Gün: Oktyabr 13, 2017

Gecə saat 3-də nə baş verəcək? – LƏNƏTLİ GÜN

Cümə gününün ayın 13-nə təsadüf eləməsi ilin ən sirli günlərindən sayılır. Turkustan.info Kult.az-a istinadən xəbər verir ki, xristian inanclarına görə, 13 rəqəmi, eyni zamanda hər ayın 13-ü lənətli gündür. Deyilənlərə görə, Tanrı hər ayın 13-ü bütün ruhani varlıqların, cin, şeytan və digərlərinin insanlara təmas etməsinə və görünməsinə icazə verir. Uğursuzluqlara rast […]

Vulkan krateri pilotsuz təyyarə ilə çəkildi – VİDEO

Videoqraf Ceyms Reynolds Yaponiyada püskürən Simmoe vulkanının kraterini dronla (pilotsuz təyyarə) çəkib. Turkustan.info xəbər verir ki, videoçarx “Earth Uncut TV” yutub kanalında dərc edilib. Kirisima dağ silsiləsində püskürmə oktyabrın 11-də başlanıb. “Times” nəşrinin məlumatına görə, kraterdən çıxan tüstü 1700 metr hündürlüyə qədər qalxıb. Vulkan külünün yaxınlıqdakı şəhərlərə düşdüyü bildirilir. Simmoenin fəallığının […]

Altı uşaq anası: Qayınanam qızımı satdı – VİDEO

Bərdə rayon sakini Xurşudova Elnaz ailə qurduğu 11 il ərzində altı uşaq dünyaya gətirib. Onun sözlərinə görə, övladlarından biri qayınanası və əri tərəfindən əlindən alınaraq başqa ailəyə satılıb. Turkustan.info-nun Xəzər TV-yə istinadən məlumatına əsasən, Elnaz Xurşudova bildirir ki, həyat yoldaşı onu uşağı başqa ailəyə verməyə məcbur edib. Və ona deyiblər […]

Namazovun seçki dönüşü

Prezident seçkiləri yaxınlaşdıqca “itmiş” siyasilər yenidən üzə çıxmağa başlayıb. Uzun müddətdir gözə dəyməyən politoloq Eldar Namazov da “geniş səlahiyyətlərlə Bakıya qayıdıb. Ötən gün Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin toplantısı keçirilib və müzakirələr zamanı tanınmış şair Vahid Əziz, professor Firudin Cəlilov və digər ziyalıların təklifi ilə Eldar Namazov daimi sədr seçilib. […]

Kredit borcu olanların nəzərinə

Azərbaycanda kredit borclarını ödəməkdən yayınan şəxslərin cəzası yüngülləşdirilir, onlara qarşı yeni cəza növü tətbiq olunur. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinə dəyişiklik edilir. Layihəyə əsasən, məhkəmənin qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli […]

Azərbaycanlı “vorzakon”a ömürlük qadağa – VİDEO

Nəzərov ömürlük olaraq Rusiya ərazisinə daxil ola bilməyəcək. Əlli altı yaşlı azərbaycanlı “vorzakon” Yunus Nəzərov (Yunus Bakinski) Rusiyada arzuolunmaz şəxs elan edilib.Turkustan.info  “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nəzərov ömürlük olaraq Rusiya ərazisinə daxil ola bilməyəcək.Qeyd edək ki, bu, Rusiya hüquq-mühafizə orqanlarının kriminal avtoriteti ölkədən deportasiya etmək üçün etdiyi dördüncü cəhddir. Sonuncu dəfə avqustun əvvəlində […]

Bakıda avtomobillərin hərəkəti iflic oldu – VİDEO

Axşam saatlarında Bakının mərkəzi küçələrində sıxlıq yaranıb. Turkustan.info-nun Oxu.Az-a istinadən məlumatına görə, hazırda Bakının Heydər Əliyev (şəhər mərkəzi istiqamətində), Həsənoğlu, Gülarə Qədirbəyova küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sürücülər bildirirlər ki, saat 18:00-dan yolda qalıblar. Digər küçələrdə sıxlıq olsa da, hərəkət dayanmayıb.

