TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Qazaxıstan Qırğızıstanla sərhədə ordu yığır – Arzuolunmaz gedişat
11 Oktyabr 2017 22:10
    baş manşet
Qazaxıstan Qırğızıstanla sərhədə ordu yığır – Arzuolunmaz gedişat













Qazaxıstanın Qırğızıstanla sərhəddə yerləşən Korday kəndində silahlı hərbçilərin keşik çəkdiyi postlar quraşdırılıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Azattık” radiosuna yerli sakinlər məlumat verib. Hərbçilər Kordaya oktyabrın 10-da gəlib.

Bundan az öncə məlum olub ki, sərhəd-buraxılış məntəqəsində Qırğızıstan tərəfdən sərhədi keçmək istəyənlərdən ibarət çoxkilometrlik növbələr yaranıb. Digər sərhəd məntəqələrində də eyni mənzərə yaşanmaqdadır. Səbəb isə qonşu ölkədə bazar günü keçiriləcək prezident seçkiləri ərəfəsində sərhəd qoşunlarının gücləndirilmiş iş rejiminə keçməsidir.

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sərhəd pozucularının və təxribat hallarının qarşısının alınması üçün sərhədçilərin gücləndirilmiş rejimə keçirildiyini bildirir. Lakin Astanada iddia edirlər ki, MTK sərhədin keçilməsi üzrə hər hansı bir məhdudiyyət tətbiq etməyib.

Bununla yanaşı, sosial şəbəkə istifadəçiləri Qırğızıstanla sərhəddə Qazaxıstan hərbi tenikasının toplandığını qeyd edirlər.

***

Postsovet məkanının iki qonşu türk dövləti- Qırğızıstan və Qazaxıstan arasında gərginlik yaşanır. Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsinin dövlət, mükafatlarını təqdim etmə mərasimində Qazaxıstan hakimiyyətinin və şəxsən prezident Nursultan Nazarbayevin ünvanına çox ağır ifadələr işlədib.

Məlumata görə, Qırğızıstanın demokrat prezidentini qəzəbləndirən Qazaxıstanın onun ölkəsindəki seçkilərə müdaxilə etmək və keçmiş prezident Kurmanbek Bakiyevin klanına dəstək vermək cəhdləri olub.

Atambayev Qazaxıstan oliqarxlarının Bakiyev klanını hakimiyyətə gətirmək cəhdləri haqda danışaraq deyib: “Mən istənilən halda təmiz seçkilər keçirəcəyəm. Hər xalq öz hakimiyyətinə layiqdir. Mən başa düşürəm, qazax hakimiyyəti nəyə görə onları bizə sırımaq istəyir. Onlar Bakiyevi sevirlər. Bakiyevi hələ də Qazaxıstanda öz bayramlarına çağırırlar. Mən hətta Qazaxıstanın ən yüksək rütbəli şəxslərindən dəfələrlə eşitmişəm ki, Bakiyevlər düz eləyib insanları güllələyiblər. Familiyaları deməyəcəm. Bakiyevləri ona görə dəstəkləyirlər ki, biz qazax xalqına pis nümunə oluruq. Nursultan Abışeviç düz deyir ki, hətta Almatının ÜDM-i Qırğızıstanın ÜDM-indən beş dəfə çoxdur. Qazaxıstanın ÜDM-i Qırğızıstanın ÜDM-indən 20 dəfə çoxdur”.

Virtualaz.org xəbər verir ki, qırğız prezident daha sonra deyib: “Qazaxıstan vətəndaşına düşən orta illik gəlir Qırğızıstandan 10 dəfə çoxdur. Onda nəyə görə Qazaxıstanda pensiyalar Qırğızıstandan 10 dəfə yox, cəmi 1.5 dəfə çoxdur? Ona görə ki, Qazaxıstanın sərvətlərini oğurlayırlar. Bu gəlirlər Qazaxıstan xalqına gedib çatmır. Və biz onlara pis nümunə oluruq. Atambayev onlara pis nümunədir. Çünki ədalətli hakimiyyət nümunəsi ortaya qoyur. Bizim qonşu vilayətdə, Talasda heç də Qazaxıstandan pis yaşamırlar. Əgər biz adambaşına 10 dəfə çox gəlir əldə etsəydik, pensiyalar da 10 dəfə çox olardı. Çünki mənim hakimiyyətidə Utemuratov kimi oliqarxlar (Bulat Utemuratov) olmayacaqdı, hansı ki, bizim babanovlar, sariyevlər və digərləri gedib qarşısında diz çökür”.

