TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Gaziantep Universitetində Dədə Şəmşirin büstü quruldu – FOTOLAR
11 Oktyabr 2017 17:36
    Mədəniyyət
Gaziantep Universitetində Dədə Şəmşirin büstü quruldu – FOTOLAR













 Türkiyənin Gaziantep Universitetinin Türk Musiqi Dövlət Konservatoriyasında Azərbaycan saz ifaçılıq sənətinin ustadlarından sayılan Dədə Şəmşirin büstü qurulub.

Turkustan.info xəbər verir ki, bu barədə universitetin azərbaycanlı professoru Ilqar Immamverdiyev məlumat verib. O, deyib:

Büst böyük ifaçının 125 illiyi münasibəti ilə uçaldılmışdır. İndi Dədə Qorqud, Farabi, Buhurizade Mustafa (Itri), Aşık Veysel, Tabmuri Cemil Bey, Muzaffer Sarısözen, Nida Tüfekçi, Yücel Paşmakçı və Mehmet Özbey kimi Türkiyənin ən məşhur və ünlü sənətkarlarının heykəlləri sıarasında Dədə Şemşirin büstünün də yer alması bizləri çox fərəhləndirir. Bu həm də qardaş Türkiyədə Azərbaycan ifaçısına verilən qiymətlə yanaşı, həm də  iki ölkə arasında dostluq və qardaşlığın rəmzidir. İndu universitetimizdə saz-bağlama ifaçılığını öyrənən tələbələr Azərbaycan aşıq havalarını da öyrənirlər.

Türkiyənin Gaziantep Universitetində çalışan azərbaycanlı professor Ilqar Immamverdiyevin hazırladığı “Dədə Şəmşir ifaçılığında ənənəvi saz havaları” kitabı işıq üzü görmüşdür. Universitetin professoru  Babək Qurbanovun ön sözü ilə təqdim olunan kitab “Dədə Şəmşir Mədəniyyət Oçağı” İçtimai Birliyini dəstəyi ilə ərsəyə gəlmişdir.

Kitabın müəllifi professor Ilqar Immamverdiyev bildirmişdir ki, Azərbaycanın aşıq Veysəli kimi tanınan Dədə Şəmşirin 125 illiyi ərəfəsində hazırlanan kitab böyük sənətkarımızın yubileyinə bir ərmağandır. Kitabın ön sözünün müəllifi, mənim dəyərli həmkarım  professor Babək Qurbanovun atası, xalq şairimiz Osman Sarıvəllinin dəstəyi ilə 1957-ci ildə Dədə Şəmşirin ifasında 75 saz havası lentə alınmışdır. Mən də bu kitabda əvəzsiz ifaçının ifasında səslənmiş 62 saz havasını nota köçürdüm. Eyni zamanda kitabda mənim də iki bəstəm təqdim olunur, deyə professor fikrini tamamlamışdır.

Türkiyənin Gaziantep Universitetinin Türk Musiqi Dövlət Konservatoriyasında Azərbaycan saz ifaçılıq sənətinin ustadlarından sayılan Dədə Şəmşirin büstü qurulmuşdur. Bu barədə universitetin azərbaycanlı professoru Ilqar Immamverdiyev məlumat vermişdir. O, demişdir:

Büst böyük ifaçının 125 illiyi münasibəti ilə uçaldılmışdır. İndi Dədə Qorqud, Farabi, Buhurizade Mustafa (Itri), Aşık Veysel, Tabmuri Cemil Bey, Muzaffer Sarısözen, Nida Tüfekçi, Yücel Paşmakçı və Mehmet Özbey kimi Türkiyənin ən məşhur və ünlü sənətkarlarının heykəlləri sıarasında Dədə Şemşirin büstünün də yer alması bizləri çox fərəhləndirir. Bu həm də qardaş Türkiyədə Azərbaycan ifaçısına verilən qiymətlə yanaşı, həm də  iki ölkə arasında dostluq və qardaşlığın rəmzidir. İndu universitetimizdə saz-bağlama ifaçılığını öyrənən tələbələr Azərbaycan aşıq havalarını da öyrənirlər.

 

Yuxarı Geri Başlağıc