Gün: Oktyabr 5, 2017

Ülkü Ocakları Genel Başkanı: 500 bin ülkücü ile hazırız

Ülkü Ocakları Genel Başkanı Olcay Kılavuz, MHP Genel Başkanı Devlet Bahçeli’nin Kerkük için “5 bin ülkücü hazır” açıklamasına “500 bin ülkücü ile hazırız” diyerek destek verdi. Pamukkale ilçesindeki Ülkü Ocaklarına ait Alpaslan Türkeş Talebe Yurdu’nun açılışı için Denizli’ye gelen Ülkü Ocakları Genel Başkanı Olcay Kılavuz, Kuzey Irak‘ta Kerkük‘ü de kapsayan referandum hakkında “5 bin […]

Canlı ayıdan çıxarılan orqanın möcüzəsi – AYI ÖDÜNÜ haradan, necə tapmalı?

Ayı ödündə insanın ödünə bənzər turşular çoxdur. İnsan ağır xəstələndikdə, xüsusən onkoloji xəstəliklərdə bir sıra turşuların istehsalı demək olar ki, dayanır və həzmetmə pozulur. İnsan yemək yeyə bilmir. Ayının ödü isə olduqca güclü və yağları parçalamağa gücü çatan orqandır. Ona görə qədimdən indiyə kimi tibbdə ayı ödündən istifadə olunur. Tibbin […]

Nazirdən pensiyalarla bağlı AÇIQLAMA: “İlin sonunadək…”

Turkustan.info xəbər verir ki, bunu report-a açıqlamasında İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir xatırladıb ki, 2017-ci il iyunun 1-dən “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklər edilib: “Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək […]

ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb – FOTOLAR

Bu gün ADA universitetində  Azərbaycanın bu aparıcı ali təhsil ocağı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında birgə əməkdaşlıq memorandumu imzalandı. Sənədə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Beynəlxalq Avrasiya  Mətbuat  Fondunun prezidenti Umud Mirzəyev imza atdılar. İmzalanma mərasimində çıxış edən ADA Universitetinin prorektoru  F.İsmayılzadə bildirdi ki, son illər ADA Universiteti […]

Rusiyada dəhşət – 40 yaşlı şəxs tanışını öldürüb yedi

Tatarıstanda şizofreniyadan əziyyət çəkən şəxs tanışını öldürdükdən sonra onun bədəninin bir hissəsini yeyib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 5-də Aksubayev rayonunun Yeni İlderyakovo kəndində 53 yaşlı kişi meyiti tapılıb: “Meyitin boyun və qarın nahiyələrində kəsilmiş yara izləri […]

Ukrayna parlamentində kütləvi dava – Deputatlar əlbəyaxa oldular – VİDEO

Ukraynanın Ali Radasında Donbas barədə qanun layihəsini müzakirəsi zamanı deputatlar arasında dava düşüb. Turkustan.info-nun Oxu.Az-a istinadən məlumatına görə, davanın videosunu cümə axşamı, oktyabrın 5-də, “Obozrevatel” portalı dərc edib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib ki, dava edən deputatlar qanun layihəsinin müzakirəsinə mane olmaq istəyiblər: “Hazırda […]

Bu qadınların xərçəngə tutulma riski azdır

“Körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur”. Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbirdə bildirilib. Tədbirdə bildirilib ki, ana südü ilə qidalanan uşaqlarda da 4 yaşa qədər […]

Dərman “işbaz”larına ciddi rəqib gəlir: QİYMƏT UCUZLAŞA BİLƏR

Pərakəndə və texnologiya nəhəngi “Amazon”, indi də dərman bazarına daxil olmağı planlaşdırır.“Amazon”un dərman biznesinə girməyi düşündüyü barədə xəbər, ABŞ-da dərman tədarükü şirkətlərinə mənfi təsir edib. Bu ilin iyun ayında “Amazon” “Whole Foods Market” adlı supermarket şəbəkəsini 13.7 milyard dollara satın almışdı.“Amazon”un dərman biznesinə daxil olacağı iddiası indidən bazarda təlaşa səbəb […]

