Gün: Oktyabr 23, 2017

Pullarını dollarla saxlayanlar üçün BƏD XƏBƏR

Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək. Turkustan.info-nun məlumatına görə, bu barədə bankdakı mənbə açıqlama verib. Bildirilir ki, dünya bazarında neftin qiyməti 50 dollar/barel ətrafında qorunarsa, Azərbaycanda ABŞ dollarının məzənnəsi hələ bir müddət sabit qalacaq. Bankdan verilən məlumata əsasən, hazırda Azərbaycanda dolların məzənnəsi 1,70 manat səviyyəsində idarə olunur: “Lakin əgər Azərbaycan […]

20 ildən sonra bir ilk – Özbəkistan Prezidenti Ankaraya ayaq basacaq

Özbəkistan prezidenti Şavkat Mirziyayev oktyabrın 25-27-də Türkiyəyə rəsmi səfər edəcək.  Turkustan.info Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 20 illik fasilədən sonra baş tutacaq. Məlumata görə, oktyabrın 25-də hər iki ölkənin prezidentinin təkbətək və geniş tərkibdə görüşü keçiriləcək, daha sonra sənədlərin imzalanması mərasimi […]

Sosial şəbəkə istifadəçilərinin DİQQƏTİNƏ – Hesablarınız təhlükə altındadır – VİDEO

İş, sosial həyat bəzəndə sadəcə maraq üçün daxil olduğumuz sosial şəbəkələrdəki hesablarımız təhlükə altındadır. Paytaxtda sifariş əsasında istənilən bir şəxsin hesabını sındıran hakerlərin sayı artıb. Onlar bununla bağlı internetdə açıq elan da verirlər. Başqasının facebook hesabını sındırmaq və whatsapp yazışmalarını əldə etmək cəmi yüz manata… Üstəlik, bundan əlavə şəxsi həyata […]

Ukrayna prezidentinə qarşı sui-qəsdin qarşısı alındı

Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir. Məlumatda bildirilir ki, sui-qəsdin qarşısı oktyabrın 22-də Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı alınıb. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun 2 üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah-sursat aşkarlanıb. Cinayətdə […]

Yağın ardınca pendir də bahalaşdı – VİDEO

Paytaxtda və bölgələrdə pendirin qiyməti artıb. Turkustan.info  “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bahalaşma 30-40 faizə yaxındır. Satıcıların sözlərinə görə, pendirin qiymətinin artmasına səbəb heyvan yemlərinin bahalaşmasıdır. Bölgələrdə də pendirin qiyməti artıb. Rayon bazarlarında təxminən 30-40 faiz bahalaşma nəzərə çarpır. Burda da satıcılar qiymət artımını həm yemin həmdə satın alaraq […]

Mövsümi saç tökülməsinin təbii həlli yolları

Trixoloqlar bildirir ki, saç tökülməsinin səbəbləri müxtəlif ola bilər Gündə 50-100 ədəd saç tökülməsi normal qarşılanır. Lakin mövsüm keçidlərində bu rəqəm 100, hətta 200-i də keçə bilər. Mövsümi saç tökülməsinin qarşısını almaq üçün bir çox təbii üsulları var. Turkustan.info saglamolun.az-a istinadən saç tökülməsinin təbii həlli yollarını oxuculara təqdim edir. Trixoloqlar bildirir […]

Azərbaycanın daha bir bölgəsində neft tapıldı

Xanlar Heybətov: Balta sındığına görə neft quyusunu axıra qədər qazmadılar.  Bu günlərdə Quba rayonunun Talabı kəndində neft çıxması barədə məlumatlar yayılıb. Bu məlumatlara aydınlıq gətirmək üçün Sputnik Azərbaycan-nın bölgə müxbiri Quba Rayon İcra Hakimiyyəti Başçısının Talıbıqışlaq İnzibati Ərazi nümayəndəsi Xanlar Heybətovla əlaqə saxlayıb. O, bildirib ki, sözügedən kənddə neftin çıxması […]

