Gün: Oktyabr 11, 2017

Qərb köhnə maşasını yenidən oda atır -Oqtay Qasımov yazır

Dəfələrlə başladılan kürd üsyanlarının arxasında durmayan dövlətlər yeni layihə həyata keçirirlər. Sentyabr 25-də İraqın şimalındakı Kürd muxtariyətinin lideri Məsud Bərzani müstəqillik referendumu keçirdi. İraqa qonşu olan Türkiyə, İran kimi bölgənin əsas dövlətlərinin referenduma münasibətləri kəskin olduğu halda, beynəlxalq reaksiyalar kifayət qədər yumşaq tonda oldu. İsrail referenduma açıq dəstək verdi, ABŞ, […]

Qaranlıq düşən kimi kişilərlə gizlicə görüşə çıxır… – İran qadınlarını bir də belə görün – FOTOLAR

Özünəməxsus qanunları ilə tanına İran, sosial həyatı ilə bütün dünyanın diqqət mərkəzindədir. Turkustan.info a24.az-a istinadən xəbər verir ki, İranda sevgili olmaq belə qadağandır. Gənclər cərimələrə, həbs və isgəncələrə baxmayaraq əks cinslə münasibətdə olmaqdan çəkinmirlər. İrandakı sosial həyat prospektlərdə başlayır. Gənclərin rahat görüşə bildikləri tək yer buradır. Qızlar və oğlanlar avtomobilin […]

İnsanı sevdirən gözəl əxlaqıdır

Hər birimiz gözəl əxlaq ifadəsini eşitmişik, hər insana görə də bu anlayışın fərqli mənaları var. Ancaq ortaq nöqtə odur ki, hər kəs özü ilə gözəl davranılmasını, yəni onunla gözəl rəftar edilməsini istəyir. Ümumi olaraq gözəl əxlaq deyildikdə “nəzakətli, mehriban, gülərüz, əliaçıq, səmimi, etibarlı, ailəcənab, şəfqətli kimi davranışlar” nəzərdə tutulur. Bu […]

Azərbaycanda 1 milyon manat qiyməti olan maşınlar kimlərindir?

Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda bahalı avtomobillərə maraq var. Əsasən paytaxt küçələrində göz oxşayan bu avtomobilləri görmək mümkündür. Bəs görəsən Azərbaycanda ən bahalı avtomobillər hansılardır? Turkustan.info modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, Azərbaycana avtomobillər iki istiqamətdə gətirilir: […]

Qazaxıstan Qırğızıstanla sərhədə ordu yığır – Arzuolunmaz gedişat

Qazaxıstanın Qırğızıstanla sərhəddə yerləşən Korday kəndində silahlı hərbçilərin keşik çəkdiyi postlar quraşdırılıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Azattık” radiosuna yerli sakinlər məlumat verib. Hərbçilər Kordaya oktyabrın 10-da gəlib. Bundan az öncə məlum olub ki, sərhəd-buraxılış məntəqəsində Qırğızıstan tərəfdən sərhədi keçmək istəyənlərdən ibarət çoxkilometrlik növbələr yaranıb. Digər sərhəd məntəqələrində də […]

Maqnit qasırğası başladı: daha çox harada hiss olunacaq?

Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb və G1 səviyyəsindədir. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. E.Babayevin sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb: “Qasırğa gün ərzində davam edəcək. Günəş plazma küləyinin sürəti artqı 400 […]

İsveçdə Ziya Məmmədovun işi bağlandı

İsveç prokurorluğu “Bombardier” şirkətinin əməkdaşı Yevgeni Pavlovun azərbaycanlı məmurlara rüşvət verilməsində günahını sübuta yetirə bilməyib. Beləliklə də, İsveçdə ən böyük korrupsiya işlərindən biri bağlanıb. Turkustan.info “Virtualaz.org”a istinadən xəbər verir ki, Stokholmda avqustun 29-da başlamış məhkəmə prosesində İsveç prokurorluğu sübuta yetirməyə çalışırdı ki, Pavlov 340 milyon dollarlıq müqaviləni şirkəti üçün almaq […]

Putin ərəbləri də “qarmağa salır”: “Şiə dəhlizi”ndən ÇIXIŞ CƏHDİ- TƏHLİL

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudun Rusiyaya səfərindən sonra Kremli  Yaxın Şərq siyasəti ilə bağlı yeni strategiyasını irəli sürməyə başlayıb. Moskva Şərqi Aralıq dənizi regionunda və Yaxın Şərqdə geosiyasi mövqelərini möhkəmlətmək üçün bu bölgədəki müttəfiqlərinin sayını artırmağa üstünlük verir. Bu baxımdan, regionda siyasi və iqtisadi çəkisinə görə ən böyük […]

