Gün: Oktyabr 12, 2017

Sosial media bu türk qızdan danışır – VİDEO

Türkiyəli 12 yaşlı Həmdü Səna adlı qız sosial medianın gündəmindədir. O hər gün dərsdən qayıtdıqdan sonra çobanlıq edir. Uşaqlar onun cizgi filmlərinin məşhur qəhrəmanı “Haydi” olduğunu zənn edirlər. Böyüklər isə indiki zamanda belə bir qızın ən az tapılan inci olduğunu deyirlər. Həmdü-Səna doğuş edən keçisini dərs çantasında, onun balasını isə […]

İlham Əliyev və Serj Sarkisyanın görüşünün yeri və tarixi bilindi

Azərbaycan və Ermənistan prezidentləri İsveçrədə görüşəcəklər. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan gələn həftə İsveçrənin Cenevrə şəhərində görüşəcəklər. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının iclasından sonra jurnalistlərə deputat Armen Aşotyan məlumat verib. “İclas zamanı biz həm də Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Cenevrədə […]

Arif Quliyevin səhhəti pisləşdi

Xalq artisti Arif Quliyev “Maşın” şoudan uzaqlaşdırılıb. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, buna səbəb onun səhhətində yaranan problem olub. Qəfil halı pisləşən aktyor evinə yola salınıb. Həkim nəzarətində olan A.Quliyev xəstəxanaya yerləşdirilmək istəməyib. Proqramın aparıcısı Murad Dadaşov aktyorun artıq “Maşın”dan uzaqlaşdırıldığını deyib və ona sağlamlıq arzulayıb. Qeyd edək ki, […]

Cavid Qurbanov müjdəni verdi: “Tam hazırdır”

Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə böyük diqqət yetirilir. Belə ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası artıq yekunlaşır. Bu ayın sonunda dəmir yolunun istismara verilməsi nəzərdə tutulub”. Turkustan.info “Report”a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017” adlı tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC -nin (ADY) […]

Zakir Həsənov Sarkisyanın köməkçisinə YERİNİ GÖSTƏRDİ – Düşənbədə tarixə düşəcək ADDIM – FOTOFAKT

Bu gün Düşənbədə keçirilən MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan müdafiə naziri Zakir Həsənovun diqqətçəkən addımı erməniləri qıcıqlandırıb. Turkustan.info xəbər verir ki, müdafiə nazirləri protokol fotosu çəkdirərkən, Z.Həsənov iclasda Ermənistanı təmsil edən bu ölkənin müdafiə nazirinin birinci müavini Artak Zakuryandan bir qədər kənarda dayanıb. Azərbaycan nazirinin bu addımı ilk növbədə […]

Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirilir – VİDEO

Azərbaycanda istifadə edilmiş plastik şüşələr və alüminium qutular artıq bir tullantı deyil, əlavə gəlir mənbəyidir.Turkustan.info Baku.ws-a istinadən xəbər verir ki, əlavə gəliri çox asan üsulla əldə edə biləcəksiniz. Sadəcə istifadə edilmiş konteynerləri tullantı qutularına deyil, “Fandomat”lara daxil edəcəksiniz və maliyyə bonuslarından yararlanacaqsınız. Layihənin əsas hissələrindən biri olan “Fandomat”lar necə çalışır? […]

Ölkədə qiymət artımı gözlənilir

“Aksiz vergilərin artırılması qiymət artımlarına gətirib çıxardacaq” “Vergi rüsumlarının artırılması ilə bağlı Dövlət Gömrük Komitəsinə hər hansı müraciət daxil olmayıb”. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bəzi aksiz vergilərinin artırılması gündəmdədir: “Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından […]

Gömrük Komitəsindən kərə yağı ilə bağlı ittihamlara münasibət

Dövlət Gömrük Komitəsi (DGK) bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə keyfiyyət göstəriciləri aşağı olan kərə yağlarının ixrac olunması və bu keyfiyyətsiz məhsulların idxalında qurumun məsuliyyət daşıdığına dair yayılan məlumatlara münasibət bildirib. DGK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə […]

