Gün: Oktyabr 19, 2017

Kremldən ermənilərə hədə, Azərbaycana vəd: 5 rayon gündəmdən çıxdı?

Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyan arasında gözlənilən görüş keçirildi.Oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində baş tutan görüş gözləntilərin əksinə olaraq, konkret razılaşma ilə yadda qalmadı.Görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaydıqları bəyanatlarda da bu əks olundu.Bəyanatda qeyd olunurdu ki, konstruktiv […]

Avropa Parlamentində erməni təxribatının qarşısı alınıb

18-19 oktyabrda Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim “nümayəndələri”nin iştirakı ilə təxribat törədilməsi nəzərdə tutulurdu. İşğalçı rejimin “başçısı” Bako Saakyanın […]

15 yaşında Bakıya qaçan qızın başına gələnlər – Hamilə qaldı, uşağı abort etdirdi və…

Bakıda avtomobil qaçırmaqda və quldurluq etməkdə təqsirləndirilən gənclərin məhkəməsi keçirilib. Onlardan birinin yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər etməsi də üzə çıxıb. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verib. Prosesdə tərəflər arasında mübahisə yaranıb. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cianyətlər Məhkəməsində oğurluqda və quldurluqda təqsirləndirilən 1997-ci il təvəllüdlü Xıdırov […]

100 min kürd azərbaycanlıların şəhərini tərk etdi

İraq ordusunun Kərkükü nəzarətə götürməsindən sonra 100 minə yaxın kürd şəhəri tərk edib. Turkustan.info xəbər verir ki, bu sözləri Ərbil valisi Navazd Xadi deyib. Onun sözlərinə görə, 18 min kürd ailəsi Kərkükü və Tuzhurmatunu tərk edərək Ərbil və Süleymaniyyə şəhərlərində sığınacaq tapıb. Bundan əlavə, kürd lider Bərzaninin müavini Xemid Xavrami isə […]

Prezident öz maaşını azaltdı

Prezidentin, baş nazirin, onun müavinlərinin və nazirlərin, həmçinin baş prokurorun, İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyasının rəhbərinin maaşı 10% azaldılıb  Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və bir çox dövlət rəsmilərinin əmək haqlarının azaldılması barədə imzaladığı sərəncamın müddətini bir il uzadıb. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.Qərara əsasən prezidentin, baş […]

Azərbaycanlı qız ərəblərə ”Seks çağırışı” etdi – VIDEO

Azərbaycanlı qız ərəb turistləri ölkəyə çağırıb. Turkustan.info GoldNews.az-a istinadən xəbər verir ki, o, ərəbləri paytaxtımıza özünəməxsus tərzdə dəvət edib. Qeyd edək ki, son zamanlar turistlərin ölkəmizə axını ilə əlaqədar şəhərdə xüsusi canlanma yaşanıb. Xüsusən də ərəb turistlərin ölkəmizə olan marağı diqqət çəkib. Onların paytaxtımıza gəlişi Bakı küçələrində açıq fahişə bazarını da […]

Cəbhədə erməni hərbçisi məhv edildi

Cəbhə xəttində təxribatlara cəhd edən erməni tərəfi növbəti itki verib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, bu gün baş vermiş atışmada Dağlıq Qarabağ cəbhəsində xidmət edən erməni əsgəri Tiqran Armenoviç Xaçatryan öldürülüb. T.Xaçatryan bu gün saat 15.50-də baş vermiş atışma zamanı aldığı güllə yarasından ölüb.

