Turkustan.info bildirir ki, bunu AzNews.az-a açıqlamasında Beyləqanda 5 nəfər tərəfindən zorlanan məktəbli qızın olayında həbs olunan Tural Kərimovun nümayəndəsi Asif Quliyev deyib. O, bildirib ki, Telman Kərimov məhkəmənin qərarı ilə 1 il 3 ay azadlıqdan məhrum edilib:“Oktyabrın 9-da məhkəmə keçirilib. Məktəbli qızın zorlanmasında iştirak edən Tural Kərimovla Kamilə 1 il 3 ay həbs cəzası verilib”.

Asif Quliyevin sözlərinə görə, məhkəmədə məktəbli qızın zorlayan və bu günə kimi prosesdən kənar qalan daha 3 nəfər də istintaqa cəlb olunub:

“Məktəbli qızın zorlanmasında iştirak edən Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib istintaqa cəlb olundu. Hansı ki, bu şəxslərlə bağlı faktlar, sübutlar var. Onlar qızı zorlayıb, videoya çəkib və internetdə yayıblar. Əslində bunlar ilk gündən həbs olunmalı idi. Lakin onlar müəyyən yollarla istintaqdan kənar qalmışdılar. Qız məhkəmə prosesində onların üzünə durdu və dedi ki, onu zorlayanlar həbs olunmalıdır. Məhkəmə prosesində bildirildi ki, oktyabrın 20-nə kimi adı gedən şəxslərlə bağlı həbs qərarı veriləcək”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı. Hadisədə adı hallanan 5 nəfərdən ikisi həbs olunub, üç nəfər-Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib hələ də azadlıqdadır.