Ağ Evdə savaş hazırlıqları: Tramp hər an düyməyə basa bilər

ABŞ Konqresinin üzvü – senator Bob Korker prezident Donald Trampın Üçüncü Dünya Müharibəsinə hazırlaşdığını iddia edib. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, senator Ağ Ev rəhbərinin dünya müharibəsinə səbəb olacaq reydlər etdiyini deyib: “O, öz işinə realiti şou kimi yanaşır. Tramp Üçüncü Dünya Müharibəsi başlada bilər”.Donald Trampdan Korkerə […]

Diş məcunu ilə bunları edə bilərsiniz

Diş məcunlarının sadəcə, dişləri təmizləmək və ağartmaq üçün lazım olduğunu düşünürsünüzsə, yanılırsınız. İndi təqdim edəcəyimiz üsullar sizə təəccüblü gələ bilər, ancaq bunları gündəlik həyatınızda sınaqdan keçirtməyinizdə fayda var. 1. Qaralmış gümüşlərinizi az miqdarda diş məcunu ilə silsəniz, əvvəlki kimi parıldayacaq. 2. Həmçinin, diş məcunu maşınlarınızın faralarını təmizləmək üçün də ideal […]

Gürcüstanın Azərbaycana olan borcu açıqlandı

2017-ci ilin oktyabrın 1-nə Gürcüstanın xarici dövlət borcu 5 mlrd. 5,855 mln. dollar təşkil edir. Turkustan.info xəbər verir ki, bu barədə APA-nın yerli bürosu Gürcüstanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, borcun 4,963 mlrd. dolları hökumətin payına düşür. Qonşu ölkənin Azərbaycana olan borcu 8,995 mln. dollar təşkil edir. Gürcüstanın ən çox […]

Millət vəkili AŞPA-da dünya dövlətlərinə səsləndi

Millət vəkili Qənirə Paşayeva AŞPA-da İraq və Suriyada yaşayan türkmanların ağır vəziyyətindən danışıb. Turkustan.info xəbər verir ki, millət vəkili sözügedən bölgələrdə yaşayan türkmanların beynəlxalq təşkilatlardan dəstək gözlədiyini bildirib. Qənirə Paşayeva Türkiyənin İraq və Suriya sərhədində İŞİD zülmündən qurtulmuş qaçqınların durumu ilə bağlı çağırış edib: “İraq türkmanlarının təmsilçiləri, İraq Türkman Cəbhəsi rəsmiləri […]

Bakıda AZƏRTAC-ın xüsusi müxbirinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib – VİDEO

Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının, alimlərinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Əməkdar Jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin ömür yoluna və yaradıcılığına qısa nəzər […]

Bacı-qardaşın başını kəsən cani həbs edilmədi – Məhkəmə qərarı

Bakıda bacı -qardaşın başını kəsən 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində stasionar kompleks məhkəmə psixoterik ekspertizası təyin edilib. Təqsirləndirilən şəxs Maştağada yerləşən xəstəxanaya göndərilib. Qeyd […]

ABŞ-da gölün üzərindən əjdaha uçdu — ŞOK VİDEO

ABŞ səmasında uçan əjdaha lentə alınıb. Turkustan.info “Ölkə.Az”-a istinadən xəbər verir ki, hadisə Montana ştatında baş verib. Video görüntü sosial şəbəkə izləyicilərinin heyrətinə səbəb olub. Video çarxı paranormal hadisələrin tədqiqatı ilə məşğul olan şəxs göndərib. Tədqiqatçı dron aparatı ilə göldə çəkiliş aparanda təsadüfən səmada uçan canlını görüb. Adını gizli saxlayan […]

700 PKK-çı azərbaycanlıların şəhərinə daxil oldu

Dünəndən bəri 700 PKK terrorçusu Kərkükə daxil olub. Turkustan.info xəbər verir ki, bu sözləri İraq Türkman Cəbhəsinin Kərkük üzrə rəhbəri Məhməd Səman Ağaoğlu deyib. Partiya rəsmisi məsələ ilə bağlı ətraflı açıqlama verməyib. Qeyd edək ki, dünən Kərkükdə Türkmən Cəbhəsinin ofisini hədəf götürən kamikadzelərin törətdiyi partlayış zamanı ölən, yaxud yaralanan olmamışdı. Şəhərdə […]

