Gün: Oktyabr 4, 2017

Ərdoğanla Xamneyi arasında qapalı görüş – 1 saat 10 dəqiqədə nədən danışıldı – FOTO

İrana rəsmi səfəri çərçivəsində görüşlərini davam etdirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İranın Ali Dini Lideri Ayətullah Əli Xamineyi ilə bir araya gəlib. Turkustan.info Türkiyə mediasına istinadla xəbər verir ki, İran Dini Liderinin ofisində keçirilən və mətbuata qapalı olan görüş 1 saat 10 dəqiqə çəkib. Görüşdə bölgədəki son […]

Ürəyi sağda, qaraciyəri isə soldadır – Azərbaycanda qeyri-adi insan – VİDEO

Ürəyi sağda, qaraciyəri isə soldadır. Onun digər orqanları da öz yerində deyil. Turkustan.info Xezerxeber.az-a istinadən məlumat verir ki, bu qeyri -adi insan Sumqayıt şəhərində yaşıyır. 51 Yaşlı Hafiz İmamnəzərli daxili orqanların yerləşməsinə görə ölkədə yeganə insandır. Bu şəxs, 10-cu sinifdə oxuyarkən özündə qeyri -adiliyi öyrənib. İllər sonra isə müraciət etdiyi […]

Şiə qüvvələri hücuma qoşuldu: 2 ərazi azad edildi – FOTO

Oktyabrın 4-də İraq ordusu Anbarın qərbində yerləşən Havijanın Riyad və Saida ərazilərini İŞİD-dən azad edib. Bu haqda məlumatı Axar.az-a iraqlı jurnalist Murtda Faysll verib. Faysll birgə təhlükəsizlik qüvvələrinin – İraq ordusu, polis və Haşd əl-Şaabi (şiə hərbi qüvvəsi) Havijaya daxil olmağa başladığını və rayonun mərkəzinə doğru uğurla irəlilədiyini qeyd edib. İŞİD-in […]

Rəşad Sadıqov millidən gedir – VİDA OYUNU

Azərbaycan millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya millisi ilə qarşılaşacaq. Turkustan.info yenicag.az-a istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma yığmamızın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq. Oyunöncəsi keçirilən mətbuat konfransına qatılan Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. “Bizi ciddi rəqib gözləyir. Son iki oyunlarını izləmişik. Fikrimcə, Şimali […]

Nazirlik xəbərdarlıq etdi – Bu müəllimlər işdən azad ediləcək

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər. Turkustan.info bildirir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib. Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: “Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim […]

Masazırda su altında qalan maşınlar məşhur bankın imiş – Video

Dünən Azərbaycana yağan şiddətli yağışdan sonra Abşeron rayonunun Masazır qəsəbəsindəki obyektlərdən birinin həyətindəki maşınlar suyun altında qalıb.  Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Masazırda “Aysu” Qida Sənayesi şirkətinin qarşısından başlayaraq, təxminən 300 metr ərazinin əksər hissəsi suyun altında qalıb. Bir metrdən artıq dərinliyi olan gölməçə nəticəsində 100-ə yaxın avtomobil də […]

Bayılda seysmik təhlükə artdı: Ehtiyatlı olun

Seysmik təhlükə 12 ballıq şkala üzrə 8 bal qiymətləndirilir. “Bakı şəhəri Səbail rayonunda seysmik təhlükə səviyyəsi yüksəkdir”. Bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib. Onun sözlərinə görə, Səbail rayonunda ehtimal olunan seysmik təhlükə 12 ballıq şkala üzrə 8 bal qiymətləndirilir: “Rayonun bəzi […]

Kataloniyanın rəhbəri: “Yaxın günlərdə müstəqilliyimizi elan edəcəyik”

“Bu hər şeyi dəyişdirən bir xəta olar” Yaxın günlərdə İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edəcək. Vilayətin rəhbəri Karles Puçdemon BBC-yə müsahibəsində deyib ki, Kataloniya rəhbərliyi bu həftənin sonu və ya növbəti həftənin əvvəli müstəqillik üçün hərəkətə keçəcək: “Bir neçə gün ərzində müstəqilliyimizi elan edəcəyik”.K.Puçdemon mərkəzi hökumətin vəziyyətə müdaxilə edərək […]

