Gün: Oktyabr 2, 2017

Kərbəla hadisəsinin kökündə nə dayanır? – MÜZAKİRƏ

Dünən Azərbaycanda Aşura günü keçirildi. Dünən elin dilindən desək, “qətl sınan gün” idi. Hər il olduğu kimi bu ildə istər sosial şəbəkələrdə, istərsə də mətbuatda müxtəlif müzakirələrin şahidi olduq. Aşura günü mifdir, yoxsa həqiqət? APA Tv-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında bu suala aydınlıq gətirilib. İlahiyyatçı Elşad Miri […]

Qondarma “Erməni soyqırımı” kitablarının naşiri Əlövsət Ağalarov təltif olunub

V Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyənin “Zəngin” nəşriyyatı və yalançı “Erməni soyqırımı” kitablarının naşiri Əlövsət Ağalarov təltif olunub. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş V Bakı Beynəlxalq Kitab Sərgi 28-30 sentyabr tarixlərində Bakı İdman Sarayında keçirilib. Sərgidə təxminən 100 yerli, 40 əcnəbi nəşriyyat və kitab evi iştirak edib.

44 ildir əlini aşağı endirmir

Bir dəfə əlini tanrı Şivanın eşqinə yuxarı qaldırmış Amar Bharti, artıq az qala əsrin yarısına bərabər müddətdə (44 il) ağrı və şikəstliyə rəğmən əlini hələ endirməyib. Hind sadhu (mömin, müqəddəs) Amar Bharti mənəviyyat dünyasına qədəm qoymamışdan əvvəl, Nyu-Dehlidə klerk olaraq çalışıb. Bir gün, daha dəqiq desək, 1973-cü ildə tanrı Şivanın […]

Avtomobilinizin şüşəsindəki çatlar öz-özünə yox olacaq – VİDEO

  Bu video özünüzün evdə çatı necə yox edəcəyinizin sirlərini açır. Avtomobilin şüşəsinin çatlaması hər bir sürücüdə rast gəlinə biləcək problemlərdən biridir. Bunun üçün mütləq ustaya getməliyik. Ancaq bu video özünüzün evdə çatı necə yox edəcəyinizin sirlərini açır. Burada çətin bir şey yoxdur. Bunu hər kəs edə bilər.   (avtosfer.az)

Türkiyə Genelkurmay başkanı Tehranda – Ruhani ilə “referendum” müzakirəsi

Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi – Genelkurmay Başkanı Ordu Generalı Hulusi Akar Tehranda səfərdədir. Turkustan.info xəbər verir ki, rəsmi təmaslar çərçivəsində H.Akar, İran Baş Qərargah Rəisi General-mayor Məhəmməd Baqiri və İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Əli Şemhani ilə görüşüb. Akar daha sonra İran Prezidenti Həsən Ruhani tərəfindən […]

Kəlbəcərin işğalında iştirak edən PKK-çılar və yerli xainlər – VİDEO

1993-cü il aprelin 1-2-də Azərbaycanın ərazisinə görə ən böyük rayonu olan Kəlbəcər rayonu işğal olundu. İşğal aktında Ermənistan silahlı qüvvələri ilə yanaşı Rusiya hərbçilərinin iştirakını təsdiq edən faktlar və videolar mövcuddur. Bu video kadrlarda isə Kəlbəcərin işğalında erməni və rus hərbçiləri ilə yanaşı, PKK terror təşkilatının mənsublarının da yaxından iştirak […]

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. Növbəti qəbul 02 Oktyabr 2017-ci il tarixində keçirildi. Qəbulu aparan Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə […]

İran kanalı “Qarabağ”a film həsr etdi – VİDEO

Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” dünya mətbuatının gündəmindədir. Turkustan.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu dəfə Ağdam klubunun uğuru İran televiziyasında müzakirə edilib. Ölkənin TV-90 idman kanalının “Futbol 120” proqramının son buraxılışı “Qarabağ”a həsr edilib. Verilişdə “Qarabağ”ın uğurları, tarixi, nəticələri, keçdiyi yol haqqında […]