ABŞ UNESСO-dan çıxıb

ABŞ UNESСO-da çıxdığını elan edib. APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib. Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək. Öz növbəsində, İ. Bokova ABŞ-ın bu […]

Tarix İnstitutundan qalmaqallı xəritə haqda – BƏYANAT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib. Turkustan.info-nun məlumatına görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan […]

Üzeyirin mahnıları ilə Türkiyədə REKORD QIRAN GƏNC – VİDEO

Türkiyəli bloger Can Yüce mahnıları fərqli şəkildə oxuyub, instaqramda paylaşmaqla məşhurlaşıb. Turkustan.info xəbər verir ki, müxtəlif janrda olan mahnılara müraciət edən gənc Azərbaycan mahnılarından da yan keçməyib. 430 mindən çox izləyicisi olan Can Yüce öz səhifəsində əsasən Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu kimi ifaçıların mahnılarını yerləşdirir. Sözügedən ifaları təqdim edirik:   Publika.az

Yeni energetika naziri kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev sərəncamı ilə Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin olunub. Turkustan.info bildirir ki, Unikal.org yeni nazirin kimliyini araşdırıb. Məlum olub ki, 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1991-ci ildən diplomatik […]

Prezident İlham Əliyev yeni nazir təyin etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev P.O.Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilsin”.    A24.az

Gömrük Komitəsindən bahalaşma xəbərdarlığı: Qaçaqmalçılığa da rəvac verəcək?

Aksiz vergisi dərəcələrinin artırılması hökumətin də gündəmindədir. “Cümhuriyət” qəzetinin xəbərinə görə, bu haqda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. A.Əliyev həmçinin Azərbaycanda aksiz vergisi dərəcəsinin xeyli aşağı olduğunu deyib. “Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində […]

Yol Polisi sürücülərə və avtomobil sahiblərinə 1 ay vaxt verdi

Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar DİN Baş DYP İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Turkustan.info bildirir ki, idarədən Publika.az-a verilən məlumata görə, son vaxtlar bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast gəlinir. Belə ki, ayrı-ayrı sürücülər guya daha […]

“Trump Tower”in yerində “Agalarov Tower” ucalacaq

Çoxfunksiyalı kompleks inşa ediləcək. Ata-oğul biznesmenlər Araz və Emin Ağalarovlar Moskvanın Krasnoqorsk rayonunda “Crocus City”nin ərazisində “Agalarov Tower” çoxfunksiyalı kompleksini inşa etməyə hazırlaşır.Emin Ağalarov TASS-a bildirib ki, onların şirkəti əvvəllər “Trump Tower” qülləsinin ucaldılması planlaşdırılan ərazidə öz çoxfunksiyalı komplekslərini tikəcəklər. Lakin biznesmen layihənin parametrlərini açıqlamayıb, təkcə bunu deyib ki, “Agalarov Tower” […]

Qalmaqallı dərsliyin müəllifləri Nazirliyə çağırıldı – Müəllif: “Xəritədə Albaniyanın adı yazılmalıydı”

“Mən dərslikdə olan məlum problemi texniki səhv hesab edirəm. Dərsliklərdə səhvlər hər zaman olub. Hətta elə dərsliklər olub ki, ordadakı səhvlər 10 illərlə qalıb. Bizim bu dərsliyimiz çap olunmazdan əvvəl elektron variantda müzakirə də  edilib. Bəzi qeydlər aparılıb. Dərslikdə olan məlum problemin texniki səhv olduğunu Təhsil Nazirliyi, nəşriyyat və müəlliflər […]

Əfqan Muxtarlının xanımı qızı ilə Berlinə köçdü

Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva qızı ilə birlikdə Gürcüstanı tərk edib. BakuPost.az xəbər verir ki, bu barədə oktyabrın 12-də “Azadlıq” radiosuna Leyla Mustafayevanın özü bildirib. Məlumatı onun vəkili Arçil Çopikaşvili də təsdiqləyib. Leyla Mustafayeva hazırda 4 yaşlı qızı ilə birlikdə Almaniyanın Berlin şəhərində olduğunu deyib. O, […]

Azercell-in korporativ abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli oldu