Ziyalılardan Tarix İnstitutuna qınaq: “İş-işdən keçəndən sonra…”

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün  X sinif  “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaranmış qalmaqal bir neçə gündür cəmiyyətin geniş müzakirəsinə səbəb olub.  Qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü […]

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

Azərbaycan xalqı tarixən Allah  dostları olan övliyalara, diyar-diyar dolaşan dərvişlərə və peyğəmbər soyundan gəldikləri üçün seyidlərə xüsusi rəğbət bəsləmiş, onlara sahib çıxmış və qorumuşdur.  Təsadüfi deyil ki,öz ölkələrində təqiblərə, əzab-əziyyətlərə məruz qalmış və qətl edilmək təhükəsi ilə üzləşən peyğəmbər övladları zaman-zaman Azərbaycana pənah gətirmişdir. Əhlibeytdən olnlara buranın əhalisi tərəfindən daima […]

Hacı Şahin 4 min azərbaycanlını Kərbəlaya necə pulsuz aparır? – ARAŞDIRMA

İlk dəfə olaraq İraq hökuməti azərbaycanlı şiələrə Ərbəin ziyarəti zamanı yerləşməyə yardımçı olacaq. Üstəlik bu yardım heç bir qarşılıqlı maddi yardım güdmədən həyata keçiriləcək. Səbəb isə İmam Hüseynin 40 mərasimində Kərbəla şəhərində sıxlığın yaşanması və insanların günlərlə qalacaq yer axtarmasıdır. Onlar 4 min azərbaycanlı zəvvarı mədrəsədə qalacaq yer və gündə […]

Ataları tərəfindən erməni qadına verilən uşaqlar canlı yayımda yalvardı: “Bizi xilas edin, yemək vermir, zülm çəkirik…” – VİDEO

Ataları tərəfindən erməni qadına verilən uşaqlar, canlı efirə hərkəsi ağlatdı. A24.Az xəbər verir ki, Xəzər TV-də yayımlanan “Səni Axtarıram” verirlişinə bir müddət öncə Sahibə adlı qadın nəvələrinin ataları tərəfindən erməni qadının himayəsi altına verildiyini iddia etmişdi. Verilişin gedişatında məlum olub ki, uşaqların atası öz övladlarını iki erməni qadına əmanət edib. Nəvələrini […]

“Dünya Görmə Günü”ndə 100-dən yuxarı gözdən əlil vətəndaş müayinə olunub – FOTOLAR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu,Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, əmakdar elm xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar Qasımovun təşəbbüsü ilə baş tutan aksiyada məqsəd maarifləndirmə işləri aparmaq və bu xəstəliklə mübarizənin yollarını göstərməkdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İçtimai Birliyində reallaşan aksiyada 100-dən yuxarı gözdən […]

Emin Həsənli: “Minsk qrupunun həmsədr dövlətləri Ermənistanı silahlandırır”

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyir ki, digər dövlətlər vasitəçilik etməsəydi, Qarabağ münaqişəsi çoxdan həllini tapardı. Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Sputnik Azərbaycan-a […]

Bakının daha bir parkında pulsuz “Wi-Fi” olacaq

“Bakı Telefon Rabitəsi” MMC paytaxtın “İzmir” parkında pulsuz “Wi-Fi” şəbəkəsinin qurulması üzrə iş aparır. Bu barədə özəl olaraq trend-ə MMC-dən bildiriblər. Operatorun planına “Nərimanov” parkında (eyniadlı metro stnasiyasının yaxınlığında) “Wi-Fi” xidmətinin təqdim edilməsi də daxildir. Hazırda bu parkda şəbəkə sınaq mərhələsindədir. Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart […]

Qarabağda separatçıların “DÖYÜŞÜ” BAŞLANDI

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma DQR-in “rəhbərliyi” arasında mübarizə başlayıb. Publika.az xəbər verir ki, separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanla “DQR” “prezidenti” Bako Saakyan arasında münasibətlər kəskinləşib. “Jamanak” qəzeti yazır ki, qarşıdurmaya səbəb hakimiyyət bölgüsüdür. “Balasanyan öz səlahiyyətləri çərçivəsində hərəkət etmir və daha azad şəkildə fəaliyyət […]

Moskvada azərbaycanlı “qanuni oğru” saxlanıldı

Rusiya polisi ötən gün 56 yaşlı azərbaycanlı “qanuni oğru” Yunus Nəzərovu saxlayıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kriminal aləmdə “Yunus Bakinski” adı ilə tanınan Nəzərov Rusiyanın miqrasiya qanunlarını dəfələrlə pozduğu üçün bu ölkəyə gəlməsinə ömürlük qadağa qoyulub. Qərar Podolsk şəhər məhkəməsinin qərarı ilə elan olunub. Məlumata görə, son […]