“Gürcü arzusu”nun dəyişməyən antitürk arzusu – İndi nə baş verir? – TƏHLİL

XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsi ilə başlarını üstündə günəşin doğduğu gürcülər artıq iki əsr yarımdan çoxdur ki, azərbaycanlıların əksəriyyət təşkil etdiyi tarixi Borçalı mahalını istədikləri kimi idarə edirlər. İki qonşu xalq arasında eniş-yoxuşun müxtəlif mərhələlərindən keçən münasibətlər hazırda yeni çalarlar almaqdadır. Sovetlərin 71 illik hakimiyyəti […]

Tərxis olunacaqdı, şəhid oldu – “Aprel şəhidi”nin əzablı HƏYAT HEKAYƏTİ – FOTOLAR

Vətəni qibləgah edən şəhidlər – Ana, ay ana… – Can bala… nə deyirsən? – Bacımı yaxşı köçürərik, qoy heç kim deməsin ki, atasızdır, gör bir onun toyunda neyləyəcəm, hamıdan baş olacaq bacım… – Həəəə… Firdovsi…. Allah dayağunda dursun. Sən olmasan mən neylərdim… “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edirik… İsti […]

İlham Əliyev İstanbulda – Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə iştirak edəcək – FOTOLAR

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəlib. Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham […]

Tehranda Aşıq Qəribə həsr olunmuş Beynəlxalq Aşıq Festivalı keçiriləcək

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 2017-ci il 3 dekabr tarixində İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Aşıq Qəribə həsr olunmuş Beynəlxalq Aşıq Festivalı keçiriləcəkdir. Festival İran Aşıqlar Birliyi ilə yanaşı, Aşıq Qəribin doğulub boya-başa çatdığı Şəhrək qəsəbəsinin ziyalılarının, xususən də hörmətli şair Şəhrək Mirzənin dəstəyi ilə baş tutacaqdır. İran Aşıqlar […]

“Səməd Vurğun oğrudur” – Partiya sədrindən SƏRT İTTİHAM

Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun lent.az-a verdiyi müsahibə geniş müzakirələrə səbəb olub. İ.İsmayılovun  Səməd Vurğunla bağlı dediklərinə ADP sədri Sərdar Cəlaloğlu sərt reaksiya verib. Turkustan.info onun “Yeni Müsavat”a verdiyi açıqlamanı təqdim edirik: “Mən “Vaqif” dramını və Bakı komissarlarına həsr olunmuş “26-lar” poemasının təhsildən çıxarılmasını, qapalı ədəbiyyat siyahısına […]

Gədəbəy xəstəxanasına TİKA-dan dəstək

Azərbaycan-Ermənistan sərhədində yerləşən Gədəbəy rayonunun mərkəzi xəstəxanası TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən təcili tibbi yardım ambulansları ilə təmin edilib. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, TİKA “Azərbaycanda təcili tibbi yardımın keyfiyyətinin artırılması layihəsi” çərçivəsində fəaliyyətlərini davam etdirir. Bunun üçün Türkiyədən tam təchizatlı ambulans gətizdirilərək, Gədəbəy rayon Mərkəzi xəstəxanasına verilib. […]

Ağır vəziyyətdə yaşayan 4 min köçkün ailəsi yeni evlərə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə Kollegiya iclası keçirilib.   APA-nın məlumatına görə,  Kollegiya iclasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu il minlərlə məcburi köçkün ailənin yeni evlərlə, […]

Sarkisyan baş nazir, Karapetyan isə müavini olacaq

Ermənistanda hakimyyət daxilində yeni razılaşma əldə olunub. “Jamanak” qəzeti xəbər verir ki, Cenevrə görüşündən əvvəl və sonra aparılan üzünmüddətli danışıqlar nəticəsində prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında vəzifə bölgüsü aparılıb. Məlumata görə, Sarkisyan Karapetyanı 2018-ci ilin aprelindən sonra baş nazirin müavini kimi fəaliyyətini davam etdirməyə razı sala bilib. […]

Müsavat yürüşü ilə bağlı qərarını açıqladı

Müsavat Partiyası 21 oktyabr yürüşü ilə bağlı qərarını açıqlayıb. Partiyadan Oxu.Az-a verilən məlumata görə, qərarda yürüşün keçirilməyəcəyi, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizənin bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdiriləcəyi bəyan edilib. Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-nə yürüş təyin edib, aksiyanın keçirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri […]

