Gün: Oktyabr 8, 2017

ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırdı

ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Turkustan.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda bildirilir. Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.

SSRİ haqqında 10 GİZLİ FAKT – VİDEO

70 il mövcud olmuş SSRİ haqqında faktlar həmişə maraq doğurub. SSRİ-də həyat, iş, qidalar, yaşayış tərzi və həyatın bütün sahələrinin necə olduğu haqda müzakirələr yəqin ki, gələcəkdə də aparılacaq. Turkustan.info Publika.az-a istinadən SSRİ haqda çox az adamın bildiyi 10 faktı təqdim edir: 1. II Dünya müharibəsi başa çatandan sonra Stalin əmr […]

İstiliyə görə daha az pul ödəyin – Bunları edin

Qaz və elektrik hesabınızı bir qəpik də artırmadan, otaqlarınızın daha çox qızdırılmasını təmin etmək mümkündür. Bunun üçün sizə kiçik bir “hiylə” təqdim edirik. Bir karton parçasına qalın aliminyum folqanı, parlaq qismi xaricdə qalacaq şəkildə bant vasitəsilə sarıyın. Hazırladığınız alminium folqalı kartonunuzu radiatorunuzun arxasına yerləşdırin. Turkustan.info saqlamheyat.az-a istinadən bildirir ki, beləliklə […]

Messiyə 400 milyonluq təklif — Futbol dünyası şokda

Messiyə yeni rekord təklif gəldi. İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın ulduzu Lionel Messinin transferi üçün rekord məbləğ ödəməyə hazırdır. Sözügedən məbləğ isə 400 milyon avrodur. Ölkə.Az xəbər verir ki, İngiltərə klubu mümkün transferlə bağlı bütün müvafiq sənədləri hazırlayıb. Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ilin yayında bitir.

Azərbaycanda dini radikalizmlə məşğul olan gizli mərkəzlər fəaliyyət göstərir – XƏBƏRDARLIQ

Terrorçuluq təkcə inkişaf etməmiş ölkələrdə kök atmayıb. Ən sivil dövlətlərdə belə, terrorçular yetişir və qanlı əməliyyatlar həyata keçirirlər.  Odur ki, Azərbaycanda da bu təhlükə mövcuddur. Bu səbəbdən təhlükəsizlik orqanları bu məsələlərə daha həssas yanaşmalı və çevik önləyici tədbirlər görməlidir. Müsbət məqamlardan biri odur ki, Azərbaycanda təhlükəsizlik orqanları bu məsələləri gündəmdə […]

Vahid İspaniyaya dəstək aksiyasına 950 min insan qatıldı

Bu gün Barselonada vahid İspaniyaya dəstək aksiyası keçirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Katalonya Vətəndaş Cəmiyyəti Assosiasiyasının təşkilatçı olduğu dəstək aksiyasına 950 min insan qatılıb. Aksiyada tək Barselona deyil, İspaniyanın müxtəlif şəhərlərinin sakinləri qatılıb. Aksiya iştirakçılarının əksəriyyəti İspaniya, Kataloniya və Avropa Birliyinin bayraqlarını dalğalandırıb. Aksiyada çıxış edən dramaturq, Nobel mükafatı […]

Suriyada iki vertolyot toqquşdu: 8 ABŞ əsgəri öldü

Suriyada iki helikopter toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hasaki rayonunda, Təl-Bayda düşərgəsində, qərbi torpaq bəndinin yerləşdiyi ərazidə baş verib. Məlumata görə, helikopter Əl-Bazalın şimalındakı aerodromdan qalxdıqdan sonra toqquşub. Qəza zamanı hər iki helikopterin heyəti, o cümlədən ABŞ-ın 8 gənc əsgəri həlak olub.

Qarabağ üçün “kürd ssenarisi”: İŞƏ SALINIR?

Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik” referendumuna ilk dəstək verənlərdən biri də Dağlıq Qarabağ separatçıları oldu. Belə ki, ilk olaraq qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi separatçıların müstəqilliyinə dəstək verdi. Bu günlərdə isə bəlli olub ki, Ermənistanı təmsil edən siyasətçi İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilən referendumda müşahidəçi kimi iştirak edib.“Referendumda” müşahidəçi […]

Milyarderlərin xanımları kimlərdi və nə işlə məşğuldurlar? – FOTOLAR

Hər kəsdə belə bir düşüncə var ki, milyarderlərin həyat yoldaşları yalnız gözəllik salonlarını, gecə klublarını gəzirlər. Amma realda necədir? Publika.az dünyanın ən varlı şəxslərinin həyat yoldaşlarının nə işlə məşğul olduğunu təqdim edir. Başlayaq Mark Zukerberqin həyat yoldaşı Prisçilla Zukerberqdən. Cütlük Harvardda təhsil adıqları müddətdən tanışdır. Prisçilla həmişə Marka və onun uğurlarına […]

AXTARIŞ VARSA…-Vaqif YUSİFLİ

Onun kəndi işğal altındadır. Son dəfə kəndin arxa tərəfində sıralanan qayanın üstünə çıxır, dönüb qəbiristanlığa tərəf baxır. Qulağına səslər gəlir: Bizi qoyub hara gedirsiniz, hara?! Bu səslərin içində atasının səsini lap aydınca eşidir: Ata, məzarını qoyub gəlmişəm, Bu dərd yandıracaq, yaxacaq məni. Səni itirmişdik, bu ağır bir dərd, İndi də […]

“O Ses Türkiye”yə qatılan azərbaycanlı münsifləri heyran etdi – VİDEO

Ötən gün “O səs Türkiyə” mahnı müsabiqəsinin növbəti mövsümünə start verilib. Turkustan.info day.az-a istinadən xəbər verir ki, müsabiqədə azərbaycanlı iştirakçı Adil Baxışlı “Unchained Melody” mahnısını səsləndirib və münsiflərdən Hadisə ilə Gökhanı özünə tərəf döndürə bilib. Hadisə onun səsinə valeh olduğunu bildirib və ifa tərzini Elnur Hüseynova bənzədib. A.Baxışlı isə Hüseynovla eyni müəllimdən dərs aldığını deyib. Gökhan Öztürk […]

Bu gün İdlib, sabah Afrin… – Türk ordusu PKK/PYD-nin işğal etdiyi Afrini mühasirəyə aldı

Türkiyənin İdlib əməliyyatından sonra PYD-nin işğal etdiyi Afrinə yönələcəyi bildirilir. Avropa.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərhəd boyunda yerləşən 10 mindən çox əsgər İdlibə qarşı geniş miqyaslı əməliyyat üçün əmr gözləyir. Türkiyə Silahlı Qüvvələri əməliyyat öncəsi müəyyən edilən 3 strateji nöqtəni prioritet hədəf kimi müəyyənləşdirib. Cümədən şənbəyə keçən gecə Azad […]

İsgəndər Həmidov: “Yəqin, o bu xəyalını barda oturanda qurub”

“Təbiətcə qorxaq adamdan böyük nələrsə gözləmək əbəsdir, Rəsul Quliyev ancaq hakimiyyət icazə verərsə Azərbaycana gələr…” Rəsul Quliyev vətənə qayıtmaq və seçkidə iştirak etmək istədiyini deyib. Bildirir ki, qayıda bilməsə belə prezidentliyə namizədliyini verəcək. Onun bu açıqlamasından sonra ətrafında gedən söz-söhbətlər getdikcə artır. Ən müxtəlif mülahizələr, iddialar, proqnozlar verilir. Hətta belə […]

Uşaqlarda erkən diş çürümələrinin qarşısını belə alın – PEDİATR MƏSLƏHƏTİ

Erkən yaşda əksər uşaqlarda dişlə bağlı müəyyən narahatlıqlar olur. Yeni diş çıxaran uşaqlar xüsusilə bu dövrdə çox narahat olurlar. Həmçinin yeni çıxan dişlərin az müddət sonra bəzi uşaqlarda çürüməsi də müşahidə olunur. Bu isə onlarda bir çox narahatlıqlara səbəb olur. Bəs erkən diş çıxarma zamanı narahatlıqları aradan qaldırmaq üçün nə […]

