TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
İsgəndər Həmidov: “Yəqin, o bu xəyalını barda oturanda qurub”
8 Oktyabr 2017 16:50
    baş manşet
İsgəndər Həmidov: “Yəqin, o bu xəyalını barda oturanda qurub”













“Təbiətcə qorxaq adamdan böyük nələrsə gözləmək əbəsdir, Rəsul Quliyev ancaq hakimiyyət icazə verərsə Azərbaycana gələr…”

Rəsul Quliyev vətənə qayıtmaq və seçkidə iştirak etmək istədiyini deyib. Bildirir ki, qayıda bilməsə belə prezidentliyə namizədliyini verəcək. Onun bu açıqlamasından sonra ətrafında gedən söz-söhbətlər getdikcə artır. Ən müxtəlif mülahizələr, iddialar, proqnozlar verilir. Hətta belə fikirlər də irəli sürülməyə başlayıb ki, 2018-ci il prezident seçkilərində Rəsul Quliyev müxalifətin vahid namizədi ola bilər. Lakin buna qarşı olanlar və hətta, Rəsul Quliyevin gəlməyəcəyini düşünənlər də var.

Turkustan.info xəbər verir ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a bu mövzu barədə açıqlamasında bildirib ki, o cür açıqlama verməsinə baxmayaraq Rəsul Quliyev gələsi deyil: “Yəqin ki, Rəsul Quliyev yenə də barda filanda oturub və əhvalı yaxşı olanda Azərbaycana qayıtmaq və seçkidə iştirak etmək xəyallarını qurub. O gəlməyəcək, kimlərsə onun bir açıqlamasından sonra ümidləniblərsə, boşuna ümid etməsinlər. Rəsul Quliyev o dərəcədə cəsarət sahibi deyil ki, hansısa təqib olunmağı, həbsə düşməyi gözə alsın və bunlardan çəkinməsin. 2005-ci ildə də deyirdi ki, türməyə düşsə də, ölüm təhlükəsi olsa da gələcək. Lakin Ukraynadan geri döndü, onu müdafiə edən çoxlu sayda insanlar isə burada məhrumiyyətlərə düçar qoyuldu, həbs edildi, döyüldü, işdən çıxarıldı. Təbiətcə qorxaq adamdan böyük nələrsə gözləmək əbəsdir. Rəsul Quliyev ancaq hakimiyyət icazə verərsə Azərbaycana gələr. Bu variantla gəlişinin mümkünlüyü və bu halda namizəd olması isə ayrı məsələdir. Bu cür gələcəyi halda onun namizədliyini müxalifətin müdafiə etməsi isə təbii ki, mümkün deyil.

Rəsul Quliyevin seçkidə iştirak etməsi və hətta müxalifətin vahid namizədi olmasını isə heç cür ağlıma sığışdıra bilmirəm. Əvvəla, qanunvericiliyə görə son on ildə Azərbaycanda yaşayan Azərbaycan vətəndaşı namizədliyini verə bilər. Rəsul Quliyevin müxalifətin vahid namizədi olması məsələsini ciddi şəkildə ortaya atsalar və müxalifət düşərgəsinə bu barədə müraciət etsələr, Milli Strateji Düşüncə Mərkəzində bu məsələni müzakirə edib hansı qərara gəldiyimizi elan edərik. Amma şəxsən mən İsgəndər Həmidov kimi Rəsul Quliyevin vahid namizəd olmasının əleyhinə olaram”.

Yuxarı Geri Başlağıc