Gün: Oktyabr 7, 2017

Bərzani İraq hökuməti ilə razılaşır

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və İraq prezidentinin müavinləri İyad Əllavi və Üsamə Nuceyfi arasında görüş keçirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında görüş Süleymaniyə şəhərində baş tutub. Tərəflər problemlərin həlli üçün 4 maddədən ibarət razılıq əldə ediblər. Görüşdə İraqdakı gərgin atmosferin səngiməsi üçün siyasi partiyalar və […]

Qarabağın həlli Avrasiya İttifaqına üzvlükdən keçirmiş – Kremlin açıq mesajı

Rusiya prezidentinin avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazev ötən gün İrəvanda Ermənistan-Rusiya regionlararası forumu zamanı jurnalistlərlə söhbətində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü haqda danışıb. Virtualaz.org xəbər verir ki, Sergey Qlazev bu məsələnin “Ermənistandan asılı olduğunu” deyib, çünki Ermənistan Avrasiya İttifaqının üzvüdür və istəsə Azərbaycanın üzvlüyünə veto qoya bilər. Bəs Azərbaycanın […]

Junalist Ekspert Mərkəzi “QHT-KİV münasibətləri” konfransını belə dəyərləndirdi

“Oktyabrın 6-da “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” mövzusunda Qubada keçirilən konfrans tərəflərin qarşılıqlı əməkdaşlığının gücləndirilməsinin əsasını qoydu”.  Turkustan.info xəbər verir ki, bu fikirləri konfransda iştirak edən Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu “Facebook” səhifəsində yazıb. Rəhbərlik etdiyi təşkilatın problemlərin aşkara çıxması və həlli yollarının tapılması baxımından konfransın əhəmiyyətini […]

Azərbaycan dərsliyində növbəti BİABIRÇILIQ – Valideynlər etiraz etdi – FOTO

Azərbaycanda rus sektoru üçün buraxılmış dərs vəsaitindəki mətn valideynlər tərəfindən ciddi müzakirə edilib. Valideynlər həmin mətnin uşaqların psixologiyasını pozduğunu iddia edib. Mətnin azərbaycanca tərcüməsini təqdim edirik: “Vitya Şeqlov xəstələnib. Anası həkim çağırıb. Vitya bir müddət dərsə gedə bilməyib. Vityanın dost-tanışları, müəllimi ona tez-tez baş çəkib, dərsləri ona başa salıb, tapşırıqları […]

Şirin vədlər və xaricdə iş elanları – Diqqətli olun! – VİDEO

Xaricdə iş elanlarına aldananların əksəriyyəti internet, xüsusilə də sosial şəbəkələrin istifadəçiləridir. Çünki son vaxtlar bu elanlar saytlar vasitəsilə və ya sosial şəbəkələrdə reklam kimi geniş yayılıb. Turkustan.info-nun Xezerxeber.az-a istinadən məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov deyir ki, texnologiyanın inkişafı bu sahədə dələduzluğu […]

Şuranın dəstəyilə “Axısxalı Şəhidlər” ilə bağlı tədbir keçirilib

Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Axısxalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində Saatlı rayonunda tədbir keçirib. Həyata keçirilən layihədə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Axısxalı Şəhidlərin cəmiyyətə tanıdılması […]

Pensiyalar yeni üsulla artırılacaq – Nazirdən yeni açıqlama – VİDEO

Növbəti ildən etibarən Azərbaycanda pensiyalar yeni üsulla artırılacaq. İl ərzində orta əmək haqqına ediləcək artımlar, növbəti il üçün pensiya artımının əsasını təşkil edəcək. Turkustan.info bildirir ki, yeni sistem barədə məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlama verib. Nazir bildirib ki, yeniliyin tətbiqi üçün qanunvericiliyə bütün dəyişikliklər edilib. […]

