TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
“Milli Park və Nobel prospektindən Xəzərə axıdılan çirkli suların qarşısı alınıb” – “Azərsu” sədri ilə MÜSAHİBƏ
10 Oktyabr 2017 22:06
    baş manşet
“Milli Park və Nobel prospektindən Xəzərə axıdılan çirkli suların qarşısı alınıb” – “Azərsu” sədri ilə MÜSAHİBƏ













Turkustan.info “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun yap.org.az saytına müsahibəsini təqdim edir:

– Qorxmaz müəllim, 2017-ci ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən əhalinin içməli su təchizatının yaxşılaşdırılıması ilə bağlı bir sıra mühüm sərəncamlar imzalanmışdır. Öncə istərdik, bu sərəncamların əhəmiyyəti və onlardan irəli gələn məsələlərin icrası barədə fikirlərinizi bildirəsiniz.

– Əvvəlcə qeyd etmək istərdim ki, əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, onların kanalizasiya xidmətləri ilə təmin olunması sosial siyasətin əsas hədəflərindəndir. Cənab Prezident İlham Əliyevin  hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən son illər Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə işlər hazırda da davam etdirilməkdədir. Ümumilikdə götürsək, 2017-ci ilin ötən dövrü su təsərrüfatı sektoru üçün mühüm hadisələrlə müşahidə olunmuşdur.

Cari ilin martında cənab Prezidentin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” imzaladığı sərəncam xüsusi qeyd olunmalıdır. Sərəncama əsasən, 28  rayonun 170 yaşayış məntəqəsinin su təchizatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu layihələr çərçivəsində 271 min kənd sakini keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Məlumat üçün deyim ki, şəhər və rayon mərkəzləri ilə müqayisədə kəndlərin su təchizatının aparılması xüsusi yanaşma tələb edir. Belə ki, kəndlərin layihələri hazırlanarkən onların yerləşdiyi ərazilər, su mənbələrinə yaxınlığı, infrastruktur imkanları diqqətlə araşdırılır. Bunlar nəzərə alınaraq mütəxəssislərimiz tərəfindən qısa müddətdə layihələr işlənilmiş və may-iyun aylarında tikinti-quraşdırma işlərinə başlanılmışdır.

Layihələrə əsasən bu kəndlərdə ümumi uzunluğu 531 km olan su xətlərinin tikintisi, 1400-ə yaxın bulağın quraşdırılması nəzərdə tutulmuşdur. İndiyədək 450 km-dən çox su xətləri çəkilmiş, 1000-dən artıq bulaq quraşdırılmışdır. 170 kəndin təqribən yarısında işlər yekunlaşmış və ilin sonuna qədər bütün kəndlərdə işlər başa çatdırılacaqdır.

Möhtərəm Prezidentin  avqust-sentyabr aylarında imzaladığı sərəncamlarda Qax, Mingəçevir, Salyan, Biləsuvar şəhərlərində, həmçinin  Abşeron yarımadasında yerləşən bəzi qəsəbələrdə içməli su və kanalizasiya layihələrinin icrasının davam etdirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Artıq  adıçəkilən yaşayış məntəqələrində işlərə başlanılmışdır.

– Respublikanın şəhər və rayon mərkəzlərində həyata keçirilən layihələrdən söz düşmüşkən, bu sahədə son vəziyyətin ümumi mənzərəsi necədir?

– Ölkə rəhbərinin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrin içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur. Artıq su və kanalizasiya layihələrinin icra olunduğu şəhər və rayon mərkəzlərinin sayı 47-yə çatmışdır. Bu şəhərlərin 33-də işlər “Azərsu” Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilir.  İndiyədək 47 şəhərin 23-də su və kanalizasiya şəbəkələrinin, 9-da isə su şəbəkəsinin inşası yekunlaşmışdır. 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Saatlı,  Gədəbəy, Cəlilabad, Şamaxı və Qobustan şəhərlərində yeni infrastrukturun istismara verilməsi ilə bağlı açılış mərasimləri keçirilmişdir.  Bu il  daha bir şəhərdə – Xırdalanda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, Almaniyanın KFV bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində  Gəncə və Şəki şəhərlərində  layihənin növbəti mərhələləri üzrə işlərə başlanılmışdır.