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.  APA-nın məlumatına əsasən, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb. Saxlanılan şəxsin 5-6 ay bundan öncə həbsxanadan çıxdığı bildirilir. Qeyd edək ki, Poniçalada son aylarda keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində […]

Jurnalist təşkilatı Füzulidə vətənpərvərlik təbliğatı aparıb

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Cəbhəyanı bölgələrdə yaşayan gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək məqsədi ilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Füzuli rayonunun Əhmədbəyli kəndində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, […]

Osmanlı sultanı II Əbdülhəmidin kəşfiyyat xidməti – “ULDUZ”

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Osmanlı sultanı II Əbdülhəmid tərəfindən 1880-ci ildə yaradılmış türk tarixinin ilk mütəşəkkil kəşfiyyat idarəsi olan – “Ulduz” Kəşfiyyat İdarəsi haqqında məqalə yaradılıb. Məqalə ilə daha ətraflı buradan tanış ola bilərsiz: Ulduz Kəşfiyyat […]

Mətbuat Şurası və BAMF-ın birgə təşkilatçılığı ilə bir qrup ziyalı cəbhə bölgəsində olub – VİDEO + FOTOLAR

Mətbuat Şurası və Beynəlxalq Avrasia Mətbuat Fondunun (BAMF) birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim heyəti, o cümlədən tanınmış jurnalistlər və media təmsilçiləri, eyni zamanda ictimai xadimlərin cəbhə bölgəsinə səfəri baş tutub. Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Füzuli rayonunun Horadiz qəsəbəsində Aprel hadisələri zamanı şəhid olmuş […]

13500 manatlıq kostyum, 8600-lük ayaqqabı – Elmar Vəliyevin geyim kolleksiyası

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bahalı geyim kolleksiyasını haradan alması məlum olub. Turkustan.info xəbər verir ki, icra başçısı Bakının ən bahalı kişi geyimləri mağazası sayılan “Stefano Ricci” markasından istifadə edir. Burada icra başçısının geyindiyi ən “ucuz” geyimlərin qiymətini oxuculara təqdim edirik. “Stefano Ricci” brendində satılan kostyumun qiyməti -13500 […]

“Heydər Əliyev deyirdi ki, onlar bizim bir parçamızdır” – MM-də Qənirə Paşayevadan Kərkük harayı

Millət vəkili Q.Paşayeva İraq Türkmanlarının ağır vəziyyətini MM-də qaldırıb, onlara dəstək çağırışı etdı. Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Kərküklə bağlı çağırış edib Bu gün Milli Məclisdə çıxış edən millət vəkili Q. Paşayeva İraqda yaşayan soydaşlarımız, İraq Türkmanlarının daha da gərginləşən, ağırlaşan vəziyyətlərini, Kərkükdə və Kərkük ətrafında gərginləşən vəziyyəti Milli […]

Ramiz Məlik: “Fahişə elə fahişədir, səni bütün Azərbaycan tanıyır, Məleykə”

Xalq artisti Ramiz Məlik həmkarı, xalq artisti Məleykə Əsədovanın geyimlərinə irad bildirib. Turkustan.info xəbər verir ki, tanınmış aktyor “facebook” sosial şəbəkəsində M. Əsədovaya məsləhət verib: “Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”. Ramiz Məlikin bu şərhi Əsədovanı qəzəbləndirib. […]

Çörək arxasınca qərib ölkəyə üz tutan həmvətənlərimizdən “QARA XƏBƏR”

Ukraynaya çörək arxasınca gedən 4 həmyerlimiz dəhşətli şəkildə həyatını itirib.  Bu gecə Ukraynanın Zaporojye şəhərinin Aleksandrovski rayonundakı Jukovski küçəsində yerləşən hostellərdən birində baş vermiş yanğında, dörd nəfər hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sputnik Azərbaycan Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin […]