Azercell Telekom idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə hər zaman böyük önəm verərək, həm öz müştəriləri və əməkdaşları arasında, həm də şirkətin korporativ sosial məsuliyyət layihələrində bu istiqaməti inkişaf etdirib. Öz müştəriləri arasında həm işgüzar, həm də dost münasibətlərini möhkəmlətmək, onların idmana qarşı həvəsini artırmaq və asüdə vaxtlarını […]

Soçidə Putinlə Nazarbayev arasında gərginlik yaşandı – VİDEO

Rusiyanın Soçi şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının sammitində gərgin anlar yaşanıb. Aktor.Az xarici mətbuata istinadən xəbər verir ki, tədbirin keçirildiyi zaman Rusiya prezident Vladmir Putin gözlənilmədən yerindən duraraq zala daxil olan Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevə tərəf gedib. Onların digər prezidentlərin əyləşdiyi masadan kənarda müzakirə aparmaları zaldakı qonaqlarda […]

“Erməni işğalının görünməyən tərəfləri” mövzusunda tədbir keçirilib

“Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinin elektron məlumat bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaq” layihəsi çərçivəsində oktyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində “Erməni işğalının görünməyən tərəfləri” mövzusunda tədbir keçirilib. Layihənin icraçısı olan “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin (İB) […]

“Əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil” – Prezidentin köməkçisi

“Hesab edirəm ki, AŞPAmüəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi”. Bunu APA-ya açıqlamasında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün AŞPA-da Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən deyib. “Məlumdur ki, Azərbaycan […]

Bərzani döyüşə hazırlaşır: Yollar bağlandı

İraq Kürd Muxtariyyəti Duhok və Ərbildən Mosula gedən 2 əsas olu bağlayıb. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə mediası informasiya yayıb. İraq Kürd Muxtariyyəti İraq ordusunun hücum əməliyyatı barədə kəşfiyyat məlumatları əldə etdikdən sonra dərhal ehtiyat tədbirlərinə başlayıb. “Kürdüstan bölgəsindən Mosula gedən 2 əsas yol var. Biri Ərbildən, digəri isə […]

Avropada qadın müəllim azyaşlı azərbaycanlıya dəhşət yaşatdı – FOTO

Çexiyaya sığınan azərbaycanlı siyasi mühacirlərə qarşı vəhşiliklər edilir. Turkustan.info bildirir ki, bu barədə AzToday.az-a Avropaya sığınan siyasi mühacirlər məlumat verib. Onların sözlərinə görə, Çexiyada kampda yaşayan azərbaycanlı siyasi mühacir Müxtar Qəhrəmanzadənin qızı məktəbdə müəllim tərəfindən zorakılıqla üzləşib. Belə ki, sentyabr ayının 4-də məktəbə gedən Xədicə Müxtarzadə 2 gün sonra müəlliməsi […]

Ərdoğanın Bakı səfərinin tarixi açıqlandı

Türkiyə səfiri: “Ərdoğan oktyabrın 30-da Bakıya gələcək” “Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək”. APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək. Hazırda ABŞ və Türkiyə arasında yaşanan viza gərginliyi ilə bağlı məsələyə […]

Yeni regional savaş: İran və Türkmənistan Ermənistanın yanında

Erməni emissarlar Tehran və Aşqabadda gizli danışıqlara başlayıblar Ermənistan Avropa qaz bazarında Azərbaycanın rəqibinə çevrilmək istəyir. İstiPress-in məlumatına görə, erməni mətbuatı baş nazir Karen Karapetyanın dünən Tehrana etdiyi səfəri, həmçinin Serj Sarkisyanın Tehran və Aşqabad səfərlərinin bununla bağlı olduğunu yazır.Məsələyə məqalə həsr edən “Joxovurd” qəzeti yazdığına görə, İranın neft nazirinin müavini Əmir […]

Ana-oğul idilər, cinsiyyət dəyişdirib ata-qız oldular – FOTOLAR

Avstraliyada maraqlı hadisə baş verib. Turkustan.info xəbər verir ki, ana və oğlu cinsiyyət dəyişdirərək ata və qız olublar. Belə ki, ana Erika Mayson cinsiyyətini dəyişdirərək Erik, oğul Korey isə gənc bir qız olub. Erik həyatı boyu qadın bədənində özünü narahat hiss etdiyini, hamilə qalmaqdan nifrət etdiyini deyib. Gənc qıza çeviriən […]