2017-ci ilin sonuna qədər Daşkəsən və Xaçmaz şəhərlərində su və kanalizasiya şəbəkələrinin inşası yekunlaşdırılacaq, bəzi şəhərlərdə tullantı sutəmizləyici qurğuların inşasına start veriləcəkdir.

Ümumilikdə götürsək, son illər regionlarda yaradılmış yeni su mənbələri əhalinin içməli su təminatını xeyli yaxşılaşdırmışdır. Bölgə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə Şirvan-Muğan, Saatlı-Sabirabad qrup su kəmərləri, Külüllü su qurğuları kompleksi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları yaradılmışdır. Bu mənbələrdən rayon mərkəzlərinə və bir sıra kəndlərə suyun verilməsi təmin edilmişdir.

2012-2013-cü illərdə tikilmiş Şirvan-Muğan qrup su kəmərindən Biləsuvar, Salyan, Şirvan və Hacıqabul şəhərləri, 2014-cü ildə istismara verilmiş Sabirabad-Saatlı qrup su kəmərindən isə Sabirabad və Saatlı şəhərləri su ilə təmin olunur. Gələcəkdə bu kəmərlərdən marşrut boyu ərazilərdə yerləşən 165 kəndin sakinləri də faydalanacaqdır.

Girdmançayın yatağında tikilmiş və məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su qurğuları kompleksi və buradan Ağsu, Kürdəmir, Ucar və Zərdab şəhərlərinə 182 km uzunluğunda magistral kəmərləri həmin şəhərlərin su təminatını əsaslı şəkildə yaxşılaşdırmışdır.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təminatı xüsusi diqqətdə saxlanılıb. Ümumilikdə 360 min nəfərin yaşadığı 350 kənddə içməli su layihələri icra olunub. Bu layihələr arasında cəbhə xəttində yerləşən və sudan əziyyət çəkən yaşayış massivlərinin su təchizatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Bütün bu layihələrin icrası nəticəsində ölkə üzrə fasiləsiz içməli su alan əhalinin xüsusi çəkisi 66 faizə yüksəlmişdir.

– Qorxmaz müəllim, Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, istiqamətində hansı tədbirlər həyata keçirilir?

– Məlum olduğu kimi müstəqillik illərində Bakı şəhəri və Abşeron yarımadası sürətlə inkişaf etmişdir. Şəhərin genişlənməsi, əhali artımı içməli suya olan tələbatı ciddi şəkildə artırmışdır. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev  hələ uzun illər öncə Bakıya yeni mənbədən suyun  gətirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ulu öndərin ideya müəllifi olduğu Oğuz-Qəbələ-Bakı su kəməri cənab Prezidentin bilavasitə rəhbərliyilə 2007-2010-cu illərdə tikilmişdir. Kəmər istismara veriləndən bir il sonra daha bir mənbədən Abşeron yarımadasına suyun verilməsi üçün böyük infrastruktur layihəsinin icrasına başlanılmışdır. 2015-ci ildə cənab Prezidentin iştirakı ilə dünyanın ən böyük ultrasüzgəc qurğusu olan  Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi istismara verilmişdir. Buradan götürülən suyun Abşeron yarımadasının yaşayış məntəqələrinə çatdırılması üçün 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral kəməri və magistral xəttin marşrutu boyu ümumi tutumu 90 min kub metr olan Abşeron, Saray, Balaxanı, Ramana, Qala, Zirə anbarları tikilmişdir.

