Gün: Oktyabr 21, 2017

Borçalıda gərginlik – Bölgəyə polis qüvvələri yeridildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində yerləşən 13 saylı seçki məntəqəsinə polis cəlb olunub. Turkustan.info APA-a istinadla xəbər verir ki, seçki məntəqəsində hakim “Gürcü Arzusu” və müxalif “Avropalı Gürcüstan” partiyasının nümayəndələri arasında qarşıdurma yaşanıb.  Gərginliyə səbəb mobil seçki qutularının seçki məntəqəsinə gec çatdırılması ilə bağlı olub. Məntəqədə olan […]

Saçını kola ilə yudu və… – FOTO

Bir çox Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə kolanın insan orqanizminə zərərli olması barədə məlumatlar yayılır. Lakin bu içkinin müsbət təsiri barədə çox nadir hallarda məlumat verilir. Kolanı içməkdən başqa, müxtəlif vasitələrdə istifadə etmək olar. Turkustan.info xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən olan Elka adlı qız bu içki ilə saçarını […]

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı

Türkiyədə Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Həftəsi çərçivəsində Bəxtiyar Vahabzadə və Abdurrahim Qarakoça həsr edilən mərasim keçirilir. Modern.az xəbər verir ki, Manisada keçirilən tədbir hazırda sosial şəbəkələrdə canlı yayımlanır. Deputat Qənirə Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin də qatıldığı tədbir qardaş ölkələrin milli marşları ilə başlayıb. Türkiyənin teatr və kino sənətçisi […]

Bütün Rusiya azərbaycanlı Baxış Kərimovun qəhrəmanlığından danışır

Rusiyanın Sverdlovsk vilayətində polis əməkdaşı həyət evində yanğının baş verdiyini görür və çoxuşaqlı ailəni xilas etməyə atılır. Bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib. “Rusiya DİN ”Zareçnı” bələdiyyələrarası şöbəsinin YPX müfəttişi, polis kiçik leytenantı Baxış Kərimov xidmətdən qayıdarkən Kamenski rayonunun Pervomayski qəsəbəsində yanan ev […]

Allahın 99 ADI – İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”

Quranda, hədislərdə Allahın 99 adının olduğu vurğulanır və buyurulur ki, “ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin…” Adətən övladlarına ad qoymaq istəyən müsəlmanlar bu adlara tez-tez müraciət edir. Lakin bununla yanaşı, bəzən həmin adlar hansısa marka, əşya, məhsul adı kimi də istifadə edilir. Buna təkcə xaricdə deyil, […]

Polkovnik nöqtəni qoydu: “Nəinki danışan sürücülər, sərnişinlər də cərimələnə bilər”

“Cəza mexanizmi olmasa da, sürücülər özlərinin, avtomobildə əyləşənlərin həyatlarını riskə atacaq heç bir hərəkət etməməlidirlər” Sükan arxasında sərnişinlərlə danışan sürücülərin cərimə olunacağı ilə bağlı söz-söhbətə son qoyulub. Dövlət Yol Polisinin rəsmiləri açıqlama ilə çıxış edərək, bəzi şəxslərin ifadəni kontekstdən çıxartdığını bildiriblər. Xatırladaq ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol […]

ATƏT PA-nın prezidenti niyə dəyişdi… Azay Quliyevdən AÇIQLAMA

ATƏT  PA-nın Avstriyadan olan prezidenti  Kristine Muttonenin  dəyişməsi  və  vitse- prezident George Tseretelinin prezident olması haqqında xəbərə aydınlıq gətirilib. Turkustan.info xəbər verir ki, ATƏT PA-nın Avstriyadan olan prezidenti Kristine Muttonenin dəyişməsi və vitse-prezident George Tseretelinin prezident olması haqqında xəbərə aydınlıq gətirilib. Qurumun Azərbaycandan olan vitse-prezidenti Azay Guliyev APA-ya açıqlamasında xəbəri təsdiqləyərək, […]

Azərbaycanda çəkilmiş “Erməni faşizmi” filmi Rusiyada qadağan edildi

Azərbaycanda çəkilmiş “Erməni faşizmi” filmi Rusiyada ekstremist materialların Federal siyahısına daxil edilib.   Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə RF Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir. Rusiya məhkəməsinin qərarına görə, Rusiya ərazisində filmin nümayişi qadağan edilib.