“Mənim Prezidentimin adını çəkməsinlər” – Bahar Muradovadan XƏBƏRDARLIQ

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova assambleyanın Andorrada keçirilən sessiyasının sonuncu günündə çıxış edərək ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. Turkustan.info xəbər verir ki, Milli Məclis sədrinin müavini erməni deputatlar tərəfindən Azərbaycana qarşı səsləndirilən iddialara tutarlı cavabların olduğunu vurğulayıb. Bahar Muradova belə halların […]

Prezidentdən Xəzər İbrahimə bağlı təyinat

Prezident İlham Əliyev Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Turkustan.info xəbər verir ki, sənəddə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

Kərə yağı bundan da baha olacaq

İdxalçılardan qiymət artımına MÜNASİBƏT. “Delta Qrup C.O.” MMC, “Vest Produkt Marketinq” MMC, “Azərsun Holdinq” MMC, “Dinçer və Carçıoğlu” BM, “Gulistan Baku” MMC, “Veysəloğlu” MMC və “Lactalis Caspi” MMC kimi kərə yağı idxalçıları son günlər kərə yağının qiyməti ilə bağlı məlumatlara münasibət bildiriblər. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, idxalçıların istehlakçılara müraciətində […]

Reket baş redaktorun şok dələduzluqları – İşdə məşhur generalın adı hallanır

Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup vətəndaşı SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən, özünü “Ata yolu” qəzetinin baş redaktoru kimi təqdim edən Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Turkustan.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası keçirilib. İttihama görə, S.Nəsirova […]

Bu nöqsanlara yol verən deputatlar mandatdan məhrum ediləcək – Daxili Nizamnamə dəyişir

Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik təklif edilir. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir. Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi […]

Avtomobillərin qiyməti ucuzlaşdı – AÇIQLAMA

Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də avtomobillərin online satışlarında aktivlik çox aşağı səviyyədə olub. Bu barədə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. O bildirib ki, hava şəraitinin kəskin dəyişməsi avtomobil bazarına da təsirsiz ötüşməyib: “Bazarın aktiv iştirakçıları passiv iştirakçılara çevrilib”. Ekspert deyib ki, satış qiyməti 20 […]

Rəhmət müəllimi başımız üzərinə qaldırmayınca…

Fazil Mustafa  Millət vəkili   Əvvəllər Bilik günü vardı. 1 sentyabr. İndi qeyd olunmur. Bilik öz dəyərini itirdiyinə görə bütün təhsil ocaqlarında dərslər 15 sentyabrda başlayır. Bilik günü olmadan da Müəllim günü öz dəyərini xeyli itirir. Üstəlik də müəllim ömrü yaşamaq çox-çox ağırdır. Maaşı yaşam standartlarında çox aşağı, sosial bərabərliyin […]

Azərbaycan polisi bu hərəkəti ilə dünya qəzetlərində manşet oldu – FOTO

Astarada sel xəbərdarlığına məhəl qoymayan 60 ailə təhlükə ilə üzləşib. Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin nümayəndələri Astarada sel və daşqınların yaratdığı fəsadlarla bağlı rayona səfər edib, vəziyyətlə tanış olublar. Bu barədə Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, rayon rəhbərliyi ilə görüşdə Astara çayının sahili boyunca 1200 metr məsafədə […]

Xərçəng diaqnozu qoyuldu, İranda girov saxladılar – “Xəstəxana 20 min manat, konsulluğumuz isə 50 dollar aldı”

“Xəstəxanaya 20 min manat  ödəyə bilmədiyimizdən arvadımı oradan buraxmırdılar. Konsulluğumuzdan kömək istədim. Dedim pul yoxdursa, məktub yazın xəstəxanaya ki, yoldaşımı buraxsınlar, məni gorov saxlasınlar. O, Azərbaycana qayıdıb, kredit götürsün və pulu ödəyək. Lakin imtina etdilər, çıxartdılar bizi binadan çölə”. Bunlar Ağdam rayon sakini Rəsulov Camal Namiq oğlunun PressClub.Az-a göndərdiyi müraciətindəndir. Arvadı Rəsulova […]

Azərbaycanda maaş və pensiyalar artırılacaq

“2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir” Bunu iqtisadçı-deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb. “2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq. […]

Myanmada Türk Şəhidliyinin tarixi

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Birinci Dünya müharibəsində Myanmaya göndərilən 12 minə qədər Osmanlı imperiyasına bağlı əsgər arasında illərlə davam edən əsarət dövrü ərzində yoluxucu xəstəliklər, ağır iş və əsarət şərtləri altında ölən 1500-ə qədər Osmanlı əsgərindən […]

