏHLİL

Dövlət İmtahan Mərkəzi  dünən 2019-cu il üçün ali məktəblərə qəbulla bağlı yenilikləri elan etdi. Turkustan.info xəbər verir ki,  təhsil eksperti Kamran Əsədov bununla bağlı həssas məqamları qeyd edib. 1. İmtahan iki mərhələli olacaq. Birinci mərhələ həm buraxılış (attestat) imtahanı olacaq, həm də kolleclərə, qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq üçün V qrup […]

İsrailin qadın hərbçiləri – FOTOLAR

Bu günlərdə İsrailin qadın hərbi qulluqçuları populyar “Instagram” sosial şəbəkəsində səhifə yaradıblar. Qızların “Instagram” hesabı artıq 50 mindən çox izləyiciyə malikdir. Bir çox istifadəçilər qeyd edirlər ki, silahlı qızlar olduqca seksual görünürlər və hərbi forma onlara çox yaraşır. Bu forma heç də onların gözəlliklərini və qadınlıqlarını azaltmır. Bəzi KİV-lər isə qeyd […]

Türkiyəyə BÖYÜK TƏHLÜKƏ: Minlərlə PKK-lıya vətəndaşlıq verilib

Türkiyənin 2011-2015 illər arasında  istisna vətəndaşlıq verdiyi 17 min Suriya və İraq vətəndaşının böyük hissəsi PKK və PYD nəzarətindəki bölgələrdən gəlib.  Turkustan.info xəbər verir ki, bu iddia ilə Türkiyədə nəşr olunan “Yeni şafak” qəzeti çıxış edib. Bu tarixlərdə Türkiyə vətəndaşlığı verilənlər arasında Bərzani və PKK adına çalışan dərnək, fond  təmsilçiləri də […]

1 milyon insan Marsa yerləşdiriləcək – Tarix verildi

Marsda qurulacaq kolonyanın tarixi açıqlanıb. “Spavex”in qurucusu Elon Musk 1 il öncə qurduğu xəyalları gerçəkləşdirir.  Cebbe.info xarici mətbuata istinadən xəbər verir ki, ən geci 2022-ci ilədək iki raketi Marsa göndəriləcək. 2024-cü ilədək isə insanlar yaşamaq üçün ora yerləşdiriləcək. Məqsəd 1 milyon insanı Marsa yerləşdirməkdir. Artıq Elon Musk bu istiqamətdəki hədəflərini açıqlayıb. […]

Min illik şəfa və gənclik iksiri – SÜMÜK SUYU

Bahalı vitamin, mineralları və kremləri bir kənara buraxmağın zamanı gəldi. Çünki bütün bunları əvəz edəcək daha sağlıqlı bir alternativ var. Publika.az xəbər verir ki, “təbiətin multivitamini” adlandırılan sümük suyu cildin, sümüklərin, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir. Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan başladığını deyib. Buna görə də […]

2017 – sonun başlanğıcı: Buz dövrü başlayır?

İqlimdə dəyişikliklər baş verir. Ancaq hələ bu dəyişikliyin hansı yöndə getdiyini demək mümkün deyil. Turkustan.info bildirir ki, bu sözləri Media24.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov dünyanın 20 elmi qurumunun dəhşətli iqlim dəyişikliyi və soyuqların gəlməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Onun […]

Türkiyənin erməni deputatı Bərzanini müdafiə etdi – FOTO

Türkiyə millət vəkili Karo Paylan İraq Kürdistandakı referendumdan sonra Türkiyənin küçələrindən birində asılmış Bərzani əleyhdarı posterlə bağlı qeyd yazıb. Axar.az xəbər verir ki, o, bu qeydini öz Tvitter səhifəsində yerləşdirib. “Siz nifrətə yol açan bu poster üçün şərh tələb edirsinizmi?” – deyə o qeydində bildirib. Qeyd edək ki, posterdə “Bərzaninin yəhudi […]

Azərbaycan yolların keyfiyyətinə görə dünya – REYTİNQİNDƏ

Azərbaycan yolların keyfiyyətinə görə dünya reytinqində 36-cı yerdədir.  Turkustan.info-nun məlumatına görə, bu barədə Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hazırlanmış hesabatda deyilir. Cənubi Qafqaz ölkələri arasında Gürcüstan 82-ci, Ermənistan isə 85-ci pillədə qərarlaşıb. Ümumilikdə isə dünyada ən yaxşı yollar BƏƏ, Sinqapur və İsveçrədədir. Ən pis yolları olan ölkələrin sırasında isə Rusiya, […]

Sevməyi mümkünsüz edən xəstəlik – DEPERSONALİZASİYA

Depersonalizasiya yaşayan insanlar dünyanı sanki bir sisin və ya dumanın ardındaymış kimi görürlər. Hətta dünyanı ikiölçülü formada görənlər də var. Publika.az xəbər verir ki, hər 100 insandan 1-də rast gəlinən bu vəziyyət asanlıqla sezilmir. “Şəxsiyyətsizləşmə” və ya “gerçəkdənkənar” olaraq adlandırılan bu pozuqluq insanı özünə yadlaşdırır, bədəninə uzaqdan baxırmış hissi verir və […]