Putindən şok xəbərdarlıq: “Atomdan daha təhlükəli silah yaranır”

Yaxın gələcək insanların sifariş ediləcək xarakteristikalara uyğun olaraq genetik proqramlaşdırılması baş tuta bilər. Turkustan.info xəbər verir ki, bunu Ümumdünya Gənclər və Tələbələrin Festivalında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib. Onun sözlərinə görə, bu, atom bombasından daha qorxulu silah olacaq. O, gen mühəndisliyinin farmakologiya, insan kodlarının dəyişdirilməsi istiqamətində möhtəşəm imkanlar yaradacağını […]

ABŞ-da restoranda “ruh məskən salıb” – VİDEO

ABŞ-ın Kaliforniya ştatının Ventura şəhərində yerləşən “Cronies” idman barının əməkdaşları, obyektdə “ruh”un məskən salmasını iddia edirlər. Oxu.Az-ın NY Daily News nəşrinə istinadən məlumatına görə, onlar müşahidə kameraları vasitəsi ilə stulların aşması və tərpənməsini qeydə alıblar. Görüntülər oktyabrın 20-də YouTube portalında ViralHog kanalında yerləşdirilib. Videoda iki insident göstərilib. İlk hadisə gecə […]

ABŞ Qarabağ planını dəyişir

“Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsini Azərbaycanın suverenliyinə hörmət etmədən həll etmək mümkün deyil”. “Cümhuriyət” qəzeti xəbər verir ki, bunu ABŞ Konqresinin Helsinki komissiyası tərəfindən təşkil olunmuş Dağlıq Qarabağ münaqişəsinə həsr olunan brifinqdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. O qeyd edib ki, gərginlik riski hər zamankından […]

Spirtli içkinin AĞLAGƏLMƏZ FAYDASI

Az miqdarda spirtli içki qəbul edənlər daha asanlıqla xarici dil öyrənə bilir. Turkustan.info xəbər verir ki, Hollandiyanın Maastrikt Universiteti, İngiltərənin King Kolleci və Liverpul universiteti mütəxəssisləri spirtli içkinin dil öyrənməyə təsirini aşardırıb. Araşdırma zamanı Holland dilini öyrənən 50 Alman vətəndaşına az miqdarda spiritli içki verilib. İçkinin miqdarı insanların bədənləri və çəkilərinə […]

Bakıda oğurluq anı kameraya düşdü – VİDEO

Oğru əcnəbi olduğunu deyərək kömək istəyib. Bakıda özünü xarici ölkə vətəndaşı kimi təqdim edən şəxs cinayət törədib. O, pul xırdalamaq məqsədi ilə girdiyi turizm şirkətindən 1500 avro oğurlayıb. Özü də şirkətin işçisinin gözləri önündə. Bakıda turizm şirkəti qarət edilib. Hadisə Yasamal rayonu Cəfər Cabbarlı küçəsində turizm agentliklərindən birində baş verib. […]

İranlı tələbəni öldürən dəstə üzvləri danışdı – VİDEO

İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin […]

Vasif Talıbovun oğlu Gürcüstanda təqdimat keçirdi – FOTOLAR

Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan tədbirlər çərçivəsində Rza Talıbovun gürcü dilində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının İvane Cavaxişvilli adına Tbilisi Dövlət Universitetində  təqdimatı keçirilib. Turkustan.info xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri  Dursun Həsənov və digər rəsmi şəxslər iştirak edib. […]

Hər gün bir qaşıq sarımsaqlı bal yesəniz… – MÖCÜZƏVİ TƏSİR

Bal insan orqanizmi üçün çox faydalı dərman hesab olunur. Qədimdən bəri bütün xəstəliklərin aradan qaldırılması üçün baldan istifadə olunub. İnsanlar kimyəvi maddələrdən istifadə etməzdən əvvəl çox uğurla müxtəlif təbii bitkilərdən və baldan hazırlanan qarışıqların sayəsində yaranmış xəstəliyin aradan qaldırılmasına nail olublar. Publika.az oxucuları balın və sarımsaqlı balın faydaları ilə tanış edib. […]