Parlament Prezidentin etirazına səbəb olan dəyişikliyi ləğv etdi

Milli Məclisin bu gün keçirilən iclasında cari il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərlə bağlı prezidentin etirazı ilə bağlı qərar layihəsinə baxılıb.   Turkustan.info-nun Modern.az–a istinadən məlumatına görə, parlamentin Hüquq  siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki,  bu dəyişikliyin qəbul edilməməsi ilə bağlı tövsiyə məqsədəuyğun […]

Laçınlı ziyalılardan “Kürdüstan”a dəstək verən məmura ETİRAZ

Ərazisi işğal olunmuş Laçın rayonunun İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşması ictimiayyət tərəfindən böyük narazılıqla qarşılanıb. Laçın rayon əhalisinin mütləq əksəriyyətinin, 95%-nin türk kökənli olmasını nəzərə alsaq, son günlər Facebook sosial şəbəkəsində laçınlıların tamamilə kürd olması ilə […]

Parlament hərbi xidmətlə bağlı dəyişikliyə “hə” dedi

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da dəyişikliklər edilib. Turkustan.info Modern.az-aistinadən xəbər verir ki, dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək. Xarici Kəşfiyyat Xidməti və Dövlət […]

Bakıda intim xidmətlər təklif edən 83 nəfər saxlanıldı

Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər aşkarlanıb. Bakının mərkəzində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən 83 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının […]

Ölkədə türk adı altında gizlənən və gələcəklə bağlı ŞOK PLANLARI OLAN ERMƏNİLƏR – SİYAHI

Türkiyədə 37,055 erməni ailəsi kürd, ələvi və türk adı altında gizlənir. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib. Onun sözlərinə görə, 1915-ci ildə Osmanlıya qarşı separatçı addımlar atan daşnak və hınçak qruplaşmaları köçürüldü: “Həmin vaxt getmək istəməyənlər […]

Bakı bulvarında QADIN POLİSLƏR – FOTO

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən biri – Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədilə qadın polis əməkdaşları da bayram və istirahət günlərində xidmətə cəlb ediliblər. Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, bu məqsədlə sentyabrın 30-dan Əlahiddə Çevik Polis […]

“İşğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir”

“Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı “Qara siyahı”sında 649 şəxsin adı var. Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkə vətəndaşının olmasıdır”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat  Qənirə Paşayeva deyib. Deputat bildirib ki, […]

Şahbaz Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib – İRƏVANDA

Hazırda erməni girovluğunda olan və Şuşadakı həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyevin səhhətində ciddi problem yaranıb və o, İrəvanda xəstəxanaya yerləşdirilib. Turkustan.info-nun “Report”a istinadən məlumatına görə, bu barədə Şahbaz Quliyevin qohumu məlumat verib. O bildirib ki, onlara verilən məlumata görə, Ş.Quliyev bundan sonra bir ay müddətində Yerevanda xəstəxanada saxlanılacaq: “Bizə […]

Kəbədə “qan fəvvarəsi”nin hardan qaynaqlandığı məlum oldu – VİDEO

Ötən gün Kəbədə Qara Daşın yanında qan fəvvarəsinin meydana gəlməsi ilə bağlı yayılan görüntülərin harda və nə zaman baş verməsi haqda məlumat yayılıb. “A24.az”ın “Haramain Sharifain” facebook səhifəsindən əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 11-də adı çəkilən məkanda baş verib. Səhifədə paylaşılan videoda “İki şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq, […]

Zahid Oruc: “Bu gün hicaba, çarşaba bürünən uşaqlardan sabah Suriyaya göndərilən kamikadzelər yetişəcək”

“Azərbaycanda insanlar imam Hüseyn şəhidliyini ağrı-acı ilə qeyd edirlər. Bunlar başa düşüləndir. Mərasimlər keçirilərkən paralellər aparmağa çalışırıq. “İmam Hüseynin müsibəti”, “İsa Məsihin çarmıxı” din və qeyri-din adamlarını düşündürməlidir. Xristianlar dini mərasimləri zəncir vurmaqla, göz yaşlarını bu formada ictimailəşdirməklə, balaca uşaqların həyat yaşantısına çevirməklə qeyd edirlərmi? Onlar bu cür mərasim keçirirlərmi?” Turkustan.info “Report”a […]

