Gün: Oktyabr 20, 2017

Azərbaycanda əri tərəfindən evə kamera qoyulub iki kişi ilə tutulan qadın danışdı: “13 yaşımda məni zorla…” – VİDEO

Salyan rayonunda ərinə xəyanət edərkən yaxalandığı deyilən qadın danışıb. Turkustan.info xəbər verir ki, qadın ərə getdiyi ailənin ona zülm etdiyini bildirib. “Bu adam məni 13 yaşımda zorla qaçırıb. Mənim 13 yaşım olanda qaynatam, qaynanam məni zorla pambıq yığmağa gondərib. Məni döyə-döyə işlədirdilər. Boşanmışıq, uşaqlarına aliment belə vermir”. Xatırladaq ki, Salyan rayonunda Azərbaycanda […]

Bilgəhdə Məmməd Araz günü- “Ana yurdum, hər daşına üz qoyum” – FOTO

Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bilgəh qəsəbəsi Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi Məmməd Arazın doğum günü ilə bağlı “Ana yurdum, hər daşına üz qoyum…”adlı əbədi- bədii gecə keçirilib. Turkustan.info-nun məlumatına görə, tədbir Ulu öndər Heydər Əliyevin Məmməd Araz yaradıcılığına verdiyi qiyməti əks etdirən […]

“Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik” – Özbəkistan Prezidenti

Özbəkistan Prezidenti Şavkat Mirziyayev “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Daşkəndə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib. Turkustan.info xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin, Türkiyə Din […]

Azərbaycanda üzərində Ermənistan bayrağı olan avtomobillər satılır – DYP-dən ikinci açıqlama – VİDEO

Üzərində Ermənistan bayrağını daşıyan avtomobillər Azərbaycanda satılır. Bakıda üzərində Ermənistan bayrağı olan avtomobillə bağlı yeni məlumatlar ortaya çıxıb. Turkustan.info Metbuat.az-a istinadən bildirir ki, sözügedən bayrağın Ermənistan bayrağı olduğu faktı müəyyənləşib. Avtomobil sürücüsü DYP-yə açıqlamasında bildirib ki, üzərində Ermənistan bayrağı olan avtomobili Bakıdakı avtosalonlardan birindən alıb. Nəticədə, “Euro motorscars” şirkətinə məxsus, üzrərində Ermənistan bayrağı olan […]

Erməni ordusu çox sayda itki verdi – Hərbi hissədə partlayış

Ermənistan ordusunun hərbi hissəsində baş verən partlayış nəticəsində ölən və yaralanan var.   Turkustan.info Modern.az-a istinadən məlumatına görə, oktyabrın 19-da işğal olunmuş Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.   Məlumatda […]

Bakıda “erməni” maşını ilə gəzən sürücü danışdı – AÇIQLAMA – FOTO

“Mən Azərbaycan bayrağı qaldıran və insanlara bayrağımı qaldırmağı məcbur edən biriyəm. Necə ola bilər ki, erməni bayrağı olan maşın sürüm?” Turkustan.info bildirir ki, bu sözləri A24.Az-a Bakıda “erməni” maşını sürdüyü deyilən sürücü Şahin Xanəliyev deyib. Onun sözlərinə görə, maşını Ayna Sultanovada yerləşən salonlardan birindən alıb. “Mən Praqada yaşayıram. Bu gün […]

Universitetə qəbul ola bilməyən abituriyentlərə vacib xəbər – YENİ PROSEDUR

2018-ci ildən etibarən ali məktəblərə qəbul imtahanlarında iştirak edib heç bir yerə qəbul ola bilməyən abituriyentlər universitetlərdə yaradılacaq hazırlıq qruplarında təhsil ala biləcəklər. Hazırlıq qruplarında təhsil yalnız ödənişli əsaslarla olacaq və qəbul imtahanlarının nəticələrini açıqlanandan sonra plan yeri dolmayan universitetlərdə boş qalan plan yerlərinə uyğun sayda təşkil olunacaq. A24.Az xəbər verir […]

Əhaliyə qarşı fırıldaq: Əslində, tələb olunan ödəniş dövlət rüsumu deyilmiş

Mənzilinə sayğac quraşdırmaq istəyən vətəndaşlar diqqətli olsunlar.  Ölkə əhalisinin sayının artması mənzillərə olan tələbatı da artırır. Bu səbəbdən, hər il paytaxt və regionlarda yüzlərlə yeni ev tikilir. Yeni tikilən evlərdə yaşamaq üçün isə, təmirlə yanaşı işıq, qaz və suyun da olması mütləqdir. Amma vacib olmasına baxmayaraq, yeni yaşayış binalarına və […]

