TANRIDAGI (1)

       Bizimlə əlaqə


TR EN RU   


izmir escort izmir escort izmir escort
.

Xəbər Xətti
DYP-nin qalmaqallı defis qərarı nə qədər önəmlidir? – 60 manat, 4 bal…
13 Oktyabr 2017 12:44
    Gündəm
DYP-nin qalmaqallı defis qərarı nə qədər önəmlidir? – 60 manat, 4 bal…













Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin dövlət qeydiyyat nişanlarındakı defisləri silən sürücülərə xəbərdarlıq etməsi müzakirə mövzusuna çevrilib.
Turkustan.info BakuPost.az-a istinadən xəbər verir ki, sürücülərə bunun dövlət qeydiyyat nişanları standartlarının tələblərinin pozulması halı olduğunu bildirilib və defisləri yenidən əvvəlki halına qaytarmaları üçün onlara 1 ay müddətində vaxt verilib.
Sürücülər isə bu xəbərdarlıqdan narazılıq edərək, nömrəni DYP-dən belə aldıqlarını, defislərin qara olmaması üçün əlavə pul ödədiklərini bildiriblər.
Bəs dövlət qeydiyyat nişanlarında defislərin qara və ya ağ olması yol hərəkəti təhlükəsizliyində nə dərəcədə əhəmiyyətlidir və buna əməl etməyənlər nə qədər cərimə ediləcək?
Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən əqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu, qanunun formal tələbidir: “Dövlət qeydiyyat nişanlarının standartı var. Həmin standartda da o nişanların eskizi verilib. O cizgidə elementlərin hamısı göstərilib. DYP də formal olaraq, qanunun hərfi mənasından istifadə edərək bunu tələb edir. Əslində formal olaraq belədir. Defisin orada olub-olmaması, haşiyənin mövcudluğu avtomobillərin eyniləşdirilməsi üçün heç bir əhəmiyyət daşımır. Lakin onların bu tələbinə də heç kim qanunsuzdur deyə bilməz. Yol hərəkəti təhlükəsizliyi üçün, yol hərəkəti qaydalarının əhəmiyyəti üçün bunun önəmi nədən ibarətdir, bu, başqa sualdır. Amma hər halda DYP-nin tələbi tam qanunauyğundur. DYP 1 aylıq müddət verib ki, sürücülər bunu aradan qaldırsın. Çətin şey deyil. Bunun əhəmiyyətinin nədən ibarət olduğunu bir kənara qoyub, problemə çevrilməməsi üçün aradan qaldırmaq lazımdır. Tövsiyə edirəm ki, sürücülər qanunun tələblərinə riayət etsinlər. Qanunun formal tələbi olsa belə, əhəmiyyətini müzakirə etməyi kənara qoyub, əməl edək”.
Ekspert bildirib ki, bəzi hallarda nömrələrdə defislərin qara olmamasının səbəbkarı elə DYP özüdür: “Qeydiyyat nişanlarında həmin o cizgilərin olmamasının bəzilərinin səbəkarı elə DYP-nin özünün qeydiyyat imtahan şöbələridir. Xüsusən də defislərin olmamasının. Haşiyələr hər zaman olur. Azərbaycanda bəzi adamlar bunun fərqinə varmırlar, dünyanın hər yerində belə bir tələb var: avtomobilin üstündə onun rəngindən kənara çəxan nəsə varsa, hətta reklam belə olsa, onu avtomobilin rəngindən fərqləndirmək üçün kontrastlı haşiyəyə almalıdırlar. Haşiyəyə ona görə alınr ki, burada məlumat olduğu nəzərə çatdırılsın. Sürücülər də etiraf edirlər ki, bəzən DYP dövlət qeydiyyat nişanını ştamplayıb, çap edib verəndə, defisləri qoymur”.
Ə. Hüseynovun sözlərinə görə, defisin qara olmamasına görə sürücülərə 60 manat cərimə yazılacaq: “Dövlət qeydiyyat nişanı standarta uyğun deyilsə, inzibati xətalar məcəlləsinin 342.7-ci maddəsi ilə sürücü 60 manat cərimə olunur və  hesabına 4 cərimə balı yazılır. Avtomobilin nömrəsi standarta uyğun deyilsə, hətta həmin avtomobil hərəkətdən kənarlaşdırılır, duracağa aparılır. Bundan sonra sürücü nömrələri açıb götürməlidir, yenisi ilə əvəzləyib, gətirib üstünə bağlayıb, maşını aparmalıdır. 60 manat və 4 bal bir kənara, sürücü bilməlidir ki, polis saxlasa avtomobili cərimə meydançasına da apara bilər”.
Bəs sürücü özü DYP-ə getmədən defisləri qaralda bilərmi?
“Dövlət qeydiyyat nişanının fonu bizdə ağdır. Burada standart var ki, nömrədə işıqqaytarıcı effekt olmalıdır. Rəqəmlər və haşiyə isə işıqqaytarıcı olmur. Sürücü qara defisi normal boya ilə də qaraltsa, heç bir problem olmaz. Buna görə DYP-ə getməyə ehtiyac yoxdur. Yaxşı ustalar da bunu edə bilirlər” deyən ekspert əlavə edib ki, kiminsə nömrəsi standarta uyğun deyilsə, gedib 22 manat dövlət rüsumu ödəyib, nömrəni 10-15 dəqiqənin içərisində dəyişə bilər.
Yuxarı Geri Başlağıc