Ceyranbatan-Zirə xəttinin istismara verilməsi nəticəsində Bakıətrafı qəsəbə və kəndlərdə  300 mindən artıq insanın su təchizatı yaxşılaşmış, 90 min nəfər isə ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunmuşdur. Yeri gəlmişkən,  Türkan, Zirə, Pirallahı qəsəbələri məhz bu layihənin gerçəkləşməsi nəticəsində ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin edilmişdir.

Bakı şəhəri və Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunmasını nəzərdə tutan Master Plana uyğun olaraq işlərə başlanılmış və ötən müddətdə ümumi uzunluğu 1000 km-dən çox olan su şəbəkəsi yaradılmışdır. Bu sahədə işlər davam etdirilir. Cənab Prezidentin bu yaxınlarda imzaladığı sərəncamlara uyğun olaraq Novxanı, Mehdiabad, Binəqədi, 28 may, Pirəküşkül, Qobustan, Binə, Şağan, Şüvəlan, Mərdəkan qəsəbələrində yeni şəbəkələr yaradılacaqdır.

Ötən müddətdə Bakı şəhərində infrastrukturun yenilənməsi istiqamətində kompleks işlər həyata keçirilmişdir. Paytaxtda mərkəzi su anbarlarının yenidən qurulması, magistral və paylayıcı xətlərin tikintisi, 1500-dən artıq çoxmənzilli binaların su təchizatı sistemlərinin yenilənməsi su təchizatında sabitliyi təmin etmişdir. Ümumilikdə son illər Bakı şəhərindən həyata keçirilən layihələr nəticəsində fasiləsiz rejimdə su alan əhalinin xüsusi çəkisi 81 faizi keçmişdir.

– Qarşıda intensiv yağıntıların müşahidə olunduğu payız-qış mövsümü gəlir. Güclü yağıntılar zamanı bəzi küçə və yaşayış massivlərində subasma hallarının baş verməməsi üçün hansı tədbirlər görülür?

– Məlumat üçün deyim ki, ötən ilin noyabrında cənab Prezident Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzaladı və mütəxəssilər qısa müddətdə subasma hallarının daha çox müşahidə olunduğu əraziləri müəyyənləşdirərək təkliflər hazırladılar. Bu təkliflərə hökumət səviyyəsində baxıldı və Nazirlər Kabineti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında sərəncam layihəsə qəbul etdi.  Burada Abşeron yarımadasının subasma təhlükəsi olan müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu.

2017-ci ilin may ayında tikinti-quraşdırma işlərinə başlanılmış və qısa müddətdə 8 ərazidə – Böyükşor, Taşağıl və Məhəmmədi gölləri, Ramana Südçülük Sovxozu, Əhməd Cəmil, Əliyar Əliyev, Yusif Səfərov, Kazımağa Kərimov küçələrində layihələrin icrası yekunlaşmışdır. Bu layihələr çərçivəsində layihələndirilmiş 17 km-dən çox kollektor və nasos stansiyaları inşa edilmişdir. Bu layihələrin bəziləri haqqında qısa məlumat vermək istərdim.

Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə 2,9 km kollektor inşa olunmuşdur. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni tikilmiş kollektorla Böyükşor gölünə axıdılacaq. Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə 1,5 km kollektor tikilmişdir. Subasma hallarının daha çox qeydə alındığı  Ziya Bünyadov prospektində də işlər intensiv şəkildə davam etdirilir.

Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 2,4 km layihələndirilən kollektorun 1,6 km-lik hissəsi tikilmişdir. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.

Qarşıdakı bir ay ərzində layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bununla da subasma təhlükəsi olan bəzi küçə və prospektlərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda göllərdə suyun səviyyəsini tənzimləməklə yaşayış evlərinə ziyan vurma təhlükəsini aradan qaldıracaq.

– Qorxmaz müəllim, ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfransda cənab Prezident “Azərsu” ASC-yə suvarma layihələrinin icrası ilə bağlı tapşırıqlar vermişdir. Bu layihələrin icrası hansı mərhələdədir?