Xalac türməsinə salındıq, Elçibəy də orda idi…

Dünən 18 oktyabr Müstəqillik Günü idi… Redaksiyamızın müstəqillik dövründə doğulan gənc əməkdaşları bu günün fərqində o qədər də olmadı. Bu müqəddəs gün redaksiyada yaşlı nəslin xatirələrində canlandı: baş redaktor günümüzü təbrik etdi, xatirələr danışdı, hətta kövrəldi də. Meydan hadisələrinin ağrılı günlərinin xatirələrə çevrilən şirin günləri var… Dünən mənim üçün müstəqilliyimizə […]

Bu yumurta xərçəngin QARŞISINI ALIR

İnsan interferonuyla zəngin yumurta yumurtlayan toyuq növü yetişdirilib. Publika.az xəbər verir ki, bu yeniliyi Yaponiyanın “Cosmo Bio Co” şirkətinin biotexnoloq-alimləri Milli Sənaye və Texnologiya İnstitutunun tədqiqatçıları ilə birgə əldə ediblər. Tədqiqatçıları xoruz cinsiyyət hüceyrələrinin genetik modifikasiyası üzərində eksperiment aparıblar. Geni modifikasiya edilmiş sperması ilə mayalanan yumurta hüceyrələrdən əmələ gələn yumurtaların tərkibində […]

Azərbaycanın nümayəndə heyəti Soçidə Beynəlxalq festivalda

Festivalın şüarı: “Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik” olub. Azərbaycanın nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr festivalında iştirak edib. “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki, erməni gənclər festival çərçivəsində keçirilən sərgidə Azərbaycanın Dağlıq Qarabağ […]

Bakıda fəhləlik edən kişi evinə kamera qoydu – Arvadının iki kişi ilə görüntülərini çəkdi – VİDEO

Azərbaycanda ər arvadını xəyanət edərkən tutub. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, ARB TV-də efirə gedən “Çıxış yolu Afət Rahilqızı ilə” verilişinə Aftandil adlı şəxs müraciət edib. O, iki qız övladının valideynlik hüququnu tələb edib. Salyan rayonunda ailəsi ilə birgə yaşayan Aftandil işi Bakıda olduğu üçün həftənin 5 günü orda […]

Bakının mərkəzi küçələrində “balkon”lar sökülür – FOTOLAR

Bakının mərkəzi küçələrində hündürmərtəbəli binaların eyvanları (“balkon”lar) sökülür. Turkustan.info-nun məlumatına görə, söküntü işləri paytaxtın Nəsimi və Xətai rayonu ərazisində həyata keçirilir. Nəsimi Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri İsgəndər Səfərov “Report”a açıqlamasında bildirib ki, köhnə və müddətini başa vurmuş, eləcə də qəzalı vəziyyətdə olan eyvanlar sökülərək yeniləri ilə əvəz […]

Elm dünyası şokda – Buddanın heykəlinin içindən görün nə çıxdı – VİDEO

Buddanın heykəli kompüter diaqnostikasına məruz qalmayan ən qədim tarixi əsərlərdən biridir. Niderland alimləri bu işi görmək qərarına gəliblər. Nəticələr hamını şoka salıb. Heykəlin içində insan bədəni var idi! Heykəlin içində lotos (bardaş qurub oturmaq) pozasında rahib mumiyası tapılıb. Buddizm mədəniyyəti və sənətinin tədqiqatçısı, dünya şöhrətli alim Erik Breyn bildirib ki, […]

DTX-dan növbəti əməliyyat- “YARIM MİLYONDAN ÇOX SAXTA AKSİZ MARKASI SAXLANILDI”

Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat yolu ilə saxlanılıb. Turkustan.info bildirir ki, qurumun mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan xəbərə görə, araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən […]