Millət vəkili televiziyalara çağırış etdi – FOTO – VİDEO

Sumqayıtda Aprel zəfəri qəhrəmanlarından, şəhid mayor Elnur Əliyev haqqında filmin təqdimatında çıxış edən millət vəkili Q.Paşayeva filmin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib və bu cür filmlərin vacibliyini xüsusi vurğulayıb: “Elnur Əliyev kimi qəhrəmanlarımız  həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Elnur Əliyevin xidmətlərini heç zaman unutmayacaq”. O eyni […]

“Türkologiya” jurnalı beynəlxalq indeksdə

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı 10 oktyabr 2017-ci ildə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən MLA (Modern Language Association) tərəfindən Beynəlxalq Dil Assosasiyasının Biblioqrafiyasına daxil edilib. Bununla bağlı məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, “Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi […]

Naxçıvanda “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” adlı regional konfrans keçirilib – FOTOLAR

Turkustan.info Naxcivantv.az-a istinadla xəbər verir ki, oktyabrın 20-də konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər. Sonra Heydər Əliyev muzeyinə baxış olub. Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının […]

“Sabah”ın bədnam yazarı Azərbaycan xalqından üzr istədi – SON DƏQİQƏ

Türkiyədə nəşr olunan sabah qəzetində Azərbaycanın “Qarabağ” futbol komandası oynunda qaldırılmış şüarla bağlı təxribatçı yazıya reaksiyalar öz nəticəsini verməkdədir. Bu gün sözügedən bədnam yazı qəzetin internet sehifəsindən qaldırılıb. Turkustan.info xəbər verir ki, bu dəqiqələrdə isə yazının müəllifi olan Mevlut Tezel Twitter hesabından məsələ ilə bağlı açıqlama yayınlayıb. O, mesajında Azərbaycan xalqından […]

Azərbaycanda direktor toya pul əvəzinə diplom saldı: “İxtisası özün seç”

Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədov barəsində cinayət işi açılsa da, onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində […]

Türkiyə və Azərbaycan arasında körpü: Rənglərin qardaşlığı

Oktyabrın 19-da Muzey Mərkəzində Türkiyə və Azərbaycan rəssamların əl işlərindən ibarət “Rənglərin qardaşlığı” adlı rəsm sərgisinin açılışı olub. Turkustan.info xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi ilə Bakı Yunus Əmrə İnstitutu, İzmir Balçova bələdiyyəsi, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan […]

İsrail əsgəri ortodoks yəhudilərlə əlbəyaxa oldu – VİDEO

Qüdsdə İsrail Silahlı Qüvvələrinin əsgəri Nomi Qolan təkbaşına ultraortodoks yəhudilərə qarşı müqavimət göstərib. Oxu.Az Dailymail-ə istinadən xəbər verir ki, dindarlar orduda xidmət etməkdən boyun qaçıran iki gənc yəhudinin həbsinə etiraz olaraq küçələrə çıxıb. Qolan hərəkəti tənzimləməyə və avtomobilin keçməsi üçün kütləni dağıtmağa cəhd göstərib. Nümayişçilər əsgəri təhqir edib, işinə mane olmağa çalışıblar, […]

Müdafiə naziri Azərbaycan ordusuna tapşırıq verdi: “Qarşısını alın”

Müdafiə naziri düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verib. Oktyabrın 21-də Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir. Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, […]

Ermənistan ordusu iki hərbçisini itirdi

Hadisə oktyabrın 20-də baş verib  Dağlıq Qarabağda Ermənistan ordusunun iki əsgəri həlak olub. Bu barədə Sputnik Ermənistan məlumat verir. “İlkin məlumatlara görə, hərbçilər — 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyan silahdan istifadə qaydalarının pozulması nəticəsində ölümcül güllə yarası alıblar” — xəbərdə bildirilir. Hadisə oktyabrın 20-də baş verib. Fakt üzrə […]

ABŞ: “Öcalan sayğı göstərilməyə layiq şəxs deyil”

