Gün: Oktyabr 10, 2017

Ən çox bu peşədə çalışan qadınlar həyat yoldaşlarına xəyanət edir – SİYAHI

Məşhur “Viktoria Mila” saytı “Ən çox hansı peşənin sahibi olan qadınlar həyat yoldaşlarını aldadır?” mövzusunda araşdırma aparıb.  Araşdırma yoldaşına xəyanət edən 5 min 658 qadın arasında keçirilib. Saytın araşdırmasına qatılan qadınların 65 faizi sevgililərini iş yerində aldadıqlarını deyiblər. Ümumumilikdə isə bu qadınların 85 faizi işdə münasibəti məsləhət görümür. Araşdırmanın nəticəsini […]

“Aprel şəhidləri”nin yolu gənclərə nümunə göstərilir – LAYİHƏ

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Aprel şəhidləri” ilə bağlı daha bir layihə gerçəkləşdirir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə 2016-cı ilin aprel döyüşlərinin şəhidləri və bu döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərin ictimaiyyətə  tanıdılmasına hesablanıb. Məqsəd xüsusən də gənclər arasında vətənpərvərlik və milli şüur hissinin gücləndirilməsi sahəsində maarifləndirilmə […]

Sabah Əliyev və Sarkisyan görüşəcək? – Dünyanın gözü Soçidə

Sabah Soçidə MDB və Avrasiya İqtisadi İttifaqının sammitləri keçiriləcək. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Sammitlər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün keçirilməsi gözlənilir. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetin iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə […]

Yanacaq sərfiyyatını necə azaltmaq olar? – VİDEO

Bir çox sürücülər xüsusi ilə də qış mövsümündə avtomobilin yanacaq sərfiyyatının artmasından şikayətlənir. Yanacağa qənaət etməyin bir sıra üsulları var. Bu qaydalara əməl edən sürücülər 40 faizə qədər yanacağa qənaət edə bilərlər. Xüsusi ilə də qış mövsümü ilə əlaqədar ustaların sürücülərə tövsiyələri var. Avtomobillərdə yanacaq sərfinə təsir edən bir sıra […]

1989-cu ildə Qız Qalası üzərində qaldırılmış üçrəngli bayraq – FOTO

1989-cu il mayın 28-də Bakıda Qız qalasının üzərində Azərbaycan Cümhuriyyətinin bayrağı bir neçə dəqiqəliyə də olsa yenidən dalğalandı. Bu dəfə bayrağı Qız Qalasının üzərinə qaldıran soydaşımız Faiq Həsənov idi.O, 1946-cı ildə Gəncədə anadan olub.Faiq bəyin bayrağın Qız Qalasına sancılması ilə bağlı xatirəsi: «Lazım olan parçanı əldə etdik, ancaq bayrağı tikmək […]

İsrail iki qonşu ölkə ilə müharibəyə hazırlaşır

Ölkənin şimalında yeni müharibə təhlükəsi təqdirində ölkə eyni zamanda həm Suriya, həm də Livana qarşı hərbi əməliyyatlar aparmalı olacaq. Bu açıqlamanı İsrailin müdafiə naziri Aviqdor Liberman verib. O bildirib ki, İsrail yeni silahlı münaqişənin baş verməməsi üçün əlindən gələni etməlidir. Eyni zamanda A.Liberman onu da vurğulayıb ki, “yeni Yaxın Şərq” […]

Ağ Evin “Ərdoğan hiddəti” püskürdü: Bu silah indiyədək istifadə olunmamışdı

Bu qalmaqal səfirliyin bir əməkdaşına qarşı irəli sürülən casus ittihamı ilə əlaqəli deyil.  Türkiyə və ABŞ bir-birilərinə qarşı viza qadağası tətbiq edib. Öncə ondan başlayaq ki, bu iki dövlət bir-birinə müttəfiq kimi yanaşır. Lakin “viza qalmaqalı” iki ölkənin qarşılıqlı münasibətlərində ciddi gərginlik yaradır. Qaydalara əsasən, hər bir ölkə diplomatik missiyasında […]