Təhsil haqqını ödəyə bilməyən tələbələrə şad xəbər

Ali məktəblərin bakalavr, magistratura, doktorantura pillələrinin tələbələrinə müvafiq kreditlərin verilməsi üçün “Təhsil haqqında” qanuna dəyişikliklər ediləcək. Turkustan.info xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında məlumat verib. Komitə sədri bildirib ki, qanun layihəsində kredit verənlərin hüquqları, sponsorların əldə edəcəyi üstünlüklər, kredit alanın […]

İntihar edən 21 yaşlı gəncin son mesajı: “Ata, mən getdim…”

Salyan rayonunda 21 yaşlı oğlanın intiharının bəzi təfərrüatları məlum olub. Xıdırlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Emin Əsədov maddi vəziyyəti yaxşı olan bir ailənin övladıdır: “Günün-günorta vaxtı özünü asıb. Səhhətində heç bir problem olmayıb. Özü də yaxşı oxuyan, sakit bir gənc idi. Emin imkanlı ailənin uşağıdır. Onların maddi vəziyyəti […]

Fəlakət yaxınlaşır – Neçə il vaxtımız qaldı?

Dünyada energetik kollaps olacaq!? Dünyanın sonunun daha bir ssenarisi hazırlandı. Bu dəfə Yer üçün alimlər 30 il ömür biçiblər. İstiPress-in məlumatına görə, Günəşdəki fəallaşma ekspertləri narahat etməyə başlayıb.Mütəxəssislər düşünürlər ki, bu fəallaşma 30 ildən sonra Yerdə həyatı tamamilə məhv edə bilər. Belə ki, 21-ci əsr, xüsusilə 2039- 2055-ci illər aralığı təhlükəlidir. […]

50 minlik İraq ordusu hərəkətə keçdi — Toqquşma qaçınılmazdır

50 minlik İraq ordusu Ovaköyün qarşısındakı Dayrabun və Baciddə hərbi əməliyyatlara hazırlaşır. Turkustan.info “Ölkə.Az”-a istinadən xəbər verir ki, peşmərgə silahlıları “Buralar bizimdir, yaxınlaşanı vurarıq”-hədəsini etmişdi. Rəsmi Bağdadın isə bu təhdidə cavabı gecikmədi: “Hədələrə boyun əyməyəcəyik, mübahisəli ərazilərdən çəkilin”. Bölgədəki mənbələr isə silahlı toqquşmanın qaçınılmaz olduğunu bildirir. İraq ordusu Bərzaniyə bağlı peşmərgələrə […]

Qorbaçov sükutu pozdu — Rusiyanın Kataloniyaları çoxdur

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Kataloniy məsələsini şərh edib. Turkustan.info xəbər verir ki, Qorbaçov İspaniyadakı vəziyyətlə SSRİ-də baş verən hadisələr arasında bənzərliyin olub-olmadığı barədə sualları cavablandırıb. Qorbaçov bildirib ki, Rusiyanın özünün çoxsaylı Kataloniyaları var və bunu həll etmək, yoluna qoymaq lazımdır. Keçmiş SSRİ prezidenti deyib: “Mən İspaniya Kataloniyası barədə danışmayacam. Çünki […]

Həbsxanada qiyam – polis silaha əl atdı, ölənlər var – VİDEO

Meksikanın şimalında Nuevo Leon əyalətində yerləşən həbsxanada qiyam baş verib. Çıxan üsyan nəticəsində 13 nəfər ölüb. Meksika əyalətinin polis sözcüsü Aldo Faskinin verdiyi məlumata görə, qiyam bazar ertəsi gecə saatlarında başlayıb. Onun sözlərinə görə, istər polis, istərsə də nəzarətçilər özlərini qorumaq üçün silaha əl atmaq məcburiyyətində qalıblar. Aldo qarşıdurmada yaralanan […]

