Gün: Oktyabr 17, 2017

İldırım yadplanetliləri vurdu. Onlar isə… – VİDEO

ABŞ-da lentə alınan videogörüntülər hələ də diqqət mərkəzindədir. Turkustan.info-nun Metbuat.az-a istinadən məlumatına görə, bir müddət əvvəl lentə alınan videogörüntülərdə ildırımın havada uçan naməlum obyekti vurduğu əks olunub. Həmin naməlum obyektin yadplanetlilərə məxsus olduğu iddia edilir. Maraqlıdır ki, hadisədən sonra naməlum obyekt yerə düşmür.

Barselonanı etiraz aksiyaları bürüdü – CANLI YAYIM

İspaniyanın Milli Məhkəmə Palatası bazar ertəsi, oktyabrın 17-də, “Kataloniya Milli Assambleyası”nın rəhbəri Jordi Kuişar və “Omnium Cultural” təşkilatının prezidenti Jordi Sançezi girov hüququ olmadan həbs edilmələrinə dair qərar qəbul edib. Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, hər iki şəxs regionda insanları üsyana çağırmaqda ittiham olunur. Məhkəmə qərarından sonra minlərlə kataloniyalı […]

“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir”

ATƏT PA-nın vitse-prezidenti, qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru Azay Quliyev Qırğızıstanda keçirilən prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların, xarici medianın iştirakı ilə mətbuat konfransı keçirərək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayarkən […]

Bakıda polisin yaralandığı qanlı atışmadan YENİ DETALLAR

Müşfiq Mədətov ona hücum edilmədiyini və şikayətçi olmadığını dedi; Hafkanın da adı qarışan cinayətin təfərrüatları… Oktyabrın 14-də keçmiş polis rəisi Müşfiq Mədətova qarşı şəhərin mərkəzində gündüz vaxtı edilən silahlı hücum çoxsaylı suallar yaradıb. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, insidentə səbəb söyüş olub. Belə ki, iki-üç gün əvvəl cinayətdə […]

Kərkük niyə bu qədər qiymətlidir?

Kərkükün azad olunması və iqtidar nəzarətinə keçməsi, bununla paralel olaraq kürd idarəetməsinə bölgə ölkələri, əsasən Türkiyə və İran tərəfindən sanksiyaların tətbiqinin şübhəsiz ki, ciddi nəticələri olacaq. Bu sözləri Axar.az-a analitik Vüqar Zifəroğlu Yaxın Şərq regionunda son baş verən proseslərə münasibət bildirərkən deyib. O bildirib ki, 2014-cü ildən indiyədək kürd qruplaşmalarının nəzarətində […]

Baş nazir Abadi: “İraq bayrağı ölkənin hər yerində dalğalanmalıdır”

İraq Baş Naziri Heydər əl-Abadi İraq bayrağının ölkənin hər yerində asılması lazım olduğunu bildirərək, İraq Kürd Regional Rəhbərliyinin (IKBY) keçirdiyi referendumunun da keçmişdə qaldığını bildirdi. Turkustan.info xəbər verir ki, Baş nazir Abadi Bağdaddakı hökumət sarayında keçirdiyi mətbuat konfransında, “Keçirdikləri referendumun ən başda kürdlərin mənfəətinə zərər verəcəyi barədə xəbərdarlıq etdim. Referendum artıq […]

Bu insanlar xərçəngə DAHA MEYİLLİDİR – İbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİ

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri – İbn Sinanın “Ənənəvi tibb qanunu” kitabına görə, insanlar 4 əsas ünsürə (irqə) ayrılır. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar: demevilər (hava), safravilər (atəş), balgamilər (su) və sodavilərdir (torpaq). Bütün insanlar bu dörd ünsürdən birinə və ya bir neçəsinə sahibdir. Bu ünsürlər […]

Bərzanidən kürdlərə birlik çağırışı

Referendum planı pozulan kürd lider Kərkükə görə siyasi müxalifləti ittiham edib. İraq regional kürd administrasiyasının rəhbəri Məsud Bərzani son olaylarla bağlı çıxış edib. “Rudaw” kanalının məlumatına görə, Bərzani çıxışında deyib ki, tarix boyu kürd xalqının haqları tapdanıb, soyqırım və qətliamlara məruz qalıb. Bərzani deyib ki, əsas hədəfi asayişin qorunması və […]

“WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO

Son günlər “WhatsApp” istifadəçilərinə gözdən əlil uşağın fotosu göndərilir. Turkustan.info-nun Xəzər T-yə istinadən məlumatına əsasən, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu, “WhatsApp” şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və fotonun daha çox paylaşılacağı halda körpənin əməliyyat xərcləri şirkətə tərəfindən ödəniləcəyi bildirilir. İKT üzrə mütəxəssis […]

Ukraynada vəziyyət gərginləsir – “Meydandan çəkilməyin”

O, həmçinin birigün 3 tələbdən ikisinin yerinə yetiriləcəyini deyib Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili mitinq iştirakçılarına müraciət edib. O deyib ki, Ali Radanın qarşısından heç kim geri çəkilməməlidir. Turkustan.info Unian-a istinadən xəbər verir ki, o, həmçinin cümə axşamı günü tələblərdən ikisinin hakimiyyət tərəfindən yerinə yetiriləcəyini söyləyib. “Yanukoviçə Kuçmadan çox […]

İqtisadçı: “Əmək haqqları və pensiyalar arta bilər”

2014-cü ildə neftin qiyməti 100 dollardan artıq idi. Bu, təxminən 80 manat təşkil edirdi. İndi isə neftin qiyməti 57 dollardır. Bu da təxminən 100 manata bərabərdir. A24.Az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov mətbuat.az-a açıqlamasında bildirir ki, hazırda manat ifadəsində vəsait daha çoxdur. Bu, manatla xərclərin ötürülməsi baxımından vacibdir: “Azərbaycan dövlət […]

Könül Xasıyeva xəstəliyinin səbəbini açıqladı – Yaşadığı dəhşətli hadisələrdən canlı efirdə danışdı – VİDEO

Xalq artisti Könül Xasıyeva xəstələnməsinə səbəb olan hadisələrdən və şəxslərdən söz açıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, “5/5” verilişinin qonağı olan sənətkar həyatında baş verən dəhşətli hadisələri tamaşaçılarla bölüşüb. O qeyd edib ki, hazırda əziyyət çəkdiyi xəstəliyinin əsas səbəbi aldığı gözlənilməz xəbər olub. Ona Şəkidə baş verən zəlzələ sonrası bu […]

Kərkükdəki peşmərgə heykəli yandırıldı

İraq ordusu və Haşdi-Şabi qüvvələri tərəfindən Kərkük nəzarət altına alınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kərkükün nəzarətə alınmasından sonra bölgədə yerləşən peşmərgə heykəli yandırılıb. Heykəlin ətrafında toplaşanlar onun dağıdılmasını tələb etsə də, bunun əvəzinə peşmərgə abidəsi yandırılıb.

Polis zabitini güllələyənlər həbs edildi

Səbail Rayon Məhkəməsində paytaxtda baş verən silahlı insidentlə bağlı saxlanılan Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin edilib. Qərara əsasən, hər […]

Azərbaycanlı “nüfuzlu ailənin” qızı Türkiyədə həbs olundu

Türkiyədə Aysel H. adlı 25 yaşlı azərbaycanlı qadın dələduzluğa görə həbs olunub. O, daha üç nəfər dəstə üzvü ilə birlikdə Ədirnə şəhərində bir ailənin 40 min lirəlik qızılını oğurlamaqda şübhəli bilinir. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Dəstə 11 yaşlı S.E.F adlı uşağı aldadaraq evdəki […]

Xarici ölkə alimləri Aqrar Universitetdə bir araya gəlib

Azərbaycan Dövlət Aqrar Universitetinin, Almaniyanın Qrayfsald Universitetinin və Gürcüstan Kənd Təsərrüfatı Universitetinin alimləri Azərbaycan və Gürcüstanda ümumi istifadədə olan örüş yerlərinin idarəedilməsi problemlərinin həlli məsələləri ilə əlaqədar Gəncədə-Aqrar Universitetin tələbə evinin konfrans zalında bir araya gəlib.   ADAU-nun mətbuat xidmətinin xəbərinə görə toplantıda “Azərbaycan və Gürcüstanda birgə istifadədə olan örüş […]

Nişanlısını Qız qalasından atmaq istədi — VİDEO

Bakıda səfərdə olan tanınmış müğənni Nikolay Baskov Qız Qalasını ziyarət edib. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, populyar sənətçi öz nişanlısını qaladan “atmaq” istəyib. Bununla bağlı görüntüləri N. Baskovun “Instagram” hesabında paylaşıb. “Dostlar, biz Bakıdayıq. Mən Vikaya (nişanlısı – red.) Köhnə Şəhəri göstərmək istəyirəm. Bu, Qız qalasıdır, buradan ən gözəl qızları […]

Kiyevdə atışma səsləri eşidilir – Saakaşviliyə siu-qəsd hazırlanıb?