“Milli Park və Nobel prospektindən Xəzərə axıdılan çirkli suların qarşısı alınıb” – “Azərsu” sədri ilə MÜSAHİBƏ

Turkustan.info “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun yap.org.az saytına müsahibəsini təqdim edir: – Qorxmaz müəllim, 2017-ci ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən əhalinin içməli su təchizatının yaxşılaşdırılıması ilə bağlı bir sıra mühüm sərəncamlar imzalanmışdır. Öncə istərdik, bu sərəncamların əhəmiyyəti və onlardan irəli gələn məsələlərin icrası barədə fikirlərinizi bildirəsiniz. – […]

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürdü

YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, heç bir namizəd səs çoxluğu qazana bilməyib. Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb. Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 6 […]

18 manata YAĞ, 9 manata PENDİR, 12 manata ƏT… – NƏ YEYƏK?

Ölkələr arasında siyasi və ya digər səbəblərdən gərginlik yarananda ilk növbədə iqtisadi əlaqələrə son qoyulur.İdxal edilən məhsulların boykot edilməsi bəzi vətəndaşlar tərəfindən həmin dövlətləri cəzalandırmaq özü tətbiq edilməsi mümkün olan ən effektiv “qisas variantlarından” biri hesab edilməkdədir.Boykot etirazın qeyri-zorakı formasıdır və istər sosial, istər də siyasi problemlərin dinc həlli vasitəsi […]

Qənirə Paşayevadan AŞPA-da İordaniyaya dəstə nitqi

Millət vəkili Q.Paşayeva AŞPA-da İordaniya ilə bağlı müzakirələrdə azərbaycanlı köçkünlərdən də danışıb və çoxlu sayda köçkünü olan ölkələrə dəstəyi artırmağa çağırıb. Turkustan.info xəbər verir ki, millət vəkili Q.Paşayeva bu gün AŞPA-da “Evaluation of the partnership for democracy in respect of the Parliament of Jordan”adlı qətnamə layihəsinin müzakirəsi zamanı “Azad Demokratlar […]

Prezident yeni Fond yaratdı – FƏRMAN

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan tarixən çoxkonfessiyalı məkan olmuşdur. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilmişdir. Hazırda Azərbaycan nəinki Cənubi […]

Şərq münəccimlərindən hər bir BÜRC haqqında ÜÇ VACİB MƏSLƏHƏT

Şərq filosofları və münəccimləri hesab edir ki, Kainat bütün zodiak işarələri üçün öyrənməli olduğu üç ən mühüm dərs hazırlayıb. Odur ki, hələ qədimdən insanlara məlum olan Kainat qanunlarını öyrənməyə dəyər. Bu qanunların başlıca məğzi ondan ibarətdir ki, həyatınızda hər şey elə-belə deyil, siz necə istəyirsinizsə, o cür də baş verir. […]

Kəlbəcərdən gəlmiş bir kəndçi balasını ürəyinizə yaxın buraxdınız… Moskvadan Əjdər Ağayevə

Moskvadan Azərbaycan pedaqogikasının görkəmli nümayəndəsi Əjdər Ağayevə təbrik məktubu   Əziz və hörmətli Əjdər müəlliim! Bu gün Sizin  ünvanınıza göndərilən bütün təbriklərə qoşuluram. Bütün dostlarınız kimi, mən də Sizi Moskvadan əlamətdar 80-illik yubileyiniz münasibətilə  səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar diləyirəm! Əziz Əjdər müəllim, […]

Mehriban Əliyeva anasının məzarı başında – FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb. Turkustan.info xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb. Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban […]

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu – “Kitabı ruslar hazırlayıb”

Azərbaycanın orta məktəblərinin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yol verilən xəritə səhvi ölkəmizdə olduğu kimi Türkiyədə də böyük rezonans doğurub. Gün ərzində bir sıra KİV-lərdə “Türkiyə xəritəsi ortalığı qarışdırdı” kimi oxşar başlıqlı xəbərlər tirajlanıb, dərsliyə etiraz edilib. Qeyd olunub ki, kitabda yer almış xəritədə uydurma […]