Bakıda qadının oğurluğu kameraya düşdü – VİDEO

Bakıda geyim mağazalarının birində oğurluq hadisəsi baş verib. Turkustan.info Azxeber.com-a istinadən xəbər verir ki, orta yaşlı bir qadın geyim mağazasına adi müştəri kimi daxil olub və geyimlərə baxmağa başlayıb. O, dəfələrlə satıcıdan geyimlərin qiymətini soruşaraq fikri yayındırmağa çalışıb. Satıcının məşğul olmasından istifadə edən qadın geyimlərdən birini gizlicə çantasına qoysa da, təhlükəsizlik […]

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış tarixi açıqlandı

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 30-da keçiriləcək”. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib. Qeyd edək ki, XİN başçıları arasında görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri […]

Aqrar Univetsitetdə gənc müəllimlərlə görüş ənənəyə çevrilib

Azərbaycan Dövlət Aqrar Universitetində gənc müəllimlərin sayının artırılması, elmi-pedaqoji kadrların işə cəlb olunması müasir dünyanın əmək bazarının çağırışlarına adekvat cavab verə bilən mütəxəssislərin hazırlanmasında əsas amillərdən biridir. Şübhəsiz ki, tarixən formalaşan müsbət təcrübələri, elmi məktəbləri qorumaq şərti ilə ali təhsil müəssisəsinin insan resurslarında gənclərin sayının arıtılması zamanın tələbindən irəli gəlir. […]

Qarabağ ən separatçı 5 konflikt sırasında

Kataloniyada baş verən hadisələrdən sonra müasir dünyada ən böyük separatçı münaqişələrin siyahısını açıqlanıb. Axar.az xəbər verir ki, Amerikanın “Blumberq” nəşrinin araşdırmalarına görə Qarabağ münaqişəsi ilk 5-likdə yer alıb. Siyahı Rayan Qriffitsin bir əvvəl nəşr olunmuş “Ayrılıq dövrü: dövlətlərin doğuşunun beynəlxalq və daxili determinantları” adlı kitabına əsasən tərtib olunub. Siyahıda çoxmilyonlu əhalisi […]

İranlı komandir Trampa meydan oxudu: “Hər bir Amerika əsgərini…”

İran İnqilab Keşikçiləri Ordusu SEPAH-ı terror təşkilatı ilə eyniləşdirən Amerika prezidenti Donald Trampa sərt reaksiya gəlib.  Cebhe.info xəbər verir ki, SEPAH komandiri Məhəmməd Əli Cəfəri Amerika prezidentinə meydan oxuyub: “SEPAH-ın terror təşkilatı kimi qəbul edilməsi axmaqlıqıdr”.  Komandir bildirib ki, əgər müvafiq qərar qəbul edilərsə, ölkəsi hər bir Amerika əsgərini İŞİD-lə eyni […]

Qubada QHT-KİV münasibətlərinə dair konfrans keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qubada “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirib. Turkustan.info xəbər verir ki, konfransda ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq […]

“8-ci kilometr bazarı”nda rəzalət: bazar dizə qədər çirkab içində – VİDEO

Aztəminatlı insanların alış-veriş üçün ən çox üz tutduğu məkanlardan biri “8-ci kilometr bazar”ıdır. Burada qiymətlər ucuz olmaqla yanaşı həm də məhsul bolluğu var. O cümlədən yüzlərlə insanın qazanc yeridir. Təəssüf doğuran məqam isə odur ki, burada yaşanan pərakəndəlik, anti-sanitariya ilə başa çıxmaq mümkün deyil. Alıcıların narazılığını nəzərə alaraq musavat.com-un müxbiri […]

Maşallah Əhmədov azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilərək 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış futbolçu Maşallah Əhmədov azadlığa çıxıb. Turkustan.info xəbər verir ki, Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, atası dünən, oktyabrın 7-də sərbəst buraxılıb. M.Əhmədov cəzasının 4-də üç hissəsini çəkdiyi üçün güzəşt edilərək vaxtından 2 ay əvvəl əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. T.Əhmədov bildirib ki, atasının […]