Putinin milyardları Azərbaycana bu yolla gələcək

Azərbaycanın əlində olan yeni təsir rıçağı. Noyabrın əvvəlində İranda keçiriləcək Putin – Əliyev – Ruhani sammitində, böyük ehtimalla, Şimal – Cənub nəqliyyat dəhlizi çərçivəsində Astara – Rəşt  – Qəzvin dəmir yolunun tikintisi məsələsi də müzakirə olunacaq. İstiPress-in məlumatına görə, yük dövriyyəsi istifadəyə veriləndən sonra təxminən 15-20 milyon ton olacaq Astara – […]

Saakaşvili Poroşenkonu istefaya səslədi: “Aksiyamız müddətsiz olacaq”

Gürcüstanın sabiq prezidenti, “Yeni Qüvvələr Ruxu” partiyasının lideri Mixail Saakaşvili tərəfdarlarını oktyabrın 17-də Kiyevin mərkəzində toplayacaq.   Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, siyasətçi tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyanı müddətsiz elan edəcəyini deyib.   “Yaxşı olardı ki, Poroşenko Antikorrupsiya məhkəməsi, yeni seçki məcəlləsi, deputat toxunulmzalığı ilə bağlı tələblərimizi qəbul edərdi. […]

Qadınların sosial-psixoloji problemləri müzakirə edilib

Qadın problemləri üzrə ekspert Aynur Zamanova isə həyatdan misallar gətirməklə sosial-psixoloji problemlərdən çıxmağın yollarını sadalayıb “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUB) “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş təşkil edib. “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda keçirilən görüşdə ölkədəki […]

Qənirə Paşayeva AŞPA-nı ikili standartlarda ittiham edib

Bu gün AŞPA-da sərbəst müzakirələr zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatı ikili standartlarda ittiham edib. Turkustan.info-nun xəbərinə görə, Q. Paşayeva bəzi deputatların Azərbaycan əleyhinə apardığı kampaniyaya cavab verib: “Mən 12 ildir burada ölkəmin təmsilçisiyəm. Amma bu gün yalan-yanlış bilgilərlə “insan haqları” adı altında Azərbaycanı ittiham edən bəzi millət vəkillərinin […]

Qəbirdən xortlayıb gələn kişinin dedikləri hər kəsi şoka saldı: “Sevmədim oranı, gün işığı düşmürdü” – VİDEO

Türkiyədə ağlasığmaz hadisə baş verib. A24.Az Haberler.com-a istinadən xəbər verir ki, Balıqəsirdə yaşayan Mustafa Yılmaz adlı şəxs 1979-cu ildə basdırılıb. 3-4 il sonra isə yaşadığı kəndə geri qayıdıb . TV proqramına qonaq olan M.Y, aparıcı Zahide Yetişin “Qəbirdən niyə çıxdınız” sualına, “İlanlar var idi. Ona görə, oranı sevmədim. Gün işığı düşmürdü”, […]

Bakıdan Gəncəyə qatarla 4 saata getmək mümkün olacaq

Bu istiqamətdə gediş haqqının təqribən 20 manat olması nəzərdə tutulub. Növbəti il Bakıdan Gəncəyə sürət qatarının fəaliyyətə başlaması nəzərdə tutulub. Qatarın paytaxtdan Gəncəyə təxminən 4 saata çatacağı hesablanıb.Turkustan.info xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. “Bu istiqamətdə gediş haqqının 10-14 dollar və ya təqribən 20 […]

Jurnalist təşkilatı cəbhə bölgəsindəki məktəblərdə vətənpərvərlik təbliğatı aparıb

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Cəbhəyanı bölgələrdə yaşayan gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək məqsədi ilə tədbirlərin təşkili” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Tərtər rayonunun Xoruzlu kəndində keçirilib. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, […]

Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunub

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Turkustan.info-nun məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə ürəkdən təbrik edib. Sonra “Azərbaycan Dəmir Yolları”nın bir qrup əməkdaşının ali […]

“Azercell”in prezidenti qızıl medalla təltif olundu

Vahid Mürsəliyev “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi mükafatlandırldı “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev ölkədə fəaliyyət göstərən ən aparıcı şirkətlərdən birində səmərəli rəhbərlik fəaliyyətinin nəticəsi kimi daha bir mükafata layiq görülüb. Şirkət prezidenti “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi qızıl medal və diplomla təltif […]

