Gün: Oktyabr 9, 2017

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız – Hüseyn xan Turqut

Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində dəfələrlə bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər.  1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi […]

Şaolin Federasiyasından pulsuz məşqlər – İLK DƏFƏ

Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin rəsmi üzvü Şaolin Döyüş Sənətləri Federasiyası Azərbaycanda ilk dəfə olaraq pulsuz kurslar təşkil edir. Federasiyadan Turkustan.info-ya verilən məlumata görə məşqlərlə bağlı 5 yaşdan yuxarı oğlan və qızlar müraciət edə bilər. Məşqlərin elanı ilə aşağıdakı lövhədə tanış ola bilərsiniz:

“Dindarların içində ağıl problemi olanlar var” – Fazil Mustafa

Sosial şəbəkələr hər kəsə açıqdır və əksəriyyət burada öz fikirlərini azad ifadə edə bilir. Ortaq düşüncəli insanların bir qrupda və ya səhifədə cəmləşdiyini və müəyyən çıxışlar etdiyini də görürük. Bu baxımdan sosial şəbəkələrdə ateistlər və dindarların da fəaliyyəti hər kəsə məlumdur. Öz növbəsində onları iki qismə ayırmaq olar. Dini radikal […]

Ərdoğan ABŞ-ın viza qadağasına MÜNASİBƏT BİLDİRDİ – Ukraynada

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın türk vətəndaşlarına tətbiq etdiyi qadağadan danışıb.    Ərdoğan ABŞ-ın qərarını üzücü sayıb: “Hər şeydən əvvəl üzücü bir qərardır. Xarici İşlər Nazirliyinin yetkililəri bu xəbəri eşidən kimi ABŞ-dakı həmkarları ilə əlaqə saxlayıblar. Nazirimiz qərarı mənə […]

Vaqif Əsədovdan sürücülərə – VACİB XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, yağış yağacaq. Turkustan.info-nun xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, havanın kəskin dəyişəcəyinə görə sürücülər yollarda mümkün qədər ehtiyatlı olmalıdırlar. Onun sözlərinə görə, hava şəraiti […]

Türkiyə və Rusiya arasında yeni mərhələ – S-400 istehsalı

Rusiya ilə Türkiyə arasında S-400 zenit raket komplekslərinin istehsal texnologiyasının Ankaraya verilməsi barədə mütəxəssislər səviyyəsində danışıqlar aparılıb. Turkustan.info xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb. Rusiyanın Türkiyə torpaqlarında S-400 istehsalı üçün texnologiyaları transfer etməsi barədə sualı cavablandıran Peskov, bu mövzu ətrafında təmasların və danışıqların davam etdiyini bildirib. Qeyd […]

AŞPA Nazirlər Komitəsi sədri Qənirə Paşayevanın təklifini dəstəklədi – FOTO

Bu gün AŞPA-da Nazirlər Komitəsinin sədri, Çexiyanın Xarici İşlər Naziri Lubomir Zaoraleke millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb. Turkustan.info xəbər verir ki, AŞPA-nın Azad Demokratlar Qrupu adından Nazirlər Komitəsinin sədrinə sualı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva verib. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mədəni irsin məhv […]

Azərbaycanda ömürlük məhbusların sayı açıqlandı – Ölkə həbsxanalarında nə qədər adam var?

Azərbaycandakı məhkumların sayı açıqlanıb. Hazırda Azərbaycanda 13758 nəfər şəxs məhkumluq həyatı sürür. Ümumilikdə 7918 nəfəri azadlıqdan məhrum edilmiş şəxslərdir. Onlardan 3463 nəfəri 2 ilə qədər, 2 517 nəfəri 2 ildən 5 ilə qədər, 1 474 nəfəri 5 ildən 10 ilə qədər, 454 nəfəri 10 ildən 20 ilə qədər, 10 nəfəri […]

Azərbaycanda 23 yaşlı hüquqşünas xanım yoxa çıxdı – FOTO

Olesya Yaqubova evdən çıxıb və geri qayıtmayıb Bakıda gənc qız yoxa çıxıb. Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün 23 yaşlı Olesya Yaqubova evdən çıxıb və geri qayıtmayıb. Onu son dəfə dünən metronun 28 may metrostansiyasının yaxınlığında görüblər. Onu bir qadın qolundan tutaraq dartırmış. O.Yaqubova evdən […]