Azərbaycanda yeni cəza növləri tətbiq ediləcək

Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə cəza növlərinə iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətdə azadlığın məhdudlaşdırılması da əlavə edilir. Hazırda qəsdən sağlamlığa yüngül […]

Sarkisyan MDB sammitində yatdı – VİDEO

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib. Turkustan.info AzVision.az-a istinadən xəbər verir ki, prezidentlərin görüşündə diqqət çəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub. Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zamanı Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi […]

Elçibəyin qardaşının yas mərasimi Heydər Məscidində keçiriləcək

Xəbər verdiyimiz kimi Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bu gün 83 yaşında vəfat edib.  A.Əliyev Sulutəpə qəbiristanlığında dəfn olunacaq. Turkustan.info xəbər verir ki, Almurad Əliyevin 3 və 7 mərasimləri bir yerdə – oktyabrın 14-də Heydər Məscidində keçiriləcək. Bu haqda Turkustan.info-ya A.Əliyevin ailəsindən bildirilib. Həm […]

Gaziantep Universitetində Dədə Şəmşirin büstü quruldu – FOTOLAR

 Türkiyənin Gaziantep Universitetinin Türk Musiqi Dövlət Konservatoriyasında Azərbaycan saz ifaçılıq sənətinin ustadlarından sayılan Dədə Şəmşirin büstü qurulub. Turkustan.info xəbər verir ki, bu barədə universitetin azərbaycanlı professoru Ilqar Immamverdiyev məlumat verib. O, deyib: Büst böyük ifaçının 125 illiyi münasibəti ilə uçaldılmışdır. İndi Dədə Qorqud, Farabi, Buhurizade Mustafa (Itri), Aşık Veysel, Tabmuri […]

“Vüqar Qaradağlının üzünə tüpürüb dedim ki, nə üçün fahişəliyi təbliğ edirsiz?” — Rəşid Mahmudov

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov “Azad Azərbaycan” (ATV) telekanalının keçmiş rəhbəri Vüqar Qaradağlı və həmin telekanalın aparıcısı Zaur Baxşəliyev haqqında şok ittihamlar səsləndirib. Turkustan.info bildirir ki, R.Mahmudov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Vüqar Qaradağlı rəhbərlik etdiyi dövrdə ATV-ni əxlaqsızlıq məkanına çevirib: “Mən hər zaman demişəm […]

Sabah saat 9-da Azərbaycanda nə baş verəcək?

Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib. Onun sözlərinə görə, asteroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən […]

Bakıda Milli Məclisə silahlı hücum edib deputatları qırmaq planı

Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terrorçu qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında […]

Ankarada Qarabağa park açan bələdiyyə başqanı: “Güclü Azərbaycan güclü Türkiyə deməkdir”

Bu yaxınlarda Ankara Pursaqlar bələdiyyəsinin başqanı Səlcuq Çətin Azərbaycanda səfər idi. O, həm Azərbaycanla,həm də iki ölkə ilə bağlı təəssüratlarını bölüşüb. – Səlcuq bəy, Azərbaycana xoş gəlmisiniz. Azərbaycanı necə gördünüz? – Öncə qeyd edim ki, qardaş Azərbaycan haqqında danışmaqla sözlərim bitməz. Buralar bizim ikinci vətənimizdir. Səfərimdə Bakı və Sumqayıtda oldum. […]

5 rayon qaytarıla bilər: Prezidentlərin görüşündən gözləntilər

Gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda gözlənilən görüşünün vaxtı və yeri barədə mətbuata açıqlama verəcəyik”. “Cümhuriyət” qəzeti xəbər verir ki, bunu Azərbaycanın Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov deyib. “Minsk qrupunun həmsədrləri ilə məhsuldar görüşümüz oldu. Hər halda bunu belə qiymətləndirmək olar. Biz yaxın günlərdə, çox güman […]

“Azercell” abunəçilərinin nəzərinə: “Ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək”

“Hazırda “Azercell” abunəçiləri tərəfindən Bakı şəhəri ərazisində 3G şəbəkəsinin səsli zəng xidmətlərində bəzi çətinliklər yaşanır. Bununla bağlı tövsiyə edirik ki, səsli zəng xidmətlərindən istifadə edərkən abunəçilərimiz 2G şəbəkəsinə keçsinlər”. Turkustan.info xəbər verir ki, bu sözlər “Azercell”in yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, 3G və 4G şəbəkəsində mobil internet xidmətləru tam […]

Erməni əsgərin məhv edilməsi ilə bağlı detallar AÇIQLANDI

Ermənistan İstintaq Komitəsi ötən axşam Azərbaycan-Ermənistan sərhəddində məhv edilən Çaplin Markaryanın ölümü ilə bağlı məlumat yayıb.Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbçinin ön xətdə mühəndis işləri aparılarkən məhv edildiyi bildirilir. Döş qəfəsindən güllə yarası alan əsgər hospitala çatdırılsa da, keçinib.  