Suriyanın Raqqa şəhərinin İŞİD-dən qurtarılmasından sonra PKK-çıların şəhərdə terrorçu Abdullah Öcalanın böyük portretini asması Türkiyənin sərt təpkisi ilə üzləşib. Bununla bağlı rəsmi Ankara ABŞ-a etirazını bildirib. Turkustan.info xəbər verir ki, Ankaranın etirazlarına cavab olaraq ABŞ-ın Türkiyədəki Səfirliyi xüsusi açıqlama ilə çıxış edib. Açıqlamada bildirilir ki, ABŞ bölgədə sabitliyin bərqərar olmasında […]

Kərkük əməliyyatının PƏRDƏARXASI: Sirli general kürdlərlə 3 dəfə görüşüb – “Sizi dağa geri göndərməmək üçün…”

Şimali İraq Kürd Muxtariyyatında keçirilən referendumdan sonra Kərkükün azad edilməsi uğrunda əməliyyatla bağlı müxtəlif məlumatlar yayılır. Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyatda adı çəkilən iranlı general Qasım Süleymaninin kürd liderləri ilə 3 dəfə görüşdüyü deyilir. Mətbuatın yazdığına görə, Süleymani onlarla hər dəfəki görüşündə bölgəni tərk etməyi, əsk təqdirdə əməliyyat keçiriləcəyini […]

Ramil Usubov Gəncədə qəbul keçirdi

Daxili işlər naziri Ramil Usubov Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.  Turkustan.info nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu […]

“…ləçərliklə, həyasızlıqla səs toplayıb” – Mehriban Xanlarova məhkəmə ilə hədələdi

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova Elşad Xose ilə mübarizəsinə son verərək, şou əhlini hədəfə alıb. Turkustan.info bildirir ki, Yeniçag.az-a açıqlama verən aktrisa onu təhqir edən məşhurları məhkəməyə verəcəyini deyib: “Elşad artıq şoudan getdi. Vüsalə sağ olsun, qadın həmrəyliyini göstərdi və mənim intiqamımı ondan aldı. Daha Elşadla işim yoxdur. Şoudan […]

“Sabah” qəzeti “Qarabağ”a təhqiredici yazını PJB-nin müdaxiləsilə sildi – AÇIQLAMA

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə çıxış edib. Turkustan.info Modern.az-a istinadən məlumatına görə, müəllif “Ezik kareoqrafi”  adlı yazısında azarkeşlərimizin A4 formatlı kağıza “Qarabağ” sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli  görüntü adlandırıb. Yazarın olaya bu cür yanaşması Azərbaycanda etirazla […]

ABŞ-dan PKK-ya TƏBRİK

ABŞ-ın xarici işlər naziri Reks Tillerson “DSG” adı altında fəaliyyət göstərən PKK-PYD terror təşkilatını təbrik edib. Publika.az xəbər verir ki, DSG dünən Suriyanın Rakka şəhərini İŞİD-dən təmizlədikdən sonra rəsmi qələbəsini elan etmişdi. R.Tillerson yayımladığı mesajda şəhərin İŞİD-dən təmizlənməsi səbəbilə Suriya xalqını, Suriya Demokratik Qüvvələrini və Suriya-Ərəb Koalisiyasını təbrik edib: “İşimiz hələ […]

“Qarabağ” qrupdan çıxa bilər – UEFA açıqladı

Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” 3 turdan sonra aktivinə 1 xal yazdırıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi “ölüm qrupu”nda son pillədə qərarlaşmasına baxmayaraq, hələ də növbəti mərhələ şansını qoruyur.   Belə ki, qitə futbol qurumu “Qarabağ”la yanaşı, ilk 3 […]

PKK Kərkükə girdi – Qarşıdurma

İraq ordusu və Haşdi-Şabi qüvvələri tərəfindən Kərkük azad olunduqdan sonra ( 19 oktyabr) PKK terrorçuları gecə saatlarında şəhərə girərək dinc əhaliyə – türkman və ərəblərə divan tutub. Turkustan.info xəbər verir ki, bu barədə “Yeni Şəfəq” yazıb. Gecə saatlarında türkman və ərəb məhəllələrinə girərək təxribat törədən, insanlara atəş açaraq 3 nəfərin ölümünə […]

Məşhur qəzetin “Qarabağ”la bağlı yazısı qalmaqal yaratdı – FOTO

“Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Turkustan.info xəbər verir ki, bu foto ilə bağlı Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Ezik kareoqrafi” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid […]