Azərbaycanda məhkəmə hakimi vəfat etdi

Bakı Apellyasiya Məhkəməsinin hakimi, məhkəmənin Mülki kollegiyanın sədri vəzifəsini icra edən Mehti Əsədov vəfat edib. O, 56 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Mehti Fəyyaz oğlu Əsədov 1961-ci ildə anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1986-1990-cı illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Sosial Təminat Şöbəsində […]

Rəsmi Ankaradan Qarabağa qanunsuz gedən Türkiyə vətəndaşları haqda AÇIQLAMA

Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi siyasətini əks etdirmir.   Turkustan.info-nun məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu deyib.   “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə davam edəcək”, – deyə məlumatda bildirilir. Qeyd edək ki, sentyabrın 22-də […]

İraq kürd muxtariyyətini tərk edən minlərlə insan Türkiyə sərhədinə toplaşıb – SON DƏQİQƏ

Türkiyə ilə sərhəddə İraqın Kürdüstan regional vilayətini tərk etmək istəyən minlərlə insandan ibarət uzun növbələr yaranıb. Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, cümə axşamından etibarən İraqın mülki aviasiya idarəsinin qərarı qüvvəyə minib. Qərara əsasən Kürdüstan vilayətinin Ərbil və Süleymaniyə şəhərlərindəki aeroportlarla beynəlxalq hava əlaqəsi dayandırılır. Qadağaya regionda müstəqilliklə bağlı qeyri-qanuni […]

Ramiz Mehdiyev Rusiya rəhbərləri ilə hansı məsələləri müzakirə edib? – FOTO

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı xəbərdə deyilir. Görüşdə dini ekstremizm və terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa nəzər yetirilib. Məsləhətləşmələrin yekununa dair fikirlərini açıqlayan N. Patruşev bildirib […]

Qənirə Paşayeva Suriya sərhədində türkmən köçkünlərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Türkiyə-Suriya sərhədində – Hatayda yerləşən Yayladağında Suriyadan köçkün düşmüş türkmənlərlə görüşüb.Lent.az-ın məlumatına görə, görüş zamanı türkmən köçkünlər millət vəkilinə Suriyadan zülmdən zorla canlarını qurtara bildiklərini, hər şeylərini orada qoyub gəldiklərini, türkmən kəndlərin əksəriyyətinin boşaldığını, oradan yaşamağın mümkünsüzlüyünü deyiblər. Yaşadıqları dəhşətləri anladan Suriyadan köçkün düşmüş türkmənlər ciddi […]

Azercell “Bookmate” layihəsi ilə V Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan Azercell Telekom MMC ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından da kənarda qalmayıb. Şirkət sərgidə hər kəs tərəfindən maraqla qarşılanan,  ölkəmizdə alternativi olmayan unikal Bookmate layihəsi ilə iştirak edir. Stenddə Azercell şirkətinin təmsilçiləri mobil tətbiq […]

Rəna Əkbərova vəzifəsindən istefa verdi

“Salamnyus” (SalamNews) saytının baş direktoru Rəna Əkbərova işdən çıxması ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib. Turkustan.info xəbər verir ki, jurnalist işdən çıxarıldığı haqda yayılan məlumatı təkzib edib. Xəbəri yayanlara müraciət edən R.Əkbərova sosial şəbəkə hesabında qeyd edib: “Rica edirəm, “Salamnyus” İnformasiya Agentliyindən işdən ayrılmağımla bağlı qeyri-dəqiq xəbərləri yaymayın. Nəzərinizə çatdırım ki, […]

Vyanada Milli Musiqi Gününə həsr olunan konsert keçirilib

Sentyabrın 26-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü münasibətilə “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Xan Şuşinski Fondunun və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova […]

Aida İmanquliyeva yaradıcılığına elmi seminar həsr olundu

Sentaybrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Şərqşünas alim Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusunda seminar keçirilib. Tarix Muzeyində təşkil olunan seminarda Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin və Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri iştirak ediblər. Seminarda muzeyin elmi […]

“Araz” və “Favorit” marketlər şəbəkəsi birləşir

Ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik təlabat malları ilə təminatını həyata keçirən, supermarket şəbəkələri birləşmək barədə qərar qəbul ediblər.   Turkustan.info xəbər verir ki, 2011-ci ildən fəaliyyətə başlayan “ARAZ SUPERMARKET” və 2008-ci ildən fəaliyyətdə olan “FAVORİT-MARKET” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar verdilər.   Qeyd edək ki, sözügedən birləşmə ölkə […]

“Kurtlar vadisi” yeni adla ekrana qayıdır – VİDEO

Almaniyanın paytaxtı Berlində Türkiyə istehsalı olan “Kurtlar vadisi vatan” filminin təqdimat mərasimi keçirilib. Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, mərasimdə aktyor Necati Şaşmaz “Kurtlar vadisi” serialının başqa adla yenidən ekrana qayıdacağını bildirib. “Kurtlar vadisi” serialı geri qayıdacaq. Amma adını dəyişdirirəm. Yeni serial “Kurtlar vadisi xaos” adlanacaq”, – deyə o qeyd edib.