TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
1989-cu ildə Qız Qalası üzərində qaldırılmış üçrəngli bayraq – FOTO
10 Oktyabr 2017 22:18
    baş manşet
1989-cu ildə Qız Qalası üzərində qaldırılmış üçrəngli bayraq – FOTO













1989-cu il mayın 28-də Bakıda Qız qalasının üzərində Azərbaycan Cümhuriyyətinin bayrağı bir neçə dəqiqəliyə də olsa yenidən dalğalandı. Bu dəfə bayrağı Qız Qalasının üzərinə qaldıran soydaşımız Faiq Həsənov idi.O, 1946-cı ildə Gəncədə anadan olub.Faiq bəyin bayrağın Qız Qalasına sancılması ilə bağlı xatirəsi: «Lazım olan parçanı əldə etdik, ancaq bayrağı tikmək üçün dərzi tapa bilmirdik. Qız Qalasında dalğalanacaq həmin bayrağı bir ayaqqabı ustasına tikdirməyə məcbur olduq. Ayın 27-si səhərə kimi həmin usta bayraqdan 4 nüsxə tikdi. Tələsiklik, milli dövlətimizin bayrağı haqqında o vaxta qədər təsəvvürlərin olmaması, üstəgəl də yorğun ustanın gecə işləməsi bir yanlışlıqda özünü göstərdi: səhər məlum oldu ki, usta qırmızı rənglə yaşıl rəngin yerini səhv salıb, yəni yaşıl rəng qabağa keçib. Amma artıq gec idi. Mayın 28-də nə olur olsun, həmin bayrağı Qız Qalasına sancmağa qərar vermişdik. Fotoqraf bayrağın Qız qalası üzərində dalğalanmasını çəkməli idi. O, artıq ayın 28-i səhər tezdən hazır idi. İki nəfər aşağıda durmuşdu ki, mənim yuxarıya çıxmağım üçün xüsusi problem yaranmasın. Yuxarıya çıxdım, bayrağı Qız qalasının üzərində dalğalandırmağa başladım. İki nəfər milis, bir zabit gəldi, aşağı düşməyi əmr etdilər. Anlayırdım ki, yersiz mübahisə fayda verməyəcək. Aşağı düşdüm, Qız qalasının qarşısındakı meydanda artıq bu hadisədən xəbərdar olan adamların yığışdığını gördük. Bayraq əlimizdə idi və onu hələ qaldırmamışdıq. Getdikcə adamların sayı artırdı. Fikirləşdik ki, camaatın sayının artması bizim nəsə bir söz deməyimizə imkan yarada bilər. Bayraq qaldırılan kimi Mənsur Əlisoy çıxış etdi, onun ardınca da çıxışlar oldu. Qərarlaşdıq ki, bayrağın ələ keçməsinə qətiyyən imkan verməyək, hər kəs bayrağa qarşı təhlükə yarandıqda onu mümkün qədər irəli ötürsün. Elə də oldu. Hizaminin heykəlinə doğru yaxınlaşanda artıq ətrafımızdakı adamların sayı artmağa başlayırdı. Elmlər Akademiyasının Rəyasət Heyətinin qarşısında böyük bir kütlə əmələ gəlmişdi. Əvvəlcədən qət elədiyimiz kimi Mərkəzi Komitənin binasına doğru yürüş başladı. Artıq 3-4 min adam olardı. Təşvişə düşən hökumət rəsmiləri Filarmoniyada tədbir keçirməyi təklif etdi, amma toplaşan insanlar onların istəyinə qulaq asmadı. Bu zaman bizə milis dəstələri hücum etdi, bayrağı ələ keçirdilər, çoxlu həbslər oldu. Həmin gün 500-dən çox adam həbs olunmuşdu. Amma çətinliklə də olsa, insanlar Mərkəzi Komitənin qarşısına gedə bildi, mitinq başlandı. Bu zaman hakimiyyət qarşısında üç şərt irəli sürüldü: həftənin sonuna kimi həbs olunanların azad olunması; Azərbaycanın dövlət bayrağı kimi üçrəngli milli bayrağın qəbul edilməsi, Azərbaycan Demokratik Cümhuriyyəti haqqında obyektiv televiziya verilişlərinin hazırlanması tələbi. Hakimiyyət bu tələblərdən çox qorxuya düşmüşdü. Çox keçmədi ki, tələblər yerinə yetirildi».

Yuxarı Geri Başlağıc