Şeyxin qudası məhkəmə qarşısına çıxarılacaq – Vaxt açıqlandı

 Milli Məclisin deputatı Çingiz Qənizadənin keçmiş həmkarı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iclasının vaxtı açıqlanıb. Turkustan.info-nun “Report”a istinadən məlumatına görə, Sabunçu Rayon Məhkəməsində keçiriləcək iclas oktyabrın 6-na təyin edilib. İşə hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) […]

“Turan” agentliyinin hesabları yenidən donduruldu

Vergilər Nazirliyi oktyabrın 2-də “Turan” agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib.    Modern.az “Turan”a istinadən verdiyi məlumata görə, bu qərar agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilib. Sentyabrın 5-də də banklara belə bir göstəriş göndərilmişdi, amma […]

“Separatizmi dəstəkləyən məmur: PKK-dan tapşırıq da ala bilər”- DEPUTAT

İraqda baş verən referendum digər ölkələrdə olduğu kimi Azərbaycanda da separatizm təhlükəsini artırır. Azərbaycan 29 ildir ki, erməni separatizmindən əziyyət çəkir və münaqişə hələ də öz ədalətli həllini tapmayıb. Əgər Yaxın Orta Şərqdə, o cümlədən, Cənubi Qafqazda yaşayan kürdlər də siyasi təbliğata uysalar, bölgədə xaotik bir vəziyyət yarana bilər. Siyasi […]

Dünyanı yeni qorxulu narkotik maddə cənginə alıb – İstifadəçilər zombiləşir – VİDEO

“Flakka” adlı sintetik narkotik maddənin yayılması ilə bağlı bir çox ölkələr həyəcan təbili çalır. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, dünyada sürətlə yayılan bu uyuşdurucu maddə Alpha-PDP kimyəvi birləşməlidir. İri duz kristalına bənzəyən Flakka Türkiyəyə də gəlib çatıb. Daha ucuz satılan və asan əldə olunan həblərlə bağlı Türkiyə mətbuatı narkotik […]

Bakıda növbəti “yaşıl soyqırım”: Ağaclar belə məhv edilir – FOTO + VİDEO

 Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında Şərifzadə küçəsi 167-168 ünvanında iri ağaclar naməlum şəxslər tərəfindən kəsilərək, yük maşınlarına yığılır. Fotoları BakuPost.az-a çəkib göndərən yerli sakinlər FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat versələr də, hələ heç bir tədbir görülməyib. Sakinlərin sözlərinə görə, ünvanda 2 köhnə binanın sökülməsi, yerində yeni […]

İraq ordusu Kərkük vilayətində döyüşlərə başladı

İraq ordusu İŞİD qruplaşmasının nəzarətində olan Əl-Havica şəhərini azad edib. Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, baş nazir Heydər əl-Abadi Kərkek vilayətinin ən böyük şəhərlərindən olan Havicanın 1 aylıq döyüşlərdən sonra azad edildiyini vurğulayıb. Əl-Havica Mosulun azad olunmasından sonra İraqda İŞİD-in nəzarətindəki ən böyük dayaq məntəqəsi idi.

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğı və problemləri ilə maraqlanıb

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğı və problemləri ilə maraqlanıb. Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edib,  sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım […]

Ozon adam

Ozon adam Elçin Şıxlının 60 yaşına Feysbuk Elçin Şıxlının doğum günündən xəbər verir. O, feysbukun dostum elədiyi adamlardandı! Bakıda olanda elə bir dostluğum olmayıb onunla, uzaqdan xətrini istəmişəm sadəcə. Qəribədi, Bakıda dostum olmuş nə qədər adam mən bura gələndən sonra daha dostum olmadılar. Onlar başqa, onlardan danışmıram. Sonradan dostlaşdıqlarımdan danışıram. […]

Bakıda Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Bu gün Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Ümumilli lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipini əldə rəhbər tutaraq, müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Ölkə rəhbərlərinin siyasi müstəvidə həyata keçirdiyi əməkdaşlığı universitetlər elm-təhsil sahəsində davam etdirirlər. Bu nöqteyi-nəzərdən, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universieti və Türkiyənin […]