Ata qızını baltaladı – Şəmkirdə dəhşət

Şəmkirdə ata qızına balta ilə ağır xəsarət yetirib. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. 1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Avropa qurumlarından Azay Quliyevə yüksək etimad: Seçkilər üzrə xüsusi əlaqələndiricisi təyin edildi

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə etmək üçün oktyabrın 10-da bu ölkəyə səfər edəcək.  Turkustan.info Milli Məclisin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azay Quliyev bu ilin avqustun 9-da ATƏT-in sədri və Avstriya Respublikasının xarici işlər […]

QMİ : Məhərrəm və Səfər aylarında toy qadağan deyil

“Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi deyil. Şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir”. Bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və Moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov bildirib. Şəriətdə halal və haram terminlərinin olduğunu xatırladan QMİ rəsmisi müstəhəb (bəyənilən əməl) […]

Türkiyə İdlibi fəth edəcək – Bəs sonra…

Azad Suriya Ordusu İdlibdə əməliyyatlara başlayıb. Əsas məqsədi “Heyet’ül Tahrir-i Şam”  terror qruplaşmasını buradan çıxarmaq olan əməliyyata Rusiya və Türkiyədən də dəstək gələcəyi deyilir. Turkustan.info bildirir ki, İdlibdə neytral zonalar yaradılması üçün Rusiya, İran və Türkiyənin  Astanada razılığa gəldiyi əməliyyatla bağlı fikirlərini A24.Az-la bölüşən politoloq Nazim Cəfərsoy bunu Türkiyə-Rusiya-İran arasındakı əməkdaşlığın nəticəsi kimi […]

MEK-də görkəmli geoloq Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə görkəmli alim, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib. 42 elmi əsərin, bir monoqrafiyanın müəllifi olan, xeyli sayda elmi kadrlar yetişdirən alimin əsərləri və şəxsi kitab kolleksiyasından seçmələr ailəsi tərəfindən MEK-ə hədiyyə edilib. MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin […]

Azercell-dən vətəndaşlara XƏBƏRDARLIQ

Son vaxtlar “Azercell Telekom” MMC tərəfindən güzəştli kredit kampaniyası çərçivəsində abunəçilərin istifadəsinə verilən mobil telefon (smartphone) cihazlarının 3-cü şəxslərə təkrar satılması üzrə sui-istifadə halları müşahidə edilir. Diqqətinizə çatdırırıq ki, belə cihazlara mülkiyyət hüququ müvafiq ödənişlər tam həcmdə həyata keçdikdən sonra əldə edilir  və bundan sonra özgəninkiləşdirilə bilər. Bu səbəbdən ödənişləri […]

Yeni elektrovozlarla Bakıdan Tbilisiyə daha tez çatmaq olacaq – FOTO

Fransanın “Alstom” şirkəti Belfor şəhərində “Azərbaycan Dəmir Yolları” QSC üçün ilk “Prima M4” sərnişin lokomotivini təqdim edib. Turkustan.info-nun məlumatına görə, 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” ilə imzalanmış lokomotiv tədarükü haqqında müqaviləyə əsasən Belfor zavodunda 10 “Prima M4” (AZ4A) sərnişin lokomotivi istehsal olunur. “Alstom”un Qərbi və Mərkəzi Asiya klasterinin direktoru Bernard […]

“Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük” – Prezident Əliyev

“Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan […]

Bakıda “ERMƏNİ TURİSTİ” döydülər – VİDEO

Bakıda gənclər erməni turistlərlə bağlı eksperment keçiriblər. Turkustan.info xəbər verir ki, erməni dilini bilən gənc vətəndaşlara yaxınlaşır və onlardan yol soruşur. Vətəndaşların əksəriyyəti isə gəncin erməni olduğunu və Bakı küçələrində gəzməsini adi qarşılayır. Amma bir qrup gənc oğlanın erməni olduğunu eşitdikdən sonra onu döyməyə başlayıblar. Həmin kadrları təqdim edirik:   /Missiya.Az/

Bakıda görünməmiş qanunsuzluq: Yol polisi parkomatın yanından maşınları apardı – VİDEO

Dövlət Yol Polisi İdarəsinin Bakıda Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasının əməkdaşları maşınları qeyri-qanuni şəkildə meydançaya aparırlar.   Lent.az-ın məlumatına görə, Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı parkomatların yanından 10-dan çox avtomobil qanunsuz olaraq cərimə meydançasına aparılıb. Sürücülər bildirir ki, müvafiq dövlət qurumun icazəsi ilə qoyulmuş […]