– Dövlət başçısının istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən ilk dəfə olaraq suvarma layihələrinin icrasına başlanılmışdır.  Bu layihələr Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində həyata keçirilir.

Zərdab rayonunda 10 min hektar sahənin suvarılması məqsədilə Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu,  nasos stansiyası tikilmiş, enerji təchizatı sistemləri yaradılmışdır. Su mənbəyindən əkin sahələrinə 15 km uzunluğunda magistral su xətti çəkilmiş və  suyun verilməsinə başlanılmışdır.

Padarçöl adlanan ərazidə 10 min hektar sahənin suvarılması layihəsi çərçivəsində Kür sutəmizləyici qurğusunun imkanlarından istifadə etməklə, Padarçöl ərazisinə  27 km xəttin tikintisi başa çatmaq üzrədir.

Bu günlərdə cənab Prezident Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, adıçəkilən rayonlarda ərazilərin suvarma suyu ilə təminatı üçün başlanılmış layihələrin davam etdirilməsinə dövlət dəstəyini təmin etmək məqsədilə  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 8 milyon manat ayrılmışdır. Hesab edirəm göstərilən dəstək bizə imkan verəcək ki, işlər vaxtında yekunlaşsın və ölkəmiz ərzaq təhlükəsiziliyinin təmin olunmasına töhfələr versin.

– Qorxmaz müəllim, hazırda bütün istehsalat proseslərinin avtomatlaşdırılması bütün dünyada prioritet vəzifə kimi səciyyələndirilir. Ölkəmizdə də İKT-nin tətbiqi ilə bağlı ciddi layihələr icra olunur. Bu sahədə Səhmdar Cəmiyyətdə hansı işlər görülür?

– Bu sahədə son illər mühüm layihələr icra olunmuş və xeyli uğurlar əldə edilmişdir. Son illər tətbiq olunan yeniliklər sırasında AzersuGİS, SCADA, MİS proqramlarını xüsusi qeyd etmək istərdim.

SCADA sistemi qurğu və ya obyektin, suyun paylanmasının vahid mərkəzdən idarəedilməsini nəzərdə tutur. Misal olaraq deyə bilərəm ki, 2015-ci ildə istismara verilən Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi tam avtomatik rejimdə idarə olunur. Suyun göldən götürülməsindən tutmuş, təmizlənməsi, anbarlanması və magistral kəmərlərə ötürülməsi insan əli dəymədən və müdaxiləsi olmadan həyata keçirilir.

AzərsuCİS, yəni coğrafi informasiya sistemləri bu sahədə tətbiq olunan əsas texnoloji yenilikdir. Qurğu və obyektlərin, magistral və paylayıcı şəbəkələrimizin hamisi bu rəqəmsal xəritəyə işlənir və istənilən an məlumatları kompüterdən əldə edib təhlillər aparmaq mümkündür. Eyni zamanda bu sistemdən istifadə etməklə hər bir qurğu və xəttiin nə vaxt tikildiyi, hansı ərazilərə xidmət göstərdiyi, istismar vəziyyəti və digər lazımi göstəriciləri anındaca əldə edə bilirik. Artıq  20 min km-ə yaxın içməli və tullantı su xətləri, 9 minə yaxın qurğu və kompleks sistemə daxil edilmişdir.

Son illər  elektron xidmətlərdən istifadə də geniş vüsət almışdır. Hazırda  “Azərsu” ASC tərəfindən 10 elektron xidmət təqdim edilir. Təhlillər göstərir ki bu xidmətlər vətəndaşların işini xeyli asanlaşdırır, vaxta və əlavə məsrəflərə qənaət etməyə imkan verir.