“Hacı Qalib üzr istəsə, onu bağışlayaram” – Deputat

Sabah millət vəkili Çingiz Qənizadənin sabiq həmkarı Qalib Salahzadəyə qarşı şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.  Hacı Qalibə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası saat 11:15-də, Sabunçu Rayon Məhkəməsində baş tutacaq. Turkustan.info xəbər verir ki, deputat Çingiz Qənizadə sabahkı məhkəmə ilə bağlı […]

Eldar Həsənova yüksək etimad

“Qayğılı günlərimizdə hərdən sevindirici xəbərlər də alırıq. İndicə məlum oldu ki, Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinyadakı Fövqəladə və Səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor, dəyərli ziyalımız Eldar Hümmət oğlu Həsənov Serbiya Kral Akademiyasının üzvü seçilmişdir. Bu sevindirici xəbəri dostlarımızla bölüşmək qərarına gəldim”. Turkustan.info xəbər verir ki, bu barədə sabiq […]

Vergilər Nazirliyindən “Turan”la bağlı AÇIQLAMA

Sərəncam geri götürülüb. Vergilər Nazirliyi “Turan” informasiya agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən İstiPress-ə verilən məlumata görə, vergi ödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur: “Bank hesablarına sərəncam qoyulması və qoyulmuş […]

Bərzani gücünü bu iki şəxsdən alır – Ərdoğan açıqladı – İLGİNC FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan Kürd Muxtariyyatının rəhbəri Bərzaniyə mesaj göndərib və “bu işdən çəkilməyi” tövsiyə edib: “Kürd Müxtariyyatı bu referendumun sərxoşluğundan ayılmayıb. Nə etdiyinin fərqində deyil. Ətrafı az qala mühasirədə olan Şimali İraq rəhbərliyinin nəyə güvənərək […]

Eldar Həsənov Kral Akademiyasının üzvü seçildi

Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinyadakı Fövqəladə və Səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor, Eldar Həsənov Serbiya Kral Akademiyasının üzvü seçilib.   Turkustan.info-nun məlumatına görə, bu haqda Modern.az-a sabiq deputat Əlövsət Ağalarov bildirib.   O deyib ki,  Serbiya alimlərinin bu qərarı eyni zamanda, Azərbaycan elminə, ümumən Azərbaycan dövlətinə verilən yüksək qiymətdir. […]

Şahbaz Quliyevin vəziyyəti daha da ağırlaşıb – onu Yerevanda pakistanlı həkim müalicə edir

3 ildən çoxdur ki, erməni girovluğunda saxlanılan azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyev gün keçdikcə bizdən bir addım uzaqlaşır. Həmvətənlərimiz bizdən uzaqlaşdıqca vətən torpağına daha da yaxınlaşırlar… Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ayda bir dəfə onlara baş çəkməsi də nəyisə dəyişmir.   Şahbaz Quliyev ailəsinə ünvanlandığı sonuncu məktubunda vəsiyyətini […]

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri, Müsavat Partiyasının Məclis üzvü Rafiq İsmayıl dünyasını dəyişib. Turkustan.info-nun “Report”a istinadən xəbərinə görə, bu barədə onun oğlu Toğrul İsmayıl məlumat verib. R.İsmayıl uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib. Qeyd edək ki, İsmayılov Rafiq İsmayıl oğlu 1939- cu ildə Qazax rayonunun Xanlıqlar kəndində […]

Qonşu ilə bir evdə yaşayan əməkdar artist acınacaqlı durumda: “Ömrümə az qalıb”

50-dən artıq filmə çəkilən, 20 filmin rejissoru olan, milli kinomuzun sevilən aktyoru, əməkdar artist, “Yeddi oğul istərəm”in Cəlalı Ənvər Həsənov hələ də 35 kvadratlıq kommunal mənzildə yaşayır. Sosial vəziyyəti ağır olan aktyor Yenicag.az-a açıqlamasında şikayətlənməyi xoşlamadığını desə də, ürəyini boşaldıb: “Heç vaxt maddi vəziyyətimi qabardıb, şikayətlənməmişəm. Çünki qürurum var. Ağlamağı sevmirəm. […]