“Qarabağ” futbolçuları stadiona şəhid və ya qazi övladları ilə çıxsın – TƏKLİF

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu “Qarabağ” Futbol Klubunun kollektivinə müraciət edib.  Turkustan.info xəbərinə görə, müraciətdə qeyd edilib ki, komandanın beynəlxalq arenada əldə etdiyi uğurlar sevindiricidir: “Futbol oyunlarında komandaların stadiona hər bir oyunçunun əlindən tutan azyaşlı ilə çıxma praktikası mövcuddur. Cəmiyyətin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov […]

Mənzil gözləyən hərbi qulluqçulara ŞAD XƏBƏR

20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsinə 30 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Turkustan.info xəbər verir ki, bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub. Sənəddə həmçinin qeyd edilib ki, hərbi qulluqçuların kirayə […]

Bakının mərkəzi küçəsində Ermənistan bayrağı ilə “gəzən” avtomobil – FOTOLAR

Bakının mərkəzi küçəsində üzərində Ermənistan bayrağının rəngləri olan avtomobil görülüb. Metbuat.az bildirir ki, sosial şəbəkə istifadəçilərindən birinin diqqətini çəkən bu görüntü paytaxtın Üzeyir Hacıbəyov küçəsində çəkilib. Sözügedən şəxs görüntüləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, məsələ ilə bağlı Dövlət Yol Polisinə müraciət edilib. Müraciətin cavabını saytımızda yayımlayacağıq.

Pensiya və maaşların artacağı rəsmən təsdiqləndi

2018-ci ilin büdcə xərclərində sosial yönümlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman və sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz faiz olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 147,9 manat və ya 2,2 faiz çoxdur. Məlumata […]

Qənirə Paşayeva: “Cümhuriyyətimizi quranların xatirəsi əbədiləşdirilsin”

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Türkiyədə vəfat etmiş Cümhuriyyət qurucularımızın xatirəsinin əbədiləşdirilməsi üçün məsələ qaldırıb. Turkustan.info xəbər verir ki, deputat sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucularımızdan və fəallarından danışıb və onların qardaş Türkiyədə xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atmalıyıq deyib:  “Hər zaman getdiyimiz hər yerdə […]

Kərkük-Ərbil yolunda ŞİDDƏTLİ DÖYÜŞ: Kürdlərə vaxt verildi

İraqda Kərkük-Ərbil yolu üzərində gərgin döyüşlər başlayıb. Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, İraq ordusu ilə peşmərgə arasında döyüş gedir. Kərkükün şimal-qərbindəki Pirde bölgəsində də silah səsləri eşidilir. Bu gün səhər saatlarında başlayan döyüşdə peşmərgə “Haşdi-Şabi”ni geri oturtmağa çalışır. Hər iki tərəf ağır silahlardan istifadə edir. İraq ordusunun ərazidəki körpünü nəzarət […]

Türkiyə ordusu ABŞ-ın əsas qalasına hücuma hazırlaşır – FOTOLAR

İdlib əməliyyatına başlayan Türkiyə Afrin və Münbiçə müdaxiləyə hazırlaşır. Turkustan.info Publika.az-a isrinadən xəbər verir ki, Türkiyə Afrin və Münbiçi təmizləyəcəyi təqdirdə, Suriya ilə 911 kilometrlik sərhəd xəttinin 511 kilometrliyinə nəzarəti ələ alacaq. “Fərat qalxanı” əməliyyatının davamı olan bu prosesdə məqsəd sərhədi terrorçulardan təmizləmək, həmçinin, yaradılacaq “təhlükəsizlik bölgələrinə” suriyalıları köçürməkdir. Ümumilikdə […]

Bərzani yalvardı, Ərdoğan “artıq çox gec” dedi – GÖRÜŞDƏN İMTİNA

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməklə bağlı təklif irəli sürüb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Ərdoğan Bərzaninin görüş təklifini qəti şəkildə rədd edib. “Bərzani müəyyən şəxslərin vasitəçiliyilə Ərdoğandan görüşmək xahişi etdi. Həmçinin, kürd muxtariyyətinə tətbiq olunan embarqoların qaldırılması üçün yalvardı. Lakin “Artıq […]

“Bu qanun layihəsini hazırlayanlar varlıların maraqlarını müdafiə ediblər”