“Öləndən sonra insan eşidir, öldüyünü dərk edir” – Bu xəbər hamını qorxuya saldı – FOTOLAR

ABŞ alimləri öləndən sonra insan səhhətində baş verən hadisələrlə bağlı araşdırma aparıb. Turkustan.info Metbuat.az-a istinadən məlumatına görə, elm adamı San Parniya iddia edib ki, insan həyatını itirəndən sonra onun beyni bir neçə dəqiqə fəaliyyət göstərir. Həmin insan hətta öldüyünü də dərk edir. Araşdırmalar ürəyi dayanandan sonra yenidən həyata qaytarılan xəstələr […]

Cəmi 1 manata bütün xəstəliklərdən qoruyur – 2 stəkan için

ABŞ Kənd Təsərrüfatı Nazirliyi ürək xəstəlikləri, iflic və diabet riskini aşağı salan içkinin adını açıqlayıb. Turkustan.info bildirir ki, gündə 2 stəkan zoğal suyunun ürək xəstəlikləri riskini aşağı saldığı ortaya çıxıb. Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırmada 56 iştirakçıya nəzarət altında pəhriz tətbiq olunub. 28 adama gündə 2 stəkan zoğal suyu içirilib, […]

“Maşın şou”nun saxtakarlığı ifşa olundu: Vüsalə də getməli idi – VİDEO

“Maşın” şounun dünənki buraxılışında oyunu tərk edən Elşad Xose qalmaqala səbəb olacaq video paylaşım edib. A24.Az xəbər verir ki, “Maşın” şounun dünənki buraxılışında səs verməyə jurnalist Vüsalə Kərimova çıxıb. İlk öncə kimi oyundan kənarlaşdıracağını açıqlamayan jurnalist daha sonra Elşad Xoseni oyundan kənarlaşdırıb. Oyundan çıxan reper şəxsi “İnstagram” səhifəsində səs-küy yaradacaq paylaşım […]

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı

Rusiyanın Dağıstan Respublikası üzrə Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İdarəsi Azərbaycandan gətirilən 33 ton pomidorun ölkəyə girişinə icazə verməyib.  Virtualaz.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir. Mənbəyə görə, məhsulun saxlanılmasına səbəb fitosanitar sertifikatda məlumatın tam dolğun olmamasıdır. “Yükün sahibi “Bitkilərin karantini haqqında” Federal Qanunu […]

Qarabağ adam

İlham İsmayılın 60 yaşına Bir əcnəbi məndən soruşsa: “Azərbaycanlı necə olur, bizə bir nümunə göstər”. Cavab verərəm: “İlham Ismayil, baxın!” “Bəs Qarabağlı hansı görkəmdə, simada olur?” Gözümü qırpmadan deyərəm: “Buyurun, tanış olun, İlham İsmayıl!” “Yaxşı, sən kimsən?”, desə. “Dostum İlhama baxın, məni tanıyacaqsınız”. *** O, ürəyi gözündə döyünən adamdı. Qarabağdan […]

Türkiye ile Azerbaycan kardeşliğine göz diken köpeklere

Hakan Seyhan Azerbaycan Turkıye Genclerının Dostluk Cemıyetı Başkanı   Azerbaycan coğrafyası Kur ve Aras nehirleri arasında kalmış bir coğrafya ile sınırlı değildir! Azerbaycan: Güney Azerbaycan ve Kuzey olarak da bir bütün olarak düşünülmeli ve işgal altındaki kutsal topraklarda hesaba katılmalıdır. Bugün Türkiye ne demek ise Azerbaycan da odur. Kısacası Türk […]

“Azercell”dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et

iPhone 8 və iPhone 8 Plus cihazlarıının Azərbaycanda rəsmi təqdimatçısı olan Azercell Telekom müştərilərinə yeni cəlbedici kampaniya ilə yeni iPhone 8 smartfonunu təqdim etməkdən məmnunluq duyur. Beləliklə, ayda cəmi 109 AZN ödəməklə abunəçilər ən müasir smartfona sahib olacaq və 30GB həcmində “Hədsiz” İnternet paketini əldə edə biləcəklər. 20-26 oktyabr tarixləri […]