TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
“Erməni işğalının görünməyən tərəfləri” mövzusunda tədbir keçirilib
12 Oktyabr 2017 14:50
    Xəbər xətti
“Erməni işğalının görünməyən tərəfləri” mövzusunda tədbir keçirilib













“Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinin elektron məlumat bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaq” layihəsi çərçivəsində oktyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində “Erməni işğalının görünməyən tərəfləri” mövzusunda tədbir keçirilib.
Layihənin icraçısı olan “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin (İB) sədri Faiq İsmayılov tədbirdə çıxış edərək layihənin məqsədinin Ermənistan silahlı qüvvələrinin işğalı altındakı ərazilərimizdə Azərbaycanın tarixi, mədəni abidələri haqqında məlumatları toplayıb arxivləşdirərək ictimaiyyətin diqqətinə çatdırmaq olduğunu bildirib. Həmçinin erməni vandallarının Azərbaycanın tarixi və mədəni abidələrini yox etmək məqsədilə törətdikləri cinayətləri ifşa etmək, onu beynəlxalq ictimaiyyətə çatdırmaq da layihənin əsas hədəflərindəndir.
Vurğulanıb ki, işğal altındakı ərazilərdə minlərlə tarixi-mədəni abidəmiz erməni vəhşiliyinin qurbanına çevrilib. Təkcə rəsmi dövlət qeydiyyatında olan abidələrimizin sayı 900-ə yaxındır. Buna görə də işğal altındakı ərazilərimizdə abidələrimizin vahid elektron məlumat bazasının yaradılması günün tələbidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də işğal altındakı ərazilərimizdə tarixi abidələrimizin ermənilər tərəfindən məhv edilməsi barədə faktları dəfələrlə ən mötəbər tribunalardan diqqətə çatdırıb.
Sonra iştirakçılara layihə çərçivəsində yaradılmış elektron baza barədə məlumat verilib. Elektron bazada işğal altındakı torpaqlarımızda tarixi-mədəni abidələrin görüntüləri, onlar haqqında məlumatlar yer alıb.
Digər çıxışlarda da erməni vəhşiliyinin bütün dünyada ifşası istiqamətində belə tədbirlərin və layihələrin önəmi qeyd olunub.

Yuxarı Geri Başlağıc