Kiyevin mərkəzində – Ali Radanın qarşısında etiraz aksiyası başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, gürcü siyasətçi Mixail Saakaşvilinin 4000-dən çox tərəfdarı parlamentin buraxılmasını, yeni seçkilərin keçirilməsini və prezident Pyotr Poroşenkonun istefasını tələb edir. Onların tələbləri sırasına həmçinin deputat toxunulmazlığının ləğvi, antikorrupsiya məhkəməsinin yaradılması, seçki qanunvericiliyinə dəyişikliklər edilməsi daxildir. […]

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Bu gün Bakıda yolu keçən piyadanı vuran “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub. Turkustan.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, “AA 707” seriyası Qaraşovlar ailəsinə məxsusdur. Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə […]

Ermənilər müharibə etməyəcək: Ermənistan Avropa Birliyi qarşısında öhdəlik götürdü

Avropa İttifaqı Şurası Ermənistanla Aİ arasında razılaşdırılan genişləndirilmiş və hərtərəfli əməkdaşlıq sazişinin mətnini yayıb. Sazişin noyabr ayında Brüsseldə Avropa ittifaqı Şərq Tərəfdaşlıq forumu çərçivəsində imzalanması gözlənilir. Yeni sazişdə Ermənistanın Avrasiya İqtisadi Birliyinin (AİB) xeyrinə imtina etdiyi Aİ ilə Assosiasiya sazişi layihəsinin elementləri də yer alıb. Ermənistanla yeni bağlanacaq sazişdə Dağlıq […]

“Ganja Big Idea Competition” müsabiqəsinin qalibləri bəlli oldu

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yerli startapların inkişafı üçün hazırladığı layihələr davam edir. Mərkəzin ötən ay PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə Gəncə şəhərindəki startaplar üçün elan etdiyi “Ganja Big Idea Competition” müsabiqəsinin qalibləri bəlli olub. Gəncə şəhərində ilk dəfə təşkil edilən  müsabiqəsinin 16 oktyabrda […]

Zaqatalada imam Şeyxin əmrinə tabe olmur – QALMAQAL

Zaqatala rayonu Car məscidində imam vəzifəsindən azad olunan Hacı Məhəmməd Vasiyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əmrinə tabe olmayaraq, fəaliyyətini davam etdirir.   Hacı Məhəmməd Vasiyev APA-ya bildirib ki, kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirir və dəfələrlə məscidin dindarları tərəfindən onun işinə bərpa olunması üçün QMİ-nin bölgə nümayəndəliyinə müraciət edilsə də, […]

Bakıda qadın paltarında gəzənlər kimlərdir? – VİDEO (18+)

Bakıda qadın paltarı geyinərək, yürüş keçirən şəxslərin kimliyi müəyyənləşib. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, 30 nəfərlik “Red Run” yürüşünü “Hash House Harriers” adlı qrup təşkil edib. Yürüş xeyriyyə məqsədilə təşkil olunub. Qrupun üzvləri ildə bir dəfə qırmızı rəngdə qadın paltarı geyinərək, şəhərin mərkəzinə yollanırlar, əhalini əyləndirib, pul yığırlar. Daha sonra yığılan pul […]

“Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər”

“Nahaq yerə əcdadlarımız “İlanın ağına da lənət, qarasına da” məsələni deməyiblər ki. Yəqin onların da ürəyinə damıbmış ki, min illər sonra sərhədlərimizdə Ermənistan kimi terrorçu, işğalçı bir marionet dövlət, Serj Sarkisyan kimi bir cocuq qatili, iliyinə-qanınadək cəllad bir qaniçən onlara meydan oxuyacaq”.   Bunu  açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və […]

Azərbaycan Rusiyanı NATO-ya şikayət etdi – İrəvana görə

Azərbaycan nümayəndə heyəti Buxarestdə keçirilən NATO-nun Parlament Assmableyasında Rusiyanın Ermənistana silah tədarükü məsələsini gündəmə gətirib. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Edmon Marukyan söyləyib. Onun sözlərinə görə, Azərbaycan Assambleyada Moskvanı işğalçını silahlandırmaqda ittiham edib. Qeyd edək ki, Rusiya Ermənistana güzəştli şərtlərlə növbəti dəfə […]

