TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunub
13 Oktyabr 2017 14:34
    Gündəm
Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunub













Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

Turkustan.info-nun məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə ürəkdən təbrik edib. Sonra “Azərbaycan Dəmir Yolları”nın bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin 12 oktyabr 2017-ci ildə imzaladığı sərəncamlar oxunub.

demir yolu iscilerinin pese bayrami gunu qeyd olunub

C. Qurbanov bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub: “Ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərib”.

C. Qurbanov dəmir yolunun yaranma tarixinə qısa ekskurs edərək bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb: “Bu, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf edib və təkmilləşib”.

Qeyd edək ki, 7 oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan  dəmir yolunun yarandığı gün – Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

“137 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. İndi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı ilə Azərbaycan polad magistralı  özünün sürətli inkişaf mərhələsi dövrünü yaşayır, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sürətləndirilir”, – deyə tədbirdə vurğulanıb.

Sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.

Tədbirin sonunda iştirakçılar adından prezident İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olunub.

 demir yolu iscilerinin pese bayrami gunu qeyd olunub

demir yolu iscilerinin pese bayrami gunu qeyd olunub

demir yolu iscilerinin pese bayrami gunu qeyd olunub

demir yolu iscilerinin pese bayrami gunu qeyd olunub

 

Yuxarı Geri Başlağıc