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq – AÇIQLAMA

Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi 2019-cu ildə keçiriləcək qəbul qaydalarında bir sıra dəyişikliklər edib.  A24.Az-a müsahibə verən təhsil üzrə ekspert Elçin Əfəndi mövzu ilə bağlı sualları cavablandırıb: -Elçin müəllim, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin 2019-cu ildə keçiriləcək qəbul qaydalarında nə kimi dəyişikliklər oldu və balların […]

Azərbaycanda təbii fəlakət: 367 nəfər təxliyyə olundu

Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-nin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş […]

Kərə yağını 18 manata kimi bahalaşdıran monopolistlər kimlərdir?

Azərbaycanda kərə yağı və bitki yağlarının qiyməti pik həddə çatıb. Yeni Zellandiya istehsalı “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manat, Fransa istehsalı olan “French Cow” 18 manat 50 qəpiyə, Hollandiya istehsalı “President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı “Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif […]

Ermənilərin Qarabağda S-400 qorxusu – “İsgəndər”ə sevinməyin

“Rusiya bizi atacaq, Türkiyə isə Azərbaycana isə kömək edəcək” Türkiyənin Rusiyadan aldığı S-400 raket-zenit kompleksi erməniləri əməlli-başlı qorxuya salıb. İstiPress-in məlumatına görə, bunu hətta özləri də etiraf etməyə başlayıblar. “Ermənilər “İsgəndər”lərinə çox tez sevinirlər. Türkiyə onları Rusiyadan aldığı S-400-lə vura bilər”. Bunu parlamentdə “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan deyib. O, […]

Prezident İlham Əliyev: “Azərbaycan Avropa Şurasını tərk etsə, həyatımızda heç nə dəyişməyəcək”

“Burada Avropa Şurasından çıxmaq məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi […]

SOS: Bakını BÖYÜK FƏLAKƏT gözləyir: 8 -12 ballıq zəlzələ, sürüşmə və …

Seysmoloq Səbail rayonu ərazisindəki tikililərin vəziyyətini və seysmoaktiv zonaların xəritəsini öyrənərək müəyyən edib ki, Bakıda yaşamaq çox təhlükəlidir. Ən seysmoaktiv ərazi Bakının Səbail rayonunun Bayıl yamacı və “20-ci sahə”dir. Turkustan.info xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli bildirib. Abşeron […]

Dədə Ədalətə görə Azərbaycan və İran aşıqları arasında QALMAQAL

“Aşıq Ədalətin adına bir məclis keçirmək qərarındayıq. Amma İranda 2 ay Məhərrəm və Səfər aylarında heç bir festival keçirilməz. Məcburən, 2 aydan sonraya qaldı.   2 aydan sonra İran Aşıqlar Birliyi bir sazlı-sözlü məclis təşkil edəcək.  Əgər Azərbaycandakı bəzi insanlar imkan  versələr. Onlardan biri də Aşıqlar Birliyinin sədri və katibidir”. […]

FHN Bakını belə “xilas edir” – FOTOLAR

Evinə yağış dolan insanlar evakuasiya edilib. Son günlər yağan intensiv yağışlar nəticəsində Bakıda daxil olmaqla, resspublikanın bir sıra rayonlarında ciddi problemlər yaradıb. İstiPress-in məlumatına görə, yağış suları bir çox evlərə və təsərrüfat sahələrinə ziyan vurub, insanlar köməksiz qalıblar. Fövqəladə hallar nazirliyindən İstiPress-ə verilən məlumata görə, Lənkəran və Astara rayonlarının bəzi […]

Öz həyətindəki ağacı kəsən vətəndaş cərimələnirmi? – Nazirlikdən AÇIQLAMA

Bu günlərdə rayonlardan birində fərdi evdə yaşayan sakin həyətindəki yaşlı tut ağacını kəsdiyinə görə 550 manat cərimələnib. Vətəndaş ha inandırmağa çalışıb ki, bu ağacı öz həyətində onun babası əkib, indi qol-budağı quruduğuna görə doğrayıb, yerində başqasını əkmək istəyir, xeyri olmayıb. Maraqlıdır, vətəndaş öz həyətyanı sahəsində elə özünün əkdiyi ağacı kəsə […]