TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Rəşad Sadıqov millidən gedir – VİDA OYUNU
4 Oktyabr 2017 22:33
    İdman
Rəşad Sadıqov millidən gedir – VİDA OYUNU













Azərbaycan millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya millisi ilə qarşılaşacaq.

Turkustan.info yenicag.az-a istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma yığmamızın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

Oyunöncəsi keçirilən mətbuat konfransına qatılan Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

“Bizi ciddi rəqib gözləyir. Son iki oyunlarını izləmişik. Fikrimcə, Şimali İrlandiyadan daha güclüdürlər. Bu gün Çexiya millisi qrupda layiq olduqları yerdə deyillər. Biz də son ev oyununda azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

– Millidə 16 il ərzində 110 oyun keçirmisiz. Sabah isə yığmada sonuncu matça çıxacaqsız…

– Bu haqda çox danışmaq olar. Sadəcə, sabah bizi oyun gözləyir. Fikrimin dağılmasını istəmirəm. Komanda şəklində matça köklənmişəm. Birinci gündən əlimdən gələni etmişəm. Nə qədər yaxşı və ya pis alındığına azarkeşlər, futbol ictimaiyyəti qərar verə bilər. Fikrimcə, bu haqda matçdan sonra danışmağa vaxtımız olacaq. Asan qərar deyil. Milli həmişə döyünən ürəyim olub. Amma hər şeyin sonu olur. Əsas odu ki, son vaxtında olsun. Mən də düşünürəm ki, artıq millidən getməyimin vaxtıdı.

– Millidə yaxın gələcəkdə rekordlarınızı yeniləyəcək futbolçu görürsüzmü?

– Əvvəla onu deyim ki, penaltini digər futbolçu daha yaxşı vurursa, sabah da o yerinə yetirməlidi. Mənim bu məsələyə yanaşmam belədi. Rekorda gəlincə, elə futbolçularımız var ki, 25-26 yaşında yığmada 60-70 oyun keçiriblər. Mənim rekordum yalnız oyun sayı ilə bağlıdı. Bəzi futbolçularımız var ki, 5-6 il sonra bu rekordumu yeniləyə bilərlər.

– Davamçınız olaraq kimi görürsüz?

– Bu sual mənə dəfələrlə verilib. Amma buna konkret cavab vermək olmur. Bəli, namizədlər var. Növbəti seçmə mərhələyə kimi 1 il vaxt qalıb. Yoldaşlıq oyunlarında futbolçuların özlərini necə göstərməsindən çox şey asılı olacaq. Baş məşqçimiz Robert Prosineçkiyə minnətdarlığımı bildirmək istəyirəm. Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra yığma karyeramı bitirmək istəyirdim. Mahmud Qurbanov mənə tələsməməyi məsləhət gördü. Çıxdım otaqdan, amma mətbuatdan heç kim yox idi. Sanki Allahın qisməti idi. Sonra Prosineçki yığmaya gəldi. Mən bir az “sönmüşdüm”, amma o, məni çox motivasiya etdi. Yığmada 100 oyun keçirmək arzum var idi. İtaliya ilə görüşdən öncə məşqçiyə dedim ki, milli karyeramı bitirmək istəyirəm. Amma o, yenə məni fikrimdən daşındırdı. Buna görə peşman deyiləm. Yığmada ən maraqlı seçmə mərhələni keçirdim. Yaxın ətrafıma demişdim ki, dünya çempionatına çıxmaq şansımız nə vaxt bitsə, karyeramı bitirəcəm. Amma Şimali İrlandiyaya məğlubiyyətdən sonra yenə Prosineçki ilə danışdım. Ona dedim ki, artıq missiyam başa çatıb, yığma isə AÇ-2020-nin final mərhələsinə çıxmağı hədəfləməlidi. Lakin yenə məni fikrimdən daşındırdı. Bu dəfə isə qərarım qətidi. Özünə də dedim ki, sənin icazənlə artıq yığma karyeramı bitirmək istəyirəm. Çünki həm milli, həm də özüm üçün ən doğru qərar budu. Bundan sonra yığmada kapitanlıq sarğısını Rahid Əmirquliyev daşıyacaq. Onun bu missiyanın öhdəsindən layiqincə gələcəyini düşünürəm. Həm Rahidə, həm baş məşqçiyə, həm də millimizə uğurlar arzulayıram.

Yuxarı Geri Başlağıc