Ermənistan ordusunun daha bir əsgəri müəmmalı şəraitdə öldü

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb. Ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın halı daha da pisləşdiyindən həkimlər onun həyatını xilas edə bilməyib. Müəmmalı şəraitdə xəsarət alan buldozerçi Murad Ovanesyan qısa müddət ərzində xəstəxanada […]

Xanım iştirakçı kişi münsiflərin ağlını başından aldı – VİDEO

Ötən gün “O ses Türkiye” mahnı yarışının növbəti buraxılışı yayımlanıb. Turkustan.info xəbər verir ki, 25 yaşlı Seren adlı qız iştirakçının ifasını bəyənən Gökhan onu görüncə çaşqınlıq içində nə deyəcəyini bilməyib. Seren “Çox gözəldir” deyərək həyəcandan yerində dayana bilməyən Gökhanın komandasına qoşulub.

Trampın arvadları arasında qalmaqal — ABŞ-ın birinci xanımı kimdir?

ABŞ prezidenti Donald Trampın birinci arvadı İvana yeni açıqlama verib. Turkustan.info “Ölkə.Az”-a istinadən xəbər verir ki, Trampın sabiq həyat yoldaşı intervyuların birində bildirib ki, ABŞ-ın birinci xanımı odur. İvana qeyd edib ki, hər zaman Ağ Evə zəng edə bilmə imkanı var. Amma o, bu imkandan istifadə etmir. Çünki telefona Melaniya cavab […]

Erməniləri qorxudan “rus planı”

Azərbaycanın Qərblə münasibətlərinin gərginləşməsi Kremli hərəkətə gətirib Kremlin ideoloqu kimi tanınan “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin Ermənistan mediasına açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsinin müzakirə olunacağını bildirdi.Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi mətbuatda “Lavrov planı” adlandırılan Rusiyanın planı üzrə həll edilə bilər. “Fikrimcə, prezidentlərin görüşünün indi […]

“Bu faktorlar Ermənistanın bir dövlət kimi məhvini daha da sürətləndirəcək” – ŞƏRH

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox mövzularla bağlı önəmli mesajlar verdi. Dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri isə rəsmi Bakının ardıcıl və qətiyyətli mövqeyini növbəti dəfə ortaya qoydu. Azərbaycanın ərazi […]

Rəsul Quliyev ölkəyə gəlsə, Sərdar Cəlaloğlu onu DƏSTƏKLƏYƏCƏK

Milli Məclisin sabiq sədri, 21 ildir ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev gələn il Azərbaycana qayıtmaq və 2018-ci il prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Hətta sosial şəbəkələrdə qeyd edilib ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da seçkilərdə Rəsul Quliyevi dəstəkləyəcək.   Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) […]

Günəşdə nə baş verir?

Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlməsinin təsirinin oktyabrın 11 və ya 12-dən başlayaraq müşahidə ediləcəyi gözlənilir. Turkustan.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Trend-ə deyib ki, Gündüz ulduzumuz olan Günəşin səthində daim tac dəlikləri formalaşır. Onun sözlərinə […]

III və IV Dünya müharibəsinin tarixi – Nostradamusun öncəgörmələri – FOTOLAR

Tarixin ən məşhur münəcciminin gördükləri. Tarixin ən məşhur fransalı həkim və münəccimi olan Nostradamus əsrlər öncə baş verəcək hadisələrlə bağlı doğru proqnozları ilə tanınıb. Onun dedikləri arasında artıq özünü doğruldan proqnozları da kifayət qədər çoxdur. Nostradamusun kəhanətləri tarixin ən çox müzakirə edilən mövzuları arasında heç nədən yer almayıb.1503-1566-cı illərdə yaşayan kahinin öncəgörmələri əslində […]