Türkiyə ordusu bu ölkəyə girir – Ərdoğan

Türkiyə ordusu Suriyanın İdlib şəhərindəki əməliyyatlara qatılmağa hazırdır. Axar.az xəbər verir ki, bunu Afyon şəhərindəki çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Bu gün İdlibdə Azad Suriya Ordusu ciddi əməliyyat başladacaq. Bizim ordu hələ buraya girməyiblər, amma biz öz qardaşlarımızı yalnız qoya bilmərik. Türkiyə öz sərhədləri yaxınlığında terrorizm dəhlizinin yaradılmasına […]

Ərdoğan Əliyevə zəng etdi

Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında telefon söhbəti olub. Turkustan.info Report-a istinadən xəbər verir ki, Prezident mənbələrindən əldə olunan məlumata görə, liderlər söhbət zamanı Türkiyə-Azərbaycan münasibətləri ilə yanaşı, regional məsələləri də müzakirə ediblər. Tərəflər Prezident Ərdoğanın oktyabrın sonunda Azərbaycana edəcəyi səfərə də toxunulub.

Təhsil Nazirliyin xəritə qalmaqalına aydınlıq gətirdi: Araşdırma aparılır

Təhsil Nazirliyi mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün  X sinif  “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib. Turkustan.info bildirir ki, nazirlikdən Modern.az-a verilən məlumata görə, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar […]

Səidə Sultan canlı efirdə aparıcı Zauru söydü — “Get …” VİDEO (+18)

Zaur Kamalın aparıcısı olduğu “5-də 5” verilişində kuryoz anlar yaşanıb. Belə ki, verilişin qonağı olan müğənni Səidə Sultan aparıcı Zaur Kamalı söyüb. Turkustan.info-nun məlumatına görə, sənətçi təqdim edilən videonun beşinci saniyəsində aparıcını söyür. Qeyd edək ki, verilişin digər qonağı Türkiyənin gənc sənətçisi Fulin olub.

Məktəb direktorları yol qəzasına düşdülər

Tərtər rayonunda ağır yol qəzası baş verib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına cıxıb. Nəticədə avtomobilin sürücüsü A.Xəlilov və sərnişini 1954-cü […]

Rusiya müharibəni dayandırır: Kremldə yeni PLAN

Rusiya Suriyadakı hərbi əməliyyatları tərk etmək istəyir.   Bu açıqlamanı “Stratfor” Araşdırmalar Mərkəzi yayıb. Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri  2015-ci ildə Suriyadakı münaqişəyə daxil olduğu vaxtdan bəri ölkədəki vətəndaş müharibəsinin gedişini dəyişə bilib.  Rusiya İranla birlikdə döyüşlərin gedişini  Suriya hökumət qüvvələrinin xeyrinə dəyişməyə nail olub.  Bu proses arxada qaldığından indi  […]

DİQQƏT: Qadınları indi də internetdə satırlar

Son vaxtlar sosial şəbəkələrdə, elan saytlarında yerləşdirilmiş qəribə və biabırçı elan mətnlərinin şahidi oluruq. Bu elanlarda daha çox evli kişilər boşanmış, dul, bir sözlə, azad qadınlarla tanış olmaq və münasibət qurmaq istədiklərini yazırlar. Adətən, belə saytlarda mənzilllərin alqı-satqısı, torpaq sahəsi, müxtəlif geyim və əşyaların elanları yerləşdirilir. Amma indi daha çox […]

QHT-KİV münasibətlərində meydana çıxan müasir tələblər yeni əməkdaşlıq modellərini formalaşdırır – Video

Qeyri-Hökumət Təşkilatlarının həyata keçirdiyi layihələr barədə ictimaiyyətin məlumatlı olması QHT-KİV münasibətlərindən birbaşa asılıdır. Bütün sahələrdə olduğu kimi, burada da müasir dövrün yeni tələbləri ilə ayaqlaşmaq lazımdır. Bunun üçün müxtəlif əməkdaşlıq modelləri haqqında düşünmək lazımdır. Turkustan.info xəbər verir ki, bu barədə oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi […]

Vüsal Quliyev: QHT jurnalistikasının inkişafı üçün geniş imkanlar mövcuddur

QHT jurnalistikasının inkişafı üçün geniş imkanlar mövcuddur. QHT.az xəbər verir ki, bu fikri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Quba rayonunda keçirilən “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfransda bildirib. V.Quliyev QHT jurnalistikasının inkişafı üçün geniş imkanların […]

Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verildi – FOTOLAR

Oktyabrın 4-də Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında yeni inşa edilmiş 13 otaqdan ibarət binanın istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə geniş tədbir keçirildi. Turkustan.info xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov yeni inşa edilmiş binanın açılışını bildirən rəmzi lenti kəsərək bütün sahələrdə olduğu kimi səhiyyə sahəsinə, […]

“Heydər Əliyevin silahdaşını təhqir edənlər ATV-dən getməliydi, getdi də” – Əli Həsənov

“Bir kanalda ardıcıl olaraq Arif Rəhimzadənin təhqir olunduğunu gördüm. Bu, yolverilməzdir. Ümummilli lider Heydər Əliyevin silahdaşı olan şəxsi təhqir edən şəxs vəzifəsindən getməliydi və getdi də”. Turkustan.info xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının […]

Ad günü münasibətilə Putinə həsr olunmuş videoçarx izlənmə rekordu qırır – VİDEO

Rusiya Federasiyasının prezidenti Vladimer Putinin 65 illiyi münasibəti ilə “Youtube”da onun haqqında musiqili çarx yayımlanıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Video müğənni Yeqor Krit və Molly-nin mahnısının əsasında qurulub. Putinlə yanaşı klipdə həm də, Almaniya kansleri Angela Merkel və ABŞ-ın hazırki prezidenti Donald Tramda da iştirak edir. Klip “Youtube”da günün […]

Türkiyədə Azərbaycanlı qadına qarşı vəhşilik – Təcavüz etdi, yandırdı… – VİDEO

İşləmək üçün Türkiyəyə gedən azərbaycanlı qadın təcavüzə məruz qalıb, üzərinə nitrat turşusu tökülüb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, 41 yaşlı, 2 uşaq anası Arzu İsmayılovaya qarşı bu hərəkəti borc pul istədiyi tanışı edib. Samsun Təhsil və Tədqiqat Xəstəxanasının yanıq mərkəzində müalicə alan A.İsmayılova ona qarşı bu hərəkəti edənin cəzalandırılmasını tələb […]

AŞ PA-nın payız sessiyasında Azərbaycanla bağlı iki məsələ müzakirə olunacaq

Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 8-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. Turkustan.info bildirir ki, Milli Məclisdən BakuPost.az-a verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael […]

Rəngli bayraqların arxasındakı qaranlıq dünya

Homoseksuallıq dedikdə hər kəsin ağlına eyni cinsin nümayəndələrinin qeyri-əxlaqi münasibəti gəlir. Düşünmürəm ki, indiki dövrdə bu barədə məlumatı olmayan insan olsun. Televiziya və radio kanalları, filmlər, kliplər, jurnallar və internet saytları vasitəsilə homoseksuallıq geniş miqyasda təbliğ edilir, dəstəklənir və insanlara normal hal kimi göstərilir. Bəs, görəsən, homoseksuallıq həqiqətən təbliğinə icazə […]

Qalmaqallı dərsliyin müəllifi danışdı – “Xəritədə göstərilən Armeniya…”

Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan”ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin […]

Toyda rəqs edən bəy biabır oldu – VİDEO

Hər kəsin həyatında ən önəmli günlərdən biri ailə qurduğu gündür. Bu gün hər kəs hər şeyin mükəmməl olması üçün çalışır. Bəzən ən maraqlı hadisələr də elə toy günü baş verir. 6 illik münasibətlərini rəsmiləşdirmək istəyən cütlüyün başına gələnlər kimi. Turkustan.info Publika.az-a istinadən həmin görüntüləri təqdim edir:

Bakıda alış-veriş bayramı başlayır

Şoppinq festival bir ay davam edəcək. Bakıda şoppinq festival başlayır. Turkustan.info-nun məlumatına görə, festival bir ay – noyabrın 15-dək davam edəcək.Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin […]