Rusiya: ABŞ Ərdoğanı aradan götürmək üçün… – SENSASİYALI İDDİA

ABŞ Türkiyənin müstəqil siyasət yürütməyindən narahatdır. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya parlamentinin nümayəndəsi Yenvegi Tarlo deyib. Rusiya telekanallarından birinə qatılan Tarlo bildirib ki, buna görə də ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı aradan götürmək üçün əlindən gələn hər şeyi edəcək: “Qərbin Rusiya və Türkiyəyə qarşı siyasəti […]

Asılılıq yaradan qidalar

Qidalarla bağlı araşdırma aparan mütəxəssislər bəzi yeməklərin beyinə mənfi təsir etdiyini və asılılıq yaratdığını ortaya çıxarıb.  Turkustan.info Publika.az-a istinadən asılılıq yaradan qidaların siyahısını təqdim edir: Mütəxəssislər asılılıq yaradan qidalara 1 ilə 7 arasında xal verib. Sevsək də, dadına baxmaqdan imtina edə bildiyimiz yeməklər 1 xalla, heç cür imtina edə bilmədiyimiz […]

Mənsimovdan Türkiyəyə 1.5 milyardlıq sərmayə

“Palmali Holding” şirkəti Türkiyənin gəmiçilik, turizm və tikinti sektoruna 1,5 milyard dollardan çox sərmayə yatırıb. Bunu şirkətin Direktorlar Şurasının rəhbəri, azərbaycanlı milyarder Mübariz Mənsimov (Qurbanoğlu) bildirib. Onun sözlərinə görə, bu gün dəniz ilə yükdaşımaları sahəsi heç də yaxşı dövrlərini yaşamır, lakin “Palmali Holding” 2019-2020-ci illərdə bu bazara çıxmağı planlaşdırır. “Palmali […]

Azərbaycanda arvadın döydüyü kişilər: Onlar üçün də sığınacaq açılacaq?

Zorakılıq deyəndə ağla ilk gələn qadın olur. Ona görə ki, ölkəmizdə əsasən qadınlar zorakılığa məruz qalır və məişət zorakılığı zərif cinsin nümayəndələrini hər yerdə, hətta küçədə də haqlaya bilər. Statistik rəqəmlərə görə, dünyada hər 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən 27-si şiddətlə üzləşir. Şiddətlə qarşılaşan hər […]

Rusiyanın məşhur müğənnisi “Azərbaycan” mahnısını oxudu – VİDEO

Rusiyanın Birinci kanalı SSRİ xalq artisti Sofiya Rotarunun Bakıda keçirilən Beynəlxalq Musiqi Festivalı “Jara-2017”də ifa etdiyi görüntüləri yayımlayıb. “A24.az”ın Rusiya mediasından əldə etdiyi məlumata görə, həmin müsiqi festivalında xalq artistinin 70 illik yubileyi də qeyd edilib. Qeyd edək ki, Bakıda keçirilən həmin yubiley gecəsində Sofiya Rotaru ilk dəfə “Azərbaycan” mahnısını […]

Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR – FOTO

Hər nə qədər “iki insanın bildiyi şey sirr deyil” desək də, dünyada sadəcə iki insanın bildiyi 7 sirr mövcuddur. Turkustan.info həmin sirləri təqdim edir. “Coca-Cola”nın tərkibi Bu içki bir çox markaları üstələyərək dünya lideri olmağı bacarıb. İçkinin nədən hazırlanması isə hər kəsin maraq dairəsindədir. Lakin tərkibin sirrini yalnız iki insan […]

Böyük müharibə yaxın saatlarda başlayır

Türkiyə şimaldan İdlibə hücuma hazırlaşır, müttəfiq qüvvələr İdlibə daxil olub, böyük müharibə yaxın saatlarda başlayacaq, İdlib Suriya münaqişəsinin taleyini müəyyən edəcək Türkiyə Suriyanın İdlib vilayətinə hərbi müdaxiləyə start verib. Hələlik Türkiyə ordusu Suriya sərhədlərini keçməsə də, son bir aydır ordu Hatay vilayətinin İdliblə sərhəd məntəqələrinə ordu və texnika toplayır. Son […]