Azərbaycanın “İsgəndər”dən güclü hücum silahı

Yeni silahlar Qarabağ münaqişəsini qısa müddətdə tam qələbə ilə başa çatırmağa yardım edəcək. Rusiya mətbuatı Azərbaycanın Belarusdan “Polonez” ağır reaktiv yaylım atəşi sistemləri almaqla bağlı razılaşdığını yazır. İstiPress-in məlumatına görə, razılaşma Azərbaycan müdafiə naziri Zakir Həsənovun Minskə bu günlərdə etdiyi səfər zamanı əldə edilib.Azərbaycanlı nazirlə söhbəti zamanı Belarus lideri Aleksandr […]

İdlibdə toqquşma başlandı: Türkiyə əlavə qüvvə göndərdi – VİDEO

Türkiyə ordusunun əməliyyat keçirdiyi İdlibdə silahlı toqquşma başlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Hatay bölgəsi ilə sərhəddə yerləşən İdlibin sahil ərazisində Azad Suriya Ordusu ilə Heyet Tahrir el-Şam təşkilatı arasında qarşıdurma başlanıb. Digər tərəfdən, Türkiyə İdlib əməliyyatına dəstək üçün sərhəd postuna əlavə hərbi qüvvə və texnika göndərib.  

Şimali Koreyadan yeni nüvə sınağı XƏBƏRDARLIĞI – Yaxın günlərdə

Şimali Koreya oktyabrın 10-dan 18-dək növbəti nüvə sınaqlarını keçirə bilər. Məlumata görə, bu gün Pxenyanda hakim Əmək partiyasının yaranmasının ildönümü qeyd olunur. Oktyabrın 18-i isə Çində Kommunist partiyasının XIX qurultayı öz işinə başlayır. Cənubi Koreya televiziyasının məlumatına əsasən, bu müddət ərzində Pxenyanın “hərbi təxribat” törətmək ehtimalı böyükdür. Bununla əlaqədar olaraq […]

Mətbuat Şurasının təmsilçiləri Budaqpeştə yola düşürlər

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək illik toplantısına qatılacaq. Turkustan.info xəbər verir ki, oktyabrın ayının 11-dən 13-dək keçiriləcək toplantıda MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti […]

Milli Qəhrəman Sərdar Səfərovun xatirəsinə həsr olunmuş anım tədbir keçirildi

7 oktyabr 2017-ci il Abşeron Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi” adlı layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədəd oğlu Səfərovun […]

Əvvəlcə dostunun arvadı ilə xəyanət etdi, sonra hamilə arvadını armaturla döydü – VİDEO

Bakıda kişi hamilə arvadını armaturla döyüb. Turkustan.info xəbər verir ki, ARB TV-nin efirində yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” verilişinə övladlarını illərdir görməyən ata müraciət edib. Onun dediklərinə görə, həyat yoldaşı 3 uşağı ilə birlikdə evi tərk edib. Verlişin gedişatında isə məlum olub ki, həyat yoldaşı evi özü tərk etməyib.  Döyülən […]

Müdafiə Nazirliyinin polkovniki qəfildən vəfat etdi

Azərbaycanın ehtiyatda olan polkovniki qəfildən dünyasını dəyişib. Turkustan.info BakuPost.az-a istinadən xəbər verir ki, Mirzəyev Muxtar Namiq oğlu dünən gecə 52 yaşında, ürək tutmasından vəfat edib. M.Mirzəyev uzun illər Müdafiə Nazirliyində yüksək postlarda xidmət edib, müharibə vaxtı döyüşüb. O, hərbi hissələrin birində general Rövşən Əkbərovun müavini, sonra Azərbaycan Respublikasının Hərbi Komissarlığında müavin, daha […]

ABŞ Türkiyəyə qarşı hərəkətə keçdi – Gərginlik davam edir

ABŞ yenidən Suriyanın İdlib şəhərindəki Əl-Qaidə terror təşkilatına bağlı olan qruplara dəstək verməyə başlayıb. Turkustan.info xəbər verir ki, ABŞ Nüsra cəbhəsinə 2 aylıq fasilədən sonra maddi yardımlar göndərib. ABŞ-ın məhz Türk Silahlı Qüvvələrinin Rusiya ilə ortaq başlatdığı İdlib əməliyyatının ardınca yardım göndərməsi xüsusi diqqət çəkib.  /Publika.az/

