TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Ölkədə qiymət artımı gözlənilir
12 Oktyabr 2017 21:55
    Gündəm
Ölkədə qiymət artımı gözlənilir













“Aksiz vergilərin artırılması qiymət artımlarına gətirib çıxardacaq”

“Vergi rüsumlarının artırılması ilə bağlı Dövlət Gömrük Komitəsinə hər hansı müraciət daxil olmayıb”. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bəzi aksiz vergilərinin artırılması gündəmdədir: “Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətəuyğun deyil”.

DGK sədri deyib ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər: “Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, xüsusi aksiz markaları tətbiq olunarsa və yaxud da aksiz vergiləri artırılarsa, bu, istehlak bazarında qiymət artımlarına gətirib çıxardacaq: “Nəzərə alsaq ki, Azərbaycan tütün və spirtli içkilərə olan tələbatın əhəmiyyətli hissəsini məhz idxal hesabına ödəyir, o baxımdan, idxala tətbiq edilən aksiz vergilərin artırılması nəticədə qiymət artımlarına gətirib çıxardacaq”.

“Xüsusən də idxal edilən məhsulların qiymətində artımlar olacaq. Yerli məhsulların qiymətlərində artımlar olmayacaq. İdxal rüsumlarının artırılması birbaşa ölkəyə gətirilən məhsulların qiymətlərinə təsir göstərir. Amma bu, adətən psixoloji olaraq təsir göstərir. Daha çox artımlar idxal olunan məhsullarla bağlı olacaq” — Bayramov bildirib.

Onun sözlərinə görə, insan sağlamlığına ziyanlı olmasına baxmayaraq, vətəndaşların çoxu tütün məmulatlarından istifadə edir: “O baxımdan, rüsumun artırılması qiymət artımlarına gətirib çıxardacaq. Bu da vətəndaşların xərcini artıracaq. Ona görə də rüsumların sayında kəskin artımlar arzu olunan deyil”.

Ekspertin fikrincə, əgər artımlar olacaqsa, optimal artımlara gedilməsinə ehtiyac var: “Çünki kəskin artımlar kəskin qiymət artımları deməkdir. Bu da vətəndaşların xərcinin artmasına gətirib çıxardır”.

“Xüsusilə, keyfiyyətli spirtli içkilər və tütün məmulatları xaricdən idxal edilir. O baxımdan bunlara rüsumun tətbiq edilməsi qiymət artımına gətirib çıxarda bilər” – deyə iqtisadçı söyləyib.

Keçmiş deputat, iqtisadçı-ekspert Nazim Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında, aksiz vergilər də daxil olmaqla istənilən rüsum və vergilərin birbaşa maya dəyərinə təsir etdiyini deyib: “İş adamları, sahibkarlar həmin maya dəyərinə, artıma müvafiq olaraq qiyməti artıracaqlar və bu xərci əhalidən çıxartmağa məcbur olacaqlar”.

Onun sözlərinə görə, adətən maya dəyərinin artmasının birinci səbəbi yerli valyutanın ucuzlaşması olur, çünki xarici iqtisadi əlaqələrlə məşğul olan şəxslər həmin məhsulları dollar və ya avro ilə alırlar: “Maya dəyərinin artmasının ikinci səbəbi gömrük və vergi orqanlarının rüsum və vergilərinin dərəcələrinin artırılmasıdır. Hər iki halda qiymət bahalaşması baş verir. Bu da vətəndaşlara təsir edəcək”.

“Bu, həm büdcə gəlirlərinin artırılması baxımından müsbətdir, həm də vətəndaşların spirtli içkilərdən və tütün məmulatlardan uzaq durmalarına maddi baxımdan təzyiq edə bilər. İstənilən halda qiymət bahalaşması birmənalıdır” – deyə ekspert bildirib.   /bizimyol.info/ 

Yuxarı Geri Başlağıc