“Peyğəmbərin və imamların şəkillərini yandırdım, çünki…” — Elşad Miri

Turkustan.info publika.az-a istinadən ilahiyyatçı Elşad Miri ilə müsahibəni təqdim edir. – Elşad bəy, ailənizdə dini təhsil almış, ixtisasca ilahiyyatçı olan kimsə varmı? – Xeyr, heç kim yoxdur. – Bəs necə oldu ki, siz ilahiyyatçı olmağı seçdiniz? Bəzən görürsən ki, hüquqa balı çatmayan uşaqlar məcbur olub filologiyada, jurnalistikada oxuyurlar. Sizdə də […]

Yeni energetika naziri açıqlama verdi

Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu Energetika Nazirliyinin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib. Nazirliyin verdiyi xəbərə görə, Ə.Əsədov P.Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. Enerji sektorunun […]

Bu da Ağalarovun dəbdəbəli malikanəsi – VİDEO

Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov evinin qapılarını “Muz TV “ üçün açıb.  Turkustan.info xəbər verir ki, “Напросились” verilişi nin komandası Ağalarovun Rusiyadakı malikanəsinin görüntülərini lentə alıb. Fransa qəsrlərinin tərzində tikilən villanın ümumi sahəsi 4, 5 min kvadrat metrdir. Evin 13 yataq, bir neçə qonaq otağı, kino və sport zalları, […]

Sumqayıtda şəhid QALMAQALI – FOTO

Sumqayıtda Qarabağ şəhidləri ilə bağlı qalmaqal baş verib. Belə ki, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Qarabağ döyüşlərində şəhid olmuş 5 hərbçinin plakatı hazırlanıb və vaxtilə yaşadıqları küçələrə vurulub. Amma bir neçə gün sonra şəhidlərin plakatları naməlum şəxslər tərəfindən sökülüb. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı  şəhid plakatlarının sökülməsinə görə […]

Azərbaycanda bütün telekanal və radioların yayımı dayandırılacaq

Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir. Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək. Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Profilaktika ilə əlaqədar olaraq, telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq. Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə […]

DYP-nin qalmaqallı defis qərarı nə qədər önəmlidir? – 60 manat, 4 bal…

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin dövlət qeydiyyat nişanlarındakı defisləri silən sürücülərə xəbərdarlıq etməsi müzakirə mövzusuna çevrilib. Turkustan.info BakuPost.az-a istinadən xəbər verir ki, sürücülərə bunun dövlət qeydiyyat nişanları standartlarının tələblərinin pozulması halı olduğunu bildirilib və defisləri yenidən əvvəlki halına qaytarmaları üçün onlara 1 ay müddətində vaxt verilib. Sürücülər isə bu xəbərdarlıqdan […]

Şröyderin arvadı: Putinlə o gecə unudulmaz idi

Şröyderin həyat yoldaşı Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə danışıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Herhard Şröyderin həyat yoldaşı olmuş Doris Şröyder Kepf yerli mətbuata müsahibəsi zamanı Putinlə görüşün unudulmaz olduğunu bildirib. “Açığını desəm, biz ilk dəfə toplaşdığımız özəl çevrədə daxili və xarici məsələləri müzakirə edərək səhərə […]

Üçüncü Qarabağ müharibəsi başlayır

“Ermənistanda əsgərliyə çağırmağa adam tapılmayacaq” Bəzi erməni ekspertlər Azərbaycanın  Qarabağ münaqişəsini üçüncü mərhələyə – soyuq müharibə mərhələsinə keçirib.Rurkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, belə düşünən erməni ekspertlərindən biri – politoloq Levon Şirinyan Ermənistanın populyar analitka portalı “Lragir”ə müsahibəsində bildirib: “Azərbaycanın strategiyası aydındır – Ermənistanın iqtisadiyyatı tam məhv olana, ölkə mühacirət nəticəsində boşalana kimi […]

“Devalvasiyanın şoku azaldı…” – Deputatdan AÇIQLAMA

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin tərkib hissəsi olaraq ötən ildən ölkədə geniş struktur islahatları start götürüb. Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a bildirib ki, bu islahatlar 2015-ci ildə baş verən devalvasiyaların şokunun azaldılmasında mühüm rol oynayıb:   “2015-2017-ci illər dövlətə öz resurslarına və idarəetmə strukturlarına, hökumətin tərkibinə, bilavasitə ölkə […]

Bakı qəbiristanlığında İslamdan xəbəri olmayan molla – Onu başa salan şəxs də özünü biabır etdi – VİDEO