Azercell-in növbəti eksklüziv ofisi indi Bakının Q.Qarayev prospektində

Abunəçilərinin operativ və keyfiyyətli xidmətlərdən istifadəsini təmin etmək üçün ölkə boyu yeni konsepsiyalı Ekslüziv ofislərinin sayını artıran Azercell daha bir mağazasının açılışını edib. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 30\42 ünvanında istifadəyə verilən Eksklüziv ofis 121 m2 ərazidə abunəçilərə xidmət göstərəcək. Ən müasir avadanlıqla təchiz olunan bu ofis unikal […]

“Rəsul Quliyevin prezidentliyə namizəd olmaq hüququ var” — Etibar Məmmədovdan AÇIQLAMA

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov hazırda ABŞ-da yaşayan Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı məsələyə münasibət bildirib. E.Məmmədov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Rəsul Quliyev tanınmış azərbaycanlıdır və Azərbaycan prezidentliyinə namizəd olmaq hüququ var. “Əgər Rəsul […]

Cibində öldürdüyü qonşusunun ciyərilə…yaxalandı: Salata qatıb yemək istəyirmiş

Rusiyada 33 nəfəri öldürərək yediyi deyilən ər-arvadın həbsindən sonra daha bir xəbər Taylanddan gəlib. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bu ölkədə kişi qonşusunu yemək məqsədilə öldürüb. Bu hərəkətini ömrünü uzatmaq istəyə ilə izah edib. 24 yaşlı Paere Conqtxonq Donq Suanq kəndində həbs edilib. Polis onu saxladığı zaman o, 79 yaşlı […]

5 dost özləri üçün 1 qız çağırdı, sonra… – 15 manat söhbəti və NABRAN DƏHŞƏTİ

Xaçmazda qətl törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Rüstəmov və Biləsuvar rayon sakini, 1995-ci il təvəllüdlü Ramil Abbaslının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Hüseyn Rüstəmov dostları Ramil Abbaslı, Fuad İsmayılov, Fərid İlyasov və Nurlan Hacıbalazadə ilə istirahət etmək üçün […]

Rus hərbçiləri Araz çayında ova çıxan türkləri HƏBS ETDİ – Ermənistana görə

Araz çayında balıq ovlayan türkiyəli balıqçılar Türkiyə-Ermənistan sərhədində Armavir bölgəsində Rusiya sərhədçiləri tərəfindən tutulub. Turkustan.info  xəbər verir ki, Ermənistanda Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd təhlükəsizliyi idarəsi türk balıqçıların Araz çayında balıq ovladıqlarını və Ermənistan sərhədini qanunsuz keçdiklərini açıqlayıb. Məlumata görə, ötən həftə də sərhədi qanunsuz keçən türk balıqçılar həbs olunmuşdu.   /Publika.az/

Dövlət büdcəsində hərbi xərclər artırılır

“2018-ci ilin dövlət  büdcəsinin  gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox  proqnozlaşdırılıb”. Turkustan.info bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a 2018-ci ilin dövlət büdcəsi layihəsini şərh edərkən deyib. Deputat bildirib ki,  2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar […]

Avstriya, Polşa və Makedoniya da ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna qoşuldu – FOTOLAR

Oktyabrın 4-də Andorrada ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun (Silk Road Support Group of the OSCE PA, SRG)ilk iclası keçirilib. Bu haqda SRG-nin katibi Mirkamal Əlizadə məlumat verib. Turkustan.info xəbər verir ki, iclası giriş sözü ilə açan Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb və […]

Mərkəzi Elmi Kitabxana ilə Misir Milli Kitabxanası və Arxivləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Ölkəmizdə səfərdə olan Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Məhəmməd Şövqi AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. Qonaq, Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ilə birgə kitabxananın müasir inzibati binasını gəzib, oxu zalları ilə tanış olaraq […]

Masazırdan ŞOK GÖRÜNTÜ – Onlarla maşın suyun altında qaldı – VİDEO

Bakıya yağan aramsız yağışın fəsadları paytaxtın müxtəlif ərazilərində müşahidə olunmaqdadır. Turkustan.info xəbər verir ki, bu dəfə jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabından Masazır ərazisində minik avtomobillərinin su altında qaldığı görüntünü paylaşıb. Tamamilə suyun altında qalan avtomobillərin sözügedən videogörüntüsünü təqdim edirik:    /Milli.Az/

