TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Aqil Abbas: “Ağlına dua yazım o paşanın…”
4 Oktyabr 2017 11:20
    baş manşet
Aqil Abbas: “Ağlına dua yazım o paşanın…”













Milli Məclisin deputatı, tanınmış publisist, yazıçı Aqil Abbas son günlərdə Aşura mərasimləri ilə bağlı gedən polemikalara həsr etdiyi məqaləsində bir sıra mətləblərə toxunub. Aşura mərasimlərinin keçirilməsi ilə bağlı səsləndirilən tənqidi fikirlərə sərt dildə cavab verib.   

Turkustan.info xəbər verir ki, millət vəkili yazısında Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabına istinad edənləri də qınmayıb:  Qeydləri olduğu kimi təqdim edirik:

“Manaf Süleymanovun kitabından yaman çox sitat gətirirlər. Bilirsiniz də nəyi? O türk paşasının Bakıda Aşura günü insanlara lağ eləməsini və döydürməsini. Və sonra da onlardan bir qrupunu tutdurub mindirir qatara ki, göndərəcəm Batuma, ordan da gəmilərə doldurdub göndərəcəm Kərbəlaya. Kərbəla kafir ingilislərin əlindədi, getsinlər Kərbəlanı xilas eləsinlər. Və bunu bəh-bəhlə sosial şəbəkələrdə elə paylaşırlar. Ağlına dua yazım o paşanın da, onu bəh-bəhlə paylaşanların da.

Əvvəla, həmin paşa Kərbəlanın yolunu bilmir, burdan Batuma, Batumdan gəmilərlə Qara dəniz, sonra İstanbul boğazı, sonra Aralıq dənizi, ondan sonra İraq və Kərbəla. Bakıdan Kərbəlaya quru yolu Bakı-Batum yolundan bir az artıqdı.

İkincisi, ay Paşa, Kərbəla sizin əlinizdəydi də, niyə verdiniz kafir ingilislərə ki… Nə isə…”

***

Qeyd edək ki,  Manaf Süleymanovun “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim” kitabında sözügedən hadisə belə təsvir olunur:

  • 1918-ci ildə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakıya daxil olması aşura gününə təsadüf edir. Nuru paşa şəhərə daxil olanda görür ki, burada zəncir vuran kim, başını yaran kim, üz-gözünü cıran kim… Müşavirlərindən soruşur ki, burada nə baş verib, nə hadisə olub? Köməkçiləri bilidirilər ki, paşam, bu gün aşura günüdür, imam Hüseynin şəhid olduğu gündür, ona görə vay-şüvəndir. Paşa gülərək: “Bu hadisə hicrətin 60-70ci illərində olub, bunlar indi eşidiblər?”
  • Əzadarlıq davam edən günlərdə paşa təngə gələrək deyir: Camaat, icazə vermirəm bir də belə iş görəsiz. Deyirlər, axı matəm saxlayırıq… Nuru paşa qayıdır ki, onda sizi gəmilərə doldurub göndərirəm kafir ingilislərin işğalındakı Kərbəlaya, gedin oranı tutun, imamın qəbrini xilas edin. Bu sözdən sonra camaat sakitcə dayanır, heç kim səsini çıxarmır…

Turkustan.info 

Yazının tam mətni ilə burdan tanış ola bilərsiniz:

http://www.azadinform.az/news/a-154108.html

Yuxarı Geri Başlağıc