İraq baş naziri Abadi Türkiyəyə gedir

İraq baş naziri Heydər Abadi oktyabrın 25-də Ankaraya səfər edəcək.  Turkustan.info Anadolu Ajansına istinadən xəbər verir ki,  Agentliyinin xəbərinə görə, Heydər Abadi Türkiyə Baş Naziri Binalı Yıldırım ilə bir araya gələcək. Görüşdə Türkiyə ilə İraq arasındakı əməkdaşlığın durumu müzakirə ediləcək. Ankaradakı görüşdə, həmçinin Bərzaninin keçirdiyi referendumdan sonra baş verən proseslər də […]

Bakıda xüsusi təyinatlı vaqondan qaçan “Qoca” ləqəbli avtoritet kimdir? – DOSYE + FOTO

Bu gün Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq Etibar Ələkbər oğlu Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir. Turkustan.info-nun Lent.az-a istinadən verdiyi məlumata görə, Etibar Məmmədov kriminal aləmdə “Qoca”, “Etibar Hacıqabullu”, “Brodyaqa Etibar” ayamaları ilə məşhurlaşıb. O, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb. Onu Bakıda olan Yetkinlik Yaşına Çatmayanlar […]

“Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu

Başçının müavini isə cavab vermək əvəzinə, əməkdaşımıza qəzəbləndi: “Siz müstəntiqsiniz?” “Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…”- Bu sözləri Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini  Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil Əliyevin xanımına deyib. Şəhidin xanımı Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı […]

Rusiya NATO-ya hərbi zərbələr endirə bilər – Gizli hesabat

Şimali-Atlantik Alyansı sürətli şəkildə ordu qüvvələrini köçürə bilməz, çünki buna Rusiya mane olur. A24.Az xarici mətbuata istinadən məlumatına görə, bu haqda Almaniyanın “Spiegel” nəşri NATO-nun gizli hesabatına istinadən xəbər verir. Nəşrin yazdığı məlumata görə, Şimali-Atlantik Alyansı ordu qüvvələrini operativ şəkildə köçürə bilməz, çünki Rusiya tərəfdən Şərqi Avropa hissəsinə hərbi zərbələr endirə […]

Futbolda ən kuryoz penalti – VİDEO

Tailand Kuboku çərçivəsində keçirilən “Banqkok Sport Klub” – “Satri Anqtxonq” matçının əsas və əlavə vaxtı 2:2 hesabı başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Turkustan.info xəbər verir ki, birincilərin qapıçısının yerinə yetirdiyi penalti zamanı kuryoz qol qeydə alınıb. Top əvvəlcə qapı tirindən geri qayıtdığı üçün qonaqların qapıçısı sevinərək mərkəzə doğru qaçıb. […]

QHT Şurası 2018-ci il fəaliyyət planı ilə bağlı qərarlar qəbul etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Turkustan.info xəbər verir ki, Şura sədri, deputat Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il üçüncü rübdəki fəaliyyət barədə hesabat, icrası başa çatmış layihələr, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq […]

“Oğlumuzun 2 məzarı var, bir ayağını Lələtəpədə basdırdılar” – Aprel şəhidinin HEKAYƏTİ 

  Vətəni qibləgah edən şəhidlər   – Ay oğul, heç təsəvvürümə gəlməzdi ki, bu yerləri bir də nə vaxtsa görəcəyəm. Qismətə bax ki, mənim azad edə bilmədiyim yerlərdə indi sən keşik çəkirsən, indi sən də bizim kimi  sərhədin o biri üzündə olan yerlərə həsrətlə baxırsan…   – Ata, siz azad […]

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru ilə görüşüb

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelm ilə görüşüb. Qonağı salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini, milli münasibətlərin yüksək səviyyədə […]