Pambıq sahədə məhv olur: Yığan tapılmır – VİDEO

Tərtərdə pampıq sahədə məhv olmaq üzrədir. Turkustan.info bildirir ki, Cəbhə.info-nun bölgə müxbirinin xəbərinə görə, rayonun Qazıyan kəndində 300 hektara yaxın pambıq tarlasında məhsul yığılmamış qalıb.  Artıq tarlada qalan məhsul  məhv olmaq üzrədir. Sakinlərin bildirir ki, əsas problem pambıqyığan maşının çatışmazlığıdır.  

“İnsan 50-dən sonra hər şeyə incəliyi ilə yanaşır” – Akif Nəsirovla MÜSAHİBƏ

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. – Akif müəllim, necəsiniz?   – Çox sağ olun, yaxşıyam. –Zatən gümrah görünürsünüz, iş baxımından vəziyyətiniz necədir?   – “Mən yaxşıyam” deyəndə, hamısını nəzərdə tuturam. Həyat baxımından da, iş baxımından da hər şey yaxşıdır. – Parlamentin plenar iclaslarında, […]

“Silin məni futboldan” – Rəşad Sadıqov qəzəbləndi – VİDEO

Azərbaycan futbolunun önəmli simalarından olan Rəşad Sadıqov ötən gün “CBC Sport” telekanalında yayımlanan “Bizim futbol” verilişinin qonağı olub. Turkustan.info xəbər verir ki, milli karyerasını başa vuran “Qarabağ”ın kapitanı önəmli açıqlamaları ilə yadda qalıb. O, veriliş zamanı millidə baş verən hadisələrdən, vaxtı ilə Şahin Diniyev tərəfindən yığmadan uzaqlaşdırılmasından danışıb.  /Yenicag.az/

Bakıda ər arvadını güllələyib

Bakıda ehtiyatsızlıq faciə ilə nəticələnib.   Turkustan.info bildirir ki, Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Kərimov Həbib Yusif oğlunun odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Kərimova Səbinə Fərhad qızının qarın nahiyəsinə dəyib.   S. Kərimova […]

Miqrantların cəmiyyətə inteqrasiyasının problemləri və perspektivləri nəzərdən keçirilib

Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan miqrantların cəmiyyətə inteqrasiyası məsələsi son illər Azərbaycana gələn miqrant axını fonunda həm maraqlı, həm də mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən “Həyat” Humanitar Dəstək İctimai Birliyi Dövlət Miqrasiya Xidmətinin Bakı regional miqrasiya idarəsində “Miqrantların cəmiyyətə inteqrasiyası: problemlər və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil edib. […]

Naxçıvandan İrəvana hücum qorxusu

“Azərbaycanın Qarabağda növbəti hücumu çaşdırıcı manevr ola bilər” Erməni hərbçisi, general-leytenant Norat Ter-Qriqoryans Naxçıvandan qorxub.Onun sözlərinə görə, Azərbaycanın Qarabağda növbəti hücumu çaşdırıcı manevr ola bilər, Azərbaycanın əsas məqsədi Naxçıvan tərəfdən İrəvana zərbə vurmaq olacaq. General 1990-cı illərdə Naxçıvandakı Azərbaycan hərbçilərinin peşəkarlığına, igidliyinə və cəsarətinə əmin olub. Ermənilərin onda yüksək mövqeləri […]

Bazarda ucuz və sağlamlığa təhlükəli kərə yağları satılır – Rəsmi xəbərdarlıq

Ölkədə ərzaq məhsullarının keyfiyyətinə nəzarəti kim və necə həyata keçirir? Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirmiş oldu. Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm […]

Azərbaycanlı uşaqlar İraqdan niyə gətirilmir? – Açıqlama

Valideynləri İŞİD-ə qoşulan azərbaycanlı uşaqlar Abdulla və Xədicənin Azərbaycana gətirilməsi üçün danışıqlar davam etdirilir. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. H.Hacıyev bildirib ki, həmin şəxslərlə uşaqlar arasındakı qohumluq əlaqələrinin müəyyən edilməsi istiqamətində dəqiqləşmələr aparılır, zəruri addımlar atılır. Azərbaycanın İraqdakı səfirliyi də məsələni daim […]