“Qanun layihəsini dəstəkləyirəm. Müsbət haldır ki, bunun ictimai müzakirəsi keçirildi. İki əsas istiqamət məni narahat edir”.   Turkustan.info xəbər verir ki, bu fikirləri parlamentdə Cinayət Məcəlləsinə dair dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.   O hesab edir ki, cəzanın humanisləşdirmək adı ilə məcəllədə külli miqdarda əmlakın oğurluq yolu ilə əldə […]

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq…

“Bu günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilən möhtəşəm hərbi parad Serj Sarksiyana tutarlı cavab idi. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan ordusunun kiçik bir hissəsidir.   Odur ki, Sarksiyan və ermənilər o paradı izləyib ağlını başına yığmalıdır”.   Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat […]

Konstitusiyaya dəyişiklik – 30 yaş limiti ləğv edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılıb. Turkustan.info xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Belə ki, layihəyə əsasən, Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, […]

Qondarma “Dağlıq Qarabağ”ın ordusu müasir texnika ilə təchiz olunacaq

Qonardam “Dağlıq Qarabağ” prezidenti Bako Saakyan “ordu quruculuğu və təhlükəsizlik, dövlət quruculuğununun əsas istiqamətləridir” deyib. A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda “Facebook” sosial şəbəkəsində qondarma DQR prezidentinin müşaviri Tiqran Abramyan yazıb. “Yaxın illərdə hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması və Qondarma “Qarabağ” Respublikasının müdafiə ordusunun döyüş qabiliyyətinin artırılmasına yönəlmiş […]

Miqrasiya Məcəlləsinə dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Turkustan.info  “Report”-a istinadən xəbər verir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilib. Belə ki, məcəllənin 53-cü – Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi […]

Oqtay Əsədov: “Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”

“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Bu da məncə, doğru addım deyil”. Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov deyib. Spiker bildirib ki, Avropa Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı […]

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”

Milli Məclisin iclasında deputat Fazil Mustafa Azərbaycanın Avropa Şurasından çıxmasını təklif edən bəzi deputatların çıxışına münasibət bildirib.   Turkustan.info xəbər verir ki, deputat deyib ki, bizdə mülki məsələlərlə bağlı məhkəmə qərarlarının icrasında problem var.   “Biz xırda məsələləri özümüz həll etməliyik. Bunlara Avropa Şurası neyləsin?”   F.Mustafa qeyd edib ki, biz […]

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi

“Avropa Şurası Parlament Assambleyasının sessiyası Azərbaycan nümayəndə heyətinin aktiv və Azərbaycan maraqlarının yüksək təmsil etməsilə müşahidə olunub. Bu sessiya başqalarından fərqli olaraq asan keçməyib. Fərqi yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil. Sessiyanın bir neçə günü Azərbaycana həsr edilmişdi”.   Turkustan.info-nun Modern.az-aistinadən məlumatına görə, bunu Milli Məclisin […]

“Bakıda böyük partlayış olacaq” – Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı

Feyzulla Quliyev: “Bakının özünəməxsus üç işarəsi var: amfiteatr, Bakı buxtası və külək – Tikintilər zamanı bu üç amil mütləq nəzərə alınmalıdır, amma alınmır” “Bakıda tarixi şəhər adına heç nə qalmayıb”. Bu sözləri Modern.az-a əməkdar memar, “Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin məsləhətçisi Feyzulla Quliyev bildirib.   Bakı öz simasını […]

“Maşın”ı tərk edən Mehriban Elşadı “razborkaya çağırdı”: “Tək gəl”

Elşad Xose tərəfindən “Maşın” realiti şousundan kənarlaşdırılan əməkdar artist Mehriban Xanlarova reperin bu hərəkətindən hələ də özünə gələ bilmir. Yenicag.az-a açıqlama verən aktrisa bunları deyib: “Hələ şokdayam. Stresdən çıxmamışam. Özümə gələndən sonra danışacam. Susuram. Amma susmağım qorxmaq anlamına gəlmir. Susqunluğumu tufanqabağı sakitlik kimi qəbul edin. Dörd dəfə məni irəli vermək… […]

Kərkükdə gərginlik: kürdlərin etirazını bəhanə edən bir qrup peşmərgə zirehli texnika ilə şəhərə girdi – Toqquşma

Kərkük Iraq ordusu və Haşdi Şabi qrupu tərəfindən peşmərgədən azad edilsə də, şəhərdə hələ də gərginlik qalır. Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki gün əvvəl Kərkükdə kürdlərin yaşadığı 4 məhəllədə gecəylə etiraz başlayıb. Xəbərə görə, kürdlər “Haşdi Şabi” üzvlərinin Kürd Muxtar Vilayətinin bayrağını yandırması və şəhərdən qaçan bəzi kürd […]