Almazbek Atambayev Qazaxıstan prezidentini şiddətli tənqidə məruz qoymaqda davam edərək daha sonra bildirib:“Mən Nazarbayevin Babanovla (Omurbek Babanov, Qırğızıstanın keçmiş baş naziri, prezidentliyə namizəd) görüşündə dediyi bu sözləri dəstəkləyirəm ki, yaxşı olardı Qırğızıstanda gənc prezident olsun. Lakin bizdə prezidentliyə ən yaşlı namizəd bu gün Nazarbayevdən 20 il gəncdir. Mən isə 16 il ondan gəncəm. Onda gənc prezident kimə lazımdır, bizə, yoxsa Qazaxıstana? Qazaxlar bizim qardaşlarımızdır. Bizim qanımız eynidir. Tarixi də yaxşı bilirik. Qazaxlar, biz 500 il bundan qabaq özümüzə Çingiziləri (Çingiz xanın sülaləsi) sultan seçdik. Amma hərdən elə təəsürat yaranır ki, Qazaxıstanı qazaxlar yox, çingizilər idarə edir. Bizi öyrətmək lazım deyil, biz öz yolumuzu tapmışıq və bu yolla gedəcəyik”.

Bir saatdan sonra Atambayevin çıxışının mətnini Nazarbayevə göstərərkən, o düşünüb: “Bu, lap ağ oldu”.

Bu barədə isə  Sputnik.az yazıb. Məlumata görə, prezidentin tapşırığı ilə Qazaxıstanın  xarici siyasət idarəsində Atambayevin açıqlamaları münasibətilə etiraz ifadə ediblər.

“İki dost dövlətin arasındakı münasibətlərdə bu cür bəyanatları yolverilməz hesab edirik, – sənəddə deyilir. – Əminlik ifadə edirik ki, Qırğızıstan prezidentinin seçkiöncəsi məqsədlər üçün məsuliyyətsiz, mahiyyətcə fitnəkar və yalan iddiaları çoxəsrlik dostluq bağlarına və ölkələrimiz arasındakı qarşılıqlı yardıma ziyan vura bilməz”.

Ekspertlərin sözlərinə görə, Bişkek artıq uzun illərdir Astanaya qarşı kin yığıb. Atambayevin hesab etdiyi kimi, Nazarbayev bütün bu illər ərzində qırğızlara münasibətdə olduqca təkəbbürlü olduğu üçün. Məsələn, MDB sammitlərində AİB-ə girmək üçün Qırğızıstanın namizədliyi müzakirə olunarkən, Bişkekdə hesab edildiyi kimi,  Qırğızıstan məhsullarının AİB bazarlarına çıxışına süni maneələri məhz Nazarbayev yaradıb.

Qırğızıstan prezidenti Almazbəy Atambayev prezident seçkiləri günü iğtişaşların hazırlanması barədə xəbər aldığı üçün Soçiyə səfərini ləğv edib. Oktyabrın 10-u və 11-i tarixlərində Soçidə MDB dövlət başçılarının sammitinə qatıla bilməyəcək Atambayev Soçiyə baş nazir Sapar İsakovu göndərib. Prezident ölkədə xaricdən maliyyələşən qüvvələrin iştirakı ilə aksiyaların baş tutacağını bildirib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, iki türkdilli dövlət arasında yaşanan gərginlik üzücüdür: “Hər ikisi Azərbaycanla yaxın münasibətlərdə olan ölkələrdir. Azərbaycan həmişə çalışıb ki, onlarla əlaqələri inkişaf etdirsin. Bu ölkələrin hər ikisində səfirliklərimiz var. Odur ki, bu cür gərginliyin gündəmə gəlməsi dost ölkə olaraq Azərbaycanı da narahat edir. Çox istərdik ki, ortaya çıxmış problemlər dostluq və qardaşlıq səpkisində həll edilsin. Qazaxıstan da bizim qonşumuzdur, daim bizim mövqeyimizi dəstəkləyən, ənənəvi müttəfiqimizdir, həmçinin dənizdən sərhədimiz var. Bu baxımdan istərdik ki, bu məsələlər tezliklə həll olunsun. Hər iki ölkədə yetərincə qüvvələr var ki, bu məsələni öz xalqlarının mənafeyinə uyğun şəkildə çözsünlər”.