Dünya futbolunda rekord: Futbolçu bir oyunda 21 qol vurdu

Futbol üzrə İsveç çempionatında dünya rekordu təzələndi. Oxu.Az xəbər verir ki, “Eskilstuna” – “Estermalm” görüşündə bir futbolçu 21 qola imza atıb. Belə ki, birincilərin 28:3 hesabı ilə qalib gəldiyi oyunda hücumçu Sebastyan Niqard 21 dəfə qol sevinci yaşayıb. O, matçdan sonra nəticəsindən özünün də təəccübləndiyini bildirib: “10-cu qoldan sonra hesabı […]

Erməni-rus ordusu çətin durumda: Moskva nə edəcək?

Rusiya-Ermənistan vahid ordu qruplaşması Moskvanın Cənubi Qafqazda öz önəmli rolunu göstərmək üçün təşkil etdiyi piar aksiyasıdır. Turkustan.info xəbər verir ki, bu sözləri “Haqqın.az” saytına açıqlamasında rusiyalı politoloq Leonid Radzixovski söyləyib. Onun sözlərinə görə, bu razılaşmanın sadəcə adından başqa heç nəyi yoxdur: “Məsələ ondadır ki, Rusiyanın vahid ordu qruplaşmasının modernizasiyası və genişlənməsi üçün vəsaitləri […]

Tarix kitabına Ermənistan xəritəsini kim saldı?

Təhsil Nazirliyinin dəsrlik şurası “Dənizdən-dənizə Böyük Ermənistan” xəritəsindən xəbərsizdir. “Xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edirəm. Ancaq bunun məkrli məqsədlərlə edildiyini də istisna etmirəm”.  İstiPress-in məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə […]

Nizamini fars şairi kimi təqdim edənlər cəzalandımı? – Dəftərlər satışdan yığışdırıldı…

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi kimi təqdim olunduğu dəftərlər satışdan yığışdırılıb. Bu barədə məlumatı BakuPost.az-a dəftərləri çap edən “Oyal” şirkətindən verilib. Bildirilib ki, çap məhsulunda mətnlərə cavabdeh olan şəxs vəzifəsindən uzaqlaşdırılıb. Amma dünən şirkətin İctimaiyyətlə Əlaqələr üzrə şöbə müdiri Şəhanə Sarı da məsələ ilə bağlı yazılı məlumat yayaraq, […]

Şəkidə polis əməkdaşı intihar etdi

Şəkidə polis əməkdaşı intihar edib. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etməsi məlum olub. Məlumatda bildirilir ki, polis […]

Azərbaycanda üçəm qız dünyaya gəldi – Zeynəb, Zəhra, Rüqəyyə – VİDEO

Zeynəb, Zəhra, Rüqəyyə… Turkustan.info bildirir ki, İbayevlər ailəsi dünyaya gələn üçəmin sevincini yaşıyır. Abşeron rayonun Saray qəsəbəsində yaşayan ailənin indiyə kimi bir qız övladları olub. Uşaqların anası Könül İbayeva deyir ki, İkinci hamiləliyi zamanı həkim nəzarətindən keçən zaman bu dəfə üçəm gözlədikləri məlum olub. Özüdə hər üçü qız. İndi bu […]

Xatirələrdə yaşanan ömür

Ölüm əbədiliyə gedən yollardan biridir. Ancaq bu yol hər kəsə qismət olmur. Əbədilik qazanan insanlar hər fəsil, hər il yenidən doğulur. İnsan sevgisini qazanan kəslər hər zaman qəlb və yaddaşlarda yaşayır. Onlar dünyadan köçürlər ki, yedin doğulsunlar, yaşayırlar ki, yaratsınlar, əziyyətə sinə gərirlər ki, insanlar onlardan bəhrələnsinlər. Ölüm belə insanları […]