Ərdoğan Tehrana gəldi: Türkiyə prezidentinin İrana tarixi səfəri başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı gətirən təyyarə bir qədər əvvəl Tehran hava limanına enib. Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində İranın ali dini lideri Seyid Əli Xamneyi və prezidenti Həsən Ruhani ilə mühüm görüşlər keçirəcək. Türkiyə prezidentini Tehranın “Mehrabad” hava limanında İranın sənaye, mədənvə ticarət naziri […]

Putindən yeni variantda Qarabağ həlli

Həmsədrlərin Azərbaycanla bağlı yeni qorxusu BMT regional  münaqişələrin həllinə xüsusi diqqət yetirməlidir. Turkustan.info-nun İstiRress-ə istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Kremldə 20 ölkənin yeni səfirini qəbul zamanı bildirib.”Bütün ölkələr üçün qanunun aliliyinə şərtsiz riayət eləmək, Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə əsas məsuliyyət daşıyan qurum kimi BMT Təhlükəsizlik […]

Şimali Kipr XİN başçısı: “Türkiyənin muxtar vilayəti olmaq istəyirik”

“Bundan sonra federasiya deyil, konfederasiya əsasında müzakirələri qəbul edəcəyik”. “Haber7” xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Şimal Kirp Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu bildirib. Kiprin yunan hissəsi ilə birləşməyə dair uğursuz danışıqlardan sonra o, ilk dəfə ABŞ səfər edib. T.Ərtoğruloğlu Nyu-Yorkda və Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşüb. […]

Ermənilərin yarım ton Kəlbəcər qızılı: OĞURLANDI

Ermənilərin Kəlbəcər yaxınlığında çıxardığı qızılın 500 kiloqramı oğurlanıb. Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya BDU-nun Tarix fakültəsinin Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi deyib. Onun sözlərinə görə, xəbər erməni mətbuat orqanlarında da əksini tapıb: “Qeopromayninq Qold” adlı (Kəlbəcər yaxınlığında) “Sotk” dövlət şirkətində aparılan yoxlamalar zamanı məlum olub ki, 500 […]

Bakıda daha bir yol çökdü – FOTO

Bakının Nizami rayonunda Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən yolun bir hissəsi çöküb. “Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun çökməsinə səbəb yerin altından keçən kanalizasiya xəttinin partlaması olub. Səhər saatlarında baş verən çökmə prosesi hələ də davam edir. Ərazidə nəqliyyatın gediş-gəlişi tamamilə məhdudlaşdırılıb. Hazırda […]

Ermənilər Cəbrayılda kilsə açdılar – FOTOLAR

Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açıblar.Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, iş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib. Bundan başqa, mərasimə separatçı “Qarabağ ordusu” […]

Prezident Ərdoğandan İrana kritik səfər – NƏLƏR GÖZLƏNİLİR..

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə “TUR” ilə səər saatlarında İranın paytaxtı Tehrana getdi. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin İran səfərinin ən önəmli gündəm maddəsi İraq Kürdüstan Regional Rəhbərliyinin (IKBY) 25 Sentyabrda həyata keçirdiyi müstəqillik referendumu sonrası atılacaq addımlar olacaq. Ərdoğanın İran səfəri ilə bağlı məsələlər əsas […]

Aqil Abbas: “Ağlına dua yazım o paşanın…”

Milli Məclisin deputatı, tanınmış publisist, yazıçı Aqil Abbas son günlərdə Aşura mərasimləri ilə bağlı gedən polemikalara həsr etdiyi məqaləsində bir sıra mətləblərə toxunub. Aşura mərasimlərinin keçirilməsi ilə bağlı səsləndirilən tənqidi fikirlərə sərt dildə cavab verib.    Turkustan.info xəbər verir ki, millət vəkili yazısında Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabına istinad […]

Ronaldodan alqışalayiq addım: “Qızıl top”u onlar üçün satdı

Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u hərrac vasitəsi ilə satıb. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, bu, “Make-A-Wish” adlı yardım təşkilatının təşkil etdiyi gecədə baş verib. Portuqaliyalının “Ballon d’Or”unu İsrailin ən varlı şəxslərindən olan İdan Ofer 600 min avroya satın alıb. Ronaldonun “Qızıl top”unun satışından əldə […]