Arif Quliyev müğənniliyə başladı: “Toylara gedəcəm” – YENİ MAHNISI

Xalq artisti Arif Quliyev el şənliklərində özünü müğənni kimi də sınamaq qərarına gəlib. Turkustan.info-nun Cebhe.info-ya istinadən məlumatına görə, aktyor bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb. “Mən artıq fikirləşmişəm ki, bəsdir güldürdüm, danışdım. İndi də müğənnilik edəcəyəm. İstəyirəm ki, toylarda oxuyum. Ona görə də yeni mahnı yazdırdım. Həvəskaram, müğənni […]

“Maşın” şouda qayda pozuntusu – “Xatun əlini çəkdi, amma şouda qaldı” – VİDEO

ATV telekanalında yayımlanan “Maşın” realiti şousunda nəfəskəsən, həyəcanlı anlar davam edir. Turkustan.info xəbər verir ki, repçi Elşad Xose müğənni Xatunu qayda pozuntunda ittiham edib. Xose mübahisə zamanı Xatunun əlini maşından götürdüyünü bildirib: “Sənin mənə söz deməyə “dux”un çatmaz. Sən əlini çəkməyindən danış. Bütün internet bundan danışır”. Daha sonra canlı yayımda Elşadın mikrofonu […]

DİQQƏT: Azərbaycanda yeni cərimə tətbiq olunur

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsi və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki və hüquqi şəxslər cəzalandırılacaqlar. Unikal.org  bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə istinadən xəbər […]

“Qarabağ”ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay – FOTO

Qitənin ən nüfuzlu futbol turnirində debüt edən “Qarabağ”ın acınacaqlı məğlubiyyətlərə düçar olacağı püşkatmadan sonra bütün futbol azarkeşlərini ən çox qayğılandıran məsələ idi. İlk Çempionlar Liqası matçımız dünyanın ən güclü klublarının “kabusu” olan “Stemford Bric”də “Çelsi”yə qarşı oldu. Debüt gözlənildiyi kimi böyük hesablı məğlubiyyətlə bitdi. Bəlkə də “Qarabağ” “Roma”ya qarşı oyunda […]

Bakıda polisə hücumlar niyə artıb?

Hər gün kütləvi informasiya vasitələrində müxtəlif səpkili cinayətlərin baş verdiyinə dair xəbərlərə rast gəlirik. Onların içərisində heç də alışmadığımız xəbərlər polis əməkdaşlarına qarşı cinayətlərin törədilməsi ilə bağlıdır. Belə faktlardan biri oktyabrın 14-də Bakının Nizami rayonunda qeydə alınıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Qədirov Elsəvər […]

Elnur Eltürk mükafatlandırıldı

Danimarkada fəaliyyət göstərən Skandinaviya Türk Federasiyası diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürkü diplomla mükafatlandırıb. Skandinaviya Türk Federasiyasının rəhbəri, yazar Ilhan Esen Elnur Eltürkün Türk dünyasının birliyi istiqamətində fəaliyyət göstərən şəxs olduğunu qeyd edib: “Onun Azərbaycan-Türk dünyası arasında mənəvi-sosial və s. istiqamətlərdə fəaliyyətini diqqətlə izləyirik. “Qarabağ”-“Kopenhagen” oyunu zamanı göstərdiyi fəallığı yaddan […]

Bakı meriyası yürüşə “yox” dedi

Müsavat Partiyasına yürüş etməyə icazə verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb. Meriya yürüşün keçirilməsinə razılıq verməyib.BŞİH həmin tarixdə keçmiş “Məhsul” stadionunda mitinq keçirməyi Müsavat Partiyasına təklif edib. Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb. […]

Yol polisi olmaq istəyənlərin NƏZƏRİNƏ

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru (siravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Turkustan.info bildirir ki, bu barədə Gununsesi.info-ya İdarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Müsabiqədə avtomobil nəqliyyatına […]