Azərbaycanlı müğənni ərini xəyanət edərkən yaxaladı

Azərbaycanlı müğənni Afət Fərmanqızı “Instagram” səhifəsində illər əvvəl xəyanətə uğradığı bildirib. Oxu.Az xəbər verir ki, o, Zaur Kamalın efirə göndərilən güllə bağlı danışdığı videonu paylaşaraq etiraf edib. “O göndərilən gül mənə aid deyil. Qısacası, mənə gül göndərən şəxs isə mənim sevgilim deyil! Sevgilim yoxdur. 11 ilimi verdiyim, ona görə sənətimi atdığım və axırda […]

Vikinq məzarlarından “Allah” və “Əli” yazıları çıxdı – FAKTLAR

İsveçdə IX əsrə aid vikinq məzarlarından üzərində “Allah” və “Əli” yazılan geyim və parça tapılıb. “Ölkə.Az” xəbər verir ki, yeni kəşflə bağlı Uppsala universitetinin Qədim dövr tarixi və arxeologiya bölümünün tədqiqatçılarından Annika Larsson danışıb. Alim bildirib ki, vikinqlər İslam dini və ölümdən sonra cənnətə əbədi yaşam inancından təsirlənmiş ola bilərlər. […]

Baş nazirin müavini dəhşətli qəzada öldü – FOTOLAR

Qırğız Respublikası baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzasında həlak olub. Turkustan.info xəbər verir ki, dövlət rəsmisinin də içində olduğu avtomobil Bişkek – Kara-Balta yolunda “KamAZ” markalı yük maşını ilə toqquşub. Oktyabrın 7-də baş verən qəzada nazir müavini ilə yanaşı, avtomobildə olan digər iki şəxs də vəfat edib.  /Yenicag.az/

65 yaşlı Putini prezidentliyə aparan 4-cü marafon

Bu gün Rusiya prezidenti Vladimir Putinin ad günüdür.  Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, V.Putin 65 yaşını qeyd edir.  Putin ad günlərini həmişə müxtəlif yerlərdə qarşılayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov deyib ki, bu gün Putinin Təhlükəsizlik Şurasının iclasını keçirəcəyi, daha sonra isə bir sıra liderlərlə telefon danışığı aparacağı gözlənilir. Peskov […]

Azərbaycan təhsilində BİABIRÇILIQ: tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq göstərilib – FOTO

“10-cu sinifləri üçün tarix dərsliyində “dənizdən dənizə böyük ermənistan”ın xəritəsi verilib”.  Turkustan.info A24.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Əməkdar jurnalist Azər Həsrət yayıb: “Təsəvvür belə etmək istəməzdim, amma baş verib. Təhsil Nazirliyi orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliyi nəşr etdirib. Dərslik məktəblərə də paylanıb. Naşir “Şərq – Qərb” nəşriyyatıdır. […]

Neftimiz yenə ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Turkustan.info xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,50 dollar ucuzlaşaraq 49,29 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,38 dollar azalaraq 55,62 dollar təşkil edib.    /BakuPost.az/

Məzuniyyətə gələcəyini gözləyirdilər, tabutunu aldılar – Aprel şəhidinin HƏYAT HEKAYƏTİ – FOTO

Vətəni qibləgah edən şəhidlər Günün günorta çağı İmranın telefon zəngi Güllü  xalanı narahat etmədi. Oğlu İmran Bakıdan zəng vurub, halını soruşdu. O da “ay bala, mənə heç nə olmayıb, elə təzə getmisən ki burdan, narahat olma, sağ-salamatam”,- deyə cavab verdi. Lakin dəstəyi asandan sonra, İmranın dizləri titrədi, qulaqları tutuldu, boğazı […]

Daha bir telekanalın rəhbərliyi dəyişdirilir? – İDDİA

Lider TV kanalının müflisləşmək üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb. Turkustan.info primetime.az-a istinadən xəbər verir ki, hazırda vəziyyəti gərgin olan telekanalın işçiləri artıq beş aydır ki, maaş almır. Kanal daxilində yayılan məlumatlara görə, artıq Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev də vəzifəsindən gedib. […]