Bakının bu ərazisində 3 gün qaz olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq. “Azəriqaz” İstehsalat Birliyindən “Ölkə.Az”a verilən məlumata görə, “Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq. “Xəyal Adası” MMC-yə məxsus kompleksin qazlaşdırılması məqsədilə yeni tikilmiş Qaz Paylayıcı Stansiyanın magistral qaz nəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə aparılan təmir […]

Müharibə bitir?

errorçuların kökü kəsilir Daha bir şəhər İŞİD terrorçularından təmizləndi. İraq növbəti şəhəri İŞİD terrorçularından azad edildiyini elan edib. İstiPress-in Türkiyə mətbutaına istinadla verdiyi məlumata görə, Kərkükün qərbindəki Havicə şəhəri terrorçulardan geri alınıb. Bununlada İŞİD İraqdakı ən önəmli mərkəzini itirib. Şəhərin azad edilməsi üçün əməliyyatlar sentyabrın 19-da başlamışdı. İki həftə ərzində İraq […]

Alternativ dünyaya keçid olduğu deyilən SİRLİ ÇUXUR – Əslində… – FOTOLAR

ABŞ-ın Kaliforniya əyalətində yerləşən Beriessa gölü görənlərin təəccübünə səbəb olur. Turkustan.info-ya Publika.az-a istinadən xəbər verir ki, gölün ortasında yerləşən çuxur olduqca müəmmalı görünüşə malik olduğu üçün görən hər kəsi heyrətə salır. Haqqında başqa bir dünyaya keçid olduğu kimi iddialar çıxan bu çuxur əslində göl suyunun balansını tənzimləmək məqsədilə açılıb. 521 milyard […]

ADAU: Aqronomluq Fakültəsində yüksəkixtisaslı kadr hazırlığı üçün hər cür şərait var

Aqronomluq fakültəsi Azərbaycan Dövlət Aqrar Universitetinin zəngin tarixə malik fakültəsidir. 1920-ci ildə yaranmış Bakı Politexnik İnstitutunun tərkibindəki kənd təsərrüfatı fakültəsinin 8 kafedrasından 5-i aqronomluq profilli olub. 1929-cu ildə bu baza üzərində də Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb, tarlaçılıq kimi fəaliyyətə başlayan fakültə sonralar aqronomluq fakültəsi adlandırılıb. Yarandığı gündən indiyə kimi […]

Yağın qiyməti fantastik həddə çatdı: Səbəb nədir?

Yağın qiyməti niyə 18 manata qalxıb? İnsanları bu qədər sıxmaq olmaz axı…” Bu sözləri Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında deputat Çingiz Qənizadə deyib. Turkustan.info musavat.com-a istinadən xəbər verir ki, bazarlardakı bahalaşma ilə bağlı çıxış edən deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacibliyini vurğulayıb: “Seçicilərim mənə sual verirlər ki, niyə […]

ABŞ üçün ən böyük təhlükə açıqlandı

Kiber təhlükəsizlik sahəsindəki təhlükə ABŞ üçün ən böyük risk olaraq qalmaqdadır. “A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ daxili təhlükəsizlik nazirinin köməkçisi Canet Manfra Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib. “Kiber təhlükə ABŞ üçün ən böyük strateji təhlükə olaraq qalmaqdadır. Kiber məkandakı risklər ölkənin milli təhlükəsizlik, iqtisadi inkişaf, […]

Qubada zəlzələ oldu

Quba rayonunda 3.6 bal gücündə zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, hadisə yerli vaxtla saat 06:36-da Qubadan 10 km şimal-qərbdə baş verib. Yerin 6 km dərinliyində baş verən zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.  

Şəhid Həsən Həsənovu anım günüdür

Oktyabrın 4-ü Kəlbəcərdə öldürülmüş Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənovun dəfn günüdür. Turkustan.info-nun məlumatına görə, Həsən Həsənov 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. 2014-cü ilin iyulun 9-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. İyulun 11-də ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib. Uzun […]