Metro istifadəçilərin nəzərinə: 50 manat məbləğində cərimələnə bilərsiz

İctimai nəqliyyatda qaydaları pozan hər bir kəsə qarşı cərimə tədbiq olunur. Bu qayda metro istifadəçilərinə aiddir. Bəs, metroda Turkustan.info xəbər verir ki, hüquqşunas Asif Abdullayev metbuat.az-a açıqlamasında bildirir ki, cərimələrin miqdarı qadağan edilən hərəkətə görə dəyişir: 1. Stansiyaların vestibül, keçid, platforma, eskalator və vaqonların salonunu zibilləyən, yaxud həmin obyektlərin üzərində hər hansı […]

“Böyük Ermənistan” xəritəsinin “qəhramanı” barədə müdhiş xəbər: Nazirin dostu olub

“Azərbaycan tarixi” kitabında Azərbaycanı “Böyük Ermənistan”ın tərkib hissəi kimi xəritədə göstərən kitabın müəllifi Kamran Əsədov haqqında sensasion məlumat əldə edilib. Turkustan.info ölkə.az-a istinadən xəbər verir ki, K.Əsədov 3 il öncə dələduzluqda ittiham olunub. Belə ki, Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən K.Əsədovun qanunsuz hərəkətləri barədə Baş […]

Alman mütəxəssis millimizi aşağıladı: “Dəlisiniz?”

Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Berti Foqts yenidən millimizi xatırlayıb. Turkustan.info apasport.az-a istinadən xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq komandamız haqqında “t-online.de” portalındakı ənənəvi köşəsində bəhs edib. Foqts yığmamızın bu oyunda heç bir şansının olmadığını vurğulayıb: “Köşəmin sonunda bir zamanlar çalışdırdığım və Almaniya millisinin […]

Lotereyada 31 milyon UDDU

Kanadanın Ontario bölgəsində naməlum şəxs milli “Lotto Max” lotereyasında 31,3 mln. ABŞ dolları udub.  Unikal.org-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə lotereya təşkilatçılarının açıqlamasında bildirilir. Lotereya oyunu zamanı daha 1 bilet 347 min dollar, 101 bilet isə 3 min dollardan yuxarı uduş qazanıb. Uduşların ümumi məbləği 40 mln. […]

Azərbaycan millisi son oyunda Almaniya millisi ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək. Turkustan.info-nun “Report”a istinadən məlumatına görə, Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağı olacaq. C qrupunda 9 turdan sonra Bundestim 27 xalla 1-ci pillədə qərarlaşıb. Yoahim Lövün rəhbərlik etdiyi komanda Rusiyada keçiriləcək […]

AMANSIZ QƏTL: Əvvəl arvadını, sonra qayınanasını və qayınatasını GÜLLƏLƏDİ

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib. Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Aydıncık bölgəsində kişi boşanma ərəfəsində olduğu həyat yoldaşını, qayınatasını və qayınanasını ov tüfəngiylə qətlə yetirib. Cütlüyün 1,5 yaşında bir övladı var. Hadisə yerndən qaçan qatil sonradan sosial şəbəkədə canlı yayım edərək peşman olduğunu bildirib.

Kəlbəcərin Bağlıpəyə kəndində pomidor yetişdirən azərbaycanlı kimdir – ŞOK FOTOLAR

Kəlbəcərdə yetişdirilən pomidorlar Moskvanın iri meyvə-tərəvəz bazarlarında satışa çıxarılıb. Turkustan.info BakuPost.az-a istinadən xəbər verir ki, pomidorlar barədə məlumat olan kağızda məhsulun Kəlbəcərdə tam təbii üsulla yetişdirildiyi qeyd olunub. Əsas maraqlı məqam isə ondan ibarətdir ki, Kəlbəcər erməni işğalında olmasına baxmayaraq, pomidorların istehsalçısı kimi azərbaycanlı adı qeyd olunub. Fermerin adı Talıbov […]