Tamaşa zamanı dəhşətli anlar: Ayı hücum çəkdi – VİDEO

Sirk tamaşası zamanı səhnədə baş verənlər tamaşaçıları dəhşətə gətirib. Turkustan.info xəbər verir ki, ayı ilə nümayiş olunan səhnələrdən birində heyvan qəfildən səhnədəki şəxslərə hücum edib. İzləyicilər tərəfindən lentə alınan görüntülərdə kənardan başqa bir şəxsin ayıya sərt dəyənəklə vurub, onu sakitləşdirməyə çalışması isə heyvansevərləri qəzəbləndirib. Həmin görüntülər çoxsaylı izləyicilər tərəfindən tənqid edilib.  […]

Ramiz Əzizbəyli Azərbaycana gətirilir – FOTO

Türkiyəyə aparılan Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli bir neçə günə Azərbaycana qayıdacaq. Turkustan.info-nun Yenicag.az-a istinadla məlumatına görə, aktyorun müalicə xərclərini üzərinə götürən şirkətin mətbuat nümayəndələri ilə görüşü də gözlənilir. Qeyd edək ki, bir neçə ildir ki, iflicdən əziyyət çəkən Xalq artisti Romatem Bursa xəstəxanasında müalicə olunub.

Brüsseldə Azərbaycana qarşı təxribat – Oktyabrın 23-də

Oktyabrın 23-də Brüsseldə avropalı siyasətçilərin, diplomatların, hüquqşünasların və hüquq müdafiəçilərinin iştirakı ilə növbəti anti-Azərbaycan siyasi aksiyanın keçirilməsi gözlənilir. Bu barədə virtualaz.org-a diplomatik mənbələrdən məlumat verilib. “Sərhəddən kənarda repressiyalar: Gürcüstanda qovulmuş azərbaycanlılar” mövzusunda müzakirələrin təşkilatçısı “Açıq cəmiyyət” Avropa Siyasət İnstitutudur. Mənbədən virtualaz.org-a bildirildiyinə görə, Azərbaycan hökumətini “dissidentlərlə və müstəqil fəallarla misli […]

AŞPA-da Azərbaycanla bağlı 2 qətnamə qəbul olunub

Ölkəmizlə bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olunub  Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə qəbul olunub. APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə […]

Ermənistanda Nizami Gəncəvinin adına kənd var – FOTOFAKT

Vikipediyada (Wıkıpedıa) Ermənistanda Nizami adında rayonun olduğu haqda məlumat dərc edilib. “A24.az”ın əldə etdiyi məlumata görə, yazıda Nizami rayonunun Ermənistanın Ararat vilayətində yerləşdiyi və şair Nizami Gəncəvinin adını daşıdığı bildirilir. Hətta kəndin adı xəritədə qeyd olunmuş şəkildə yazıda yer alıb. Qeyd edək ki, vikipediyadakı məlumata əsasən Ararat Ermənistanda vilayətdir. Artaşat […]

Yağışlı və qarlı hava geri qayıdır

Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer […]

Dünyanı bürümüş müsəlman ermənilər

Ermənistan hökumətinin yeni hücum layihəsi. İslamı qəbul etmiş erməniləri (belələri də varmış) xristian kilsəsinə qaytarmaq olarmı? Bu məsələ erməni mətbuatında güclü şəkildə təbliğ edilir ki, oxucuların başını nə iləsə qatsınlar, onlar da gündəlik çörək barədə ağır düşüncələrdən, Serj Sarkisyanı prezidentlikdən qovmaq barədə siyasi iddialardan əl çəksinlər. Ekspertlər, o cümlədən Ermənistanı […]

Tütün və spirtli içkilərin qiyməti qalxa bilər

Hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır. Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevdeyib.A.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır: “Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı […]

Serbiyalı nazirdən Ərdoğanın şərəfinə “Osman ağa” mahnısı – VİDEO

Serbiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə təşkil edilən qonaqlıqda ev sahibi ölkənin xarici işlər naziri İvica Daçiş “Osman ağa” mahnısını oxuyub. Turkustan.info xəbər verir ki, qonaqlıq mediaya qapalı keçirilib. Ərdoğan İvica Daçişin mahnısına alqışları ilə ritm tutub. Sizə Daçişin həmin preformansını təqdim edirik:  //A24.Az//

Adnan Oktardan müsəlman qadınlara çağırış: “Heç kəsi vecinizə almayın, açıq-saçıq geyinin” – FOTOLAR