Türkiyə İdlibə daxil olub

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədini keçərək, İdlib əyalətinə daxil olub. Oxu.Az TASS-a  istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Oktyabrın 7-də Türkiyə Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası Suriyanın İdlib əyalətinə daxil olmaq üçün sərhədə yerləşdirilib. Onlar Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlət – Türkiyə, […]

DİQQƏT: Sabah 23 rayonda internet kəsiləcək

“Aztelekom” internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.   Turkustan.info bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.   Bu məqsədlə oktyabrın 11-i (10-dan […]

Bakıdakı masaj salonunda gizli çəkiliş: “Xanım sizi bir saat masaj edir, sonra…” – VİDEO

Masaj salonları adətən gənclərin diqqətini çəkir. Onlar öz pullarından keçərək bu cür əxlasız yuvaların qonağ olurlar. Turkustan.info  xəbər verir ki, Space TV əməkdaşları bir neçə masaj salonunda gizli çəkiliş aparıb.  Çəkiliş zamanı masaj salonun işçisi xidmət və şərtlər barədə özünü müştəri kimi təqdim edən TV əməkdaşına məlumat verib. Qeyd edək ki, bu […]

Azərbaycanlı gənc Rusiya kanalında millətini və müsəlmanları təhqir etdi – VİDEO

Rusiyanın “THT” kanalında azərbaycanlı gənc atasının timsalında həm azərbaycanlıları, həm də müsəlmanları təhqir edib. Turkustan.info-nun“A24.az”-a istinadən əldə etdiyi məlumata görə, 23 yaşlı Ruslan Həsənov “Açıq Mikrafon” yarışmasına qatılıb. Yarışmada iştirakçıya verilən vaxt ərzində studiyada əyləşən münsif və tamaşaçıları güldürməlisən. Çıxışına ilk olaraq atasından başlayan gənc sanki dedikləri ilə hansısa mesajı verməyə […]

Sürücülərin nəzərinə: Bu piyada özünü avtomobillərin altına atır – VİDEO

Bakıda yolda qəribə hadisə baş verib. Turkustan.info baku.ws-ə istinadən xəbər verir ki, Neftçilər metrostansiyasının yaxınlığında bir nəfər piyada özünü hərəkətdə olan avtomobilin qarşısına atıb. Kadrlardan da göründüyü kimi, piyada avtomobil yaxınlaşmamış özünü yerə atır. Bu yolla sürücülərə təzyiq edən şəxs dələduzluq edir və qazanc əldə etməyə çalışır. Ancaq bu dəfə piyadanın […]

Ərdoğanın Ukrayna səfəri başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya rəsmi səfərə yola düşüb. Turkustan.info xəbər verir ki, Ərdoğanla birlikdə xanımı Əminə Ərdoğan, Baş nazirin müavini Fikri İşıq, Baş Qərargah rəisi Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və başqa rəsmilərin də Ukraynaya getdiyi bildirilib. Ərdoğanın səfər çərçivəsində Ukrayna Prezidenti Pyotr Poroşenko ilə bir […]

Nərgiz Zakirova: ”Mənim bacım Ermənistan, əzizim İrəvan…” – VİDEO

Rusiyalı müğənni Nərgiz Zakirova Ermənistanda konsert verib. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, özbək əsilli ifaçı bu barədə sosial şəbəkədə məlumat yayıb. “Mənim bacım Ermənistan, əzizim İrəvan. Sən məni özünə heyran etdin. Bu sehirli gecəni heç vaxt unutmayacağam. Konsertə gələrək mənimlə sevgisini bölüşənlərin qarşısında baş əyirəm. Artıq neçə saatdır ki, sizinlə görüşümüz bitib, amma […]

Son iki damla yaşına dəyməyən yazı…

Çiçək Mahmudqızı   Aşıq Ədalətin haqqında yazını hamı yaza bilər, lap elə elə uşaqdan böyüyə hər kəs. Ən azından sinəsində cövlan eyləyən qara sazdanmı, cezvlənib çaldığı “Yanıq Kərəmi”dənmi ip ucu götürüb bir xatirəni çözüb də yazmaqdan asan nə var ki. Və bilənlər onu da yaxşı bilir ki, Dədə Ədalət, haqqında […]

Lukaşenko: “Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq”

“Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil”. Avropa.info-nun APA-ya istinadən məlumatına görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib. O bildirib ki, əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMTTŞ-nin heç bir qətnaməsini pozmur: “Biz suveren, müstəqil ölkələrik […]

Azərbaycanda pensiya və maaşlar ARTACAQ… – Yanvardan etibarən…

“Növbəti ildən əmək pensiyalarındakı artımlar hər zamankından daha çox ola bilər”. Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir qeyd edib ki, nazirlik pensiyaların məbləğinin indeksləşdirilməsi ilə bağlı layihəni ilin sonunadək Prezident Administrasiyasına təqdim etməyə hazırlaşır. İqtisadçı Natiq Cəfərli bildirir ki, həm təqaüd, həm də maaşlarda […]

Hava kəskin soyuyur – Temperatur 5-7 dərəcə düşəcək, yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17° isti, […]

Azərbaycanda daha bir dərs vəsaiti biabırçılığı – Bu dəfə Nizami Gəncəvi… – FOTO

Tarix dərsliyində Azərbaycanın “Böyük Ermənistan”ın tərkib hissəsində göstərilməsi biabırçılığının yaratdığı gərginlik aradan qalxmamış, bu sahədə daha bir neqativ hal aşkarlanıb. Turkustan.info Bakupost.az-a istinadən xəbər verir ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə […]

Alpaqut döyüş sənəti beynəlxalq etnospor konfederasiyasına təqdim olunub

7-8 oktyabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində, Türkiyə prezidentinin oğlu Bilal Erdoğanın rəhbərliyi altında Beynəlxalq Etnospor Konfederasiyasının toplantısı keçirilmişdir. Melumat-merkezi.az xəbər verir ki, toplantıda Türkiyə, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Türkmənistan, Tacikistan, İran, Qətər, Monqolustan, Rusiya (Buryatiya, Yakutiya) Ukrayna ölkələrindən olan nümayəndə heyəti iştirak etmişdir. Azərbaycanı bu mötəbər beynəlxalq tədbirdə Alpaqut […]

Mikayıl Cabbarov Prezidentə hesabat verdi

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı. Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat […]

Rusiya hərbi gəmilərini Xəzərə çıxardı

Sahildə, suda və havadakı hədəflərə atəş açılacaq. Rusiya Xəzər dənizində növbəti qəfil hərbi təlimlərə başlayıb. İstiPress-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bu gün səhər Rusiyanın Xəzər donanması həyacan siqnalı ilə qaldırılıb. 20-dən çox müxtəlif tipli hərbi gəmi bazalarını tərk edərək dənizə çıxıb. Təlimlərdə raket gəmiləri, kiçik raket gəmiləri və […]

Araz Qurbanov “Müsəlman ermənilər” haqda YAZDI

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) onilliyi ərəfəsində qurumun yeni nəşri – «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabı çapdan çıxıb. Turkustan.info xəbər verir ki, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma «erməni soyqırımı» […]

“Təhsil və Karyera” sərgisinin ən çox ziyarət edilən stendi

Yarandığı gündən tələbə və gənclərə hər zaman dəstək göstərən, onlarla bağlı müxtəlif sosial layihələr həyata keçirən Azercell Telekom MMC bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir. Azercell-in təşəbbüsü ilə istedadlı tələbələr üçün Barama proqramı reallaşdırılır, artıq neçə illərdir ki, şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində […]

Sükanı necə tutursunuz? – Maraqlı tiplər

Məlum olub ki, maşının sükanını tutmaq formasından asılı olaraq sürücünün xarakterini müəyyən etmək mümkündür.  Turkustan.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda Feysbukdakı avtotemir.az səhifəsində maraqlı material dərc olunub. Səhifə sükanı 8 fərqli formada tutan sürücülərin xarakterini araşdırıb. Həmin xüsusiyyətləri təqdim edirik: 1. Əgər sürücü maşını belə idarə edirsə, deməli […]

Xameneyi ilə azərbaycanlı uşağın dialoqu: “Sən türksən, ya farssan?” – VİDEO

İranın dini lideri azərbaycanlı qadına övladına turkcə öyrətməyi tövsiyə edib. İran ali dini liderinin şəhid ailələri ilə görüşü zamanı maraqlı anlar yaşanıb. Şəhid övladının gətirdiyi məktuba baxan ve uşaqla söhbət edən Ayətullah Seyid Əli Xameneyi uşaqdan Azərbaycan dilində “sən türksən, ya farssan”, deyə soruşur. Uşağın anası türkcə başa düşdüyünü, ancaq […]

Baş verən zəlzələ dünyanın iqlimini dəyişə bilər

Zəlzələnin buzlaqlara təsiri barədə hələlik məlumat yoxdur. Antarktida sahillərində 6,3 bal gücündə zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:48-də Ballen adaları ərazisində qeydə alınıb. Zəlzələnin buzlaqlara təsiri barədə hələlik məlumat yoxdur.  

Bu hərəkətlər III Dünya müharibəsinə gətirib çıxaracaq – ŞOK XƏBƏRDARLIQ

ABŞ prezidenti Donald Trampın hərəkətləri III Dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bunu respublikaçı senator, Senatın beynəlxalq məsələlər üzrə komitəsinin sədri Bob Korker “Nyu York Tayms” nəşrinə bildirib. Onun sözlərinə görə, Tramp öz administrasiyasınin işinə “Stajer” şəxsi şousuna oxşar realit-şou kimi baxır. Korker həmçinin Trampı […]

“ASAN xidmət”də nağdsız ödəniş imkanı yarandı

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı artıq təmin edilib. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. […]

Azərbaycanda İİV-ə daha çox bu şəxslər yoluxur

Azərbaycanda İİV-lə yaşayan 5269 nəfər rəsmi qeydiyyatdadır. Azərbaycanda İİV infeksiyasına yoluxma daha çox inyeksion narkotik istifadəsi nəticəsində olur. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika QİÇS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, İİV daşıyıcılarının 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də […]

Bakıda polislərdən qaçan şəxs özünü bıçaqladı

Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Hövsan qəsəbəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Səxavət Senzur oğlu fəaliyyət göstərdiyi marketdə qarın nahiyəsindən özünə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək, xəstəxanaya yerləşdirilib. Yaralı tibbi əməliyyatdan sonra hüquq-mühafizə orqanlarına bildirib […]

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR

lkələrin tarixi, hətta dünya tarixi, meydanlarda başlayan dirənişlər, etirazlar və nümayişlər bu gün çox dəyişib. Lakin azadlıq uğrunda mübarizə üçün etirazların edildiyi meydanlar bu gün tarixin şahidləridir. “A24.az” bir çox tarixi hadisələrə şahidlik edən meydanları təqdim edir: 1 – Misirin Tahrir tarixi meydanı – Qahirə Tahrir Meydanı Misirin paytaxtı Qahirədə yerləşən […]

Azərbaycanlı çoban “O səs Türkiyə”də – VİDEO

Neftçalanın Qaçaqkənd sakini, çobanlıq edərkən etdiyi ifa ilə məşhurlaşan Pərvin Səfərov “O səs Türkiyə” musiqi yarışmasına qatılıb. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Pərvin yarışmada “Nazəndə sevgilim” mahnısını ifa edib. Onun ifasını bəyən jürilərdən Hakan, Hadisə və Murad Boz onu komandasında görmək istəyib. Verilişin aparıcısı Acun Ilıcalı isə Pərvin haqqında məlumat […]

“Azersun”un rəhbəri Abdulbari Goozal: “Zərərə işləsək qiymətə əl atacam”

Bu gün Azərbaycan Sahibkarları Konfederasiyası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirib.   “Azersun” holdingin rəhbəri Abdulbari Goozal çıxış edib. O, mətbuatda onların əleyhinə qiymət artımı ilə bağlı dərc olunan yazılara münasibət bildirib.   “Elə məhsullar var ki, onlar yüz faiz yerli istehsaldır, lakin qablaşdırılması xaricdən gətirilir. Ona görə […]

Bakıda təqaüdçülərə iş vəd edən elanın sahibi kimdir?

Təqaüddə olanlar diqqət xəbərə! Bakıda bəzi ərazilərə elan vurulub. Pensiyaçıların işə dəvət olunduqları yazılıb. Bəs görəsən bu elanın reallıq payı nə qədərdir?  “Təqaüddə olan xanımları və bəyləri işə dəvət edirik” Bu elanı Bakının 20 yanvar və 3-cü mikrarayon dairələrinin ətrafında görmək olur. Sözügedən elanlar işıqdirəklərinə və ağaclara yapışdırılıb. Müəyyən bir […]