Sumqayıtlı şairin 75 illiyi keçirilib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə sumqayıtlı şair Məmməd Namazın 75 illiyi münasibətilə tədbir keçirilib. Turkustan.info-nun verdiyi xəbərə görə, Sumqayıt şəhər Poeziya evində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Nizami Gəncəvi adına Kitabxana klub və Mərkəzi uşaq kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şair Məmməd Namazla yanaşı Sumqayıt […]

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret […]

Azərbaycanlı kişi ginekoloqdan rekord qıran VİDEO

Moskvada doğum evində çalışan azərbaycanlı ginekoloqun videosu sosial şəbəkələrdə baxılma rekordu qırır. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, 68 saylı doğum evində doğuş sancıları çəkən pasiyentin kişi həkimi ilə sanki klubdaymış kimi rəqs etməsi görənləri heyrətə gətirib. Videoda ginekoloq Ruslan Xanbutayevin doğuş sancısı çəkən pasiyenti Mariya Malışevaya yaxınlaşdığı, onun ağrılarını azaltmaq […]

Qənirə Paşayeva Türk dünyası QHT və Gənclər təşkilatlarını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı mübarizəyə çağırıb

Millət vəkili Q.Paşayeva Türk dünyası QHT və Gənclər təşkilatları ilə görüşdə onları Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb. Millət vəkili Q. Paşayeva İstanbulda qardaş Türkiyənin və bəzi  Türk xalqlarının QHT-ı və aydınları ilə görüşüb. Əvvəlcə Türk Dünyası Araşırmalar Vəqfini ziyarət edən millət vəkili burada təşkilatın rəhbərliyi, gənclər təşkilatı, […]

ABŞ Ərdoğanı bu azərbaycanlının vasitəsilə devirmək üçün hərəkətə keçdi – 2019 PLANININ ŞOK DETALLARI

ABŞ 2019-cu ildə Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğana qarşı Rza Zərrabı istifadə edəcək. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, “Aydınlıq” qəzeti ABŞ-ın qurmaq istədiyi “terror dəhlizi” və bölgədəki digər planlarının alt-üst olduğunu yazıb: “ABŞ itirdiklərini yenidən qazanmaq üçün 2019-cu ildə Türkiyədəki prezident seçkilərində hərəkətə keçəcək. İngiltərənin tövsiyəsi və İsrailin dəstəyi ilə […]

Vüsalə Əlizadə “Maşın” şounu tərk etdi – Səhhəti pisləşdi və… – ŞOK İDDİA

ATV-də yayımlanan “Maşın” şoununu üç finalçıdan biri tərk edib. Turkustan.info xəbər verir ki, “Maşın” realiti şousunun finalına müğənni Xatun, Talıb Taleh və Vüsalə Əlizadə qalmışdı. Artıq onlar gecədən əllərini maşının üzərindən çəkməyərək, bütün gecəni maşının yanında ayaq üstə durmalı idilər. Sosial şəbəkələrdə yayılan məlumata görə, gecə saatlarında səhhətində problem yaranan tanınmış […]

Heydərov qadın generalı da işdən qovdu – Nazirlikdə yeyinti ixtisarları?

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib. Lakin mətbuatda onun işdən öz ərizəsi ilə çıxmadığı, işdən uzaqlaşdırıldığı barədə məlumat yayılıb. Bundan sonra FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayev də işdən çıxarılıb. […]

Bakıda qadınlar kişi ilə tanış olmaq üstündə əlbəyaxa oldular – Qədəhi başına çırpdı

Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsinin “Südçülük sovxozu” kimi tanınan ərazisindəki müəssisədə baş verib. Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq […]

Rusiyada Azərbaycan səfirliyinə hücum

Qadın Azərbaycana gəlmək istədiyini deyərək zorla binaya girmək istəyib. Moskvada Azərbaycan səfirliyinə hücum olub. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, paytaxt Moskvada naməlum bir qadın zorla Azərbaycan səfirliyinə daxil olmağa çalışıb.İnsident oktyabrın 8-də olub. Ancaq indi üzə çıxıb. Olqa adlı qadın iş saatı bitdikdən sonra diplomatik missiyanın yerləşdiyi binanın yanına […]

Azərbaycan ordusu düşmənə Ağdərə istiqamətində “Spike” zərbəsi endirdi?