Binəqədi qəbiristanlığında çəkilən görüntü marağa səbəb olub.  Turkustan.info xəbər verir ki, “facebook” istifadəçilərindən biri şəxsi hesabında Binəqədi qəbiristanlığında mollalıq edən şəxsin videosunu paylaşaraq qeyd edib ki, videoda göstərilən şəxs qurandakı surələrin sayını bilmir. “Qurandakı surələrin sayını bilməyən molla. İslamdan və Qurandan bixəbər mollanı dostum ifşa edir. Binəqədi qəbiristanlığında çəkilib. Paylaş, cəhaləti […]

Moskva MDB-ni işlək təşkilata çevirə bilmir – Politoloq

“Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının və xarici işlər nazirlərinin oktyabrın 11-də Rusiyanın Soçi şəhərində görüşü keçirildi. Prezidentlərdən əvvəl Soçidə MDB xarici işlər nazirləri görüşdülər. Rusiya pezidenti Vladimir Putinin görüşdə əsas fikri bundan ibarət oldu ki, MDB-ni gücləndirmək lazımdır. Təsadüfi deyil ki, Soçidə prezidentlər MDB-nin strukturlarının effektivliyini artırılması barədə müzakirə […]

Kredit borclarını ödəməməyə görə cəzalar SƏRTLƏŞDİRİLİR

Kreditor borcları ödəməkdən qəsdən yayınmaya görə cəzalar sərtləşdirilir. Turkustan.info-nun Modern.az-aistinadən məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir. Maddə 196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən […]

16 yaşlı qızın ölü bədəninə TƏCAVÜZ ETDİ – VİDEO

Türkiyədə yayımlanan “Söylemezsem Olmaz” televiziya proqramında müzakirə edilən mövzu ölkəni bir-birinə qatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, iddiaya görə, cənazə avtomobilinin sürücüsü ağır yol qəzasında həyatını itirən 16 yaşlı qızın cəsədinə təcavüz edib. İddianı müzakirə edən qonaqlar əsəblərini cilovlaya bilməyib. “Ölümüzü belə heç kimə əmanət edə bilməyəcəyik?!” deyə isyan edən […]

Zakir Həsənovdan bayrağımıza böyük sayğı – FOTO

Tacikistanın paytaxtı Düşənbədə müdafiə nazirlərinin görüşü keçirilib.   Turkustan.info xəbər verir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ermənistanın müdafiə nazirinin köməkçisi Artak Zakaryanın qatıldığı görüş onun hərəkəti ilə yadda qalıb. Belə ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ermənistan nümayəndəsinin yanında yer almamaq üçün protokol qaydalarını pozub və bayrağın digər tərəfində dayanıb. Qeyd […]

“Maşın”ı tərk edən növbəti tanınmış sima – VİDEO

Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” şounu növbəti iştirakçı tərk edib. Turkustan.info xəbər verir ki, dünən şouda iştirakçılar müğənni Günel Ələkbərovanı SMS səsverməsinə çıxarıblar. Ötən gün yayımlanan anonsda G.Ələkbərova jurnalist Ülviyyə Alovlunu çıxaracağını bəyan edib. İfaçının növbəti mübahisəsi isə aparıcı Vüsalə Kərimova ilə olub və […]

Abdulla və bacısı artıq Bakıdadır

İraqdakı uşaq evlərindən birinə gətirilmiş 4 yaşlı azərbaycanlı Abdulla və bacısı Xədicə Azərbaycana gətirilib. Turkustan.info xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb. Bildirir ki, uşaqlar Xarici İşlər Nazirliyinin xətti ilə gətirilib. Xatırladaq ki, ilkin ehtimala görə, İŞİD-ə qoşulan Xədicə ilə Abdullanın valideynləri öldürülüblər.   /BakuPost.az/

“Maşın” şouda ALƏM QARIŞDI: “Ay qız bir dəqiqə dayan, sən uje çox oldun e, beynimi çöndərmə mənim” – VİDEO

“Maşın” şouda daha bir qalmaqal yaşanıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, müğənni Günel Ələkbərova (Pişik Günel) və aparıcı Vüsalə Kərimova arasında gərgin anlar yaşanıb. Buna səbəb Vüsalənin oğlu ilə telefon əlaqəsi yaratması olub. Günel Vüsalənin həssas məqamlara toxunduğunu, bu yolla insanlara təsir göstərmək istədiyini bildirib. Onun bu sözləri Vüsaləni […]