Referendum tarixə qovuşur: Qarabağın həlli yaxınlaşır

Dünyada gedən proseslər böyük güclərin Dağlıq Qarabağ məsələsinin həllinə marağını artıracaq. Turkustan.info bildirir ki, bunu Axar.az-a açıqlamasında “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert bildirib ki, Avropada böyük əks-səda doğuran Kataloniya hadisələri Azərbaycana siyasi əsaslar verir: “Kataloniya prosesləri Dağlıq Qarabağ konfliktinin həlli irəli sürülərkən zaman-zaman Avropanın ermənilərin […]

Meyxanaçıların DÖYÜŞÜ – Murad Dadaşov GÜNAHLANDIRILDI

“Maşın” realiti şousunun üçüncü günündə səsverməyə meyxanaçı Samirə Yusifqızı çıxıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, “Xanımlar vs Cənablar” devizi ilə yayımlanan verilişdə qutuya 12 nəfər S.Yusifqızının fotosunu atıb. O, isə hədəfi olaraq ötən gün də yarışmada səsverməyə qatılan həmkarı Vüqar Əbdülovu seçib. Vüqar isə qarşılığında “getsin”ə səs istəməyib, o, həmkarının […]

Sevil Əliyeva üçün özəl gün

Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. Modern.az-ın məlumatına görə, Sevil Əliyevanın 62 yaşı tamam olur. Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb […]

“AŞPA konkret sifariş yerinə yetirir”

Əli Həsənov Azərbaycanın AŞ ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur olduğunu deyib “AŞPA müəyyən maraqlı antiazərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi”.Turkustan.info-nun məlumatına görə, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a […]

Rusiya Ermənistana 100 milyon ayırır – YENƏ SİLAH KREDİTİ

Ermənistan hökuməti Rusiyanın İrəvana 100 milyon dollar həcmində müdafiə krediti verməsi layihəsini müzakirə edəcək. Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı “Sputnik” agentliyi yayıb. Agentlik yeni kredit razılaşmasında Ermənistanın ilkin ödəmə kimi ümumi müqavilənin 10%-dən az olmayan hissəsini məsul olan Rusiya təşkilatına verməli olduğunu bildirib. Kredit 15 il müddətinə illik 3%-lə […]

QHT yeniyetmələr arasında cəbhə bölgəsinə dair təbliğat işinə yekun vurub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “Qarabağ Müharibə Veteranlarına Yardım” İctimai Birliyinin icra etdiyi   “Cəbhə bölgəsində xidmətin üstünlükləri haqda yeniyetmələr arasında təbliğat işlərinin aparılması” adlı layihəyə yekun vurulmuşdur. 3 ay müdətində icra olunan bu layihədə gənclərə cəbhə bölgəsində qulluq etməyin üstünlükləri, düşmənlə təmas xəttində […]

Türkiyənin BİLGESAM Mərkəzi Əli Həsənovun Xocalı ilə bağlı monoqrafiyasını saytında yerləşdirib – FOTO

 İstanbulda fəaliyyət göstərən BİLGESAM Araşdırmalar Mərkəzi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi monoqrafiyasının türk və ingilis dillərindəki elektron versiyalarını öz saytında yerləşdirib. Azərtac xəbər verir ki, BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) xarici siyasət və təhlükəsizlik məsələləri […]

“Zəhərli südü içirib və dərmanı zorla uddurdum” – Balaca qızını zəhərləyən ana

Qusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub. APA-nın xəbərinə görə, Saypullayeva Gülnarə Qurbanovna elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, ifadəsində göstərib ki, o, Qusar rayonunun Hil kəndində Rafiq adlı şəxsə məxsus fermada rəsmi nikahda olmadığı Bəxtiyar Ömərovla birlikdə yaşayıb. Evlilik münasibətlərindən […]

Bakıda 3-4 manata kərə yağı satılır – VİDEO

Marketlərdə 17-18 manata satılan kərə yağı, bəzi mazağazalarda 3-4 manata təklif edilir. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, əsasən Ukraynadan gətirilən kərə yağının diğərləri ilə müqayisədə çox ucuza satılması son günlər sosial şəbəkələr və xəbər saytlarında gündəm mövzulardan birinə çevrilib.   Belə yağların insan orqanizmi üçün təhlükəli olduğunu deyən vətəndaşlar […]