Prezidentlərin Cenevrə danışıqlarından dərhal sonra təmas xəttində gərginliyin artan xətlə gücləndiyi müşahidə olunur. Xəbər verildiyi kimi əvvəlcə erməni tərəfi hərbi hissələrdə baş alıb gedən bespredel nəticəsində öldürülmüş əsgərlərinə görə Azərbaycan tərəfini günahlandırmağa çalışıb. Bakını prezidentlərin təmas xəttində sakitliyə riayət olunmasına dair əldə etdikləri razılaşmanı pozmaqda günahlandırıb. Hansı ki, çox keçmədən […]

 1956-cı il Macarıstan inqilabı – Məğlubiyyətin tarixçəsi

Surxan Lətifov   1956 cı il oktyabrın 23 də Macarıstan paytaxtı Budapeştin mərkəzi meydanında insanlar “Macar xalqının böyük dostu, dahi rəhbər” İ.Stalinin 25 metr hündürlüyündə bürünc heykəlinin başına kəndir keçirərək uçururlar. “Dahi rəhbərin” qopardılmış başı, alnına təhqiramiz sözlər yazılaraq meydanın ortasında qalmışdı. Bu, macar xalqının stalinizm idarəçiliyinə  qarşı olan xalq […]

Emin Ağalarov konsertdə ağladı – VİDEO

Rusiyada yaşayan müğənni-bəstəkar Emin Ağalarov Muslüm Maqomayevin 75 illiyinə həsr olunmuş konsertdə ağlayıb. Ağalarov səhnədə Sergey Volçkov, Aleksandr Panayotov və Tamara Qverdçiteli ilə birgə SSRİ xalq artistinin “Sinyaya veçnost” mahnısını səsləndirib. İfa zamanı ekranda Maqomayevin görüntüləri verilib və zalda hər kəs ayağa qalxaraq məşhur müğənnini alqışla yad edib. Bu zaman […]

“2018-də Mehriban xanımın namizədliyi olsa, Ayaz Mütəllibov onu dəstəkləyəcək” – KÖMƏKÇİSİNDƏN AÇIQLAMA

“Azərbaycanın ilk prezidenti Ayaz Mütəllimov gələn il ölkədə keçiriləcək prezident seçikisində namizədliyini irəli sürməyəcək”. Turkustan.info xəbər verir ki, bu sözləri A24.az saytına açıqlamasında Ayaz Mütəllibovun köməkçisi Tahir Cəfərli deyib. Köməkçi, eks-prezidentin seçki ilə bağlı fikirlərini çatdırıb: “Ayaz müəllim sözü ilə əməli uyğun gələn yeganə Azərbaycan siyasətçisidir. O, bir neçə il əvvəl […]

PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri və… Professor Nadir Nadirov?

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey PKK-nın Ermənistan və işğal altındakı Azərbaycan ərazilərindəki fəaliyyətinə dair növbəti açıqlamalar verib. Virtualaz.org “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Gülbey PKK-nın Ermənistan və Gürcüstanla yanaşı Qazaxıstanda da müəyyən çevrələr tərəfindən dəstəkləndiyini deyir. Terror təşkilatı PKK Avropadan, […]

9 ayda 90 min piyada cərimələnib

Avtomobillərin sayı artdıqca, yol qəzaları da qacılmaz olur. Bu qəzalar yüksək sürət, ehtiyatsızlıq, səriştəsizlik və başqa səbəblərdən baş verir. Qəzalar arasında ən təhlükəlisi isə insan vurulması isə nəticələnəndir. Burada sürücülərin günahı olduğu kimi, piyadalarında günahı olur. Yeri gəlmişkən, bir müddət əvvəl Almaniyada azərbaycanlı mühacirlərdən biri öz səhlənkarlığı səbəbindən naşınla vurulub. […]