Türk televiziyalarının birində “kedicikler”ini başına toplayıb veriliş hazırlayan və bununla da fenomen olan Adnan Oktar, qadınlara etdiyi çağırışa görə yenə gündəmə gəlib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Oktar sosial medidan qadınlara səslənərək dekolte geyinmələrini istəyib. “Qadınlar rahatca dekolte geyinsin, makiyaj etsin, həyat enerjilərini yox etmək istəyənləri ciddiyə almasınlar, azad […]

O hər zaman məni bu gün üçün hazırlayırdı…

ABUC şəhid Rusif Ağayevin ailəsini ziyarət etdi. Oktyabrın 11-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği” layihəsi çərçivəsində aprel döyüşləri zamanı şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin ailəsini ziyarət edib. Rusif Ağayev 1987 – […]

Ankarada azərbaycanlı həkimlərin V Türkiyə Forumu keçirilib -FOTOLAR

Ankarada azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin V Türkiyə Forumu keçirilib. “Nümunəvi həkim olmağa doğru” şüarı ilə təşkil olunan,  Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı, Ankara Güven Xəstəxanasının dəstəyi ilə keçirilən Forumda rəsmi şəxslər, diplomatlar, QHT və KİV təmsilçiləri, qardaş ölkədə işləyən, yaşayan və […]

Sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda marşrut avtobusunun sürücüsünə hücum edilib. Turkustan.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 10-u, saat 19:20 radələrində, “28 May” küçəsində baş verib. 61 saylı xətt üzrə hərəkət edən 10 TH 326 nömrəli avtobusda insident yaşanıb. Tıxaca görə əsəblərini cilovlaya bilməyən sərnişinlərdən biri sürücüyə hücum edib. O, “BakıKart” sisteminə bağlı 2 ədəd […]

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edildi

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib. TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır. TRT-nin Bakı təmsilçiliyindən Turkustan.info-ya verilən məlumata görə, 3 ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Yıldıray Arslan Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla […]

Məktəbli qız onu zorlayanların adını deyib – Həbs olunacaqlar

Məktəblinin zorlanmasında iştirak edən 5 nəfərin 2-i ilə bağlı Beyləqan Rayon Məhkəməsi qərar verib. Turkustan.info bildirir ki, bunu AzNews.az-a açıqlamasında Beyləqanda 5 nəfər tərəfindən zorlanan məktəbli qızın olayında həbs olunan Tural Kərimovun nümayəndəsi Asif Quliyev deyib. O, bildirib ki, Telman Kərimov məhkəmənin qərarı ilə 1 il 3 ay azadlıqdan məhrum edilib:“Oktyabrın 9-da […]

Qusarda 17 yaşlı qız özünü qayadan atdı

Gəncin meyitini polis Qusar çayın içindən çıxara bilib Qusar şəhərində bu gecə intihar hadisəsi qeydə alınıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, şəhər sakini, 17 yaşlı Nuranə Atluxanovanın gecə saat 02-radələrində şəhərin yuxarı hissəsindəki qayalıq ərazidən meyiti tapılıb. Onun özünü hündür qayalıqdan Qusar çayına ataraq intihar etdiyi bildirilir. 17 yaşlı qızın meyidini Qusar polis […]

4 günlük iş həftəsi rejiminə keçə bilərik? – Deputat

Avropada 4 günlük iş həftəsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Alimlər bildirir ki, iş müddətinin azaldılması təkcə işçiyə yox, rəhbərliyə də xeyirlidir. Dörd günlük iş rejimində çalışan işçinin maddi durumu da yaxşılaşa bilər. Belə ki, o istəsə, yerdə qalan 3 gündə sərbəst iş fəaliyyəti ilə məşğul olub, daha çox pul […]

Azər Həsrətə ağır itki üz verdi

Tanınmış jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətə ağır itki üz verib. Modern.az saytının məlumatına görə, Azər Həsrətin qardaşı Xeyrulla dünyasını dəyişib. Allah rəhmət eləsin… 12 oktyabrda Xaçmazın Dədəli kəndində mərhumun cümə axşamı mərasimi olacaq. Bakıda təşkil olunacaq mərasimin vaxtı […]

Kataloniya rəhbərindən gözlənilməz addım – Müstəqillikdən imtina edilir?

Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil dövlət olmağa haqqı var.  Turkustan.info “AzVision.az”a istinadən xəbər verir ki, bunu Kataloniya rəhbəri Karles Puçdemon bəyan edib. O, qeyd edib ki, Kataloniya respublika quruluşlu müstəqil dövlət olmalıdır. Puçdemon eyni zamanda parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb. O, razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd […]