TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Ərdoğan ABŞ-ın viza qadağasına MÜNASİBƏT BİLDİRDİ – Ukraynada
9 Oktyabr 2017 22:51
    baş manşet
Ərdoğan ABŞ-ın viza qadağasına MÜNASİBƏT BİLDİRDİ – Ukraynada













Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın türk vətəndaşlarına tətbiq etdiyi qadağadan danışıb. 

 

Ərdoğan ABŞ-ın qərarını üzücü sayıb:

“Hər şeydən əvvəl üzücü bir qərardır. Xarici İşlər Nazirliyinin yetkililəri bu xəbəri eşidən kimi ABŞ-dakı həmkarları ilə əlaqə saxlayıblar. Nazirimiz qərarı mənə açıqlayanda dedim ki, Türkiyə hüquqi dövlətdir, qəbilə dövləti deyil. Onlar qərarda hansı mətni açıqlayıblarsa, biz də eynisini açıqlayaq. Məsələ bundan ibarətdir”.

 

Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.

 

Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb (Mia.az).

Yuxarı Geri Başlağıc