“Ara vurmaq istəyən təxribatçılara qarşı sərt olmalıyıq”- Qənirə Paşayeva İstanbul Universitetindən səsləndi

Millət vəkili Q.Paşayeva İstanbul Universitetində konfransda beynəlxalq təşkilatları sərt tənqid edərək Azərbaycan-Türkiyə olaraq birlikdə mübarizəmizi daha da gücləndiməliyik deyib. Millət vəkili Q.Paşayeva İstanbul Türk Ocaqlarının İstanbul Universiteti ilə birgə təşkil etdiyi “1917-ci oktyabr Sovet İhtilalinin Yüzüncü ilində Türk Dünyasındakı Müstəqillik Fikri və Siyasi Hərəkatlar” beynəlxalq simpoziumun açılışında çıxış edərək bütün […]

İlahiyyatçı qadın sünnəti haqqında: 150 milyondan çoxu İslam ölkələrindədir – VİDEO

Türkiyədə ilahiyyatçı, Quran araşdırmaçısı və yazar olaraq tanınan Caner Taslaman qadın sünnəti ilə bağlı videoçarx hazırlayıb. “A24.az” bildirir ki, ilahiyyatçı danışığında qadınlar sünnət edilməsinin İslam adına uydurulanlardan biri və ən geniş yayılanıdır. Dünyada 200 milyondan çox sünnət edilmiş qadın var. Qadınların 150 milyondan çoxu İslam ölkələrindədir.  Hətta bir çox ölkələrdə, məsələn […]

Bakıda 8-9 ballıq zəlzələ gözlənilir?: Yaxın günlərdə… – RƏSMİ AÇIQLAMA

Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi […]

Ermənilər Türkiyəni zəbt etdilər – Yeni xəritə qalmaqalı – VİDEO

Türkiyə ilə yanaşı Naxçıvan və Kipri də mənimsəyiblər. Ermənilərin Almaniyanın ən işlər məkanlarından birində nümayiş etdirdiyi xəritə qalmaqala səbəb olub. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, xəritədə Türkiyənin, o cümlədən Azərbaycanın ərazisi (Naxçıvan MR) Ermənistan kimi təqdim edilib.Köln şəhərində keçirilən konfransda Türkiyənin yarısı ilə yanaşı, Şimali Kipir də Ermənistan ərazisi kimi […]

Gürcüstanda QOYUN mer seçkilərinə qatılır! – Video

Gürcüstanın Kaxeti rayonu Telavi şəhərində  mer seçkilərinə qoyunun namizədliyi irəli sürülüb. İctimai fəallar yerli idarəetmə üzrə seçkilər üçün öz qoyunlarının namizədliyi üzərində dayanıblar. Telavi 2014-cü ildə özünüidarəetmə statusu alıb. Əvvəllər mer Tbilisidə 4 illiyə seçilib. Hazırda Gürcüstanda 4 müstəqil şəhər var: Batumi, Kutaisi, Poti və Rustavi. Aksiyaçılar bu addımları ilə […]

Kriminal avtoritet həbsdə öldü – Azərbaycanda

Azərbaycanda məhbus ölüb. Turkustan.info APA-ya istinadla xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dünyasını dəyişib. Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək […]

Azərbaycanlı qız gözəlliyi ilə “O səs Türkiyə”ni heyran etdi – VİDEO

“O səs Türkiyə”yə qatılan azərbaycanlı ifaçı Nəzrin Əfəndizadə həm ifası, həm də gözəlliyi ilə izləyənlərin diqqətini çəkib. Turkustan.info xəbər verir ki, o, səhnədə mərhum müğənni Emi Uaynhausun repertuarından “Back to black” mahnısını ifa edib. Münsiflərdən Hadisə və Murad Boz ona tərəf dönüb. Həmyerlimiz sonda Hadisəni seçib.   /Oxu.Az/  