ABŞ-dan qardaş ölkəyə qarşı NÖVBƏTİ XAİN PLAN: Bütün qüvvələri hərəkətə keçirdi

ABŞ İŞİD-in Rakkanı PKK-ya təslim etməsindən sonra Suriya və İraqdakı bütün terrorçuları İdlibə yönləndirib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, ABŞ tərəfindən silahlandırılan PKK terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi İdlib şəhərinə hücum hazırlığına başlayıb. PKK-nın Afrin komandiri Əhməd Sultan bu hücumda PKK-nın müttəfiqlərinin də böyük payı olacağını bildirib. Hücum […]

Ekspert xəbərdarlıq etdi: “Vaxtı keçən kreditlərin həcmi qırmızı xətti keçdi”

“Vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçdi.Təxirəsalınmaz tədbirlər görülməzsə, bu problem daha da “yoğunlaşaraq” nəinki maliyyə bazarlarını sıradan çıxaracaq, həm də onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq”.  Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda […]

Payızın rənglərini hiss et və qalib ol – MÜSABİQƏ

Cabanqar group Maleviç boyalarının və Sadat Art Gallery-nin təşkilatçılığı ilə “Payızın rənglərini sən də hiss et” adlı rəsm sərgisi keçiriləcək.  Sadat Art Gallery-nin rəhbəri tanınmış rəssam Nəvai Metin bildirib ki, sərginin keçirilmə məqsədi gənc rəssamların inkişafına və tanınmasına dəstək olmaq, sərgidə nümayiş olunacaq rəsm əsərləri ilə payız fəslinin gözəlliklərini əks […]

Maşında ŞOK NƏTİCƏ: Rauf aktrisaya qarşı çıxdı və… – VİDEO

ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan “Maşın” şounun növbəti buraxılışı baş tutub. Turkustan.info xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Rauf Əhmədovu SMS səsverməsinə çıxarıblar. O, şəklinin atılacağından əvvəlcədən xəbərdar olduğunu bildirib və əvvəlcədən elan etdiyi kimi Mehriban Xanlarovanı hədəf seçib. Gözündə qara eynəklə efirə […]

İŞİD yeni “11 sentyabr” hadisələri hazırlayır

İŞİD terror qruplaşmasının silahlıları 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırırlar. “A24.az”ın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxış edərkən bəyan edib. “Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları hazırlayır. Kəşfiyyat bundan əmindir”, deyə ABŞ rəsmisi qeyd […]

Sürücülərin DİQQƏTİNƏ: Maşın ustaları yol polisi ilə əlbir işləyir – RƏSMİ

Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir.   Dövlət Yol Polisinin icazəsi olmadan nəqliyyat vasitəsinin üzərində dəmirçi və rəngsaz işlərinin görülməsinə görə, böyük məbləğdə cərimə müəyyənləşib. Bu, qanunda və Nazirlər Kabinetinin əsasnaməsində göstərilsə də, tələblərə ciddi əməl olunmurdu.   Son günlərin müşahidələrinə görə, yol polisi təmir sexində dəmirçi […]

““Qarabağ”dan belə oyun gözləmirdik” – Qrizmann

““Qarabağ” bizə qarşı çox yaxşı mübarizə apardı”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Atletiko”nun futbolçusu Antuan Qrizmann deyib. Madrid klubu Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”ın qonağı olub. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra açıqlama verən fransalı futbolçu fikirlərini bildirib: “Bizim […]

Qənirə Paşayeva Türkiyədə simpoziumda çıxış edib

Millət vəkili Q.Paşayeva Türkiyədə  “Ailə, Toplum və Dövlət” simpoziumunda geniş  məruzə ilə çıxış edib  və Türk dövlətlərində məktəblərdən başlayaraq uşaqlara ortaq tariximizi öyrətməliyik deyib.Millət vəkili Q.Paşayeva Türkiyədə Vuslat Platformunun təşkilatçılığı, Üsküdar bələdiyyəsinin dəstəyi ilə keçirilən tanınmış dövlət adamları, elm xadimlərinin qatıldığı və 3 gün davam edən simpoziumda geniş məruzə ilə […]