Tələbə qəbulu Qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən bundan sonra müsabiqənin nəticələri elan olunduqdan sonra Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan ediləcək, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçiriləcək və […]

Supermarketdə BİABIRÇILIQ – Qadın paltarını qaldırdı və…

Turkustan.info xəbər verir ki, ətirlərə baxan qadın onlardan birini götürüb və üzərinə sıxmağa başlayıb. Bununla da yetinməyib, yubkasını qaldıraraq alt paltarına ətir vurub. Marketin təhlükəsizlik kameralarına düşən həmin görüntüləri təqdim edirik:   //Publika.az//  https://youtu.be/bkWfNuGhLfE

Azərbaycanı varlandıracaq qatarın ilk sərnişinləri kim olacaq?

İlk qatar oktyabrın 30-da yola düşəcək. Uzun illərdir gözlənilən Bakı-Tiflis-Qars dəmiryolunda ilk səfər oktyabrın 30-da baş tutacaq. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə ölkənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan məlumat verib. “Bölgənin taleyi beynəlxalq layihələrə qoşulmadan asılıdır. Hava limanları var idi, amma dəmiryolusuz mümkün deyildi. Bakı-Tiflis-Qars oktyabrın […]

İspan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı – Foto

İspaniyanın məşhur idman nəşri Mundo Deportivo kobud səhv buraxıb. Virtualaz.org bildirir ki, ispan KİV-i “Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ı “erməni klubu” adlandırıb. “”Çolo”nun uşaqları (“Atletiko”nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – virtualaz.org) dünən gecə erməni “Qarabağ”ına qarşı oynadı – rəqib, hansı ki, […]

İslam dünyası ABŞ-a qarşı birləşməlidir – İran

İslam dünyası Yaxın Şərqdəki problemlərin həllində həmrəy olmalıdır. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın birinci vitse-prezidenti İshaq Cahangiri söyləyib. “İslam dünyası kifayət qədər ciddi problemlərlə üz-üzə qalıb. Ona görə də böyük müsəlman ölkələri məcburən birləşməlidir ki, effektiv həll yolu tapa bilsinlər. Yalnız birləşməklə ABŞ və İsrailin Yaxın Şərqdə böhran […]

Gürcüstanda deputatlığa namizəd azərbaycanlı güllələnib

Oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin açdıqları atəş nəticəsində daha bir nəfərin yaralandığı məlum olub. Turkustan.info “Report”a istinadən xəbər verir ki, hadisə zamanı kənd sakini Elmar Hüseynov da sol ayaq nahiyəsindən güllə yarası alıb. Hazırda Ceyhun Çovdarov, qayınatası Azad Çobanov, digər kənd sakinləri – Vüqar Bayramov, […]

Yeyilə bilən kərə yağı tapıldı – 2000 il tarixi VAR

Soyuducunun icadından minlərlə il əvvəl insanlar qida məhsullarını uzun müddət saxlaya bilmək üçün müxtəlif üsullardan istifadə ediblər. Turkustan.info metbuat.az-a istinadən xəbər verir ki, bunlardan ən maraqlısı bataqlıqda qida saxlamaqdır. Bir neçə gün öncə İrlandiyanın Drakerat adlı yaşayış bölgəsindəki bataqlıqdan 2000 illik tarixə malik olan, 10 kq ağırlığında kərə yağı tapılıb. […]

Bu gün Milli Məclis toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Turkustan.info-nun məlumatına görə, iclasın gündəliyinə Cinayət Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən “Banklar haqqında”, “Poçt haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Mədəniyyət haqqında” və digər bir sıra qanunlara dəyişikliklər olmaqla 20 məsələ […]

İnsan üzlü “pişik” görənləri təəccübləndirir – VİDEO

Bir neçə gün əvvəl Malaziyada insan üzlü pişikin doğulması barədə məlumat yayılıb. Sosial şəbəkəyə yüklənən video ölkədə geniş müzakirələrə yol açıb. Görüntülərlə bağlı polisdən açıqlama gəlib. Bildirilib ki, belə bir varlıq yoxdur. Polislər düşünür ki, bu, sadəcə, silikondan hazırlanmış uşaq oyuncağıdır və satılmaq üçün qoyulub. Sözügedən görüntüləri təqdim edirik: // xezerxeber.az//