“İraqın prezidenti türkmən olacaq” – Kərkükdəki son durumdan sabiq türkmən deputat danışır – MÜSAHİBƏ

“Türkmən millət vəkilini Kərkük şəhərinə vali təyin etmişik” Əkrəm Fevzi: “Bərzani kürdlərin Qorbaçovu oldu və millətini intihara sürüklədi” Məsud Bərzaninin başçılıq etdiyi separatçı qüvvələrin Kərkük də daxil olmaqla Şimali İraqda müstəqil kürd dövləti yaratmaq planı baş tutmadı.  İraq ordusu, “Həşti-Saabi” qüvvələri və türkmən könüllü hərbi birləşmələrinin keçirdiyi əməliyyat nəticəsində Kərkük şəhəri […]

Poroşenko mitinq iştirakçılarına müraciət edib

M.Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonun impiçmentinə nail olmağı planlaşdırır Ukrayna prezidenti Pyotr Poroşenko mitinq iştirakçılarına müraciət edib. O deyib ki, mitinq iştirakçılarının sərbəst toplaşmaq azadlığını alqışlayır. Buna baxmayaraq, o aksiya iştirakçılarını asayişi qorumağa çağırıb. Malta prezidenti ilə görüşdə çıxış edən Ukrayna başçısı 2015-ci il 31 avqust hadisələrini təkrarlamamağa çağırıb.

Əli Mirəliyev canlı efirdə Almaz Ələsgərliyə eşq elan etdi – VİDEO

Əli Mirəliyevdən Almaz Ələsgərliyə sevgisini etiraf edib. “O vaxtda şirin olmusan, indidə şirinsən” A24.Az xəbər verir ki, ARB TV-də efirə gedən “Səhər-Səhər” verilişinin qonağı Almaz Ələsgərli və Azərbaycan Respublikasının əməkdar artisti Vahid Əliyev olub. Verilişin aparıcısı Əli Mirəliyevlə müğənni Almaz Ələsgərlinin küsülü olduğu məlum olub. Əli Mirəliyev keçmişdə aralarında anlaşılmazlıq […]

Ermənistanda Qarabağla bağlı İNANILMAZ AÇIQLAMA: “Biz azərbaycanlılarla…”

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj Sarkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli deyil. Çünki bu qəbilə Qarabağda müharibə dalğası zamanı Ermənistanda hakimiyyəti tutdu və məhz münaqişə nizama salınmadığı üçün hakimiyyətdə qala bilir”. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan deyib. Onun sözlərinə görə, vaxtilə […]

Bərzaninin adamı kömək üçün Moskvaya üz tutdu

Kürdüstan müstəqillik referendumundan sonra kürdlər və İraq mərkəzi hökuməti arasında gərginləşən münaqişənin həllində Rusiyanın vasitəçiliyini dəsyələyəcək. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə İraq Kürd Regional hökumətinin Kürdüstan Demokrat Partiyasının Rusiyadakı nümayəndəsi Xoşavi Babakra çıxış edib. “Bizə Rusiyanın vasitəçi olması lazımdır. Qərb ölkələrindən fərqli olaraq Rusiyanın mövqeyi daha loyal idi. […]

Leyla Əliyeva xalq artistləri üçün kömək istədi – VİDEO

İnsanlara kömək üçün çox tələsmək lazımdır. Hər günün, hər saatın öz hökmü var. Gəlin, birlikdə xeyirxahlıq edək, bununla biz neçə-neçə insana həyat vermiş olarıq. Kult.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, Baku jurnalının baş redaktoru Leyla Əliyeva İnstaqramda yazıb. L.Əliyeva paylaşdığı videoda sevilən xanəndə Könül Xasıyeva və dəyərli […]

Prezidentlərin görüşü nəyi dəyişəcək? – Azərbaycana müharibədən başqa yol qalmır

Dünən Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan uzun müddət sonra yenidən bir araya gəldilər. Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri pozitiv ruhlu bəyanat yaysa da, Sarkisyanın açıqlaması heç nəyin dəyişmədiyini göstərdi. Bəyanatda danışıqların intensivləşməsi, cəbhə xəttində gərginliyin azaldılmasıyla bağlı razılığın əldə olunduğu bildirilir. Ermənistan prezidentinin açıqlamasında isə danışıqların […]

