Pullarını dollarla saxlayanlar üçün BƏD XƏBƏR

Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək.

Turkustan.info-nun məlumatına görə, bu barədə bankdakı mənbə açıqlama verib. Bildirilir ki, dünya bazarında neftin qiyməti 50 dollar/barel ətrafında qorunarsa, Azərbaycanda ABŞ dollarının məzənnəsi hələ bir müddət sabit qalacaq.

Bankdan verilən məlumata əsasən, hazırda Azərbaycanda dolların məzənnəsi 1,70 manat səviyyəsində idarə olunur:

“Lakin əgər Azərbaycan 2018-ci ildə məzənnə siyasətini köklü şəkildə dəyişməsə, dolların məzənnəsini idarə etmək çətinləşəcək”.   /Report/