TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Ağ Evdə savaş hazırlıqları: Tramp hər an düyməyə basa bilər
12 Oktyabr 2017 21:23
    Gündəm
Ağ Evdə savaş hazırlıqları: Tramp hər an düyməyə basa bilər













ABŞ Konqresinin üzvü – senator Bob Korker prezident Donald Trampın Üçüncü Dünya Müharibəsinə hazırlaşdığını iddia edib. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, senator Ağ Ev rəhbərinin dünya müharibəsinə səbəb olacaq reydlər etdiyini deyib: “O, öz işinə realiti şou kimi yanaşır. Tramp Üçüncü Dünya Müharibəsi başlada bilər”.Donald Trampdan Korkerə cavab gecikməyib. Amerika prezidenti bildirib ki, ABŞ uzun illər yanlış yolda olub: “Son 25 ildəki liderlər bizi dünyanın əvvəllər görmədiyi böyük problemlərə aparıblar. Biz indi doğru yoldayıq”.

Trampın təhlükəli reydləri

Donald Tramp hakimiyyətinin ilk günündə verdiyi qərar 10-a yaxın müsəlman ölkəsindən olan insanların Amerikaya girişinin və vizanın verilməsini qadağan etməsi ilə bağlı idi.ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) “MacDill” hərbi hava bazasında hərbçilərlə görüşündə qərarını izah edən Donald Tramp çıxışında İran və Şimali Koreyaya müharibə elan etdi. O, ABŞ-ın baş ağrısına çevrilən bütün terror təşkilatları, İran və Şimali Koreyanı zərərsizləşdirəcəyi vədini verdi. Lakin çıxışından sonra Şimali Koreya ilə müqayisədə İrana qarşı daha yumşaq addımlar (sanksiyalar) atan yeni Ağ Ev rəhbərinin Kim Çen İnin ölkəsinə qarşı sərgilədiyi mövqe daha sərt idi.Şimali Koreyaya müharibə elan edən Tramp Amerikanın bu ölkə ətrafındakı hərbi bazalarının, Yaponiya və Cənubi Koreyanın döyüş vəziyyətinə gətirilməsinə yönəlik addımlar atdı.

Məğlubiyyətə bərabər qələbə

Analitiklər hazırda dünya müharibəsinə səbəb olacaq yeganə nöqtənin, Şimali Koreya olduğunu deyirlər. Suriya və Ukraynada Rusiya kimi güclü rəqibi ilə açıq qarşıdurmaya getməkdən imtina edən ABŞ-ın hərbi dairələri (Pentaqon), Trampın nə istəməsindən asılı olmayaraq dünyanı qorxulu müharibəyə çəkəcək addımı atmadı: İrana müdaxilədən imtina etdi. Hazırkı situasiyada da Rusiya və ABŞ arasında qarşıdurma yaradacaq risk faktoru yoxdur. Şimali Koreyada isə bu iki nəhəngin qarşılaşması ehtimalı aşağı dərəcədədir.Əksinə, Rusiya Amerikanın Şimali Koreya bataqlığına girməsində maraqlıdır.Moskvada hesab oluna bilər ki, ABŞ nüvə gücü olan Şimali Koreya ilə müharibədə qalib gəlsə belə, bu savaş rəqibinə ağır itkilər verəcək və zəiflədəcək.Amma Şimali Koreyaya qarşı ABŞ-ı kifayət qədər dəstəkləyən müttəfiqinin (NATO) olmasını, Rusiya və Çin kimi nəhənglərin bu məsələdə bitərəf mövqedə dayandıqlarını da nəzərə alsaq, Şimali Koreya – ABŞ qarşıdurmasının dünya müharibəsinə çevrilmək ehtimalı aşağıdır.Sadəcə, nüvə silahlarından istifadə edilməsi ehtimalının yüksək olduğu bu müharibədə ağır itkilər olacağına şübhə yoxdur.

İran və Şimali Koreya böhranlarının həllindən sonra

Analitiklər hesab edirlər ki, dünya müharibəsi Rusiya və ABŞ arasındakı açıq silahlı qarşıdurmada baş verə bilər ki, hazırkı situasiyada Ağ Ev rəqibini yumşaq addımlarla – sanksiyalarla küncə sıxışdırmağa çalışır. Suriya və Ukrayna ətrafında baş verən son gəlişmələrdə də əzəli rəqibləri açıq qarşıdurma vəziyyətinə gətirəcək elementlər görünmür.Lakin Şimali Koreya böhranından sonra Rusiyanın hədəf taxtasına yaxınlaşdırılmayacağına da zəmanət yoxdur. Hesab etmək olar ki, Rusiya ilə qarşıdurama verəcəyi ağır itkiləri nəzərə alan Amerika Şimali Koreya böhranını tezliklə həll etmək istəyir. Çünki belə bir qarşıdurmada Şimali Koreyanın da baş ağrısına çevriləcəyini bilir.Buna görə də Koreyanı indidən sıradan çıxarmaqla sonrakı zərərlərini əvvəldən azaltmağa çalışır.Amma İran faktoru da var ki, Amerika Rusiyaya “əl gəzdirməzdən” əvvəl İran problemini də həll edə bilər. Çünki Şimali Koreya kimi İran üçün də Rusiya ilə qarşıdurma Amerikanı vurmaq üçün fürsət ola bilər. Başqa sözlə, Amerika İran və Şimali Koreya böhranlarının son mərhələsinədək dünya müharibəsinə səbəb olacaq addımlardan çəkinə bilər.

“Müharibə ssenariləri var”

Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Trampın Şimali Koreyaya qarşı hərbi əməliyyatları istisna etməməsi və həmişə buna eyham vurması, Vaşinqtonda müharibə hazırlıqlarının getdiyi barədə məlumatların yayılmasına səbəb olub. Politoloq həmçinin qeyd edib ki, digər tərəfdən Tramp administrasiyasının İranla nüvə sazişini ləğv etmək planları da ABŞ-ın növbətə dəfə mümkün hərbi toqquşmalarla nəticələnə biləcək addımlar atacağı haqqında proqnozların səsləndirilməsinə yol açıb:

“Başqa bir məsələ isə Trampın Suriyanın raketlərlə bombalanması kimi ani qərar vermək xüsusiyyəti də qeyd edilir. Bütün bunların fonunda ABŞ-da mümkün hərbi əməliyyat ssenariləri ilə bağlı xəbərdarlıqlar səsləndirilir.Bununla belə, güman etmirəm ki, ABŞ İraqda olduğu kimi genişmiqyaslı hərbi əməliyyatlara start verəcək.Çünki Suriyada daha çox Rusiya, İran və Türkiyənin səyləri ilə nisbi atəşkəs əldə olunub.Əfqanıstan təcrübəsi də var, hazırda koalisiya qüvvələri yalnız paytaxt Kabul və ətrafına nəzarət edə bilirlər.Əfqanıstan müharibəsinin nəticələri hələ də mübahisə predmeti olaraq qalır.Ukraynada da vəziyyət qənaətbəxş deyil.Bu ölkədə də hərbi əməliyyatların başlama riski yüksəkdir.Avropa İttifaqı çərçivəsində də daxili münaqişələr aktuallaşır.Bütün bunlar şübhəsiz ki, çəkindirici amillərdir və ABŞ-da bunları nəzərə almaya bilməzlər.Amma istisna deyil ki, ABŞ Şimali Koreyaya zərbələr endirsin”.   /Cebhe.info/

Yuxarı Geri Başlağıc