Qaçan məhkumlardan biri “Qoca”nın adamıdır

Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kriminal aləmə yaxın şəxsdir. “Qafqazinfo”nun verdiyi məlumata görə, o və qardaşı Zaur Ağami “Masallı Mamed”lə “Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub. Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən “razborka”dan sonra saxlanılıb. Həmin görüşdə “Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur […]

“Maşın”da həyacanlı anlar – 3 nəfər finala qaldı – VİDEO

“Maşın” realiti şousunun sonuna addım-addım yaxınlaşırıq. Turkustan.info xəbər verir ki, ötən gün verilişi aktyor İlkin Misgərli tərk edib. 15-ci sürətin yarımfinal mərhələsində İlkin Misgərli səsverməyə çıxıb. O, tamaşaçılardan səs topladığı təqdirdə müğənni Talıb Taleni oyundan çıxaracağını deyib. Sonda isə aktyor İ.Misgərli 40,50% səs toplayaraq yarışmanı özü tərk edib. Bununla da, […]

Qatardan qaçan məhbuslar kimlərdir? – Təfərrüat

Bakıda qaçan məhbusların adları məlum olub. Turkustan.info APA-ya istinadən xəbər verir ki, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir. E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti […]

“Məni təhrik etdilər ki, Elçibəyin üzünə durum” – Etibar Məmmədov

Turkustan.info kulis.az-ın “İşdən kənar” layihəsindən tanınmış ictimai-siyasi xadim Etibar Məmmədovla müsahibəni təqdim edir. – Etibar müəllim, elə bil təkcə siyasətdən yox, ümumiyyətlə ictimai həyatdan uzaqlaşmısınız. Mətbuatda da demək olar görünmürsünüz. Təkcə mənə yox, elə oxuculara da maraqlıdır ki, Etibar Məmmədov nə işlə məşğuldur? – Öz şəxsi işim var, onunla məşğulam. […]

Bakıdan Şirvana aparılan məhkumlar qatardan qaçdı – ŞOK OLAY

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb. Turkustan.info xəbər verir ki, APA-nın əldə etdiyi məlumata həmin məhkumlar Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayananda onlardan ikisi qaçmağa nail olub. Hazırda qaçan məhkumların axtarışı davam edir. *** Bakıda qaçan məhbusların adları məlum olub. Hüquq-mühafizə orqanlarından bildirilib ki, verilən məlumata görə, Biləcəri […]

“0 şeytan rəqəmidir, 8 isə maddi uğur gətirir” – Rəqəmlərin taleyinizlə bağlılığı

Numerologiya rəqəmlərin təkcə riyazi deyil, eyni zamanda magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsidir. Hazırda numerologiyaya mistik sahə kimi baxılır. Qədim əlifbalarda (yəhudi əlifbası) hərflərin ədədi mənası olub. İbtidai qəbilələr bu dili başa düşərək, ədədlərin dilində bir-biri ilə əlaqə saxlayıblar. Banisi qədim yunan filosofu Pifaqor olan bu elmin […]

Kürdlər Bərzaninin istefasını tələb edir

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani və müavini Kosret Rəsul istefa verməlidir. Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri kürd muxtariyyətinin müxalif hərəkatı – “Goran”nın sözçüsü Şoreş Haci jurnalistlərə açıqlamasında deyib. “Xalqımız qanı ilə əldə etdiyi bir çox müvəffəqiyyəti itirdi. Peşmərgənin əzmi qırıldı. Bunların səbəbi keçmişdə uğursuz olan iqtidardan qaynaqlanır. […]

Aygün Bəylər yeni imici ilə hər kəsi təəccübləndirdi – VİDEO

Əməkdar artist Aygün Bəylər yeni imici ilə hər kəsi təəccübləndirib.  Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, ifaçı fərqli geyim və makiyajla izləyici qarşısına çıxıb. Yeni görüntüsünü sosial şəbəkədə bölüşən əməkdar artistin imici üzərində stilist Anar Ağakişiyev işləyib.