Bakıda dəhşətli hadisə: Universitet müəllimi özünü asdı

Bakıda intihar hadisəsi baş verib.  Səbail rayon Neftçi Qurban küçəsində yerləşən “Enlightment” dil kursları mərkəzinin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı özünü iş yerində asaraq intihar edib. Bildirilir ki, İ.Əliyeva həm də Bakıdakı universitetlərdən birində çalışırmış. Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil Faktla bağlı Səbail rayon […]

Saakaşvilinin mitinqi öncəsi Kiyevə qoşun yeridilib

Ukraynanın paytaxtı Kiyev şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.   Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, səhər saat 6-dan şəhərin mərkəzindəki Qruşevski küçəsi nəqliyyatın hərəkəti üçün bağlı elan olunub.   Poroşenkonun administrasiyasından verilən açıqlamada addımların Malta prezidenti Mari-Luiza Koleyro Prekinin səfəri ilə bağlı olduğu bildirilsə də, ekpsertlər rəsmi Kiyevin qorxu içində olduğunu […]

İraq ordusu daha bir şəhəri peşmərgədən təmizlədi

İraq ordusu Kərkükdən sonra Sincar şəhərinə də nəzarəti ələ keçirib. Turkustan.info xəbər verir ki, bu haqda “Anadolu” agentliyinin bölgə üzrə müxbiri məlumat verib. Şəhər uğrunda heç bir qarşıdurmanın olmadığı və peşmərgənin (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri –red.) geri şəkildiyi bildirilir.  /Publika.az/

Bakıda məşhur hoteldən Azərbaycana hörmətsizlik

Bakıda yerləşən “Winter Park Hotel Baku”nun restoranında xoşagəlməz hadisə baş verib. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, restoranda Azərbaycan mahnılarını oxumağa qadağa qoyublar. Belə ki, bu barədə jurnalist Tünzalə Rafiqqızı sosial şəbəkələrdəki hesabında məlumat paylaşıb. “Dünən bir dostumuzun doğum günü ilə bağlı “Winter Park Hotel Baku”nun restoranında toplanmışdıq. Tədbirin sonunda dostlarımdan Yavər […]

Azərbaycanlı qız “O Səs Türkiyə”ni ağlatdı – VİDEO

Məşhur müğənnilər Aynurə üçün mübarizəyə başladı. Daha bir azərbaycanlı “O Səs Türkiyə” izləyicilərini öz səsi ilə heyran edə bilib. Turkustan.info-nun məlumatına görə, dünyanın ən məşhur səs yarışlarından biri hesab edilən və TV-8-də  də yayımlanan “O Səs Türkiyə”nin səhnəsinə ötən gün Aynurə Şirinova adlı azərbaycanlı qız çıxıb. Aynurə “Annem” mahnısını ifa […]

Girovluqda olan soydaşımızın ailəsi təlaş içində: “O məktublara inanmırıq” – VİDEO

Şahbaz Quliyevin bacısı: “Anam son dəfə onun üzünü görə bilsəydi… Ermənistanın girovluqda saxladığı Şahbaz Quliyevin yaxınları, artıq 3 ildir ki, onunla Beynəlxalq Qırmızı Xaç Komitəsinin gətirdiyi məktublar vasitəsilə əlaqə saxlayırlar. Şahbaz 3-4 cümlədən ibarət olan bu məktublarında səhhətinin yaxşı olduğunu bildirir, yaxınlarına salamlarını çatdırır və yeganə qızına yaxşı baxmalarını tapşırır. […]

Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi – Hərbçilər və mülki şəxslər – RƏSMİ

2017-ci il oktyanrın 1-nə olan məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydə alınmış itkinlərin sayı 3874 nəfərdir. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib. Rəsmi məlumata görə, itkin kimi rəsmi qeydə alınmış şəxslərdən 3126 nəfəri hərbçilər, 748 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslərdən […]

İŞİD terrorçuları Kərkükdə iki kəndi ələ keçirib

İŞİD terrorçuları İraqın şimal-qərbində, Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı mənbəyə istinadən xəbər verib. Qeyd olunur ki, terrorçuların gəlişi vaxtı kəndlərin onlarla sakini evlərindən qaçıb. Hazırda terrorçularla hökumət qüvvələri arasında atışma gedir. Daha əvvəl İraq ordusu ölkənin şimalında Kərkükü […]