Yeni texnologiyalardan danışarkən, “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının imkanlarını xüsusi qeyd etmək lazımdır.  Hazırda Mərkəzi Laboratoriyada içməli və tullantı suların 90-dan artıq parametri üzrə təhlillər və analizlər aparılır. İl ərzində  laboratoriyamızda 15700 su nümunəsi üzrə 126 minə yaxın analiz aparılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün bizim bütün mənbələrdən əhaliyə verilən su qüvvədə olan standartlara tam cavab verir. İstənilən ərazidə analizlərin aparılması məqsədilə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 ədəd nəqliyyat vasitəsi alınmışdır. Bu sahədə çalışan kadrların təcrübəsinin artırılması məqsədilə mütəxəssislərimiz xarici ölkələrdə təcrübə kurslarında iştirak etmişdir.

– Cənab Prezident Azərbaycan Respublikasında Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsini təsdiqləyib. Sənəddə bu  sahə ilə  bağlı işlərin görülməsi də nəzərdə tutulub.

– Bəli sənəddə kifayət qədər böyük tədbirlər nəzərdə tutulub, o cümlədən su təsərrüfatı üzrə. Sənəddə yeni paylayıcı şəbəkələrin qurulması, sayğaclaşma işləri, itkilərin azaldılması, o cümlədən paylamada olan itkilərin 31 faizdən 25-faizə, kommersiya itkilərinin 20 faizdən 14 faizə endirilməsi, sayğacsız istifadəçilərin xüsusi çəkisinin 5 faizə endirilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir. Bunlarla yanaşı, tullantı suların toplanma səviyyəsinin  46 faizdən 65 faizə qaldırılması, ASAN kommunal xidmət mərkəzlərinin genişlənməsi, kadr potensialının təkmilləşdirilməsi, su təchizatı və tullantı suları haqqında yeni qanunun hazırlanması kimi  hədəflər müəyyənləşdirilmişdir.

Diqqətinizə çatdırım ki, artıq ASAN kommunal xidmət mərkəzlərində “Azərsu” ASC-nin bütün müştəri xidmətlərinin göstərilməsi təmin edilib. İlin əvvəli ilə müqayisədə sayğaclaşma səviyyəsi 5 faizdən çox artırılaraq 75 faizə çatdırılıb. Yeni şəbəkələrin inşası, mövcud sistemin rekonstruksiyası və sayğaclaşmanın sürətləndirilməsi nəticəsində su itkiləri azaldılıb və bu istiqamətdə kompleks tədbirlər davam etdirilir. Toplanan və zərərsizləşdirilən tullantı suların xüsusi çəkisinin artırılmasına gəlincə deyə bilərik ki, icra olunan layihələr çərçivəsində hər bir rayon mərkəzi və şəhərdə tikilən tullantı sutəmizləyici qurğular bu hədəfə nail olmağımıza imkan verəcək. Yeri gəlmişkən, bu günlərdə cənab Prezidentin iştirakı ilə açılışı keçirilmiş layihə çərçivəsində Şamaxı şəhərində müasir bioloji tillantı sutəmizləyici qurğu tikilərək istismara verildi, Qobustan şəhərində isə qarşıdakı aylarda belə bir qurğunun tikintisinə başlanılacaq.

Abşeron yarımadasına gəldikdə bütün bu məsələlər Master Planda öz əksini tapıb və artıq onun bir hissəsi icra olunub. Belə ki, Bayıl-Bibiheybət-Lökbatan, Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası, Milli Park və Nobel prospekti ərazilərində görülmüş işlər nəticəsində Xəzər dənizinə təmizlənmədən axıdılan suların qarşısı alınıb. Hazırda Koreya İdxal-İxrac Bankının krediti hesabına Pirşağı qəsəbəsi yaxınlığında müasir tipli yeni təmizləyici qurğu inşa olunur. Bütün bunlar ekoloji vəziyyətin yaxşılaşmasına və tullantı suların zərərsizləşidirlməsinə hesablanmış uğurlu addımdır.

Ümumilikdə, Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaqdır.

Yuxarı Geri Başlağıc