T.Zülfüqarovun fikrincə, bu, iki dövlət arasında qısamüddətli böhran olacaq və az sonra aradan qaldırılacaq: “Çünki seçkilər yaxınlaşır. Seçkilərindən sonra Atambayevin siyasi səhnədən getməsi qaçılmazdır. Digər tərəfdən, gərginliyin bu səviyyəyə qalxması heç bir tərəfə sərf edən məsələ deyil”.

Diplomatın sözlərinə görə, lazım olsa, Azərbaycan növbəti dəfə xeyirxah mövqe sərgiləyərək iki türk dövləti arasında vasitəçilik edə bilər. Bəs, iki türk dövlətinin üz-üzə qoyulmasında 3-cü qüvvə ola bilərmi?

T.Zülfüqarov: “Baş verənlər bu və  ya digər siyasi maraqların toqquşduğunu göstərir. Bu ölkələr əməkdaşlıq edirlər, odur ki, bəzi dairələrin toqquşması buna səbəb ola bilər. Qırğızıstanda seçkiqabağı aktivlik mövcuddur, müxtəlif dairələrin maraqlarının toqquşması da mümkündür. Ümidverici hal ondan ibarətdir ki, seçkilərdən sonra Qırğızıstanda yeni administrasiya olacaq”.

Sputnik.az yazır ki, iki paytaxt arasındakı başqa bir mübahisə uzunluğu 1240 km təşkil edən dövlət sərhədlərinə aiddir. Tərəflər hələ 2011-ci ildə saziş imzalayıb, lakin Qırğızıstanın sərhədyanı kəndlərinin sakinləri Bişkeki satqınlıqda qınayaraq hökumət və polislə toqquşmalarla başa çatan kütləvi etiraz yürüşü təşkil ediblər. Yerli sakinlər hətta Qazaxıstanın sərhəd rayonlarını su ilə təmin edən kanalı bağlayıblar. Və yalnız iki ölkənin baş nazirlərinin görüşündən sonra məsələ bitib.

2015-ci ilin avqustunda təəssürat yaranıb ki, Nazarbayev və Atambayev köhnə inciklikləri unudub və barışıblar. İşgüzar səfərlə Qırğızıstanda olan Qazaxıstan lideri, Atambayevlə birlikdə Qırğızıstan-Qazaxıstan dövlət sərhədində gömrük nəzarətinin ləğv edilməsi münasibətilə təntənəli mərasimə qatılıb. İki ölkənin liderləri o vaxt uca dağlarda İssık-Kul gölünün sahilində birbaşa telekörpü rejimində sərhədləri açmaq komandası veriblər.

“Ölkələrimiz arasında gömrük sərhədlərinin açılması biznesi, ticarəti canlandıracaq, – Nazarbayev o vaxt ümid edirdi. – Bu birlik uzaq perspektivdə xalqlarımızn rifahının yaxşılaşmasına səbəb olacaq”.

İki paytaxt arasında “soyuq müharibə”oktraybrın 15-də Qırğızıstan prezidenti seçkilərindən sonra bitəcəkmi? Birmənalı cavab vermək çətindir. Amma ümid edək ki, liderlər türk düşmənlərini sevindirməyəcəklər.

Yuxarı Geri Başlağıc