Parlamentdə laçınlı məmurun cəzalandırılması təklif olundu

Milli Məclisin bugünkü işclasında deputat Vahid Əhmədov Laçın Rayon İcra Hakimiyyətinin  Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsini qaldırıb. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, Vahid Əhmədov bununla bağlı Baş prokuror Zakir Qaralova da müraciət edib: “Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl […]

Bank rəhbərləri kreditlərə görə Milli Məclisə çağırıldı

“Artıq Azərbaycanda insanların banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb. Keçən il isə bu 1,6 milyard manat idi. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir”. Turkustan.info xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov Milli Məclisin […]

“Cəhənnəm olub getsin o ölkənin pasportunu daşısın…”

“Bir ölkənin məmur deyirsə ki, kürdlərə görə Azərbaycan pasportunu, hərbi biletini yandırmağa hazırdır, bu çox təhlükəlidir”.  Turkustan.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin iclasında  Laçın rayon icra hakimiyyətində çalışan Füzuli Tanrıverdiyevin Şimali İraqda keçirilən referenduma dəstək verməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, […]

Ərdoğanın səfərindən sonra müharibə BAŞLAYIR – DETALLAR

Şimali İraq kürd muxtariyyətinə qarşı həyata keçiriləcək əməliyyatın detalları məlum olmağa başlanıb. Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinbən sonra həyata keçiriləcək. Türkiyə Silahlı Qüvvələri əməliyyatın ilk mərhələsində İraq sərhədlərini keçə bilməyəcək. Bölgədəki hərbi mənbələrə görə, 41 min Peşmərgə (kürd muxtariyyətinin silahlı qüvvələri […]

Tükürpədən HADİSƏ: Quran kursunun müəllimi 9 yaşlı tələbəsinə təcavüz etdi

Türkiyənin Ağrı vilayətində tükürpədən hadisə baş verib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, quran kursunun 17 yaşlı müəllimi 9 yaşlı oğlan tələbəsinə cinsi təcavüz edib. Hadisə kursun başqa bir müəllimi tərəfindən ifşa edilərək ortaya çıxarılıb. Kursun rəhbərləri isə müəllimin şagirdi ilə zarafatlaşdığını deyərək hadisəni ört-basdır etmək istəyib. Hadisəni ortaya çıxaran […]

Milli Məclisin payız sessiyası başladı

Milli Məclisinin payız sessiyasının ilk plenar iclası başlayıb. Turkustan.info-nun məlumatına görə, iclası Milli Məclisin spikeri Oqtay Əsədov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Spiker bildirib ki, payız sessiyasının ilk plenar iclasın gündəliyinə 34 məsələ daxildir. Bunlar “Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planı haqqında”, “Xəqani Sərxan oğlu […]

ABŞ-da festivala gələn insanlar gülləbaran edildi – FOTOLAR

ABŞ-da festival zamanı qanlı hadisə törədilib. Turkustan.info-nun məlumatına görə, Las Veqasda naməlum şəxs şəhərdəki kantri-musiqi festivalına toplaşanlara atəş açıb. Festivalda yüzlərlə insan iştirak edib. “The Hollywood Reporter”in məlumatına görə, hadisə məşhur “Mandalay Bay” kazinosu yaxınlığında olub. İlkin məlumata görə, 2 nəfər ölüb, 24 nəfər isə yaralanıb. Atəş açanların bir və […]

Bakıda 2 saatlıq müəmmalı tıxac: Sərnişinlər kilometrlərlə yolu piyada getdilər – FOTO

Bu gün səhər saat 07:45-dən 09:50 radələrinə qədər Bakının Zabrat-Sabunçu yolu istiqamətdə böyük tıxac yaranıb. “Zabrat 1”-dən Sabunçu dairəsinə qədər uzanan tıxacın hansı səbəbdən yarandığı hələlik məlum deyil. Sərnişinlər məcburiyyətdən “Koroğlu” metro stansiyasına qədər olan məsafəni Heydər Əliyev prospekti ilə piyada getməli olublar. Sözügedən tıxacdan fotoları təqdim edirik:   /milli.az/

“Hava limanında hər kəs mənə qəribə baxırdı” – Ölkəni tərk edən Azər…

ATV-dəki verilişinin yayımı dayandırıldıqdan sonra ölkəni tərk etdiyi deyilən aparıcı Azər Zahiddən (İsmayılov) yeni xəbər var. Turkustan.info-nun məlumatına görə, aparıcı Türkiyədə olduğunu və artıq Bakıya qayıtdığını bildirib: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Ölkəmi necə çox sevirəm. Bu gün gözəl şəhərimə qayıtdım. Hava limanında hər kəs mənə qəribə baxırdı”. A.Zahidin […]

Rusiyanın nüvədən qat-qat güclü silahı: 100 metr dərinlikdə…

Rusiya nüvə bombasından qat-qat güclü olan yeni radioelektrik silah istehsal edir. Turkustan.info xəbər verir ki, bu barədə İngiltərənin “Daily Star” qəzeti xəbər yayımlayıb. Məqalədə Rusiyanın “Elabuqa” adlı yeni silahının orduları zərərsizləşdirmək, 7 km sahədə bütün ballistik raket başlıqlarını və təyyarələrin nəzarət sistemini bağlamaq potensialına malik olduğu qeyd edilib. Yeni silahın […]

Tramp müharibədə israrlıdır: “Zamanını boşa sərf etmə…”

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin rəhbəri Reks Tillersona səslənib.  Turkustan.info xəbər verir ki, sosial şəbəkədəki hesabında Tillersona müraciət edən prezident onu Şimali Koreya lideri Kim Çen Inla zaman sərf etməməyə çağırıb. Trampın fikrincə, “roket oğlanla zaman keçirməyə dəyməz”. Qeyd edək ki, Trampın bu çıxışına səbəb Tillersonun Şimali Koreya ilə danışıqlar […]

Hakimin sarı vərəqəsini yerə salan futbolçu meydandan qovuldu – VİDEO

Fransa çempionatı oyununda futbol tarixinin ən qəribə hadisələrindən biri baş verib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, insident “Anjer” – “Lion” matçı zamanı qeydə alınıb. Oyunun 50-ci dəqiqəsində 3:1 hesabı ilə irəlidə olan “Lion”un futbolçusu Marselo cərimə meydançası yaxınlığında rəqibə qarşı kobudluğa görə sarı vərəqə görüb. O, hakimin qərarı ilə razılaşmayıb […]

İqlimşünas alimdən dəhşətli proqnoz: 30 illik qış gəlir

NASA-nın keçmiş əməkdaşı iqlimşünas alim Con L. Keysi sensasion proqnozlarla çıxış edib. O, yeni çapdan çıxmış kitabında yer kürəsinə 30 il davam edəcək sərt qış fəslinin yaxınlaşdığını iddia edib. Turkustan.info “Publika.az” xəbər verir ki, Keysinin tezislərinə görə önümüzdəki 30 il qlobal soyuma baş verəcək. O öz kitabında bunu günəşin fəallığının azalmaları […]

Kataloniya son qərarını verdi…

Əhalinin 90 faizi müstəqiilik qərarını dəstəkləyib. Oktyabrın 1-də İspaniyada – Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni hesab edib, polisin seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görəcəyini elan etsə də, ötən gün səsvermə üçün minlərlə insan məntəqələrə üz tutub. ​İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumun ilkin nəticələri də artıq açıqlanıb. […]

Bu gün Xocavəndin işğalı günüdür

Xocavəndin işğalından 25 il ötdü. Modern.az xəbər verir ki, 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Ermənistan silahlı işğalı nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni […]